Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   81

―İNTERACT‖  institutu  dörd  yüzdən  çox  müvəffəqiyyətlə  həyata  keçirilmiş  sistem 
tədqiqatına malikdirlər. 
Tədqiq  olunan  işin  müvəffəqiyyət  qazanmasında  əsas  rolu  sifarişçi  və  sistem 
analitikinin qarşılıqlı münasibətlərin düzgün qurulması oynayır. 
 
Sifarişçi  ilə,  eləcə  də  maraqlı  tərəflərin  digər  nümayəndələri  ilə  inam  və  etibar 
üzərində qurulan münasibətlərin yaradılması Akoffun müşahidələrinə görə aşağıdakı şərtlər 
yerinə yetirildikdə xeyli yüngülləşir: 
-
 
əgər  tərəflər  bir  işin  gedişindən  razı  deyilsə,  hər  iki  tərəf  hər  an  işin  davam 
etdirilməsindən imtina edə bilər
-
 
Sistem  analitiki  təşkilat  personalının  öyrədilməsinə  kifayət  qədər  vaxt  ayrılmalıdır. 
Akoff hesab edir ki, sosial problem ilə üzləşən sistem analitiki özünü simptomları yığan və 
resept yazan bir həkim kimi yox, öz şagirdlərinə üsul və yanaşlamaları, hansı ki, gələcəkdə 
onlara yaranan problemləri öyrənməyə kömək edən bir müəllim kimi aparmalıdır; 
-
 
Sistem  analitiki  müsbət  nəticələrin  alınmasında  bütün  xidmətləri  öz  ayağına 
yazmağa  can  atmamalıdır,  əksinə,  layihənin  digər  iştirakçilarının  xidmətlərini  müxtəlif 
üsulla nəzərə çarpdırmalıdır; 
-
 
Sistem analitiki lazımi şəxslərə və zəruri informasiyaya asanlıqla yol tapmalıdır. 
Qeyd edək ki, vacib informasiyanın gizlədilməsi hazırlanan layihələrin tənəzzülünün ən 
çox  yayılmış  səbəblərindən  biridir.  Akoffun  rəyinə  görə  bu  çox  arzuolunmaz  hadisə  ilə 
mübarizə üsullarından biri – qərarların qəbulu proseslərinin demokratikləşdirilməsidir (16). 
Akoff qeyd edir ki, proyektin işində ancaq könüllü iştirak effektivdir. 
Qəbul  olunan  qərarların  keyfiyyətinin  yüksəlməsində  proyektin  işlənməsinin  düzgün 
təşkili  əhəmiyyətli  rol  oynayır,  bu  zaman  ekspert  qrupunun  daha  kiçik  qruplara 
bölünməsinə  və  bu  kiçik  qrupların  qarşılıqlı  əlaqəsinin  təşkilinə  xüsusi  diqqət  vermək 
lazımdır. 
Nəzərdə  tutmaq  lazımdır  ki,  ekspertlər  qrupunun  işinin  təşkili  prinsipləri  hansı  ki, 
texniki  (―sərt‖)  sistemlərin  işlənib  hazırlanması  zamanı  müvəffəqiyyətlə  tətbiq  olunurdu, 
sosial  zəminə keçirən zaman onlar işə ara verməyə başlayırlar. Mürəkkəb sosial  ssitemlər 
üçün hətta aparılan işin və tətbiq etmənin dəqiq mərhələlərini ayırmaq olmur. Iş ondadır ki, 
müasir  mərhələ  ətraf  sosial  mühitin  sürətli  dəyişməsi  ilə  xarakterizə  olunur.  Bu 
dəyişilmələrə  görə,  eləcə  də  daxili  səbəblərə  görə  və  o  cümlədən,  aparılan  sistem 
tədqiqatlarının təsviri altında sosial sistemlər də kifayət qədər sürətlə dəyişirlər. 
Akoff sosial problemlərin həlli üçün dörd yanaşmanı seçmişdi: 
1)
 
Problemin  öz-özünə  aradan  qalxacağına  ümid  bəsləyərək  hansı  isə  fəaliyyətdən 
imtina etmək; 
2)
 
Problemli  situasiyanı  məqbul  vəziyyətə  qədər  yumşaldan  bir  qisim  qərarların 
axtarışı; 
3)
 
ən yaxşı optimal qərarların axtarışı; 
4)
 
problemin həlli (dissolution). 
Dördüncü yanaşma ―yumşaq‖ sistemlərin metodologiyası üçün xarakterikdir, o, sistem 
və ətraf mühitdə elə dəyişikliklərin axtarışına istiqamətlənib ki, onların sayəsində problem 
bir  növ  əriyib  yoxa  çıxmış  olsun.  Akoff  iddia  edir  ki,  ən  çox  məhz  bu  yanaşma 
müvəffəqiyyətlə  nəticələnib.  Problemin  müvəffəqiyyətlə  həllinə  dair  iki  misalı  gözdən 
keçirək.  
Misal 1. Müxtəlif cür avadanlıq istehsal edən zavod problemlə üzləşdi – tələbatın kəskin 
şəkildə aşağı-yuxarı hərəkət etməsi avadanlıqdan qeyri-sabit istifadəyə səbəb oldu ki, bu da 
müdiriyyəti ixtisaslı fəhlələri  gah işdən çıxarmağa, gah da  yenidən işə  götürməyə məcbur 
edirdi.  Personalın  vəziyyətinin  qeyri-sabitliyi  mənəvi  iqlimi  pisləşdirir,  əmək 
məhsuldarlığını aşağı salırdı. 
 
Sistem  analitikinin  köməyi  ilə  problem  aşağıdakı  şəkildə  ―əridildi‖.  Müəssisənin 
fəaliyyət  göstərməsinin  əsas  meyarı  kimi  yüksək  gəlirin  əldə  edilməsi  deyil,  avadanlığın 


bərabər  şəkildə  yüksəlməsidir.  Məmulatların  siyahısından  iki  məhsul  növü  seçildi,  onlara 
olan  tələbat  bir-birinə  əks  fazalarla  dəyişilirdi  (yayda  məhsulun  bir  növünə  maksimum 
tələbat  olduğu  halda,  digərinə  tələbat  minimum  olur,  qışda  isə  vəziyyət  əksinə  olur). 
Məhsulun  hər  iki  növü  eyni  tipli  avadanlıqlarla  istehsal  olunurdu,  bu  da  personalı  sabit 
saxlamağa,  mənəvi  iqlimi  yaxşılaşdırmağa  və  sonucda  əmək  məhsuldarlığını  artırmağa 
imkan verdi (10).  
Misal  2.  Avtobus  kompaniyası  şəhər  avtobusları  sürücülərinin  və  konduktorlarının 
işinin  keyfiyyətinə  görə  maaşlarına  əlavə  etdi.  Sürücülərin  işinin  keyfiyyəti  hərəkət 
qrafikinə  dəqiq  riayət  edilməsinə  görə,  konduktorların  işi  isə  sərnişinlərə  sürətlə  xidmət 
etməsinə görə qiymətləndirilirdi. Amma, bu cür həvəsləndirmə formaları əmək konfliktinə 
səbəb oldu – nəqliyyat işinin ən qızğın vaxtı olan səhər və axşam saatlarında konduktorlar 
bütün  sərnişinlərə  xidmət  etməyi  çatdıra  bilmədiklərinə  görə  avtobuslar  gecikir,  iş  qrafiki 
pozulurdu.  Ilk  zamanlar  kompaniyanın  rəhbərliyi  özünü  görməməzliyə  vururdu,  amma 
problem aradan qalxmadı. Maaşa olan əlavəni işçilər arasında yenidən paylaşdırmaq cəhdi 
də baş tutmadı, münaqişənin tərəfləri arasındakı düşmənçilik ağıllı bir kompromisə gəlməyə 
imkan vermirdi.  
Problemi  sistem  analitiki  ―həll  edə‖  bildi,  belə  ki,  o,  işin  gur  vaxtı  konduktorları 
avtobuslardan  endirib  dayanacaqlara  təhkim  etməyi  təklif  etdi.  Belə  halda  konduktorlar 
biletləri  avtobus  gələnə  qədər  satırdı  və  avtobusdan  çıxan  sərnişinlərin  biletlərini  də 
yoxlamağa  vaxt  tapırdı,  avtobus  da  vaxtında  yola  düşürdü.  Pik  saatları  sona  çatan  kimi 
konduktorlar  yenidən  avtobuslara  qayıdırdılar.  Islahat  prosesinin  təşkilinə  də  bu  qeyri-adi 
sxemin tətbiq edilməsi həllolunmaz kimi görünən problemli situasiyanı aradan qaldırmağa 
imkan verdi (23). 
Təbii olaraq belə bir sual yaranır ki, Akoff və onun əməkdaşları praktiki problemlərin 
bu  qədər  qeyri-adi,  effektli  həllini  necə  tapmağa  müvəffəq  olurlar?  Əlbəttə,  tədqiqatçı 
istedadının olması zəruridir, amma məsələnin həlli üçün müəyyən üsul vərdişləri bilmək də 
heç  də  az  rol  oynamır.  Onu  da  qeyd  edək  ki,  Akoff  əməliyyatların  tədqiqi  sahəsində 
tanınmış  bir  mütəxəssisdir,  amma  istehsal  proseslərinin  idarəsi  və  təşkilinin 
mükəmməlləşdirilməsi  problemlərini  bu  sahəyə  aid  biliklərə  sahib  olmadan 
müvəffəqiyyətlə həll etmək çox çətindir. 
60-70-ci  illərdə sosial  sistemlərin öyrənilməsinə  aid  olan və mühəndislik prinsiplərinə, 
sərt  sistem  analizinə  əsaslanan  yanaşmalar  çox  vaxt  uğursuzluqla  nəticələnirdi.  Sistemlər 
nəzəriyyəsinin  tətbiqi  imkanlarına  olan  ümidini  getdikcə  itirən  alimlərin  çoxu  sistem 
paradiqmalarından  uzaqlaşmağa  başladılar.  ―Sistem  erası  sona  yetdi‖  tezisi 
populyarlaşmağa başladı. Amma, Çerçmen, Akoff, Çeklend, Ulrix və bir sıra başqa alimin 
―yumşaq‖  sistemlərin  tədqiqi  prinsiplərinə  əsaslanan  tətbiqi  metodologiyaları  inkişaf 
etdirməsi vəziyyəti kökündən dəyişirdi. 
Flad  və  Cekson  tərəfindən  təklif  olunmuş  pərakəndə  halda  olan  sistem 
metodologiyalarının  inteqrasiya  konsepsiyası  sözsüz  ki,  sistem  ideyalarının  –  total  sistem 
intervensiyasının – daha çox geniş yayılmasına imkan verəcəkdir. 
YSM  ideyaları  idarəetməyə  dair  məsləhətləşmələrdə,  idarəetmə  nəzəriyyələrində 
(menecment),  idarəetmə  sosiologiyasında  və  təşkilatların  sosiologiyasında  geniş  istifadə 
olunur. 
Uyğun ədəbiyyatla çoxlu əlavə məlumat və praktiki üsullar tapmaq olar (1-3, 12,13). 
Praktiki  problemlərin  həllində  iştirak  edən  sosioloq  öz  üzərinə  xeyli  məsuliyyəti 
götürür.  Sosioloqun  biliyinə  qərarların  qəbul  edilməsi  prosesinin  bütün  iştirakçıları  etibar 
etməlidirlər,  onun  elə  özü  də  əmin  olmalıdır  ki,  onun  köməyi  ilə  hazırlanmış  tövsiyyələr 
yaranmış problemi həll etməyə  yardım göstərəcək və arzuolunmaz, gözlənilməz nəticələri 
aparıb  çıxaracaqdır.  Sosioloqa  lazım  olan  əminliyi  ancaq  sosial  proseslərin  dinamikası 
nəzəriyyəsini  bilməsi  verə  bilər,  hansının  ki,  əsas  problemləri  5-10-cu  fəsillərdə  nəzərdən 
keçiriləcək. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə