Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/81
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#912
növüYazı
1   ...   44   45   46   47   48   49   50   51   ...   81

neptunların, yerli iblis qalıqlarının, bir vaxt rəqs gecələri təşkil edilən boş zallarla 
süzən hərbi mundirli mələklərin, bir sözlə, hər şeyin Bendisyon Alvarado üçün 
anlaşılmaz və maraqsız olduğunu anladı. Beləliklə, auditor buralarda, 
Abissiniyanın bürkülü səhralarından arxasınca sürünüb gələn həqiqəti – üçüzlü 
vahid Allahın izini belə tapa bilmədi. - «Axı, o, həqiqəti, olmayan yerdə axtarırdı, 
mənim generalım, odu ki, heç nə tapa bilmədi, belə-belə işlər!» Lakin monsenyor 
Demetrio Aldous bir şəhərdə öyrəndikləri ilə kifayətlənmədi, ata minib ölkənin 
buzlu ucqarlarını gəzə-gəzə, Bendisyon Alvaradonun müqəddəsliyinin dəlillərini 
həmin bu dövlət haləsinin əlinin çatmadığı yerlərdə axtarmağa başladı. Auditor, 
uzunətəkli pançosunda, yeddi arşınlıq uzunboğazlarında iblis ruhu kimi birdən-birə 
dumanın içindən peyda olaraq, əvvəl hamını qorxuya salır, sonra özü də, heç vaxt 
bu cür qara dərili adam görməyən camaatın marağına təəccüblənirdi. O, hamıya, 
ona əlləri ilə toxunmağı təklif edirdi ki, adamlar, ondan kömür iyi gəlmədiyini 
anlasınlar; o, qaranlıqda camaata dişlərinin parıltısını nümayiş etdirir, kişilərə 
qoşulub əyyaşlıq edir, pendiri qara camaat kimi, əliylə qoparıb yeyir, hamının 
içdiyi totuma cecəsindən içirdi. 
Hiyləgər eritreyalı beləcə, ucqar kəndlərin gözdən-könüldən uzaq 
yeməkxanalarında yeyib içə-içə, camaata qaynayıb qarışa-qarışa, bir vaxt bu 
tərəflərdə, dörd bir yanından, boz quş balaları, qızılı tükanalarla, quaçarakalarla 
dolu qəfəslər asıldığından güclə yeriyən quşsatan qadını tanıyan adamların inamını 
qazanmaq istəyirdi; həmin bu quaçarakalar, qu quşu cildinə salınan bu adi boz 
quşlar, matəm havalı ölgün bazarlarda avam kəndlilərə sırınmaq üçün rənglənirdi. 
«O, adətən bax orda otururdu, ata, ocağın lap yanında oturub gözləyirdi ki, bəlkə 
kimsə onunla yeməkxananın arxa otağında, çaxır çəlləklərinin üstündəki həsirdə 
yatmaq istəyər. O, qarnını doyuzdurmaq üçün, kiminlə desən yatmağa hazır idi, 
ata. Bircə nahara, vəssalam. Ona bircə o lazım idi, çünki başını heç cür dolandıra 
bilmirdi; avam kəndlilərə sırıdığı quşların rəngi də, bircə dəfə yağış yağan kimi 
yuyulub gedirdi, tovuzquşuların quyruqları elə yoldaca qopub düşürdü. Əslinə 
qalsa, bu işlərlə də elə avamlığından məşğul olurdu; bir sözlə, o, quşların hesabına 
yaşayırdı, bu düzəngahın hesabına yaşayırdı, necə istəyirsiz, elə də başa düşün, o 
ki qaldı adına, indi kimin yadındadı o vaxt onun adı nə idi, hər halda Bendisyon 
Alvarado deyildi, bu, bizim adlardan deyil, bu, dənizətrafı yerlərin adıdı, müqəddəs 
ata!»  
Sən buna bax bir!.. Bu yerinəcən hər şeyi bitdi-bitdi öyrənib bu qara iblis-prokuror
bunu da, o biriləri də, elə hey qurdalaya-qurdalaya axtarır, eritreyalının yolunda 
min bir maneələr yaradan prezident təhlükəsizlik xidmətinin gizli agentlərinin 
bütün səylərinə, onun üçün ustalıqla qurduqları saxta torlara baxmayaraq, yeni-
yeni həqiqətləri ortaya çıxarırdı. – «Necə bilirsiz, mənim generalım, onu, bu 
uçurumun başında ovlamağın vaxtı çatıbmı? Atının büdrəmək vaxtı necə, 
çatıbmı?» Lakin yenə eritreyalının şəxsi təhlükəsizliyi təmin edilməklə, 
güdülməsinəi davam etdirmək əmri alındı, öz missiyasını yerinə yetirmək üçün ona 
tam azad şərait yaradılması xüsusi bir ciddiliklə tapşırıldı: «Mən bunu inadla tədəb 
edirəm, bu, mənim ali isəyimdir, yerinə yetirin!» Bu cür qərar verməklə o anlayırdı 
ki, riskə gedir, anası haqqında yaranmış əfsanəvi mifi – Bendisyon Alvarado mifini 
təhlükə altına salır, eritreyalının səyi ilə uzaq keçmişin damğalı xatirələrini – bir 
 
97


vaxtlar həyat eşqi ilə, lakin cır-cındır içində, ayaqyalın yaşayan, öz bədənin 
hesabına dolanan, xoruz quyruğunu rəngləyib tutuquşuların dalına calaya-calaya 
quakamaya* quşu əvəzinə satan, tükü tökülmüş xəstə toyuqları, hinduşkanın 
yelpincvari quyruqlarıyla bəzəyib camaata, cənnət quşu adıyla sırıyan, bu yaraşıqlı 
və avam qadını biabır olmaq təhlükəsində qoyur.  
Məlum məsələydi ki, heç kim bu qadına inanmırdı; dumanlı istirahət günləri 
bazarda tək-tənha dolaşan, bir quşa yüzcə peso verənə, qalan quşları az qala, 
havayı bağışlamağa hazır olan bu tənha quş alverçisinin avam bicliyinə kim uyardı 
axı?!.. Yaylaq yerlərində də bu sərsəm dilənçi qadını demək olar ki, hamı yaxşı 
tanıyırdı, lakin onun şəxsiyyətini heç cür dəqiq müəyyənləşdirmək mümkün 
olmurdu, çünki xaç suyuna salındığı monastrlarda onun doğum günü barədə heç 
bir sənəd tapılmamış, kilsə şəhadətnaməsi belə ortaya çıxmamışdı; bunun əvəzinə, 
oğlunun birdən-birə nə az, nə çox, üç şəhadətnaməsi tapılmışdı: doğum gününü 
təsdiq edən üç fakt birdən; belə çıxırdı ki, onun oğlunun üç müxtəlif adı vardı, 
əsası üç dəfə müxtəlif şəraitlərdə qoyulmuşdu, üç dəfə üç tarixdə vaxtından əvvəl 
doğulmuşdu. Bütün bunlar, bizim ölkənin tarixçilərinin – bizim tarixi yaradanların, 
onun yaranma tarixinin ört-basdır edilməsi üçün həqiqəti yalanla qarışdıranların 
əməlləri idi; lakin bütün bunlara baxmayaraq, eritreyalı demək olar, məsələnin 
kökünü axtarıb tapmışdı, bütün o yalan dumanlarını yarıb, axır ki, aydınlığa 
çıxmışdı; «Bu sirri aşkar eləmək bir o qədər də çətin olmadı, mənim generalım; 
boz Kordelyer dərələrində, düzlərində əks-səda verən atəş səsi eşidiləndə və 
buzlaqların önündən, əbədi qarlar içində uyuyan yüksəkliklərdən, axar çayların 
nəhəng sularının kükrədiyi yerlərdən, botanik ekspedisiyanın alim-həkimlərinin, 
hinduların belində otura-otura, öz sirrli otlarını topladıqları ucuiti qayaların 
önündən, vəhşi maqnoliya güllərinin bitdiyi, bol yemək və isti geyim verən 
uzuntüklü cins qoyunların otladığı dağ mənzərələrindən, ucsuz-bucaqsız qəhvə 
sahələrindən, kimsəsiz eyvanları kağız güllərlə bəzədilmiş əyalətlərdən, bürkülü 
səhrayla dağ çaylarının gurultusu arasındakı sərhəddə yaşayan xəstələr 
yığnağından, dənlərindən şokolad düzəldilən, qırmızı giləmeyvəsi və gülləri olan 
qalın yarpaqlı kakao ağacıyla xaincəsinə kürəyindən vurulub öldürülən qocanın ölü 
bədəninin iyini axşam küləkləri gətirən yerlərdən, günəşin tərpənmədiyi, yandırıcı 
tozun, qarpız-yemişin, iki yüz millik ərazinin yeganə orkestrinin, yeganə məktəbin 
yerləşdiyi Atlantiko departamentinin, arıq, qəmli inək sürüsünün yanından 
uçurumun sonsuzluğuna yuvarlanan atın ətürpədən kişnərtisi eşidiləndə, yazıq 
heyvan, sulu qvanabano kimi dığırlanıb düz uçurumun dibinə – qvineo kollarının 
arasında yerə dəyib şappıldayaraq, qırqovulları hürkütdü, sonra dərindən bir ah 
çəkdi. - «Onu vurdular, mənim generalım, pələng ovu tüfəngindən atdılar, Anima-
Sola* dərəsində!» «Mənim mühafizə təcrübəmə, qəti məzmunlu teleqramlarıma 
məhəl qoymadan, köpək uşağı?.. Lənət şeytana, indi görərlər mən kiməm!» - deyə 
o, hirsindən sarala-sarala hədələyirdi; əslinə qalsa, o, hansısa agentlərin, onun 
sözündən çıxmasından çox, nə isə vacib, əhəmiyyətli bir şeyin ondan gizlədilməsi 
ilə əlaqədar əsəbiləşmişdi; Onun şimşək saçan bu qəzəbini tez bir zamanda 
sakitləşdirməyə ürək eləyənlər tapıldı. O, hadisə barədə məlumat verənlərin 
nəfəsinə belə diqqətlə qulaq asır, yaxşı bilirdi ki, yalnız əsl həqiqəti bilənlər yalan 
danışmağa cəsarət edərlər. O, kimin satqın olub-olmadığını dəqiqləşdirmək üçün 
 
98


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə