kölgəsində, hörmə yelləncək kresloda oturan yerdə tapmağa ixtiyarı çatırdı; o, öz
yelləncək kreslosunda otura-otura, yuxularının arasından – yaxınlıqdakı məktəbdə
oxuyan qızların, sarayın bir o qədər də möhkəm
mühafizə olunmayan arxa
darvazalarına dırmaşıb onu – yuxusuz mürgülər içində gicgahında saralmış
məlhəm otları tərpənmədən oturub qaldığı vəziyyətini müşahidə etməyini, sapsarı
gün şüalarının, talvarın yarpaqları arasından üstünə süzüldüyündən, ala-pələng
bəbirə oxşamağına, manterrayanın – «dəniz iblisinin» ağzı kimi açıq qalan ağzına
baxdıqlarını görürdü. «Qoca kaftar!» - deyə qızlar onu cinlədir, o isə onların nə
dediyini eşitmir, onlara, havanın titrək bürküsündən baxa-baxa, mehriban-
mehriban əl eləyirdi; o, mığmığaların qulaqbatıran vızıltısını da eşitmirdi, o
ümumiyyətlə heç nə eşitmirdi, bircə bataqlıqlar və dəniz xərçənglərinin iyini
eşidirdi, bir də, toyuqların arada bir asta-asta dimdiklədiyi ayaqlarının barmaqlarını
tərpərdirdi. Onun
real dünyayla bircə əlaqəsi, cəmi-cümlətanı bir neçə qiymətli
xatirələri idi, dövlət işlərindən uzaqlaşdığı gündən bəri o, bircə bu xatirələrlə
yaşayır, heç nə fikirləşmədən, dumanlı hakimiyyət havasında gicəllənməklə
məşğul olurdu: adamsız, tənha sarayın dəhlizləriylə sürünərək, boş kabinetlərdə
gizləndiyi gecələr, orda məruzə vərəqlərinin kənarlarını qopararaq, boş
haşiyələrində zərif xəttiylə sönük xatirələrini - onu ölümdən xilas edən xatirələrini
yazdığı gecələr, qocalığın ölüm qorxusu yellərinə sinə gərib davam gətirməyə, ona
yenə yalnız və yalnız bu xatirələr kömək olurdu.
Belə gecələrin birində o, öz zərif xəttiylə: «Mənim adım Sakariasdır!» - sözlərini
yazdı, sonra bu sözü mayakın işığında
ötəri oxudu, sonra bir də və bir də oxudu; o
qədər oxudu ki, öz adı ona yad göründü. Sonra: «Axı bu, sənin nəyinə lazımdı?...»
- deyə özü-özündən soruşdu və kağızı tikə-tikə cırıb yerə tökdü. «Mən elə
mənəm!» Sonra ayrı kağız götürüb orda yazdı ki, yüz yaşı tamam olub; bu, həmin
o dövr idi ki, kometanın ikinci gəlişi də baş vermişdi; əslinə qalsa, o özü buna
dəqiq əmin deyildi, çünki kometaların gəlişlərini hansı dövrlər və neçə dəfə
gördüyünü dəqiq xatırlamırdı; o biri kağız zolağında isə: «Namuslu döyüşdə
yaralananlara eşq olsun, qəsbkarların tapdağı altında ölən cəsur döyüşçülərə eşq
olsun!» yazdı; bu yazılar elə bir dövrə aid idi ki, o dövr haqqında
indi nə desən,
yazmaq olardı. Sonra o, bir parça karton götürüb: «Ayaqyolunda biabırçı əməllərlə
məşğul olmaq qadağan edilsin.» – yazdı və kartonu aparıb ayaqyolunun qapısına
yapışdırdı: həmin ayaqyolunun ki, bu yaxınlarda orda o, tamamilə təsadüfən
yüksək rütbəli bir zabitin biədəb əl şuluqluğunun şahidi olmuşdu, sonra qayıdıb
yenə yadına düşənləri bir-bir yazmağa başlamışdı. «Letisiya Nasareno, - o
yazmışdı – mənim yeganə qanuni arvadımdır». Letisiya Nasareno həmin qadın idi
ki, ona lap qoca vaxtlarında yazıb-oxumağı öyrətmişdi, odu ki, indi yaddaşında
onun xatirəsini oyatmaq istəyirdi, cəmiyyət içində milli bayrağı xatırladan ikirəngli
çətiri ilə, boynundakı qara tülkü dərisi ilə o biri qadınlardan fərqlənən birinci
xanımın obrazını gözünün qarşısında canlandırmaq istəyirdisə də, arvadı onun
yadına yalnız bir vəziyyətdə – çılpaq bədəni ilə miçətkənin arasında, günorta
bürküsünün ağappaq işığı içində uzanan yerdə düşürdü; yadına, onun, elektrik
ventilyatorunun sərin vıjıltısı altında
uyuyan yumşaq, ağ bədəninin yuxulu cizgiləri
düşürdü; onun döşünün bərkliyini, it iyinə bənzər iyini, iş üzü görməyən sütül
qollarının qoltuğundan gələn kəskin tər iyini hiss edirdi; həmin o tər iyi ki, qoxusu
85
südü çürüdürdü, qızılı paslandırırdı, gülləri soldururdu, lakin sevgi anlarında bu
qollar nə qədər gözəl olurdu?!.. Letisiya Nasarenoya ağlasığmaz bir məsələni həll
etmək müyəssər olmuşdu – sevgi saatlarında onu soyunmağa məcbur etmək. «Sən
Allah, o, uzunboğazlarını çıxart – o deyirdi – yoxsa, mənim döşəkağılarımı
bulayacaqsan». – O da onları soyunurdu. – «Sən Allah,
o dəbilqələrini də soyun,
yoxsa dəmir düymələrin ürəyimin başını deşəcək.» - o da onları soyunurdu, «Sən
Allah, o qılıncını da, qayışını da çıxar, hamısını çıxar ki, səni hiss eləyə bilim,
həyatım mənim.» - və o, nə əvvəllər, nə də Letisiya Nasarenodan sonra dünyada
heç bir qadınla eləmədiyi kimi, əynində nə vardısa, hamısını çıxarıb bir kənara
atırdı. «Mənim yeganə və həqiqi məhəbbətim» - deyə ah çəkir və ahlarını həmin o
Nuh əyyamının uzun-uzun məruzələrinin kənarlarından soyub çıxardığı saralmış
kağız zolaqlarına yazır, sonra bu zolaqları siqaret kimi bürmələyib sarayın içini
dörd dolaşaraq, ən gizli yerlərində, dəlmə-deşiklərdə gizlədirdi; onları elə yerlərdə
gizlədirdi ki, sonradan tapa bilsin. Odu ki, bu yazılar heç vaxt heç kim tərəfindən
tapılmadı.
Letisiya Nasarenonun surəti də, bir gün onun yaddaş borularından
süzülüb ha
tərəfəsə axdı və onun yaddaşında tək bir xatirə – anası Bendisyon Alvaradonun
xatirəsi qaldı; onun son günlərini, qayanın üstündəki malikanəsində, yamyaşıl
artırmada, oğlu ölməyini başa düşməsin deyə, qucağındakı ləyəndə qarğıdalı
dənələrini qarışdırıb toyuqları çağıra-çağıra, öz yelləncək kreslosunda oturan yerdə
ölməyini, tamarinlərin kölgəsində asılmış tor yelləncəkdə yellənərkən, ağrıdan
güclə nəfəs aldığını oğlu sezməsin deyə, öz ayaqlarıyla gedib ona meyvə şirəsi
gətirməyini xatırladı; ona, heç kimin köməyi və iştirakı olmadan hamilə olan, onu
təmtəkcə doğan; diri-diri çürüyüb irinlədiyi xəstə vaxtlarında dinib danışmayan,
yalnız ağrıları dözüm kasasını daşdıranda, oğlundan,
təbiətinə uyğun olmayan bir
yazıqlıqla: «Bir kürəyimə bax, gör, orda nə var, niyə ora elə od tutub yanır, elə
yanır ki, daha dözə bilmirəm!» - deyə xahiş edib köynəyini soyunaraq kürəyini ona
sarı çevirərkən, dəhşətdən nəfəsi tutula-tutula, içində qurdlar qaynaşan üfunətli
irinli yaralarını gördüyü anasını xatırladı.
Axı o dövrlər, pis vaxtlar idi, mənim generalım, o vaxtlar elə bir dövlət sirri
deyilən elə bir məsələ yox idi ki, camaat ondan xəbər tutmasın, elə bir əmr yox idi
ki, ona əmmasız əməl edilməsin. Ələlxüsus da bu, bayram süfərsinə ən lətif xörək
kimi verilən general Rodriqo de Aqiların qovurmasından sonra məlum oldu. Lakin
onu
narahat eləyən, həyəcanlandıran, bu deyildi. Dövlət işlərindəki çətinliklər,
Bendisyon Alvaradonun, oğlunun otağı ilə bitişik otaqda, xəstəliyin aramlı
alovunda qovrulduğu vaxtlar bütün əhəmiyyətini itirmişdi; onu bura, xəstəliyinin,
ağır vəba, qoturluq, yaxud ayrı bir naməlum asiya zəhrimarı olmadığı, bunun
hansısa hindu cadusu olduğu və bu cadunun yalnız onu törədənlər tərəfindən
aradan götürülməsinin mümkün olduğu, asiya xəstəliklərindən yaxşı baş çıxaran
həkimlər tərəfindən müəyyənləşdiriləndən sonra yerləşdirmişdilər. Onda o, bunun
ölüm olduğunu anlamışdı və səhər-axşam özünü anasına həsr eləməyə ithaf
etmişdi, o, otağın qapısını isəri üzdən açarlayıb, arvada əsl ana qayğısıyla qulluq
eləyirdi; o, böyük məmnuniyyətlə, özü çürüməyə hazır idi, təki heç kim anasının,
diri-diri soxulcanlara yem olmasını görməsin;
bu məqsədlə əmr də vermişdi ki,
anasının bütün toyuqlarını, tovuzquşlarını, digər quşlarını saraya gətirsinlər, təki
86