Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı



Yüklə 5,01 Kb.

səhifə27/81
tarix20.09.2017
ölçüsü5,01 Kb.
növüYazı
1   ...   23   24   25   26   27   28   29   30   ...   81

kilometrlərlə uça-uça, onu doğma yerinə çəkib gətirən havayla bizə sarı axırdı... 
Tezliklə hamı onun hərəkətinin səsini – küləyin dalğalandırdığı dəmir saçağın 
səsini eşitdi, hamı onun hüznlü simasını, yaşla dolu gözlərini, kainat fırtınasından 
dağılıb açılan ilanabənzər hörüklərini gördü... O, arxasınca işıqlı ulduz tozu yaya-
yaya, qəlpələrini havada vıyıldada-vıyıldada, möhtəşəm zərbələrindən, Yer 
üzündə, zaman məhfumundan çox-çox əvvəl, nəhəng kömür yarğanları, dərin 
okean uçurumları açan yanar parçalarını ata-ata gəlirdi. «Bax, kraliça, yaxşı-yaxşı 
bax... O, bir də yüz ildən sonra gələcək!» - deyə qoca pıçıldadı. Kometanın 
fosforlu işığı altında, ulduz tozunun dumanında əvvəlkindən daha gözəl görünən 
Manuela qorxu içində xaç çəkib onun əlindən yapışdı. «Anam mənim, Bendisyon 
Alvarado, nəhayət bu baş verdi… o, mənim əlimdən tutdu!..» Manuela isə qocanın 
əlindən nə vaxt tutduğunu hiss eləməmişdi… qarşısında gözlənilmədən açılan 
əbədiyyət uçurumundan dəhşətə gəldiyindən, özündən asılı olmayaraq, kömək 
üçün qocanın əlindən – adsız barmağında prezident möhürü qaralan qəddar 
qocanın incə, şümal əlindən - hakimiyyət ocağında aramla bişib közərən əlindən 
tutmuşdu... 
Biz, bu ilahi möcüzədən – göyün üzünü örtüb, ölkənin üstünə ulduz yağışı tökən 
bu odlu meduzanın gəlişindən bir o qədər də həyəcanlanmamışdıq, çünki fikrimiz 
ondaydı ki, görək bütün bunlar nə ilə nəticələnəcək. Aramızda ən ümidsizlər belə, 
inanırdılar ki, nə isə olacaq, nə isə, görünməmiş bir hadisə baş verəcək - dünya 
dağılacaq, xristianlığın əsasları alt-üst olacaq, üçüncü inam erası başlayacaq… 
Beləcə, böyük dəyişiklikləri gözləyə-gözləyə, biz, səhərəcən küçələrdə qaldıq, 
sonra yuxusuzluqdan əyilən üz-gözümlə evlərimizə dağılışdıq. O gecə biz 
evlərimizə, ulduz tozu və odlu qəlpələr tökülmüş küçələrlə veyillənə-veyillənə 
getdik, süpürgəçilər artıq kometanın səpələdiyi səma tör-töküntüsünü süpürürdülər, 
biz isə, yenə də heç nəyin baş vermədiyinə, böyük tarixi yalanın qurbanları 
oluğumuza inanmaq istəmirdik... 
Axı rəsmi dairələr, kometanın uğurlu uçuşunu dövlətin, qara qüvvələr üzərində 
qələbəsi kimi qiymətləndirmişdilər; odlu meduzanın bu uğurlu uçuşu, həm də 
camaatın, prezidentin ayağına yazdığı əcayib xəstəliklər barədə şayələrə son 
qoymaq üçün də istifadə edildi, yəni məgər xəstə insan göyləri idarə edə bilərmi?.. 
Qəzetlərdə onun, xalqa ünvanladığı rəsmi bəyənatı da dərc olundu. Bu müraciətdə 
o, ikinci kometanın gəlişinəcən öz vəzifəsində qalacağını qərara aldığını bildirirdi. 
Musiqi guruldayır, onun ölümünə, dövlət çevrilişinə hazırlanan fişənglər göyə 
atılırdı. Lakin, o nə musiqini, nə əllərində şüarlar Armas meydanına axışıb gələn 
camaatın qışqıra-qışqıra: «Vətənin əbədi xilaskarına eşq olsun!.. Qoy o, əsrlər boyu 
yaşasın!.. Bizdən gələcək nəsillərə xəbər aprasın!..» - deməklərini eşitmirdi. Bütün 
bunlar, zərrə qədər olsun, onun diqqətini cəlb eləmir, dövlətin ən məsuliyyətli işləri 
belə yadına düşmür, bütün bu işləri məmurlara həvalə edirdi. Çünki bütün içi, 
Manuela Sançesin, o gün ovcunun içində alışıb yanan əlinin xatirəsiylə alışıb-
yanırdı. O, həmin xöşbəxt anı bir də yaşamaq üçün ölümə də razı idi, buna görə hər 
şeyi alt-üst eləməyə, dünyanı dağıtmağa dəyərdi. Həmin o anı o, o qədər ehtirasla 
arzulayırdı ki, məcbur olub alimlərə, yalvarıb onlardan, yalançı kometa, uçan 
ulduz, alovlu göy əjdahası, bir sözlə, əbədilik qarşısında gənc, gözəl qadının başını 
gicəlləndirə biləcək təsirli bir göy hadisəsi kəşf etmələrini xahiş etməli oldu. Lakin 
 
55


alimlər ona, yalnız bircə şeyi edə biləcəklərinə söz verdilər, bu da, gələn həftənin 
çərşənbə günü, günorta saat dörddə günəşin batması hadisəsi ola bilərdi. Onun, razı 
olmaqdan başqa ayrı əlacı qalmadı. Günəşin batması əməliyyatı isə lazımi 
səviyyədə alındı, günün günorta çağı ölkəyə qaranlıq gecə çökdü, ulduzlar sayrışdı, 
güllər bükülüb bağlandı, toyuqlar hindəki yerlərini tutdular, it-pişik bir-birinə 
qarışdı və o, Manuela Sançeslə yanaşı oturub, onun nəfəsini, qəfil qaranlığa 
aldanıb solan qızılgülünün qoxusunu içinə çəkdi. «Bu, yalnız sənin üçündü, 
kraliça! Bu, sənin qaranlığındır!» Lakin bu dəfə Manuela Sançes ona heç bir cavab 
vemədi, əlindən də tutmadı və o, daha qızın nəfəsini eşitmədi… Manuela ona yuxu 
kimi göründü… Onda o, əlini qıza sarı uzadıb, qaranlıqda ona toxunmağa çalışdı, 
lakin əli boşluqdan asıldı, barmaqlarının ucu, Manuelanın indicə oturduğu stula 
toxundu… stul, hələ də Manuelanın iyini özündə saxlamışdı, amma qız özü yoxa 
çıxmışdı… odu ki, o, bütün evi dolaşa-dolaşa, əlini divarlara, künclərə sürtə-sürtə, 
yuxulu gözləriylə qaranlığı axtara-axtara, yanıqlı-yanıqlı yalvarıb: «Hardasan, ey 
mənim bədbəxtliyim, Manuela Sançes?.. Mən səni axtarıram, amma səni, sənin 
qaranlığında tapa bilmirəm. Hanı sənin o qəddar əlin, qızılgülün hanı?..» - deyə-
deyə gəzdi. O, qaranlığın içiylə, dərin sularda azan üzgüçü kimi - gah əfsanəvi 
lanqustaya – qalvanometrə, gah ələkeçməyən koral daşlarına – zəngli saata, gah 
əcaib xərçənglərə – illüziya fokusları üçün ləvazimatlara toxuna-toxuna üzür, lakin 
bu qaranlıq sularda – hədiyyələr anbarına çevirdiyi bu evdə bircə Manuela Sançesi 
tapa bilmir, onun, səhləb çiçəyinin qoxusunu andıran nəfəsini eşidə bilmir, yalançı 
gecənin qaranlığı get-gedə əriyib itir, qəddar işıq, onun xəyallarını dağıdıb 
seyrəldirdi. Axşamüstü isə, sübh çağı, saat altıda onu, ömründə heç vaxt 
keçirmədiyi dərin kədər hissi bürüdü və o, özünü qəfildən Allahdan da qoca hiss 
elədi... Bu nəhəng, boş evin qaranlığındakı tənhalığını, olsun ki, bu dünyada bir 
kimsə hiss edə bilməzdi. «Sənsiz dünyamın tənhalığı, mənim kraliçam, bu sirrli 
qaranlığın içində əriyib əbədiyyətə qovuşdu.» Bu hadisədən sonra o, ölkəni də 
uzun müddət beləcə - Manuela Sançesi, evin gizli dəhlizlərində:«Hardasan, ey 
mənim məhvimin Manuela Sançesi?» - deyə-deyə, axtara-axtara idarə elədi. 
Manuela Sançes isə həmin o gecə, günün üzü tutulanda elə bil qeybə çəkilmişdi…. 
Ona belə xəbərlər çatdırılırdı ki, guya Puerto-Rikodakı böyük karnavalda kimsə 
Manuelanı görübmüş, guya orda o, özünü Yelena kimi təqdim eləyibmiş və elə 
orda da onu kimsə bıçaqlayıbmış… bir qədər sonra da məlum olurdu ki, bu, o 
deyilmiş... Gah da deyirdilər, guya rumbanın yaradıcısı Papa Monteronun* şərəfinə 
keçirilən bayramda Manuela rumba rəqsi oynayırmış, sonra yenə məlum olurdu ki, 
rəqqasə o deyilmiş. Deyirdilər, onu Barlovento adalarında - mağaralar olan yerdə, 
mağaraların girəcəyində rəqs edənlərin arasında görüblər, deyirdilər, onu 
Arakatakadakı şənliklərdə, Panama dəflərinin ritmləri altında hərlənən görüblər, 
sonra da məlum olurdu ki, bu, o deyilmiş: «Onu iblis aparıb, mənim generalım, 
iblis, ayrı cür ola da bilməz!..» 
Onda o, acı kədərdən bircə ona görə ölmədi ki, özünü ölümün ixtiyarına vermək 
üçün hirsi-hikkəsi çatmadı, çünki bilirdi ki, sevgidən ölməyəcək, bilirdi ki, onun 
taleyinə belə bir ölüm yazılmayıb. O, bunu həmin o uzaq gecə - hələ hakimiyyətə 
qədəm qoymamış, görücü-falçı qadının yanına gedib, falına suda baxdırandan, 
sehrli suyun, onun ovcunda yazılmayanları, kartda, qəhvə çöküntülərində və 
 
56




Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   81


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə