Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   81

 
Teoloji  davranış  (məqsədyönlü  fəaliyyət)  mənfi  əks-əlaqəni  tələb  edir,  yəni 
müəyyən  məqsədə  çatmaq  üçün  ―ondan  çıxan  sinqalların  olması  zəruridir  ki,  davranış 
istiqamətlənsin‖ (8, s. 300).  
 
Idealist  fəlsəfi  nəzəriyyə  olan  teologiyada  hesab  olunur  ki,  gələcəyə  aid  olan  ―son 
səbəblər‖ (məqsədlər) konsepsiyasından istifadə etməklə kainatın qanunlarını təsvir və izah 
etmək olar. Hələ antik filosoflar tərəfindən inkişaf etdirilmiş Kainata teoloji baxış Qaliley 
və  Nyutonun  zamanında  rədd  edilmişdi,  bu  zaman  fizikada  olan  mexaniki  konsepsiyalar 
―son  səbəblər‖dən  istifadə  etmədən  qabaqda  olan  metafiziki  səbəblər  əsasında  hərəkət 
qanunlarını izah etməyə imkan verdilər. 
 
Amma kainata metafiziki baxışlar uzun müddət hökmranlıq etsələr də, canlı təbiətdə 
baş verən bir çox hadisələri izah etmək iqtidarında deyildilər. 
 
Kibernetika  məqsədli  (teoloji)  izahat  anlayışını  yenidən  elmi  ifadə  kimi  işlətməyə 
başladı. Əks əlaqə prinsipinin vacibliyi texniki sistemlərin işlənib hazırlanması zamanı dərk 
edildi.  Viner  qeyd  edirdi  ki,  yunanca  ―sükançı‖  sözündən  əmələ  gələn  ―kibernetika‖ 
terminini  seçərkən  ―biz  bununla  etiraf  edirdik  -  əks  əlaqəli  mexanizmlər  üzrə  ilk  ən 
əhəmiyyətli iş Klark Maksvel tərəfindən 1868-ci ildə nəşr edilmiş nizamlayıcı mexanizmlər 
haqqında  məqalədir...  Biz  həm  də  onu  qeyd  etmək  istərdik  ki,  gəmilərin  sükan 
mexanizmləri həqiqətən də yaxşı hazırlanmış ilk əks əlaqəli qurğulardan biri olmuşdur‖ (8, 
s. 28). O, hesab edirdi ki, canlı varlıqlarda mənfi əks əlaqələrin olması canlı təbiəti cansız 
təbiətdən fərqləndirən əsas xüsusiyyətdir. Texniki sistemlər konstruktorun istəyinə görə əks 
əlaqəyə  malikdirlər.  Qeyd  etmək  lazımdır  ki,  Vinerdən  15  il  əvvəl  A.P.Anoxin  də  təsdiq 
etmişdir  ki,  mənfi  əks  əlaqələrin  olması  orqanizmlərin  sabitliyini  təmin  edir  və  canlı 
varlıqlarda  homeostazisin  qorunub  saxlanmasına  məqsədli  şəkildə  meyl  yaradır.  Daha 
əvvəllər A.A.Boqdanov yazırdı ki, hər hansı bir xaccənin təşkilinin inkişafı üçün mənfi və 
müsbət əks əlaqələrin olması zəruridir. 
 
Indiki dövrdə sistem dedikdə çox vaxt ―adaptiv tam‖ kimi başa düşülür, bununla da 
sistemin  dəyişkən  xarici  mühit  şəraitində  öz  identikliyini  saxlamaq  xüsusiyyətini  qeyd 
edirlər. 
 
Sistem  yanaşmasının praqmatik imkanların kifayət qədər az olsa da onun ideya və 
metodları  elmi  təfəkkürün,  mürəkkəb  problemlərin  həllində  mərhələli  yanaşmanın 
yaranmasında və inkişafında şübhəsiz ki, pedaqoji dəyərə malikdir. 
 
Sistem  analizi  problemin  təkcə  həlli  deyil.  Daha  çox  problemin  qoyuluşu 
metodologiyası  kimi  nəzərdən  keçirərək  11  mərhələ  seçək,  onları  keçməklə  konkret 
problemi ardıcıl və sistemli şəkildə analiz etmək olar: 
1.
 
Tədqiqatın əsas məqsəd və məsələlərinin formalaşdırılması; 
2.
 
Sistemin mərhələlərinin müəyyən edilməsi, onun xarici mühitdən ayrılması; 
3.
 
Sistemin elementlər siyahısının (sistemaltı sistemlərin, faktorların, dəyişkənlərin 
və s.) tərtibi; 
4.
 
Sistemin tamlığının mahiyyətinin müəyyən edilməsi
5.
 
Sistem elementlərinin qarşılıqlı əlaqəsinin analizi; 
6.
 
Sistemin strukturunun qurulması; 
7.
 
Sistemin və sistemaltı sistemlərin funksiyalarının müəyyən edilməsi 
8.
 
Sistemin və sistemaltı sistemlərin məqsədlərinin uzlaşması; 
9.
 
Sistemin və hər bir sistemaltı sistemin sərhədlərinin dəqiqləşdirilməsi
10.
 
Emercentlik təzahürlərinin analizi
11.
 
Sistem modelinin quraşdırılması. 
 
Maraqlıdır, cəmiyyətin idarə olunması haqqında elmi ilk dəfə kibernetika adlandıran 
fransız fiziki Amper (1834) olmuşdur, polşalı hehelçi-filosof B.Trentovski isə artıq 1843-cü 
ildə  ―Xalqı  idarə  etmək  sənəti  kimi  kibernetikaya  fəlsəfənin  münasibəti‖  kitabını  nəşr 
etmişdir. 


 
Əlbətdə,  sistem  analizinin  yuxarıda  verilmiş  11  mərhələli  sikli  heç  də  doğma 
deyildir.  Tədqiqatın  bəzi  mərhələləri  geri  qaytarmaq  da  olar.  Bundan  başqa,  hər  bir 
mərhələnin  məzmunu  müxtəlif  traktovkalara  yol  verir,  anlayışların  çoxu  ciddi  şəkildə 
müəyyən  olunmayıb.  Bununla  belə,  hər  bir  tədqiqatçı  məsələnin  qoyuluşundan  modelin 
qurulmasına  kimi  olan  yolda  əsas  məqamları  yadda  saxlamalıdır.  Sistem  analizi 
mərhələlərinin  nizamlı  ardıcıllıqla  keçilməsi  tələbələr,  aspirantlar  və  gənc  alimlər  üçün 
xüsusilə faydalıdır. 
 
Gerçəkiyin  sistem  analizini  keçirərkən  sadə  analogiyalar  və  ya  intuisiyaya 
arxalanmaq  təhlükəlidir.  İ.Priqojin  və  İ.Stenqers  qeyd  edirlər  ki,  ―çox  zaman  sistemin 
qəzəbə qarşı cavabı bızım intuisiyamızın bizə qabaqdan xəbər verdiyinin tam əksi olur. Bu 
situasiyada  bizim  aldanmış  ümidlərimizin  vəziyyətini  ―konyunktiv  termini  yaxşı  ifadə 
edir...  Mürəkkəb  sistemlərin  yeganə  spesifik  xüsusiyyəti  ondan  ibarətdir  ki,  bizim  onlar 
haqqında bildiyimiz məhduddur və bu qeyri-müəyyənlik zamanla artır‖ (26, s. 266). 
 
C.Forresterin  kontrintuitiv  davranış  prinsipinə  görə  mürəkkəb  sistemin  davranışına 
ancaq  şəxsi  təcrübə  və  intuisiyasından  istifadə  edərək  məqbul  proqnoz  vermək  qeyri-
mümkündür.  Mürəkkəb  sistem  xarici  təsirlərə  kifayət  qədər  sadə  sistemlər  ilə  ünsiyyətə 
əsaslanan intuisiyamızın gözlədiyindən tamamilə başqa cür reaksiya verir (37).  
 
1.3. Sosiologiya və biologiyada sistem yanaşması 
 
 
Sistemlərin  sadə  və  mürəkkəb  sistemlərə  bölünməsi  heç  də  yeganə  təsnif  etmə  üsulu 
deyildir.  Sistemlərin  təbiətinə  əsaslanaraq  onları  mexaniki,  üzvi  və  sosial  sistemlərə  də 
ayırmaq  olar.  Öz  növbəsində  sosial  sistemləri  yeddi  tipə  ayırmaq  olar:  fərd;  ailə;  qrup; 
təəşkilat (firma, müəssisə, idarə və s.); sosial institut (hüquq, təhsil, din və s.); ərazi birliyi 
(kənd, şəhər, vilayət, dövlət); dünya birliyi (dünya sistemi). 
 
Sosial  reallığın  analizi  üçün  sistem  prinsiplərindən  sistem  nəzəriyyəsinin 
yaradılmasından  çox-çox  əvvəl  istifadə  olunurdu.  ―Sosiologiyanın  atası‖  O.Kont 
cəmiyyətin  bioloji  orqanizm  ilə  bənzərliyini  qeyd  edirdi.  Q.Spenser  öz  əsərlərində  qeyri-
üzvi, bioloji və sosial təkamüllərdə ümumi struktur qanunauyğunluqlarının axtarışına xeyli 
yer vermişdir. 
 
XX əsrdə sistem təqdimatları sosial nəzəriyyə ideyalarının ayrılmaz hissəsi oldular. 
Belə  ki,  P.A.Sorokin  sosial-mədəni  sistem  dedikdə  inteqrativ  tamı  başa  düşürdü.  1920-ci 
ildə  nəşr  edilmiş  ―Sosiologiya  sistemi‖  əsərində  P.A.Sorokin  emercentliyi  aşağıdakı 
qaydada təsvir edirdi: ―... cəmiyyət və ya kollektiv birlik qarşılıqlı əlaqədə olan insanların 
məcmusu  kimi  qarşılıqlı  əlaqədə  olmayan  insanların  sadə  cəmindən  fərqli  olaraq 
mövcuddur.  Bu  cür  reallıq  qismində  ―sui  generis‖  (istər-istəməz)  bir  sıra  xüsusiyyət, 
təzahür və proseslərə malikdir, hansılar ki, təcrid edilmiş fərdlərin cəmində yoxdur və ola 
da  bilməz.  Amma  realizmə  rəğmən  cəmiyyət  fərdlərdən  nə  ―xaricdə‖,  nə  də  ―müstəqil‖ 
olaraq deyil, ancaq qarşılıqlı əlaqədə olan vahidlərin sistem kimi mövcuddur, bunlarsız və 
bunlardan  kənar  cəmiyyətin  mövcudluğu  ağlasığmazdır  və  mümkün  deyildir,  necə  ki,  hər 
hansı bir hadisə onu təşkil edən bütün elementlərsiz mümkün deyildir‖ (30, s.247).  
 
Sistem təqdimatlarının inkişafında strukturlu  – funksional  yanaşma əhəmiyyətli rol 
oynamışdır. Nəzərdə tutulur ki, oxucu həm strukturlu – funksional yanaşma, həm də onun 
əsas müddəalarının tənqidi ilə tanışdır (16, s.33) 
 
XX  əsrin  70-ci  illərində  sosiologiyada  və  biologiyada  klassik  sistem  analizinin 
evristik potensialı çox hallarda tükənmişdi. Sistem nəzəriyyəsində istifadə olunan abstrakt 
və formalizə olunmuş anlayışlar texnikada müvəffəqiyyətlə istifadə olunsa da, canlı təbiətin 
və sosial reallığın problemlərinin öyrənilməsi zamanı onlar daha tez-tez mənasız söz yığını, 
tavtologiyanın bolluğu ilə nəticələnirdi. Sistem nəzəriyyəsinin üzləşdiyi əsas çətinlik onda 
idi  ki,  klassik  sistem  analizinin  əsas  anlayışları  statik  vəziyyətdə  olan  sistemlərin 
öyrənilməsinə  yönəldilmişdi  ki,  bu  zaman  dəyişikliklər  olunur  və  ya  onlar  çox  cuzi  olur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə