Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı



Yüklə 5,01 Kb.

səhifə15/81
tarix20.09.2017
ölçüsü5,01 Kb.
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   ...   81

qayıdıb sabahkı günü gözlədi. Təzə açılacaq günün sübh şəfəqi hər şeyi 
aydınlaşdıracaqdı, onda sular durulacaq, ona danışılan bütün bu məşəqqətlərin 
əslində nə olduğu bilinəcəkdi. Amma pəncərəni açanda, onun gözünə, ilk növbədə, 
nə vaxtsa dəniz desantının limanda qoyub getdiyi zirehli gəmidən savayı, acıqlı 
dənizin ortasında aramla yırğalanan üç karavella dəydi. 
 
*** 
 
Onun ölüsünü yenə həmin kabinetdə, elə həmin vəziyyətdə, həmin geyimdə - 
qartalların didib-tökdüyü həmin üzüylə tapanda, bizim heç birimiz o qədər də qoca 
deyildik ki, meyitin birinci dəfə tapılanda eyni ilə bu cür, ya başqa cür olduğunu 
yadımıza sala bilək, amma dəqiq bilirdik ki, təkcə elə bir ölüm xəbəri ilə ölənin 
məhz o olduğuna qəti inanmaq olmaz. Çünki əvvəllər də bir neçə dəfə belə 
olmuşdu ki, hamıya məlum olan bir həqiqət onun özünə aid olanda, izaholunmaz 
bir anlaşılmazlığa, şahidlərin dəlil-sübutları isə boşboğaz söz-söhbətə çevrilirdi. 
Məsələn, deyirdilər, guya o, kiməsə müsahibə verəndə, dəhşətli sancılardan 
qovrula-qovrula kreslodan yerə yıxılıb, ağzından da yamyaşıl öd köpüklənib; 
yaxud, danışırdılar ki, Allah, acıdilliyinə görə ona qənim olub, dilini qurudub və 
guya o, bircə söz belə deyə bilmir, təkcə ağzını, o da zorla açıb-yuma bilir, onun 
əvəzinə isə pərdənin dalından ayrı adam danışır; sonra deyirdilər, əxlaqsız 
hərəkətlərinin ucbatından, bədənini başdan-başa, balıq puluna bənzər əcayib səpki 
basıb, qarnı da, hava dəyişəndə sancıdan elə doğranır ki, söyüşündən qulaq tutulur, 
deyirdilər guya o, qarnını xüsusi arabaya qoyub gəzdirir ki, heç olmasa, əl-ayağını 
tərpədə bilsin; «odu ki, deməli, ölümünə az qalıb…» – hamı bir ağızdan deyirdi. 
Deyirdilər ki, guya kimsə öz gözləriylə, sarayın arxa qapısından onun, üstü qızılı 
çələnglərlə bəzədilmiş məxmər tabutunun çıxarıldığını, Letisiya Nasarenonunsa 
Yağışlar bağçasında qanlı göz yaşları ilə ağladığını görüb. Amma onun ölümü 
barədə yayılan bu şayələr nə qədər həqiqətə oxşayırdısa və bu cəbərlər nə qədər 
sevindirici olurdusa, sonradan, onun, əvvəlkindən də betər qıvraqlaşdığını görmək, 
hakimiyyət sükanını əlinin içində möhkəm-möhkəm saxlaya-saxlaya dünya 
durduqca, bizim taleyimizi idarə eləməyinin şahidi olmaq bir o qədər kədərli 
olurdu. İlk baxışda elə bil hər şey çox sadə görünürdü; axı bu, məhz onun 
bədəniydi?!.. Axı, dövlət möhürlü üzük təkcə onun barmağında olurdu?!.. Yastı 
dabanları üstə yeriməkdən yorulmayan ayaqları, qartalların, nəyə görəsə dəymədiyi 
dumbul qarnı haqqında biz çox eşitmişdik. Amma aramızda elələri də vardı ki, nə 
vaxtsa bir dəfə, əlində eynilə bu cür üzük olan, yekə ayaqlı, dumbul qarınlı meyidi 
görmüşdülər. Odu ki, biz bütün sarayı gəzib-dolaşandan sonra tapdığımız ölünün 
əslini axtarmağı qərara aldıqsa da, sarayda aparılan ciddi yoxlamalar heç bir nəticə 
vermədi. Anasının – Bendisyon Alvaradonun yataq otağında biz, içi, quruyub 
qaxaca dönmüş ölü quşlarla dolu bir neçə sınıq qəfəs, inək təzəyinə bulanan hörmə 
kreslonu gördük, akvarel rəngləri ilə dolu tübiklər və bir xeyli fırça tapdıq.  
Bendisyon Alvaradonun satışa çıxardığı mallar məhz bu rənglərlə, bu fırçalarla 
rənglənib bəzənir, bozarmış ütük cüllütlər gözəl qu quşuna çevrilir, sonra quş 
bazarında pəh-pəhlə satılırdı. Burda, Bendisyon Alvaradonun yataq otağında biz, 
baxımsızlıqdan solmaq əvəzinə, yaşıllaşıb daha iri qol-budaqlar atan melissa 
 
31


kollarını gördük, onun şitilləri divarlarla dırmanıb portretlərə sarmaşmış, kətanların 
arxasında kök atıb, şəkillərdə təsvir olunan adamların gözlərini deşərək, bu biri 
üzdən asılmış, ordan sürünüb pəncərələrə dırmanmış, çölə uzanıb bağçanın sıx 
yaşıllığına hörülmüşdü. Odu ki, ölüsünü axtardığımız adamın buralarda gizlənə 
biləcəyinə zərrə qədər şübhə yeri qalmırdı. Letisiya Nasarenonun yataq otağında 
gözümüzə ilk növbədə dəyən isə təmtəraqlı sevgi yatağı – şəbəkəli pərdənin altında 
uyuyan, üstündə toyuqlar qaqqıldaşan nəhəng çarpayı oldu. Biz, otaq boyu 
düzülmüş sandıqları açdıq və sandıqların içində çürüyən köhnə-kürüşü – güvələrin 
yeyib dağıtdığaraq, bir yığın toz qalığına çevirdiyi tülkü dərilərini, uzunətəkli 
qadın paltarlarının altından geyilən, məftildən hörülmüş tor tumanları, tozlu çiyin 
örtüklərini, işləməli brüssel döşlüklərini, arada bir qadınların da ayaqlarına keçirib 
gəzdikləri kişi başmaqlarını, qəbul günləri Letisiyanın şellənə-şellənə geyinib 
gəzdiyi qızıl tesmalı, hündür dabanlı atlas çəkmələrini, üstünə fetrdən bənövşələr 
çəkilmiş, uzunətəkli paltarını, yas mərasimlərində, ali xanımlıq nişanəsi sayılan 
ağır taftadan düzəldilmiş qara rəngli matəm lentlərini gördük. 
Sandıqların birindən biz, Letisiyanın, bir vaxtlar Yamaykadan oğurlanıb, büllur 
qab-qacaq yeşiyində bizim tərəflərə gətiriləndə əyninə geydiyi yun tələbəlik 
paltarını tapdıq. Həmin o əzablı səfərdən sonra Letisiyanı rahatca prezident 
xanımının taxtına oturtmuşdular. Bütün bunlara baxmayaraq, biz Letisiyanın yataq 
otağında, axtardığımız adamdan bircə əlamət belə tapa bilmədik və nəinki ondan, 
hətta Letisiyanın quldursayağı oğurlanmasıyla bağlı da əlimizə bircə dənə belə 
olsun, dəlil keçmədi. Biz, onun Letisiyaya olan sonsuz məhəbbətinə aid də orda 
heç nə tapa bilmədik, elə bil o, heç ömründə Letisiyanın yataq otağına ayaq 
basmamışdı. Ömrünün son illərini, ayağını çölə qoymadan içində keçirmiş yataq 
otağında isə biz, üstü səliqəylə yığılmış əsgər çarpayısını, əntiqçilərin, evlərdən 
ucuz qiymətə alıb yığdıqları qədim mizi, içindən doxsan iki orden çıxan dəmir 
sandığı, qartalların, meyidin əynində dağıdıb tökdüyü nişansız hərbi səhra 
formasını tapdıq, lakin sandıqdan tapıb çıxardığımız hərbi mundirin döş hissəsi
altı irihəcmli güllə ilə deşilmiş, güllələrin açdığı dəliklərin kənarları yanıb 
qaralmışdı və bu mənzərə bizi, onun ölməzliyi barədə gedən söz-söhbətlərə az qala 
inandırmışdı. Deyilənə görə, guya ona heç bir güllə-filan təsir eləmirdi, guya 
kürəyinə xaincəsinə atılan güllə, onun bədənindən xətərsiz-zədəsiz sivişib bu biri 
üzə düşür, üzbəüz açılan digər güllələr isə sinəsinə dəyib geriyə qayıdaraq, gülləni 
atanın sinəsini dəlib keçirdi. Deyirdilər, o yalnız bircə halda, ona son dərəcə 
sədaqətli olan, yolunda ölümə getməyə hazır olan adamın gülləsindən ölə bilərdi. 
Güllə yalnız rəhmlə atılmalıydı ki, təsiri olsun, deyirdilər… onu yalnız rəhmlə 
atılan gülləylə öldürmək olardı. Tapdığımız bütün meyidlər onun bədəninə görə 
balaca idisə də, ələ keçirdiyimiz geyimin məhz onun mundiri olduğuna qəti əmin 
idik, çünki az-maz da olsa, onun yüz yaşınacan boy atıb böyüməyindən xəbərimiz 
vardı, onu da bilirdik ki, yüz əlli yaşına çatanda o, üçüncü dəfə təzə diş çıxarmışdı. 
Ağzındakı dişlər də elə xırdaydı, elə bil süd dişləriydi, sarımtıl ləkəli dərisi isə elə 
sallanırdı, elə bil o, nə vaxtsa həddindən artıq kök olmuşdu… qalan hər bir şeyi isə 
qaydasındaydı, bədəni, orta boylu adi adam bədəni idi, əcaib ölçülü yekə 
qarnından, qızılquşun caynağına bənzər əyridırnaqlı, dördkünc ayaqlarından savayı 
qeyri-adi bir şeyi yox idi. Bir də, nə vaxtsa qartalların dəlib çıxardıqları kədərli 
 
32




Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   81


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə