Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   81

planlaşdırmanın,  maliyyə  vəsaitlərinin  idarəsi,  firmanın  siyasətinin  müəyyən  edilməsi, 
personalın öyrədilməsi məsələlərinin həlli üçün); proqram təminatının işlənib hazırlanması 
(7). 
CASE-texnologiyaları proqram təminatının hazırlanmasının bütün həyati sikllərini əhatə 
edir.  Amma,  bizim  üçün  sistemin  məqsədlərinin  formalaşdığı,  əsas  tələblərin  müəyyən 
olunduğu – məsələlərin qoyuluşunun həyata keçirdiyi birinci mərhələ xüsusilə maraqlıdır. 
Işləyib  hazırlamanın  məhz  bu  mərhələsində  təşkilatın  rəhbərləri,  menecerlər,  biznes-
analitiklər, müxtəlif bilik sahələri üzrə ekspertlər (o cümlədən də sosioloqlar) iştirak edirlər. 
Bu  mərhələdə  CASE  problemin  bir  növ  qrup  modelləşdirilməsinin  texnologiyasını  təklif 
edir, hansı ki, sistemin strukturlu təsviri və analizinin metodlarına əsaslanır (7, 9). Sistemin 
modelləşdirilməsi  qarşılıqlı  əlaqədə  qrafik  diaqramlar  komplektinin  qurulmasından 
ibarətdir. Diaqramların qurulması üçün kifayət qədər standartlaşdırılmış qrafik simvollardan 
(sistemlərin  layihələşdirilməsinin  vizual  dili)  istifadə  olunur,  praktikləşdirmə  prosesinin 
effektivliyi isə qrafik modellərin kompyuterlə dəstəklənməsi hesabına təmin olunur (7). 
Hal-hazırda  bu  yanaşmanın  yayılması  üçün  həyata  keçirilən  bütün  cəhdlərinin 
perspektivliyinə baxmayaraq bu yanaşma ―sərt‖ sistemlər üçün xarakterik olan problemlərin 
formalaşdığı problemlərin həlinə istiqamətlənmişdir. Flad və Ceksonun təsnifatında birinci 
damada yerləşən bu sistemlər az saylı elementi olan ―sadə‖ sistemdir. 
Əbəttə,  sadə  sistemin  tərifinin  əhəmiyyətli  şəkildə  dəqiqləşdirməyə  ehtiyacı  var. 
Sistemin  çoxlu  miqdarda  elementləri  olsa  da,  əgər  bütün  qarşılıqlı  təsirlər  unifikasiya 
olunubsa (vahid şəklə salınıbsa) və sistem kifayət qədər sadə (lakonik) formalaşmış təsvir 
verirsə, nisbətən sadə və anlaşılan hissələrə ―bölünürsə‖ – o, sadədir
4

2.1  cədvəlinin  ikinci  damasında  da  ―sərt‖  sistemlər,  amma  daha  yüksək  mürəkkəblik 
dərəcəsində olanlar nəzərdən keçirilir. Sistemlərin bu qəbildən olanları üçün bir sıra sistem 
yanaşmaları  təklif  olunmuşdur,  amma  S.Virin  həyat  qabiliyyətli  sistemlər  metodologiyası 
daha  geniş  şöhrət  qazanmışdır.  Ingilis  aliminin  parlaq  şəxsiyyəti  və  müxtəlif  istedadlara 
malik  olması  onun  kitablarının,  o  cümlədən  1993-cü  ildə  rus  dilində  nəşr  olunmuş 
―Firmanın  beyni‖  (3)  kitabının  böyük  müvəffəqiyyət  qazanmasına  yardım  göstərmişdir. 
Virin  nəzəriyyəsini  hansı  ki,  təşkilatın  idarə  olunması  ilə  insanın  sinir  sisteminin  və 
beyninin  fəaliyyət  göstərməsi  arasındakı  analogiyalara  əsaslanır,  təsvir  etməyək. 
Sosioloqlar  və  politoloqlar  üçün  kitabın  S.Virin  1970-1974-cü  illərdəki  Çili  hadisələrində 
iştirakına həsr edilmiş axırıncı – dördüncü hissəsi xüsusi maraq ifadə edir. 1971-ci ildə Vir 
iqtisadiyyatın  kibernetika  yolu  ilə  tənzimlənməsi  sahəsində  dünya  liderliyinin  Çiliyə  aid 
olması  üçün  həyat  qabiliyyətli  sistem  hazırlamağa  başlayır.  Daha  sonra  o,  ölkənin  idarə 
olunmasında inqilabın ―ümumxalq proyektini‖ işləyib hazırlayır, broşyuraların, vərəqlərin, 
plakatların  və  mahnıların  yardımı  ilə  ―yaxşı  hökümətə  doğru  gedən  yolda  xalqlar  üçün  5 
prinsipi‖  təbliğ  etməyə  çalışmışdır  (3,  s.  301).  Vir  Çilidə  yaradılan  sistemlərin  yaşamaq 
qabiliyyətinin  yüksək  olması  üçün  U.Maturanın  (3,  s.  348-350)  autonoyezis  nəzəriyyəsini 
aktiv olaraq cəlb edir. Amma, çox təssüf ki, kütləvi korrupsiya, imperializmin fitnələri və 
başqa xoşagəlməz hadisələr məşhur ingilis  kibernetikanın  çox önəmli işinin  reallaşmasına 
mane oldular, amma onun nəzəriyyəsinə müəyyən romantik hava verdilər. 
S.Virin  müvəffəqiyyətsizliyi  daha  çox  sosial  sistemlərin  tədqiqinə  olan  kibernetik 
yanaşmanın  ―sərtliyi‖  ilə  şərtlənmişdir.  Sistem  paradiqmasında  ilk  baxışda  əhəmiyyətsiz, 
əslində isə inqilabi dəyişikliklər etmək üçün onilliklər və bir sıra görkəmli alimin zəhməti 
tələb  olundu,  amma  bu  dəyişikliklər  sosial  sistemlərin  adekvat  təsvirini  və  onların 
analizinin effektiv metodlarını tapmağa imkan verdi.  
 
2.2. “Yumşaq” sistemlərin tədqiqinin prinsipləri 
 
                                                 
4
CASE (Computer Aided Software/System Engineering) – sistemlərin layihələşdirilməsində EHM-
in tətbiqi
 


Sosial  sistem  iştirakçılarının  dünyasının  mümkün  plyuralistik  mənzərəsinə  ilk  dəfə 
olaraq amerikan alimi U.Çerçmen diqqət vermişdir. Onun 60-70-ci illərdə nəşr etdirdiyi beş 
kitabında  bir  çox  sosial  problemlərin  zəif  strukturlaşdırılmış  çətin  formalizə  olunan 
xarakterini  tuta  bilməyən  sərt  sistem  yanaşmasının  məhdudluğundan  uzaqlaşmaq  zərurəti 
tədricən dərk edilir. 
Çerçmen  sosial  sistemlərin  öyrənilməsinə  yeni  yanaşmanın  dörd  əsas  tezisini  dürüst 
ifadə etmişdir:  
1)
 
Sistem  yanaşması  siz  dünyaya  ilk  dəfə  başqasının  gözləri  ilə  baxdığınız  zaman 
başlanır; 
2)
 
Sistem yanasması göstərir ki, hər bir fərdin dünyasının mənzərəsi dəhşətli dərəcədə 
məhduddur; 
3)
 
Sistem  yanaşmasında  ekspertlər  yoxdur  (burada  nəzərdə  tutulur  ki,  bu  problemli 
situasiyaya  qoşulmuş  adamların  müxtəlif  baxışları  ola  bilər.  Söhbət  əxlaq 
məsələlərindən gedəndə ekspert olmaq çətindir); 
4)
 
Sistem yanaşması heç də pis ideya deyildir. 
Sonuncu  tezis  sosial  sistem  proektini  işləyib  hazırlayanlara  ilham  vermək  üçün 
yaradılmışdır.  Onların  maraqlarının  uzlaşması  heç  vaxt  bitməyən  mürəkkəb  prosesdir, 
amma tədqiqatçıların zəhməti hədər getmir, belə ki, sistem yanaşması onlara düzgün qərar 
qəbul  etməyə  imkan  verəcəkdir.  Çerçmen  iddia  edir  ki,  proyektiin  müvəffəqiyyəti  üçün 
aşağıdakı əsas prinsiplərin diqqətlə yerinə yetirilməsi lazımdır:  
a)
 
Opponentlik etmək – zəif strukturlanmış problemləri, ancaq onlara müxtəlif nöqteyi 
– nəzərlərdən baxmaqla araşdırmaq olar; 
b)
 
Iştirak – qərarların qəbulu prosesində bütün maraqlı tərəflərin nümayəndələri iştirak 
etməlidirlər; 
c)
 
Inteqrativlik  –  müzakirə  prosesində  müxtəlif  nöqteyi  –  nəzərlər  daha  yüksək 
səviyyədə  sintez  olunmalıdır,  bu  öz  növbəsində  ümumi  fəaliyyət  planının 
hazırlanması ilə nəticələnir
d)
 
Təlim  –  nəticədə  sistem  analizi  prosesinin  iştirakçıları  öz  firmalarını  və  onun 
problemlərini daha yaxşı başa düşməyə başlayırlar.  
Çerçmeninin metodologiyası maraqlı tərəflərin nümayəndələri ilə işgüzar oyun şəklində 
reallaşdırılmışdır  və  kifayət  qədər  tam  şəkildə  təsvir  olunmuşdur  (14,  20).  Ən  nüfuzlu  və 
məhsuldar  amerika  alimlərdindən  biri  olan  R.Akoffun  (15,17)  əsərləri  sistem  analizi, 
menecment əməliyyatların tədqiqi sahəsində mütəxəssislərə çox böyük təsir göstərmişdir. 
 
Təşkilatların  XX  əsrdə  təkamülünü  nəzərdən  keçirən  Akoff  belə  bir  nəticəyə  gəlir 
ki, 60-ci illərə kimi sosial sistemləri ya yaradıcılarına və sahiblərinə xidmət edən ―maşınlar‖ 
kimi,  ya  da  ―orqanizmlər‖  kimi,  hansılarda  ki,  sistemaltı  sistemlərin  məqəsdləri  tamın 
məqsədinə  tamamilə  tabedir  –  nəzərdən  keçirmək  olardı.  Xarici  mühit  hiperrəqabətli  və 
turbulent  vəziyyətə  düşür.  Istehsal  təşkilatlarının  fəaliyyəti  diversifikasiya  olunur  (bir 
transmilli firma eyni zamanda soyuducular, televizorlar və kosmetika istehsal edir, otellərə, 
gəmilərə  və  qəzetlərə  sahiblik  edir...)  Standart  istehsaldan  məhsulun  fərdi  sifarişlər  üzrə 
istehsalına  keçid  baş  verir.  Informasiyanın  həcmi  sürətlə  artır,  onun  emalının  öhdəsindən 
hətta  kompyuterlər  gələ  bilmir.  Təşkilatların  personalı  getdikcə  daha  savadlı  və  müstəqil 
qərarlar  qəbul  etməyə  meylli  olur  və  heç  də  həmişə  yuxarı  tam  və  səhih  informasiyanı 
ötürmür, bəzən rəhbərliyin göstərişlərini nəzə almırlar. Sistemaltı sistemlərin məqsədilə üst-
üstə düşmür. 
 
Akoffa  görə  bu  cür  şərtlər  altında  (17)  sosial  təşkilat  modeli  prinsipial  olaraq 
dəyişməli və o, ―sosial sistemli‖ olmalıdır. Təşkilat birinci növbədə demokratik olmalıdır – 
bu  o  deməkdir  ki,  qərarların  qəbulunda  –  xüsusilə  də  təşkilatın  işinin  planlaşdırılması 
məsələlərinə  dair  –  bütün  maraqlı  olan  şəxslər  iştirak  etmək  imkanına  malik  olamlıdırlar 
(16). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə