Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   81

Belə  situasiyada  sistemin  qarşılıqlı  əlaqədə  olan  elementlərin  sabit  strukturu  ilə  fiksasiya 
olunmuş  bir  tam  kimi  anlanması  adekvatdır.  Amma,  əgər  biz  sistemin  dinamikasını 
müşahidə  etməyə  başlasaq  –  yəni,  konkret,  onda  asanlıqla  əmin  olarıq  ki,  əsas  sistem 
anlayışlarının dəqiqliyi və aydınlığı əriyib gedir. 
 
Sosial  və  bioloji  sistemlərin  spesifikası  bənzərlik  problemini  birinci  plana  çəkir 
(texniki sistemlər üçün isə trivallığı) – zaman daxilində dəyişmiş sistem əvvəlki kimidir və 
ya bu tamam başqa bir sistemdir? 
 
Növbəti  misalı  nəzərdən  keçirək.  Fərz  edək  ki,  siz  bir  müşahidəçi  kimi 
M.V.Lomonosov adına  Moskva Dövlət  Universiteti  kimi sosial  sistemin onun fəaliyyətini 
yaxınlaşdırmaq  məqsədi  ilə  öyrənirsiniz.  Siz  zəruri  olaraq  rektorun  və  dekanların 
mövqeyini,  tədrisin  səviyyəsini,  tələbələrin  motivasiyasını,  binaların  və  bufetlərin 
vəziyyətini,  laboratoriya  və  kompyuter  siniflərinin  təchizatı,  maliyyələşdirilmənin 
durumunu və s. öyrənməlisiniz. 
 
Indi  nəzərdə  tutaq  ki,  müşahidəçinin  qarşısına  başqa  bir  məsələ  qoyulmuşdur  – 
MDU sisteminin son 25 il ərzində fəaliyyətinin analiz edilməsi. Bu müşahidə dövrü ərzində 
bir neçə rektor dəyişilib, yeni fakültələr açılıb, dövlət dəyişilib, ideologiya dəyişilib. MDU-i 
haqqında bir sosial sistem kimi nə demək olar, görəsən o qədər dəyişibmi ki, tamam başqa 
sosial  sistemlər  haqqında  danışmaq  lazım  gələcək  və  ya  o,  öz  eyniyyətini  qoruyub 
saxlamışdır? 
 
Üzvi sistemlərin eyniyyət problemləri üzərində düşünərək alimlər belə bir nəticəyə 
gəldilər ki, canlı sistem nəzəriyyəsinin əsas anlayışı təşkilatdır (29, s.66). Təşkilat sistemi 
bir tam kimi müəyyən edir və onun mahiyyətini aşkara çıxarır. Bir tipdən olan sistemlər bir 
təşkilata  malikdirlər.  ―Məhz  sistemin  təşkilatlanmasında  (hissələrin)  uzlaşmış  şəkildə 
qarşılıqlı fəaliyyətində onun öz eyniyyətini qorumaq qabiliyyəti vardır‖ (29, s.103). 
 
A.Rapoportun  elmi  işində  ―üzvi  sistem  tanınan  və  eyniyyətə  malik  bir  şey  kimi 
müəyyən  olunur,  yəni  o,  vəziyyətin  dəyişməsinə  baxmayaraq  öz-özlüyündə  qalır. 
Eyniyyətin məhz belə qorunub qalması tanınma aktında öz əksini tapır‖ (29, s.102). 
 
Çili  bioloqları  U.Maturana  və  F.Varelin  (45)  elmi  əsərləri  bioloji  və  sosial  sistem 
nəzəriyyələrinin  müasir  vəziyyətinə  çox  təsir  göstərmişdir.  Canlı  sistemləri  cansızlardan 
ayırmağa  çalışan  Maturana  ―autopoyezis‖  (özünüyaratma,  özünütörəmə)  anlayışını  elmi 
dilə daxil etdi. 
 
Autopoyetik proseslərin köməyi ilə sistem onun təşkilatında olan komponentlərinin 
özünütörəmə proseslərini həyata keçirir, bu şəkildə öz eyniyyətini qoruyub saxlayır. 
 
M.Zeleni  özünütörəməyə növbəti misalı sadə canlı sistemdən  – bioloji hüceyrədən 
gətirir:  hüceyrə  -  bu  orta  hesabla  105  makromolekuldan  ibarət  olan  mürəkkəb  sistemdir. 
Tam həyatı boyu həmin hüceyrənin bütün makromolekulları təqribən 104 dəfə təzələnir. Bu 
zaman  bütün  proses  boyu  hüceyrə  öz  fərqli  xüsusiyyətlərini,  bağlılığını  və  nisbi 
müstəilliyini qoruyub saxlayır. O, külli miqdarda komponent törəyir, amma eyni zamanda 
özündən başqa heç bir şey törəmir. Komponentlərin özləri aramsız olaraq və ya dövri olaraq 
dağılır və yenidən yaranır, yaranır və ölürlər, törəyirlər və istifadə olunurlar, eyni zamanda 
tam isə öz birliyini və bütövlüyünü qoruyub saxlayır – bu özünütörəmə (və ya autopoyezis) 
adlandırılır (15, s.398). 
 
Maturananın rəyinə görə autopoyezis prosesləri bütün sosial sistemlərə deyil, ancaq 
―təbii‖lərə aiddir (məsələn: ailələlərə, klublara, siyasi partiyalara). 1970-ci ildə yazdığı elmi 
əsərində  Maturana  qeyd  edirdi  ki,  təşkilat  sistemi  bir  tam  kimi  müəyyən  edən  əsas 
münasibətləri  təyin  etdiyi  halda,  sistemin  strukturu,  yəni  elementlərin  qarşılıqlı  təsiri, 
əlaqəsi, dəyişə bilər. Sistemlərdən bəzisi bir neçə struktura malik ola bilər və ətraf mühitlə 
yaxşı  qarşılıqlı  əlaqədə  olmaq  məqsədilə  onları  dəyişə  bilər.  Bu  barədə  demək  olar  ki, 
sistem digər sistemlər və xarici mühit ilə strukturlu bağlılıqlar qurur. Mühüm olan bir şeyi 
də  qeyd  edək  ki,  ətraf  mühitdə  baş  verən  dəyişikliklərə  reaksiya  vermək  və  hansı  şəkildə 
vermək  seçimini  sistem  özü  edir.  ―Canlı  sistem  öz  təşkilatı  vasitəsilə  öz  identikliyini 


itirmədən  görə  biləcəyi  bütün  qarşılıqlı  əlaqələr  sahəsini  müəyyən  edir‖  (21,  s.99),  buna 
görə də canlı sistemin dəyişən ətraf mühitdə səmərəli olaraq mövcud olması onu göstərir ki, 
bu sistem ―biliklərə‖ malikdir, o, mühiti həm tanıya, həm də öyrənə bilir. Maturana koqnitiv 
(idraki) sistemə aşağıdakı tərifi verir: ―bu elə bir sistemdir ki, onun təşkilatı qarşılıqlı əlaqə 
sahəsini  müəyyən  edə  bilir,  harada  ki,  o,  özü-özünü  dəstəkləmək  üçün  fəaliyyət  göstərə 
bilər, dərk etmə prosesi isə bu sahədə aktual (induktiv) fəaliyyətdir və ya davranışdır. Canlı 
sistemlər – koqnitiv sistemlərdir, həyat isə bir proses kimi dərketmə prosesindən ibarətdir. 
Bu  fikir  bütün  orqanizmlər  üçün  etibardır  –  həm  əsəb  sisteminə  malik,  həm  də  malik 
olmayan― (21, s. 103). 
 
Maturana  qeyd  edir  ki,  canlı  sistemlər  haqqında  bütün  müddəalar  müşahidəçi 
tərəfindən söylənir. Müşahidəçi – insandır, yəni canlı sistemdir, buna görə də o, sistem ilə 
mühit  arasında  fərq  qoya  bilər  və  bu  fərqi  dil  vasitələri  ilə  təsvir  edə  bilər.  Amma,  canlı 
sistemlərə  aid  olan  hər  şey,  həm  də  ədalətli  olaraq  müşahidəçinin  özünə  də  aiddir. 
Müşahidəçi  tərəfindən  həyata  keçirilən  dərketmə  prosesi  üzərindəki  refleksiya  Maturana 
nəzəriyyəsinin  ən  vacib  nöqtələrindən  biridir  və  onun  ideyalarını  məhz  canlı  sistemlərin 
hüdudlarından uzaqlara yayılmasına yardım göstərir. 
 
Sistem  dəyişmələrinin  analizi  fərqlərin  tanınması  kimi  fundamental  problemi  ön 
plana  çıxarır.  ―Fərqlər  dünyanı  iki  yerə  bölür:  ―buna‖  və  ―ona‖,  ―mühitə‖  və  ―sistemə‖, 
―bizə‖ və ―onlara‖ və s. İnsan fəaliyyətində fərqləndirmə ən vacib yerlərdən birini tutur və 
əlbəttə ki, sistemlər haqqında elmdə ən vacib işlərdən biridir, belə ki, sistemin hər hansı bir 
tərifi  məhz  sistem  və  onun  mühiti  arasındakı  fərqdən  ibarətdir‖  (15,  s.  317).  Son 
mülahizələr  Braunun  formaların  hesablanması  məntiqinə  əsaslanır,  hansı  ki,  obyektlər 
üzərində deyil, fərqləndirmələr üzərində iş aparmağı tələb edir. 
 
N.Luman  sosial  sistem  nəzəriyyəsinin  öz  variantını  hazırlayan  zaman  məhz 
fərqləndirmə  məntiqindən  istifadə  etmişdir.  O,  hesab  edirdi  ki,  ―sistem  dedikdə  müəyyən 
növ  obyektləri  deyil,  müəyyən  fərqləri,  məhz  sistem  ilə  ətraf  mühitin  fərqlərini  nəzərdə 
tutmalıyıq. Sistem fərqləndirmə formasıdır, yəni iki tərəfə malikdir: sistem (formanın daxili 
tərəfi  kimi)  və  ətraf  mühit  (formanın  xarici  tərəfi  kimi).  Ancaq  hər  iki  tərəf  fərq  yaradır, 
forma yaradır, anlayış yaradır‖ (18, s. 28). 
 
Növbəti  mərhələdə  fərqləndirmə  əməliyyatı  sistemin  özünə  qarşı  tətbiq  olunur, 
hansında ki, tam və hissələr ayrılır, yəni sistem differensiallaşır. 
 
Luman  bir  sıra  işlərində  autopoyezis  konsepsiyasını  sosial  sistemlər  nəzəriyyəsinə 
tətbiq etməklə inkişaf etdirir (44). Luman hesab edir ki, sosial sistemlərin mövcudluğunun 
üsulu autopoyezisdir – sistemin işə salan (törədən) və onun sonrakı fəaliyyətini elementlərin 
dəyişdirilməsi  strukturun  yenidən  qurulması  və  onun  xarici  şərtlərə  qarşı  adaptasiya 
olunması  yolu  ilə  təmin  edən  şey.  Autoporyezis  –  bu  təkcə  ölüb  gedənin  sadəcə 
dəyişdirilməsi  deyil,  həm  də  onların  özünəməxsus  bir  şəkildə  fəaliyyətə  məcbur 
edilməsidir. 
 
80-ci  illərin  ortalarında  Luman  belə  bir  nəticəyə  gəlir  ki,  sosial  sistem 
kommunikasiyaların  təkrar  istehsalıdır.  ―Sosial  sistem  həmişə  o  zaman  qurulur  ki,  onda 
kommunikasiyaların  autopoyetik  münasibətləri  həyata  keçir,  hansılar  ki,  xarici  mühitdən 
uyğun kommunikasiyaların məhdudlaşdırılması vasitəsilə ayrılırlar. Beləliklə, sosial sistem 
insanlardan və ya fəaliyyətdən deyil, kommunikasiyalardan ibarətdir (17, s. 127). 
 
Luman bu  yanaşmasının məhsuldarlığını hüquq  sisteminin analizinin nümunəsində 
nümayiş etdirir. Hüquq sistemi – bu qanuni kommunikativ aktların təkrar istehsalıdır. Hər 
bir qanuni akt sistemi inkişaf və modifikasiya edir. 
 
Hüquq  sistemi  normativ  olaraq  qapalıdır.  Nəyin  qanuni,  nəyin  isə  qeyri-qanuni 
olduğunu ancaq o, müəyyən edir. Bütün dəyişikliklər sistemin özü ilə müəyyən olunur. Bu 
zaman məhkəmələr və həbsxanalar, hüquqşünaslar və cinayətkarlar hüquq sisteminə daxil 
edilmirlər, onlar xarici mühitə aiddirlər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə