Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/81
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#912
növüYazı
1   ...   28   29   30   31   32   33   34   35   ...   81

verməyə başladım: «Toxtayın, mənim generalım, bu cür dilxor olmağa dəyməzn. 
Həyat hələ irəlidədir!»  
Həmin o dəqiqələr hindu, ərim Ponsio Dasanı bağın dərinliyinə aparıb, orda 
maçete ilə öldürdü, əks təqdirdə, general özü üçün barışmaz düşmən qazana 
bilərdi; hindu onu öldürüb, tikə-tikə doğradı, bu tikələri də donuzlar daşıyıb apardı, 
belə ki, zavallı Ponsionu dəfn etməzdən əvvəl meyitini bütövlükdə bir yerə yığmaq 
mümkün olmadı – bax, o belə bir adamdı». 
Keçmiş günlərindən qalan bu sayaq xatirələri beynində dolaşıb, qanını bir az da 
qaraldır, acı düşüncələr ürəyini sıxır, onu hövsələdən çıxarırdı; o, düşünürdü ki, 
demə, hakimiyyətinin qatı cövhərində xeyli su qarışğı varmış, belə olmasaydı, o, 
adicə, miskin bir günəş tutulması kimi cadu-ovsunun qarşısında bu cür aciz 
qalmazdı. O, domino oyunu masası arxasında əziz dostu, soyuqqanlı və təmkinli 
general Rodriqo de Aqilarla üzbəüz oturanda yenə ürəyindən qara qanlar axdı, bu 
general, hərbçilərin içində inandığı, etibar elədiyi yeganə adam idi; qaraqabaq, 
ayaqyalın, mühafizəçi-mələyi podaqra xəstəliyinə tutulandan bəri o öz həyatını 
yalnız bu generala etibar eləyirdi; o, generala baxır və fikirləşirdi ki, bəlkə də 
bütün bu bədbəxtliklər onun, öz əziz dostuna həddən çox inandığına, ona hədsiz 
böyük səlahiyyətlər verdiyinə görə baş verir.  
«Bu əziz və sevimli dostumun əlləşib-vuruşduğu məgər onun üçün deyildimi ki, 
məni əl quzusuna çevirsin, məgər o çalışmırdımı ki, məni kaudilyo nişanələrindən 
məhrum eləsin, bu fərqlənmə nişanlarını ülgücləsin, sivirib atsın, işləri də qəsdən 
elə qururdu ki, hamı məni əlil, şikəst hesab eləsin, elə çarəsiz şikəst ki, əmrlərini 
qulaqardına da vurmaq olar; bu «ekiz tayı» məsələsini də beynimə o salmışdı, 
məhz onun fırıldağıyla, mən başqa bir adamın kölgəsində gizlənməyə məcbur 
olmuşdum, iş o yerə gəlib çatmışdı ki, o məni, bir sürü keşikçinin əhatəsində belə 
xalq qarşısında görünməkdən çəkinməyə məcbur etmək istəyirdi, halbuki vaxtı ilə 
bircə hindu tək canıya: «Yol verin, qurumsaqlar, hökmdar gəlir!..» - bağıraraq, öz 
maçetesi ilə izdihamı yara-yara, mənə yol açırdı və heç bir pis hadisə baş 
vermirdi… baxmayaraq ki, o vaxtlar biz, hələ alqışların kükrədiyi bu insan 
meşəsində, kimin əsl vətənpərvər, kimin məkrli xain və quldur olduğunu müəyyən 
eləməyi bacarmırdıq və yalnız indi bilirik ki, «Yaşasın əsl kişi!.. Yaşasın general!» 
- deyərək, hamıdan bərk bağıranların çoxu satqın və əclafdır. 
Bir hindu isə nəhəng izdihamın öhdəsindən asanlıqla, təkbaşına gəlirdi, bu əziz 
dostuma isə bütöv bir ordu da kifayət eləmir ki, tələb elədiyim qızı axtarıb tapsın. 
Belə məqamlar - o, qızın necə sürüşüb aradan çıxdığını, onun, qocalıq şəhvətinin 
seyrək hasarı arasından necə asanlıqla sivişdiyini düşünəndə, domino daşlarını 
qəzəblə yerə çırpır, oyunu, ən həlledici məqamında yarımçıq kəsir, dünyanın ən 
biədəb söyüşlərini söyə-söyə çıxıb gedirdi; bir dəfə oyunu beləcə yarımçıq 
saxlayanda o, qəfildən içində dərin sarsıntı və əzginlik duydu və fikirləşdi ki, bu 
dünyada hər şey gec-tez öz yerini tutur, bircə o heç cür təsəlli tapa bilmir; o, 
nəfəsinin dözülməz təngitmələrlə kəsildiyini, boğulduğunu hiss elədi, günün bu 
çağında, adətən istinin səngidiyi bir vaxtda köynəyinin, tərdən islandığına 
təəccübləndi, dənizdən buxarlanan buğun iyində leş qoxusunu duydu, nəmişin 
bürküsündən köpüşən şişi göynəyib tütək səsi çıxartdı… o, nə baş verdiyini anlaya 
 
65


bilmədi və özünə təsəlli verə-verə, öz-özünə: «Bürküdəndi…» - dedi. 
 
Lakin bunu da nagüman halda, mümkün olmayan bir şey haqqında düşünən tək, 
düşündü… hansısa qeyri-müəyyən, məchul bir duyğu onu üzüb əldən salırdı; o, 
pəncərənin önündə dayanmışdı, çöldən görünən qəribə işığın nə olduğunu, nədən 
saçdığını anlamağa çalışırdı… şəhər sanki ölmüşdü, bir kimsə gözə dəymirdi, elə 
bil şəhərdə quzğunlardan savayı bir canlı qalmamışdı… lakin quzğunlar da, həmişə 
mürgülədikləri yoxsullar xəstəxanasının məhəccərlərini tərk etməkdəydilər
deyəsən, şəhərdə qalan yeganə adam, de Armas meydanında dayanan həmin o kor 
kişiydi… o, pəncərədən ona zillənən qocanın təşvişini sanki uzaqdan-uzağa 
duyaraq, çəliyini yuxarı qaldıraraq, ona həyəcanla tələsik işarələr verir, nə isə 
qışqırır, ancaq nə dediyini anlamaq olmurdu; o, bunu da, baş vermək üzrə olan 
hansısa növbəti bədliyin sirli əlaməti kimi yozdu, lakin yenə öz-özünə: «Bu, 
bürküdəndi…» - deyib uzandı və pəncərələri astaca döyəcləyə-döyəcləyə, adama 
yuxu gətirən yağışın zümzüməsi altında yuxuya getdi… lakin ayıq yatdı… 
yuxunun dumanlı süzgəci arasından nə isə şüuruna nüfuz eləməkdəydi… o, qorxu 
içində oynayıb: «Kim var burda?» - deyə bağırdı. Bu, onun öz ürəyinin 
döyüntüsüydü, canına vicvicə salan isə, günün bu çağında xoruzların nədənsə 
susması, banlamamasıydı… o susub sakitləşdi və hiss elədi necə əmin-amanlıq 
gəmisi aramla onu tərk edərək, məchul bir körfəzdə yoxa çıxır; dumana bürünmüş 
dəniz qəzəblə dalğalanır, kükrəyirdi… qurunun və dənizin bütün məxluqatı - 
ölümü duymaq qabiliyyətinə malik olan, kataklizmlərin yaxınlaşdığını, ən dərin 
insan elmindən daha tez görməyi bacaran bütün canlılar dəhşət içində donub 
qalmışdı… nəfəs almağa hava çatışmırdı, vaxt-zaman dayanmışdı və iş bu yerə 
çatanda o, ayağa qalxdı, ayağa qalxanda hiss etdi ki, ürəyi şişib və hər addımı 
atdıqca, bir az da şişir, qulaq pərdələri partlayıb cırılır, burnundan odlu mayeyə 
bənzər nə isə süzülür və o, qana bulaşmış kitelinə baxıb: «Bu, ölümdü…» - 
düşündü. lakin ona etiraz elədilər: «Heç cür yox, mənim generalım, bu siklondur, 
qasırğadır.» Bu, bir vaxtlar vahid Qəraib səltənətini ayrı-ayrı adalara parçalamış 
qasırğaların ən dağıdıcısı, ən dəhşətlisiydi… belə bir fəlakətin yaxınlaşdığını isə, 
bütün insanların içindən yalnız o, öz ibtidai instinktiylə - itlərin və toyuqların 
təşvişə düşməsindən xeyli qabaq hiss eləmişdi; qasırğa elə qəfil başlamışdı ki, 
qarma-qarışıqlığın içində ona ad tapmağa da macalları olmamışdı. 
Başlarını itirmiş zabitlər qorxu içində: «Bu, hər şeyin sonudur, mənim generalım! 
Ölkə yerlə-yeksan olur!» - deyirdilər. Belə olanda, o, əmr verdi ki, bütün qapı və 
pəncərələri bərk-bərk bağlasınlar, keşikçilərə buyurdu ki, özlərini dəhlizlərdə 
oturduqları yerdə qayışla sarısınlar, göstəriş verdi ki, bütün inək və toyuqları 
birinci mərtəbədəki otaqlara salıb orda saxlasınlar, bütün əşyaları, olduğu yerlərinə 
mismarlasınlar və de Armas meydanından başlamış, ən ucqar guşəsinədək qorxu 
içində susmuş bu ələm səltənəti qasırğanın vahiməli çöhrəsi önündə lövbər salmış 
gəmiyə çevrildi; əmr verilmişdi ki, çaxnaşma əlaməti görünən kimi, atəş açılsın, 
əvvəlcə xəbərdarlıq üçün iki dəfə havaya, bu da kömək etməsə, çaxnaşma salanın 
özünə atəş açılsın; lakin siklonun qarşısında hər şey aciz idi; qasırğanın, 
quduzlaşmış həmlələrlə hərlənən pərləri bircə dəhşətli zərbəylə, baş darvazanın 
zireh poladını yardı, baş giriş yolunu dağıdıb inəkləri havaya sovurdu; o, bu 
 
66


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə