Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   81

Spinozanın  konsepsiyalarında  inkişaf  etmişdir,  klassik  alman  fəlsəfəsində  isə  onlar  Kant, 
Şellinq, Hegel tərəfindən tədqiq edilmişdir. Irəli sürülməsi təbiətşünaslıq və fəlsəfənin tarixi 
tərəfindən hazırlanmış sistemlilik prinsipi XX əsrdə müxtəlif elm sahələrində getdikcə daha 
çox  tərəfdar  tapır.  30-40-cı  illərdə  Avstriya  alimi  L.fon  Bertalanfi  bioloji  proseslərin 
öyrənilməsində  sistem  yanaşmasını  müvəffəqiyyətlə  tətbiq  etdi,  İkinci  Dünya 
müharibəsindən  sonra  isə  o,  ümumi  sistem  nəzəriyyəsinin  hazırlanması  konsepsiyasını 
təklif  etdi.  Ümumi  və  sistem  nəzəriyyəsinin  qurulması  proqramında  Bertalanfi  onun  əsas 
məsələlərini belə qeyd edirdi:  
1.  Onlarıntərkibində  olan  elementlərin  təbiətindən  və  onların  arasındakı 
münasibətlərdən  asılı  olmayaraq  sistemlərin  hərəkətinin  ümumi  prinsip  və  qanunlarını 
aşkara  çıxarılması;  2.  Bioloji  və  sosial  obyektlərə  sistemli  yanaşma  nəticəsində 
təbiətşünaslıq qanunlarına analoji olan qanunların müəyyən edilməsi; 3. Müxtəlif fəaliyyət 
sahələrinə aid qanunların izomorfizminin aşkara çıxarılması əsasında müair elmi biliklərin 
sintezinin yaradılması. 
 
Belə  nəzəriyyənin  yaradılmasının  ilk  proqramını  təklif  edən  Bertalanfinin  fikrinə 
görə  ümumi  sistem  nəzəriyyəsi  hər  cür  tipli  sistemlər  haqqında  bir  növ  ümumi  bir  elm 
olmalıydı. Amma, bu və buna bənzər ambisiyalı proqramların konkret reallaşdırılması çox 
böyük  çətinliklərlə  üzləşdi,  əsas  çətinlik  ondan  ibarətdir  ki,  sistem  anlayışı  ümumiliyi 
konkret  məzmunun  itməsinə  səbəb  olur.  Hal-hazırda  sistemlərin  bir  neçə  riyazi  modeli 
yaradılmışdır  ki,  onlarda  cəbr  və  çoxluqlar  nəzəriyyəsinin  aparatından  istifadə  olunur. 
Amma,  bu  nəzəriyyələrin  tətbiqi  nailiyyətləri  hələlik  çox  cuzidir.  Eyni  zamanda  sistemli 
təfəkkürdən  demək  olar  ki,  bütün  elm  sahələrinin  nümayəndələri  tərəfindən  (coğrafiya, 
politologiya,  psixologiya  və  s.)  daha  tez-tez  istifadə  olunur.  Sosial  sistemlərin  analizi 
zamanı da sistemli yanaşmadan getdikcə daha geniş istifadə olunur.  
 
Konkret  tətbiqi  problemlərin  analizində  sistem  yanaşmasının  anlayışlarının  tətbiqi 
analizi adını almışdır. 
 
V.N.Sadovskinin qeyd etdiyi kimi, ―tarixən sistem analizi 50-60-cı illərdə gurultulu 
müvəffəqiyyət  qazanmış  sistomexanika  və  əməliyyatlar  üzrə  tədqiqatların  sonrakı 
inkişafından  ibarətdir.  Sistem  analizi  (və  ya  analiz  sistemi)  öz  sələfləri  kimi  hər  şeydən 
əvvəl  mürəkkəb  və  olduqca  mürəkkəb  obyektlərin  tədqiqi  və  təşkil  edilməsi  üçün  zəruri 
olan  elmi-texniki  fəaliyyətin  müəyyən  tipidir...  Bu  anlamda  sistem  analizi  elmi-texniki 
bacarığın  xüsusi  bir  tipidir,  hansı  ki,  təcrübəli  ustanın  əlində  əhəmiyyətli  nəticələr  verir, 
amma  onun  sırf  mexaniki,  qeyri-yaradıcı  tətbiq  etdikdə  isə  tamamilə  faydasız  olur‖  (31, 
s.45). 
 
Sistem  analizi  təkcə  hər  hansı  bir  obyektin  (hadisənin,  prosesin)  öyrənilməsi  ilə 
məşğul  olmur,  başlıca  olaraq  onunla  bağlı  olan  problemli  situasiyanın  tədqiqi  ilə,  yəni 
məsələnin qoyuluşu ilə məşğul olur. 
 
Bəs,  indiki  zamanda  sistem  analizi  nəyi  ifadə  edir?  Əgər  dərsliyin  (27) 
mündəricatına  baxsaq  görərik  ki,  onun  tərkib  hissəsinə  kibernetika,  informasiya 
nəzəriyyəsi,  oyunlar  və  qərarların  qəbulu  nəzəriyyəsi,  səsvermə  sisteminin  analizi  və  s. 
daxildir. Belə bir fikir ortaya çıxır ki, adı çəkilən və onlara  yaxın elm sahələrində çalışan 
alimlərin  yeni  bir  elm  sahəsinin  yaradılmasına  tələbatı  vardır...‖  Buna  görə  də  bu  qeyri-
ənənəvi istiqamətlərdə daha çox məhsuldar işləyən alimlərin çoxunun daim onların əlindən 
sürüşüb  qaçan  bir  şeyi  ələ  keçirmək  üçün  təkrar-təkrar  cəhd  etməsi  və  bu  ―nə  isə‖  üçün 
daha çox uyğun gələn bir bayraqdar tapmaq istəməsi heç də təəccüblü deyildir. Sırağa gün 
bu ―bayraqdar‖ rolunda kibernetika və ya əməliyyatların tədqiqi, dünən idarəetmə haqqında 
elm, bu gün sistem analizi, sabah isə çox güman ki, yeni elmi istiqamət ola bilər‖ (25, s.58). 
Qeyd eək ki, adı çəkilən elm sahələrində çalışan alimlərin heç də hamısı ―bayraqdarın‖ bu 
cür  dəyişməsi  ilə  razılaşmırlar.  Onların  bir  qismi  ümumi  sistem  nəzəriyyəsini  və  sistem 
analizini  və  sistem  nəzəriyyəsi  üzrə  mütəxəssislər  tədqiqat  obyektlərinin  yeni  sinfinin 
yoxluğunu  öz  elmlərinin  əsas  nöqsanı  kimi  görürlər.  Göründüyü  kimi,  obyekt-sistemlərin 


sayı  hətta  həddindən  ziyadədir.  Amma  elmin  daha  köhnə  sahələrindən,  tətbiqi  riyaziyyat, 
kibernetika,  əməliyyatların  tədqiqindən  konkret  əlavələrlə  birlikdə  mənimsənilmiş  deyil, 
sistem yanaşması çərçivəsində hazırlanmış özəl tədqiqat metodları, instrumentləri çox azdır. 
 
Qeyd  etmək  lazımdır  ki,  elmin  inkişaf  prosesində  tənqidin  rolunun  konstruktiv  və 
faydalı  olması  şübhəsizdir,  belə  ki,  əsas  anlayışları  və  fərziyyələri  dəqiqləşdirməyə  və 
aydınlaşdırmağa, qeyri-konket mühakimələrə yeni şəkil verməyə, biliyin başqa sahələri ilə 
qarşılıqlı əlaqə yaratmağa imkan verir. 
 
1.2. Sistem analizinin əsas anlayışları 
 
 
Ədəbiyyatda  sistem  anlayışına  mənaca  yaxın  təriflərdən  və  onunla  bağlı  bir  sıra 
terminlərdən  istifadə  olunur.  Sistem  analizinin  əsas  motivlərini  daha  müfəssəl  nəzərdən 
keçirməkdən qabaq əsas tərifləri təqdim edək. 
 
Bir  tam  kimi  nəzərdən  keçirilən  sistem  bir-biriləri  ilə  bağlı  olan  çoxlu  miqdarda 
elementlərdən  ibarətdir.  Element  –  mürəkkəb  obyektlərin,  hadisələrin,  proseslərin  daha 
sonrakı  mərhələdə  (adı  gedən  sistemdə,  istifadə  olunan  analiz  və  nəzərdən  keçirmə 
üsulunda) bölünməyən komponentdir. 
 
Struktur – sistemin elementləri arasındakı əlaqələrin nisbətən sabit fiksasiyasıdır. 
  Sistemin  tamlığı  –  bu,  onun  mühitdən  və  digər  analoji  sistemlərdən  olan  nisbi 
müstəqilliyidir. 
  Emercentlik  –  sistemin  xüsusiyyətlərinin  sistemin  elementlərinin  xüsusiyyətlərinə 
bərabərləşdirilməməsidir (bərabərləşdirilməmə dərəcəsi). 
  Qeyd edək ki, göstərilmiş təriflər daha çox izah etmə, başa salma xarakterindədirlər. 
Onların  hamısı  qarşılıqlı  əlaqədədirlər,  biri  digərinin  mənasını  dəqiqləşdirir,  öz 
müştərəklikləri  ilə  isə  sistem  yanaşmasının  konsepsiyası  haqqında  ilkin  təsəvvür 
yaradırlar. 
  Gündəlik  danışıqda  geniş  istifadə  olunan  ―sistem‖  sözü  çox  zaman  istilik  sistemi, 
idmanda birinciliyi qazanmaq sistemi və s. kimi anlayışların tərkib hissəsinə daxildir. 
―Sistem‖ termininin elmi mənasını kənar assosiasiyalardan ayırmaq üçün ingilis dilli 
ədəbiyyatda  org,  holon,  integron  –  kimi  müxtəlif  neologizmlərdən  istifadə  etməsi 
təklif  olunur  ki,  bunlar  öz  növbəsində  sistem  anlayışına  xas  olan  bütövlüyü, 
inteqrallığı qeyd edirlər. Amma bu neologizmlər baş tutmamalıdırlar. 
  Yuxarıda  göstərilən  tərifdən  göründüyü  kimi  sistem  bəzi  əlavə  xarakteristikaları 
olan  çoxluqdan  ibarətdir.  Çoxluğun  riyazi  anlayışı  əsaslılıqdır.  ―Çoxluq dedikdə  biz 
bizim qavrayışımızın və ya fikrimizin kifayət qədər fərqləndirdiyi müxtəlif, müəyyən 
obyektlərin  (hansılar  ki,  M  elementləri  adlandırılırlar)  tam  olan  M-də  hər  hansı  bir 
şəkildə birləşməsini baş düşürük‖ (13, səh.15). Biz deyəndə ki, çoxluq bir dəstdir və 
ya  məcmudur,  onda  anlayışın  mənasını  sinonimlərin  köməyi  ilə  sadəcə  olaraq  izah 
edirik. 
  Element  anlayışı  da  çoxluq  anlayışı  kimi  əsasdır,  baxmayaraq  ki,  eyni  bir  obyekt 
həm çoxluq ola bilər və eyni zamanda başqa bir çoxluğun elementi olaraq nəzərdən 
keçirilə bilər (bu həm də ―sistem‖ anlayışına aiddir). 
  Etimoloji  cəhətdən  ―sistem‖  sözü  latınca  ―kompozisiya‖  sözünün  yunan 
ekvivalentidir. 
  Deməli,  ―sistem‖  anlayışı  eyni  zamanda  bir  neçə  komponentin,  hissənin, 
sistemaltının  mövcudluğunu  nəzərdə  tutur.  Çoxluqdan  fərqli  olaraq  sistem  müstəqil 
elementlərin  sadə  dəstindən  ibarət  deyil.  ―Sistem‖  termini  tərkibindəki  elementlərin 
qarşılıqlı əlaqəsini nəzərdə tutur, bununla belə sistem bir tam kimi tərkib hissələrində 
olmayan  xüsusiyyələrə  malikdir.  ―Sistem  anlayışını  izah  edən  xrestomatik  bir  misal 
gətirən  xüsusi  olaraq  yonulmuş  daşlardan  tağ  tikilməsi  prosesini  nəzərdən  keçirək: 
yonulmuş  daşları  bir-birinin  üstünə  yığırıq.  Tağı  birləşdirən  mərkəzi  daş  yerinə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə