Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı



Yüklə 5,01 Kb.

səhifə28/81
tarix20.09.2017
ölçüsü5,01 Kb.
növüYazı
1   ...   24   25   26   27   28   29   30   31   ...   81

sairədə görünməyənləri açandan bilirdi. Yalnız əzəl suyun güzgüsü taleyin gizli 
sirrlərini aça bilərdi. Və həmin əzəl suyun güzgüsündə o, öz ölümünü görmüşdü… 
necə öldüyünü, öz əcəliylə – yuxuda, iclas zalının yanındakı kabinetində, 
döşəmənin üstündə üzü üstə uzanan yerdə, ömrü boyu yatdığı həmin vəziyyətində 
– üzünü, balış əvəzinə ovuclarının içində gizlədiyi yerdə, nişansız hərbi səhra 
geyimində, qızılı mahmızlı uzunboğaz çəkmələrdə, naməlum yaşda – yüz yeddi 
yaşla, iki yüz otuz yaş arasında öldüyünü görmüşdü. 
 
 
Ömrünün payızında da biz onu eynilə belə bir vəziyyətdə tapdıq, daha doğrusu, 
onu yox, Patrisio Araqonesin meyitini tapdıq və budur, onun yalançı ölümündən 
bir çox illər ötəndən sonra biz yenə onun meyitinə tamaşa edirdik – həmin o yerdə, 
həmin o vəziyyətdə və həmin o geyimdə; lakin həmin o hərc-mərclik dövründə heç 
kəs heç nəyə əmin deyildi və heç kəs qəti deyə bilməzdi ki, bu, həqiqətən onun 
ölüsüdür, quzğunların dimdikləyib-parçaladığı, soxulcanların eşib-yediyi bu qoca 
cəsəd məhz onun meyitidir; çürüyüb eybəcər şəklə düşmüş bu əlin – qəlbi eşqlə 
çırpınan millət atasının əli, Böyük Qalmaqal əsrinin qənirsiz gözəlindən rədd 
cavabı aldıqda ürəyini tutan bir insanın əli olduğuna inanmaq qeyri-mümkün idi; 
bu meyitdə elə bir əlamət, ya nişanə yox idi ki, onun kimliyini müəyyən etmək 
mümkün olsun. Əslinə qalanda bu, təəccüb doğurmurdu, çünki öz şöhrətinin 
zirvəsində olduğu vaxtlarda da, onun həqiqətən mövcud olub-olmadığına möhkəm 
şübhə vardı; hətta ona xidmət eləyənlərin də, onun əsl yaşı və görkəmi barədə 
aydın təsəvvürü yox idi; o səbəbdən ki, müxtəlif yerlərdə və şəraitlərdə o, müxtəlif 
görkəmlərdə, qiyafələrdə olurdu: yarmarkada toibolada* iştirak edəndə, azı səksən 
yaşlı qocaya oxşayır, rəsmi qəbullarda isə, altmış yaşı ona güclə vermək olurdı; 
bayramlarda isə, o, ortaya qırx yaşlı kişi çevikliyi ilə atılıb meydan sulayırdı. Ona 
öz etimadnaməsini təqdim edən son diplomatlardan biri – səfir Palmerston, 
oxunması bizim ölkədə qadağan edilmiş memuarlarında yazmışdı ki, ondan qoca 
adam təsəvvür etmək çətindir, səfir əsasən də, onun, sarayında hökm sürən 
ağlasığmaz pintiliyi, qarmaqarışıqlığı təsvir eləmişdi: «Mən, dağ kimi qalanmış 
kağız topalarını, inək təsi, at nəcisi qalaqlarının dövrəsindən hərlənib keçməli 
olurdum. Dəhlizlərdə, itlərin gəmirdiyi sür-sümük çürüyürdü, itlərin özləri isə elə 
ordaca mürgüləyirdi... Xidməti otaqlarda küllənənlərdən heç biri, mənim bircə 
sualıma da cavab verə bilmədi və onda mən, o dövrlər artıq yaşayış otaqlarını zəbt 
etmiş cüzamlı xəstələrə müraciət etdim ki, dövlət şurası salonunun yerini mənə 
göstərsinlər. Həmin salonda isə toyuqlar dümələnir, qobelenlərdə təsvir edilmiş 
buğda zəmilərindəki sünbülləri dimdikləməyə can atırdılar… bir inək, yepiskopun 
şəkli çəkilmiş kətanı divardan qoparmaqla məşğul idi. Prezidentə gəlincə isə, mən 
dərhal başa düşdüm ki, o, min ilin karıdır. Yalnız ona görə yox ki, suallarıma 
uyğunsuz cavablar verirdi, həm də ona görə ki, məni görcək, öz təəssüfünü 
bildirərək, qəfəsdəki quşların nədənsə susmağından möhkəm dilxor olduğunu 
bildirdi; halbuki, quşlar, həmin an nəfəs dərmədən, cəh-cəh vura-vura 
oxumaqlarındaydılar: hətta adama elə gəlirdi ki, sübhün erkən çağında 
baltadəyməmiş meşədəsən. Qəfildən o, etimadnamələrin təqdim edilmə mərasimini 
yarıda kəsərək, üzü işıqlana-işıqlana, ovuclarını yumurlayıb qulağına apara-apara, 
 
57


başıyla arxanı - bir vaxtlar dəniz çalxalandığı, indi isə tozlu düzənliyin uzandığı 
pəncərəni göstərib, məni nədənsə Stitson zənn edərək, var gücüylə: «Eşidirsən, 
əziz Stitson? Bu, qatır ayaqlarının tappıltısıdır! Onlar bura qaçırlar, çünki dəniz 
qayıdır! Eşidirsəni?!..» - deyə bağırdı. İnanmaq olmurdu ki, hay-hayı gedib, vay-
vayı qalan bu qoca, nə vaxtsa federalçıların cəsur başçısı, xalqın sevimlisi olub, öz 
hakimiyyətinin ilk illərində keşikçisiz-filansız, bircə maçete ilə silahlanmış vur-tut 
bircə quahironun və mədəsinin vəziyyətindən asılı olaraq, barmağının bircə 
işarəsiylə təyin elədiyi millət vəkilləri və senatorlardan ibarət bir ovuc məiyyətin 
müşayiəti1ə qəfildən şəhər və kəndlərdə peyda olmağı sevib. O, bu və ya digər 
kəndə gəlib məhsulun vəziyyəti, mal-qaranın sağlamlığı və hər bir sakinin şəxsi 
həyatı ilə maraqlanıb. Adətən o, xalqla kənd meydanında, manqa ağaclarının 
kölgəsində qoyulmuş yelləncək-kreslosunda əyləşərək, üzünü general furajkasıyla 
yox, o illər geydiyi adi papaqla yelpikləyə-yelpikləyə söhbət edib; və onda adama 
elə gəlirdi ki, o, bürküdən üzülmüş halda mürgü vurur, ona deyilənləri qulaqardına 
vurur, yaxud da heç eşitmir; əslində isə o, kəndin kişi və qadınlarının ona 
dediklərini son sözünəcən eşidib yadında saxlayırdı; o, bu adamları, adlarına, 
familiyalarına qədər tanıyırdı, ölkə sakinlərinin adbaad yığılmış siyahısının - 
minlərlə rəqəmi, millətin bütün problemlərini, istisna olunmadan, əzbər bilirdi. 
«Xasinto Morales, bəri gəl, - deyə o, gözlərini açmadan məni çağırdı. Danış görək, 
ötən il orduya göndərdiyim oğlun indi hardadı və necədi. Əsgərlikdəki imalələrin 
ona xeyri oldu, ya yox?» «Salam, Xuan Priyeto, - mənə dedi. – Cins düyən özünü 
necə hiss eləyir? Yadındadı, mənim cadu-ovsunumdan sonra qulağının 
soxulcanları necə töküldü?» Mənə isə dedi: «Hə, Matilda Peralta, qaçaq düşmüş 
ərini qaytardığıma görə mənə nə verəcksən? Sən Allah, bir buna tamaşa elə, 
görürsən, boynuna kəndir salıb gətirmişəm, özünə də xəbərdarlıq eləmişəm ki, 
qanuni arvadından bir də qaçmaq istəsə, ömrünün axırınacan ayağında qandal, 
çürüyəcək». 
Məişət məsələlərində olduğu kimi, ictimai işlərdə də o, hər məsələyə dərhal əncam 
çəkirdi; məsələn, qəssaba əmr edirdi ki, o, oğru xəzinədarın qolunu camaatın gözü 
qabağında kəssin, hər şey barədə, hətta pomidor və pomidor yetişdirən torpaq 
barədə belə o, bu sahənin ən təcrübəli ixtisasçısı ədasıyla mühakimə 
yürüdürdü;kiminsə bostanında bitən pomidorun dadına baxıb, onu müşayiət eləyən 
aqronomlara, alimlərə: «Bu torpağın gübrəsi çatışmır, özü də hansı gəldi yox ha, 
ulaq peyini. Özü də dişi eşşəyin yox, erkək eşşəyin peyini! Göstəriş verərəm, 
dövlət hesabına gətirərlər!» - deyə bildirir və gülə-gülə yoluna davam edirdi.» 
«…Bir dəfə o, mənim pəncərəmə boylanıb sevinə-sevinə: «Paho, bu sənsən, 
Lorensa Lopes?! Tikiş maşının necə işləyir?» - dedi. O, bu maşını mənə, azı iyirmi 
il bundan əvvəl bağışlamışdı… dedim, «çoxdan canı çıxıb, neynəmək olar, bu 
dünyada heç nə əbədi deyil - nə insanlar, nə əşyalar.» Lakin o, dedi ki, mən heç nə 
qanmıram, dünya əbədidir, sonra evə girdi və onu küçədə gözləyən məiyyətini 
büsbütün unudaraq, burqacın köməyilə tikiş maşınını sökməyə, hissələrini bir-bir 
maşın yağıyla yağlamağa başladı. Beləcə, tikiş maşınıyla bir xeyli əlləşdi… o, 
ləhləyir, buğa kimi fısıldayıb fınxırırdı, əlləri, pal-paltarı, üz-gözü də maşın yağına 
bulaşmışdı… üç saatdan sonra tikiş maşını, təzə maşın kimi işlədi!» Bəli, o vaxtlar 
o bu cür adam idi, ən xırda məişət işiylə dövlət əhəmiyyətli iş arasında fərq 
 
58




Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   81


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə