şey yazmaq lazım oldu, vəssalam, bütün bu kazarmaları,
nazirlikləri də kirayə
verərik, o pula sarayı da saxlayarıq, indi adamdan çox. pula ehtiyac var, iki nəfər
də qabiliyyətli quluqqçu götürərik, qoy biri bişirib-düşürsün, yır-yığış eləsin, o biri
yuyub ütüləsin, inəklərdən, quşlardan salamat qalanı varsa əgər, onlara da özüm
baxacağam, bir fahişənin də ayağı dəyməyəcək bundan sonra buralara, bu da o
deyil ki, dəqiqə başı tumanlarını sivirib əsgərlərin yanına cumurdular…
qızılgüllərin altında köpən cüzamlılar da rədd olsunlar başımdan, başıbilən
hüquqşünaslar, hər şeyi guya qabaqcadan bilən siyasətçi-alimlər də – hamısı
cəhənnəm olsun, bura prezident sarayıdı, yankilərin sözü olmasın, murdar
fahişəxana deyil… Patrisio
Araqones də düz deyirdi, hər şeyin öhdəsindən özüm
gələrəm, heç kim də mənə lazım deyil, ikinci kameta olmur, lap belə onuncusu
olsun, daha ölməyə hazırlaşmıram. Ölmək istəyən ölsün, boyunlarının ardını
görərlər!» Bütün bunları o, dua kimi ara vermədən, ağzının içində şer əzbərləyən
tək, birnəfəsə dedi. Bu, onun köhnə adəti idi, həmişə ən çətin dəqiqələrdə,
müharibələrdə içini yeyən qorxunu canından çıxarmaq üçün fikirlərini öz-özünə
danışır, sabah gələcək yeni yüzilliyin hansı tarixinin hansı saatınınsa dəqiq planını
qururdu. Belədə elə bil yeri-göyü lərzəyə gətirən partlayışların
səsi eşidilməz
olurdu.
Axır ki, çöldən sonuncu güllənin səsi eşidildi. Bu güllə ilə axırıncı yaralını
öldürdülər. General Rodriqo de Aqilar pəncərəyə sarı sürünüb ayağa qalxdı,
küçəyə boylanıb kiməsə, meyidləri daşımaq üçün zibil furqonları gətirməyi əmr
elədi, sonra generala sarı çönüb: «Gecəniz xeyrə qalsın, mənim generalım!» -
deyib otaqdan çıxdı. «Xeyrə qarşı, - general cavab verdi – xeyrə qarşı, dostum!
Çox sağ ol!» Rodriqo gedəndən sonra o bir müddət nazirlər kabinetinin matəm
rənginə boyanmış qara, mərmər döşməsi üstə uzanıb qaldı, sağ qolunun dirsəyi
başının altında, üzü sol ovucunun içində, xaraba qalan otaqların tüstüsündən və qan
gölməçələrinin əksindən qızaran ayın çəhrayı işığı altında, bu gecə ömrünə ilk
qədəmini qoyan uğursuz payızın xəzəli qoynunda, xəzəlin yumşaq laylasını diləyə-
dinləyə, həmişəkindən bir az da tənha vücuduyla yuxuya getdi. Səhəri gün isə hər
şey gözlənilmədən ayrı cür oldu, dünəndən bəri fikirləşib öz-özünə qurduğu
planları yerinə yetirməyə ehtiyac qalmadı. Ordu öz-özünə dağılmışdı – əsgərlər
qaçmış, son dəqiqəyəcən paytaxtın kazarmalarında və ölkənin bir neçə ayrı
kazarmalarında dünənəcən müqavimət göstərən bir ovuc zabit,
könüllülər
dəstəsinin köməyi ilə prezident qvardiyası tərəfindən öldürülmüş, nazirlərdən sağ
qalanların hamısı, son dəqiqəyəcən ona sadiq qalan həkimindən, bir də ölkənin ən
yaxşı kalliqrafından başqa, hamı xaricə qaçmışdı. Maliyyə məsələlərində də ortaya
bir o qədər çətinlik çıxmadı, borc üçün kiməsə, hansı xarici dövlətəsə agız açıb,
bogaz çəkmək lazım olmadı. Sən demə, tərəfdarları az deyilmiş, onlar dövlət
xəzinəsini qızıl üzüklərlə, bəzək əşyalarıyla doldurmuşdular.
Ucuz kətil, dəfn günü
sökülüb-dagılan uçuq-söküyü yamamaq üçün kilim almaq da lazım olmadı. Ona
görə lazım olmadı ki, ölkənin sakitləşdirilib dinc əmin-amanlıq yaradılması
zəmnində, prezident sarayı da bərpa edilib əvvəlkindən daha zəngin və gözəl
olmuşdu. Saray yenə başdan-başa içi cürbəcür quşlarla dolu qəfəslərlə
bəzədilmişdi. Qəfəslərin bir qismində acıdil qaykamay tutuquşları oturub:
«İspaniya olmur, Portuqaliya olsun» mahnısını oxuyurdular. Hər yer gül kimi tər-
25
təmiz, dənizçi səliqəsi ilə par-par parıldayırdı. Bu dənizçi səliqəsi, bu sahman iki
utancaq qadının əməyini bəhrəsiydi. Pəncərələrdən içəri, onun şəninə çalınan
musiqi sədaları axır, fişənglər atılır, dünən ölümünə çalınan zənglər, indi səhər-
axşam onun ölməz əbədiliyinə cingildəyirdi. Armas meydanının həmişəhazır
camaatı isə iri hərflərlə yazılmış: «Ölümünün üçünçü günü zühur edən zat-alilərini
Allah hifz eləsin!» - şüarlarıyla hamını ölməz prezidentin ətrafında sıx birliyə
səsləyirdilər.
Bir sözlə, həyat, əvvəllər olduğu kimi, heç kimi, heç nəyi süni surətdə
nəyəsə təhrik eləmədən, təbii şəkilldə gündəlik bayrama çevrilmişdi. Hər şey öz-
özünə düzəlirdi. Dövlət işləri yağ kimi gedir, vətən, iri addımlarla irəliləyir,
höküməti öz bildiyi, öz istədiyi kimi idarə eləyir,
heç kim ona mane olmur, elə bil
düşmənləri də öz-özünə ha tərfəsə buxarlanırdı. Əziz dostu Rodriqo de Aqilar öz
işindən razı qalmaya bilməzdi, Rodriqonun işindən general da razı idi, odu ki,
günlərin bir günü prezident qvardiyasının qiyam vaxtı xüsusi amansızlıq və şücaət
göstərən bütün əsgərlərini sıraya düzdürüb, hamısına zabit rütbəsi verdi, sonra da
yadına düşdü ki, indi bu zabitlər kiməsə əmr verməlidir,
bunun üçün də mütləq
yenə ordu yaranmalıdı, çörəyi dizinin üstdə olan ordu. Dəxli yoxdu, o, sıravi
əsgərlərin hamısına zabit rütbəsi verib barmağıyla bir-bir onların sinəsini nişan ala-
ala: «Sən – kapitan! Sən – mayor! Sən – polkovrik! Yox-yox, sən – general, o
birilər – leytenant! Haydı, əzizlərim, ordunu qəbul edin!» - dedi. Ölümünə sidq-
ürəkdən yananları da yaddan çıxarmadı, bu qədirbilən insanlara qarşı duyduğu
coşgun minnətdarlıq hissi bütün vücudunu alovlandıra-alovlandıra, vida
mərasimində cənazənin önündə hüznlə dayanan həmin qoca veteranı, məhrumun
üzüyünü öpən həmin o kişini axtarıb tapmağı əmr elədi. Tabutu üstə ağlayan
balıqsatan arvadı da tapdırdı və on dörd uşağı olan bu yazıq qadına çoxotaqlı
mənzil bağışlayaraq, zavallı ananın ən böyük ehtiyacını ödədi. Cənazəsi üstə tək
gül qoyan litsey tələbəsini də tapdırdı, onu dənizçiyə ərə verərək, qızın ən böyük
arzusunu yerinə yetirdi. Bu hədiyyələr və təltiflərlə kifayətlənmək bilməyən
kövrək qəlb yalnız San-Xeronimo kazarmalarının həyətində əli-qolu bağlı
qiyamçıları görəndə sakitləşdi. Qorxudan və nifrətdən itiləşən yaddaşıyla onların
hamısını bircə-bircə, qəddar dəqiqliklə tanıdı, əsirləri günah dərəcəsinə görə ayırdı:
«Qiyama sən başçılıq eləyirdin – bu yana keç! Meyidin üstündə ağlayan arvadı
itələyib yerə yıxan sən idin – bu yana! Mərhumu murdarlayıb pillələrlə, palçıqlı
gölməçələrlə sürüyən siz idiniz – bura durun! Qalanları bu yana! İndi göstərərəm
sizə – alçaqlar!» Amma cəzanın özü onu qətiyyən maraqlandırmırdı, adicə cəzayla
heç nə həll olunmurdu. Ona o lazım idi ki, qiyama qalxan adamların bu
hərəkətlərinin, «meyidinin» murdarlanmasının, ümumxalq narazılığının partlayışı
yox, bir dəstə heyvərənin əskik hərəkəti olduğunu özü-özünə sübut eləsin. Odu ki,
əsirləri şəxsən
özü dindirir, istədiyi yalanı onların boynuna qoyub, öz dilləriylə
etiraf elətdirirdi. Əsirlər isə heç cür heç nəyi boyunlarına almırdılar. Onda o,
onların əl-qolunu bağlatdırıb, tavan taxtalarından, tutuquşu kimi kəllə-mayallaq
asdıraraq, saatlarla başıaşağı saxlatdırırdı. Bundan da bir şey çıxmyanda, onlardan
birini qala zindanına atmağı əmr elədi ki, timsahlar onu diri-diri parçalayıb
yesinlər, o birilər də buna tamaşa eləyib hərə öz payını götürsün. Bu da kar
eləməyəndə, o, həbs olunanların hər dəstəsindən bir nəfər seçib əmr elədi ki,
hamının gözü qabağında onların dərisini soysunlar və hamı, ana bətninin pərdəsi
26