Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   81

35.
 
Уемов А.И. Системный подход и общая теория систем. М.: 1972. 
36.
 
Урсул А. Д. Отражение и информация. М.: 1973. 
37.
 
Форрестер Дж. Мировая динамика. М.: 1978. 
38.
 
Хюбнер К. Критика научного разума. М.: 1994. 
39.
 
Штомпка П. Социология социальных изменений. М.: 1996. 
40.
 
Ackoff  R.L.,  Gharajedaghi S.  Reflection  on  systems  and  their  models  //  Systems 
Research. 1996. Vol. 13. № 1. P. 13-23. 
41.
 
Burns T.R., Flam H. The shaping of social organization. L.: SAGE, 1987. 
42.
 
Flood  R.L.,  Carson  E.R. Dealing  with  complexity.  An  Introduction  to  the  Theory 
and Application of Systems Science. N.Y.: Plenum, 1993. 
43.
 
Gigch S.P. van. Systems Design, Modeling and Metamodeling. N.Y.: Plenum, 1991. 
44.
 
Luhmann N. Essays on self-reference. N.Y.: Columbia Univ. Press, 1990. 
45.
 
Maturana H.R., Varela F.G. Autopoiesis and Cognition: The Realization of Living. 
Dordrecht: Reidel, 1980. 
46.
 
Mingers  J. A  Comparison  of  Maturana's  Autopoietic  Social  Theory  and  Giddens 
Theory of Structuration // Systems Research. 1996. Vol. 13. № 4. P.469-482. 
47.
 
Mingers  J. Self-producing  systems.  Implications  and  Applications  of  Autopoiesis. 
N.Y.: Plenum. 1995. 
48.
 
Mingers J. The cognitive theories of Maturana and Varela // System Practice. 1991. 
Vol. 4. № 4. p. 319-338. 
49.
 
Sewell  W.  A  theory  of  structure:  Duality,  agency  and  transformation//  American 
journal of sociology. 1992. Vol. 98. № 1. P. 1-30. 
50.
 
Sorokin P.A. Social theory today. N.Y.: Harper & Row, 1966. 
51.
 
Spenser Brown S. G. The Laws of Form. L.: Alien & Unwin, 1971. 
 
 
 
Fəsil 2. Tətbiqi sistem analizinin əsas istiqamətləri 
 
2.1. Metodoloji yanaşmaların təsnifatı 
 
İngiliz  alimləri  R.Flad  və  M.Cekson  (23)  sistem  anlizinin  tətbiqi  metodologiyasının 
rahat  və  kifayət  qədər  dolğun  təsnifatını  təklif  etdilər.  Təsnifatlaşdırma  sosial  sahədə  və 
menecmentdə  yaranan  konkret  tətbiqi  problemlərin  həllinə  istiqamətlənmiş  sistem 
təsəvvürlərin inkişaf tarixini izləməyə imkan verir. 
Flad  və  Cekson  çox  düzgün  olaraq  hesab  edirlər  ki,  sistem  analizinin  ayrı-ayrı 
istiqamətləri  arasında  bütün  tətbiq  sahəsinə  inhisarcasına  yiyələnmək  uğrunda  mübarizə 
müvəffəqiyyət ilə nəticələnmir. Nüfuz sahələrin bölüşdürülməsi daha çox səmərəlidir. Yəni 
bu  elə  sosial  sistem  tiplərinin  tərifidir  ki,  onlar  üçün  sistem  analizinin  konkret 
metodologiyasından  istifadə  daha  effektlidir.  Buna  görə  də,  onlar  sosial  sistemlərin 
təsnifatından başlayırlar. 
Sadə  sistemlər  daha  çox  elementlərə  malikdirlər.  Elementlərin  arasında  qarşılıqlı 
əlaqələrin miqdarı o qədər də çox deyil. Amma onlar yaxşı təşkil olunublar və onları idarə 
etmək  olur.  Sadə  sistemlər  demək  olar  ki,  ətraf  mühitdən  asılı  deyillər,  determinasiya 
olunublar və zaman daxilində az dəyişirlər. 
Mürəkkəb sistemlər böyük miqdarda elementlərdən ibarətdirlər, onların arasında da çox 
saylı  qarşılıqlı  əlaqələr  mövcuddur.  Mürəkkəb  sistemlərin  və  ətraf  mühitin  davranışına 
təsadüfi  faktorlar  təsir  göstərir.  Sistemaltı  sistemlərin  öz  şəxsi  məqsədləri  ola  bilir.  Bu 
məqsədlər  heç  də  həmişə  və  heç  də  hər  şeydə  ümumi  sistemin  məqsədləri  ilə  üst-üstə 
düşməyə bilər. 


Onu da nəzərdə tutmaq lazımdır ki, sosial sistemlərin sadə və mürəkkəb olaraq iki yerə 
ayrılması  kifayət  qədər  şərtidir,  yayğındır.  Söhbət  daha  çox  real  fərqlərdən,  daha  çox 
tendensiyalardan gedir. 
Sistemin sadə və mürəkkəblərə bölgüsü ənənəvidir, amma sosial sistemdə elementlərin 
və  sistemaltı  sistemlərin  (fərdlərin,  qrupların)  iştirakı  üzrə  təsnifatdan  xeyli  az  istifadə 
olunur. Flad və Cekson iştirak etmənin üç növünü nəzərdən keçirirlər. 
1.
 
Unitarizm  –  məqsəd,  dəyərlər,  istiqamətlənmələr  barəsində  həmrəyliliyn  yüksək 
dərəcəsi. Qərarın qəbulunda hamı iştirak edir. 
2.
 
Plyuralizm  –  maraqlar  və  dəyərlər  fərqlənə  bilərlər,  amma  buna  baxmayaraq 
kompromislər  və  bütün  iştirakçılar  tərəfindən  qəbul  edilən  münasib  qrupların 
hazırlanması hesabına həmişə həmrəyliyə nail ola bilirlər. 
3.
 
Məcburiyyət – maraqlar, məqsədlər, dəyərlər və istiqamətlər müxtəlifdir, bu da tez-
tez konfliktlərə səbəb olur, nəticədə sistemin bir hissəsi öz qərarlarını digər hissəyə 
zorla qəbul etdirir. 
Bu təsnifat sosial sistemlərin altı tipini müəyyən edir. Əgər sosial sistemin hər tipi üçün 
sistem  analizinin  elə  bir  tətbiqi  metodologiyasını  seçsək  ki,  sosial  sistemin  həmin  sinifin 
spesifikasını  daha  çox  dərəcədə  nəzərə  almış  olsun,  onda  nəticə  aşağıdakı  2.1.  cədvəli 
şəklində  təsəvvür  etmək  olar,  cədvəl  Flad  və  Cekson  cədvəlinin  modifikasiyasıdır  (28,  s. 
42). 
 
Cədvəl 2.1. Sistem analizinin əsas metodologiyası 
 
Sistemlər 
Unitarizm 
Plyuralizm 
Məcburetmə 
Sadə 
1 Əməliyyatlatın  
təhlili, sistemotexnika  
3. Çerçmen V. Strateji gənaətlərin 
metodologiyası 
5. 
Ulrix  B.Tənqidi 
sistemlərin 
metodologiyası 
Mürəkkəb 
2.  Vir  S.  yaşamağa  qadir 
sistemlərin metodologiyası 
4. 
Akoff 
R. 
İnteraktiv 
planlaşdırmanın  metodologiyası; 
Çeklend  P.  Yumşaq  sistemələrin 
metodologiyası 
6. 
 
 
Cədvəlin  damaları  nömrələnib.  Cədvəli  bu  nömrələnməyə  uyğun  şəkildə  nəzərdən 
keçirəcəyik.  Qeyd  edək  ki,  bu  cür  ardıcıllıq  bu  və  ya  digər  yanaşmanın  yaranma  vaxtını 
təqribən əks etdirir. 
Cədvəlin ilk sütunu əsasən dəqiq, dəyişməz struktura malik ―sərt‖ sistemlərin tədqiqinə 
yönəlmiş  metodlardan  ibarətdir.  Belə  sistemlər  üçün  sistemlərin  formalizə  edilmiş 
təsvirlərinə əsaslanan ciddi kəmiyyət metodlarının tətbiqi xüsusilə effektiv olur. 
Cədvəlin  təsvirini  ilk  damasından  başlayaq.  Əməliyyatların  tədqiq  edilməsi  metodları 
insan fəaliyyətinin  ən müxtəlif sahələrində istifadə olunur, amma bu elmi  istiqamətin əsas 
məqsədi istehsal proseslərinin optimal təşkilinin məsələlərinin həllidir (6). Optimal - ən çox 
effektiv  olan  –  həllərin  tapılması  riyazi  metodların  və  EHM  istifadəsini  tələb  edir,  buna 
görə  də  son  zamanlar  əməliyyatların  tədqiqi  çox  vaxt  informatikanın  bir  bölməsi  kimi 
nəzərdən keçirilir. Əməliyyatların tədqiqinin bəzi aspektləri 3-cü bölmədə izah olunur. 
Sistemomexanika  dedikdə  həm  texniki  məmulatların,  həm  də  informasiyanın 
avtomatlaşdırılmış  emalı  sistemlərinin  layihələşdirilməsi  metodlarının  geniş  dərəcəsi  başa 
düşülür.  Informasiyanın  EHM-də  emalı  sahəsi  sel  kimi  genişləndiyindən  son  zamanlarda 
informasiyanın  emalı  sistemlərinin  istehsalının  sənayeləşdirilməsi  metodları  diqqəti  daha 
çox  cəlb  etməyə  başlayır.  CASE  adlandırılan  proqram  sistemlərin  işlənilməsi 
texnologiyaları  xeyli maraq çəkirlər; onlar istifadə olunurlar: biznes analizi üçün (strateji 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə