Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   81

 
Bu  qədər  radikal  yanaşmaya  elmi  ictimaiyyətin  müəyyən  qədər  müqavimətini 
Luman  qabaqcadan  əmələ  gələn  humanistik  mənfi  rəy  ilə  izah  edir  –  alimlərin  bir  qismi 
adət üzrə hesab etməyə üstünlük verirlər ki, cəmiyyətin insanlardan və ya onların arasındakı 
münasibətlərdən ibarətdir (18, s. 27). 
 
Doğurdan  da,  ―insanı  unutmaq‖  tələbi  çoxları  tərəfindən  qeyri-təbii  kimi  qəbul 
edilir,  baxmayaraq  ki,  N.Lumanın  özü  hesab  edirdi  ki,  ―sosial  sistemlərin  sosioloji 
ərazisini‖,  hansı  ki,  bütün  sosioloji  bilikləri  inteqrasiya  edən  superərazi  roluna  iddia  edə 
bilər – başqa cür qalma olmaz. 
 
Bir  sıra  alimlər  hesab  edirlər  ki,  sosial  sistemlərin  bu  cür  konsepsiyaları  onların 
fəaliyyət  göstərməsində  və  onun  bütövlükdə  dəyişdirilməsində  sistemin  elementlərinin 
(insanın,  insan  qruplarının)  aktiv  rolunu  lazımi  qədər  qiymətləndirmirlər.  U.Bakli, 
A.Etsioni,  M.Arçer,  P.Ştompkanın  və  başqa  alimlərin  əsərlərində  sosial  sistem 
nəzəriyyəsinə fəal yanaşma inkişaf tapmış (bax icmal (39, s. 242-254)
2

 
Bu elmi istiqamətə E.Giddensin strukturlaşdırma nəzəriyyəsi də aid oluna bilər. O, 
aşağıdakı bir-biriləri ilə əlaqədə olan tərifləri verir: 
 
sosial  sistem  –  bu  aktyorlar  və  ya  kollektivlər  arasında  müntəzəm  sosial  təcrübə 
kimi təşkil olunmuş münasibətlərin yenidən təkrarlanmasıdır; 
 
strukturlar – transformasiya münasibətlərinin qaydaları, rusursları və ya komplekti
 
strukturasiya – strukturların varisliyi və ya dəyişdirilməsini, nəticədə isə sistemlərin 
təkrar istehsalını idarə edən şərtlər. 
 
Giddens hesab edir ki, sosial sistemlərin strukturasiyasının analizi aktyorların şüurlu 
fəaliyyətinə  əsaslanan  özünütörəmə  proseslərinin  öyrənilməsi  deməkdir.  Strukturasiya 
proseslərinin tədqiqi aktyorların sosial sistemlərinin eyni zamanda həm yaradıcıları, həm də 
yaratdıqları  olduğunu  anlamağa  imkan  verir.  Giddensin  fikrinə  görə  strukturun  sosial 
elmlərdə  qəbul  olunmuş  statik  tərifinə  hansı  ki,  sosial  sistemin  ən  çox  sabit  aspektlərini 
xarakterizə  edirdi  –  cəm  şəkildə  olan  struktur  anlayışı  əlavə  etmək  lazımdır,  bu  sistemin 
dinamikasını  daha  yaxşı  təsvir  etmək  imkanı  verir,  belə  ki,  struktur  –  vəziyyət  deyil, 
prosesdir.  ―Strukturlar  ikili  təbiətə  malikdirlər  –  onlar  müntəzəm  olaraq  təşkil  etdikləri 
praktikanın həm vasitəsi, həm də nəticəsidirlər... Strukturları məcburiyyətə bərabər tutmaq 
lazım deyil, onlar təkcə məcbur etmirlər, onlar həm də inkanlar verirlər‖. Strukturları maneə 
ilə eyniləşdirmək olmaz, belə ki, onlar həmişə həm məhdudlaşdırıcı, həm də stimullaşdırıcı 
xüsusiyyətlərə malikdirlər. 
 
Giddensə  görə  struktur  sosial  fəaliyyətlərin  mümkün  variantlarını  tənzimləyən 
qaydalar sisteminə analojidir (10). Struktur anlayışının bu cür genişləndirici traktovkası çox 
güman ki, göründüyü universal nəzəriyyələrin qurulmasını asanlaşdırır, amma, buna bənzər 
konsepsiyaların  praktiki  istifadəsini  çətinləşdirilib.  Son  illər  ictimai  elmlərdə  öyrənilən 
sosial qarşılıqlı əlaqələrin tabe olduğu qaydaların məcmusunun analizi getdikcə daha geniş 
tətbiq olunur.  
 
Sosiologiya  sahəsində  qaydalar  sistemi  nəzəriyyəsini  (social  rule  systems)  Isveç 
alimləri T.Berns və E.Flem inkişaf etdirirlər. Onlar hesab edirlər ki, fərdin fəaliyyəti əsasən 
sosial  olaraq  müəyyən  olunan  qaydalar,  eləcə  də  qayda  sistemləri  tərəfindən  həm  təşkil 
olunur, həm də idarə olunur. 
 
Isveç alimlərinin nəzəriyyəsi iki fundamental proses üzərində fokuslanır: 
 
sosial qaydalar sisteminin formalaşması və islahat yolu ilə dəyişdirilməsi
 
sosial qaydaların tətbiqi, qaydaların yayılması üçün resursların səfərbər edilməsi. 
 
Sosial  qaydalar  dedikdə  norma  və  qanunlar,  əxlaq  prinsipləri,  oyun  qaydaları, 
inzibati tənzimləmə prosedurları, adət və ənənələr, iqtisadi və siyasi institutların tələbləri və 
müvafiq  sanksiyalar  başa  düşülür.  Qaydalar  fərdin  hərəkətlərini  tənzimləyir,  amma  tam 
                                                 
2
Bax: История теоретической социологии: В 4 т. / Под ред. Ю.Н.Давыдова. СПб., 2000. Т. 4; 
Теория общества / Под ред. А.Ф.Филиппова. М., 1999; Добреньков В.И., Кравченко 
А.И. Социология: В 3 т. М., 2000
 


determinasiya etmir, onun əlində müəyyən qədər seçim azadlığı qalır. Hər hansı bir sosial 
təşkilat – bu tam və ya qismən bölüşdürülmüş qaydalar sistemdir (41). 
 
Strukturun  çoxluğu  ideyası  U.Maturananın  nəzəriyyəsində  istifadə  olunur.  Onu  da 
qeyd  edək  ki,  strukturasiya  konsepsiyası  autopoyezis  konspesiyasını  inkişaf  etdirir. 
K.Xübnerin  tətbiq  etdiyi  tarixi  qaydalar  sistemi  anlayışı  da  bu  istiqamətdir.  Xübnerin 
fikrinə  görə  tarixi  proseslərin  analizi  onların  qaydalara  tabe  olduğunu  göstərir...  İnsan 
həyatının  nə  qədər  müxtəllif  forma  və  tərəfləri  vardırsa,  belə  qaydaların  bur  o  qədər  də 
tipləri vardır. Bunlar gündəlik ünsiyyət və cürbəcür qarşılıqlı əlaqələrin tənzmlədiyi: biznes, 
iqtisadiyyat  və  dövlət  həyatının  qaydalarıdır;  incəsənətin,  musiqinin,  dinin  və  əlbəttə  ki, 
dilin  yaşadığı  qaydalardır.  Bu  qaydalar  bir  tərəfdən  tarixən  yarandıqlarına  və  tarixi 
dəyişikliklərə  məruz  qaldıqlarına  görə,  digər  tərəfdən  isə,  onlar  bizim  həyatımızın  bütün 
sahələrinə  sistematik  quruluş  verdiklərinə  görə,  mən  onları  tarixi  qayda  sistemləri  və  ya 
sadəcə olaraq sistemlər adlandırıram (38, s. 160). Xübner sistemli yanaşmadan elmin bilik 
sistemi  kimi  inkişafının  analizi  üçün  istifadə  etmiş  və  diqqətini  sistemin  eksplikasıyası  – 
daxili inkişafı proseslərinə vermişdir, bu zaman həm sistemin mutasiya proseslərində, eləcə 
də  yeni  sistemin  yaranmasına  aparan  qaydaların  dəyişməsi  prosesində  əsas  qaydalar 
dəyişilməz qalır. 
 
 Qaydalar  sisteminin  analizi  müasir  iqtisadi  nəzəriyyənin  təkamül  iqtisadiyyatı, 
neoinstitusionizm  kimi  istiqamələrində  geniş  istifadə  olunur.  Iqtisadiyyat  üzrə  Nobel 
mükafatı laureatı D.Nort öz əsərlərində əsas diqqəti sosial institut və təşkilatların qaşrılıqlı 
təsirinə  verir.  O,  hesab  edir  ki,  institutlar  –  cəmiyyətin  ―oyun  qaydalarıdır‖.  Institutlar 
özlərində  bütün  formal  qanunları  və  qeyri-formal  qaydaları,  insanlar  arasındakı 
münasibətlərə  müəyyən  bir  struktur  vermək  üçün  insanlar  tərəfindən  yaradılmış  bütün 
məhdudiyyət formalarını toplayır 
3

 
Bu cür yanaşma D.Norta və onun həmkarlarına nəinki iqtisadi, həm də konstitutsiya 
və  parlament  kimi  siyasi  institutların  fəaliyyətini  müvəffəqiyyətlə  analiz  etməyə  imkan 
verdi. 
 
Sistemli  analiz  -  sürətlə  inkişaf  edən  elmi  istiqamətlərdən  biridir  və  təbiət,  texnika 
haqqında  elmlərə,  humanitar  sahələrə  getdikcə  daha  geniş  daxil  olur.  Tədqiq  edilən 
hadisələrin sistemli şəkildə dərk edilməsi elmi ifadələr sırasına tamlıq, struktur, emercentlik 
sistemaltı sistem kimi mühüm anlayışları daxil edir və sözsüz ki, sosial reallığın dərindən 
dərk edilməsində faydalıdır. 
 
Hər  bir  cavan  elmdə  olduğu  kimi,  sistemlər  nəzəriyyəsində  də  əsas  müddəa  və 
posstulatların analizi üzrə intensiv tənqidi iş aparılır. Hətta sistem anlayışına onu çoxluqlar 
anlayışından dəqiq ayırmaq üçün belə bir tərif vermək də çox çətindir. Anlayışlar ətrafında 
mübahisələr mühüm olsa da bir qədər sxolastik çalarlıdır. 
 
Sosial sistemlərin təbiəti haqqında nəzəri diskusiyalar oxucularda haqlı olaraq belə 
bir sualın yaranmasına səbəb ola bilər: 
 
Sistem kimi birmənalı olmayan və qeyri-müəyyən anlayışının tətbiqinin heç olmazsa 
hər hansı bir praktiki faydası varmı? 
 
Hamısından maraqlı olanı odur ki, sistem yanaşmasının tətbiqi problemlərin həllində 
həqiqətən  də  güclü  vasitədir.  Sistem  analizindən  istifadə  haqqında  konkret  tövsiyyələrlə 
növbəti fəsildə tanış ola bilərsiniz. 
 
 
Məsələlər və tapşırıqlar 
1.
 
Sistem  ilə  xarici  mühit  arasında  sərhədi  necə  identifikasiya  etmək  olar?  Sərhəd 
sistemin bir hissəsidirmi? 
2.
 
Siz  hansı  sosial  sistemlərin  bir  parçasısınız?  Bu  sistemlər  bir-biriləri  ilə  və  ətraf 
mühit ilə necə qarşılıqlı təsirdədirlər? 
                                                 
3
Норт Д. Институты, институциональные изменения и функционирование экономики. М., 
1997. С. 18.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə