Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/81
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#912
növüYazı
1   ...   46   47   48   49   50   51   52   53   ...   81

çevrildilər; qoyma şüşə gözlərinsə, qürub çağı kilsənin, al qırmızı işığa bürünən 
mərmər döşəməsi boyu birə kimi atıla-atıla gəzdilər; sən, heç nəyə çevrilmişdin, 
ana, ovulmuş ana tozuna dönmüşdün və əsgərlər, bu tozu bellərlə yığıb tabutun 
içinə tökürdülər.» 
Bütün bunlardan sonra da bu fasıq, donuq zalımın üzünün əzələsi belə, tərpənmədi, 
onun, iquana gözünə bənzər hərəkətsiz gözlərində nə onda, bu hadisələr baş verən 
zaman, nə də bu dünya üzündə onu həqiqət aynasıyla üzbəüz qoyan yeganə adamla 
təkbətək qalanda heç bir ifadə yaranmadı. Onlar, adi karetlərdən heç nəyi ilə 
fərqlənməyən sadə, gerbsiz karetə oturub, pərdələrin arasından, bir vaxt dəhşətli 
ölümlər və nakam sevgilər barədə, zəhərli güllər, istək öldürən sirli bitkilər barədə 
kitablar satılan, indi isə Bendisyon Alvaradonun bədəninin müxtəlif hissələri, 
əyninin geyimindən tikə-parçalar – yalançı təbərrüklər düzülən giriş darvazalarının 
kölgəsində istirahət edən dilənçilər sürüsünə baxırdılar. Monsenyor Demetrio 
Aldous, gözünü alver meydanından çəkib, istintaqın müsbət nəticələri barədə 
danışmağa başlayanda, o, öz həmsöhbətinin fikrini o dəqiqə tutdu. – «Mən əmin 
oldum ki, bu kasıb adamlar sizi, öz həyatları qədər sevirlər». Həqiqətən də axı, 
xəyanət deyilən nə vardısa, Demetrio Aldous prezident sarayında görmüşdü, 
yüksək dövlət vəzifələrində işləyənlərin, özünü gözə soxanların tamahkarlığının, 
ucsuz yarınmağının, xəbis yaltaqlığının şahidi olmuşdu, kasıb kütlələr arasında, 
dilənçilər içində, heç nəyi olmayan, öz hökmdarlarından da heç nə ummayan 
adamlarınsa, sadiq məhəbbətini görmüşdü; bu adamlar ümumiyyətlə, heç kimdən 
heç nə istəmirdilər; onlar, başları üstə duran hökmdarı, torpaq kimi görünən və 
ələgələn olduğundan, ona toxuna biləcəklərinə görə ilahi bir sevgiylə sevirdilər. - 
«Allahın özünün paxıllığı tutası bir işdi, əla həzrətləri!» Lakin əla həzrətlərinin, bu 
etirafı eşidəndən sonra da qaşının ucu belə tərpənmədi, halbuki ayrı vaxt olsaydı, 
onun ürəyi gizli bir sevinclə şirin-şirin gizildəyərdi, içini çəkib həyəcanını içində 
boğa-boğa özü-özünə fikirləşərdi: «Sizsə istəyirdiniz ki, məni heç kim sevməsin, 
müqəddəs ata, ələlxüsus da indi, bu məmləkətdən gedib öz uydurma dünyanızın 
qızıl qüllələri altında mənim bu biabırçı vəziyyətimdən və ələmimdən həzz 
alacağınız bir vaxt, mənsə burda - üstümə yıxdığınız həqiqət yükü altında, bu dərdi 
mənimlə bölə biləcək qayğıkeş anasız, öz istəyimlə seçmədiyim anadan olmağımla 
qazandığım həmin bu məmləkətdə – əsrlərdən bəri olduğu kimi qalan vecsiz 
mənzərəli, nəcis iyli, razılığım olmadan, adıma yazılanlara dünyasında 
inanılmayan bu tarixsiz məmləkətdə, pərdəli karetin içində belə qırx dərəcə istisi, 
doxsan səkkiz faiz nəmişliyi olan, tozundan nəfəs tutulan, arada bir qəhvədan kimi 
yüngül fit verən şişimin ağrısından qovrulduğun bir yerdə, qəbullarda bircə partiya 
domino oynamağa adam tapılmayan və bütün bu həqiqətlərə inana bilən bircə 
adamın olmadığı bir ölkədə tək tənha qalım, müqəddəs ata?.. Özünüzü mənim 
yerimə qoyun, müqəddəs ata!» O, güclə seziləcək tərzdə içini çəkib, iquana 
kipriklərini yüngülcə qırparaq, monsenyor Demetrio Aldousdan xahiş etdi ki, bu 
söhbət aralarında qalsın - «Siz mənə heç nə deməmisiniz, ata. Mən həqiqəti 
bilmirəm, oldu?» Monseyor Demetrio Aldous da söz verdi: «Əlbəttə, əla həzrətləri, 
siz, həqiqəti bilmirsiz. Bu söhbət, öz aramızda qalacaq, sizə kişi sözü verirəm.» 
Bendisyon Alvaradonun müqəddəslik titulu alması haqqında iş, onun 
müqəddəsliyini sübut edə biləcək faktların azlığı səbəbindən, yarımçıq 
 
101


dayandırıldı, Romanın qərarıyla, hökumətin rəsmi razılığı əsasında, onun 
amvonluqdan* çıxarıldığı elan edildi, bu qərarla həmçinin, ictimai asayişin 
qorunmasına, hər hansı üsyan xarakterli çıxışlara nəzarət gücləndirilsə də, 
üçyançılar dəstəsi, de Armas meydanında kafedral kilsənin darvazalarının 
şalbanlarından ocaqlar qalayanda, Apostolik nunsiatura sarayının, mələklər və 
cəngavərlər təsvir olunmuş rəngli şüşələrini daşla sındırıb tökəndə, yerli mühafizə 
qüvvələri heç bir müqavimət göstərmədi. - «Onlar hər yeri dağıdıb sökürlər, 
mənim generalım!» O, öz yelləncəyində sakit-sakit yırğalanır, qaşının ucu belə 
tərpənmirdi. «Onlar, monastrları mühasirəyə alıblar, rahibləri acından öldürmək 
istəyirlər. Onlar, kilsələri, missionerlərin evlərini yarır, dinə aid nə varsa, məhv 
edirlər, mənim generalım!» Yüksək rütbəli zabitlərin hamısı bir adam kimi, əmrin 
yerinə yetirilməsində aciz olduğunu, bu kütləvi həyəcanın, qan qırığının qarşısını 
ala bilmədiyini boyunlarına almayınca, o, heç bir tədbir görmədən, laqeyd üzüylə 
öz yelləncəyində yellənə-yellənə, diri güllərdən hörülmüş talvarın kölgəsində 
oturub qaldı. Yalnız bu kütləvi etirafdan sonra o, yelləncəkdən qalxıb, uzun ayların 
düşüncələrinə qərq olduğundan, daxil ola bilmədiyi kabinetinə sarı addımladı, 
orda, xalqın yekdil rəyini ifadə eləmək məsuliyyətini öz üzərinə götürdüyü barədə 
qərar qəbul etdi və bu qərarı, silahlı qüvvələri xəbərdar etmədən, nazirlərlə 
məsləhətləşmədən, öz fəhmiylə yaratdığı dekretdə əks etdirdi. Dekretin birinci 
maddəsi – azad və suveren xalqın ali istəyi ilə Bendisyon Alvaradonun vətəndaş 
müqəddəsliyni elan edir, Bendisyon Alvaradoya Millətin Himayədarı, 
Əzabkeşlərin Şəfaverəni, Quşların Mürəbbiyəsi titullarını verirdi, Bendisyon 
Alvaradonun andan olan günü isə, həmin maddədə mili bayram elan edilirdi. İkinci 
maddə – bu dekretin rəsmləşdiyi gündən, Vatikan dövlətinə və onun əhalisinə, 
bütün qayda-qanunuyla, hüquq normalarına və beynəlxalq konvensiyalara 
uyğunlaşdırılmış əsaslarla müharibə elan edirdi. Üçüncü maddədə – cənab 
yepiskopun təcili surətdə ölkədən çıxarılması, o biri yepiskopların, apostolik 
prefektlərin, gəlmə kahinlərin və rahibələrin, ümumiyyətlə, din xadimlərinin, 
yaxud kilsə işləriylə hər hansı bir əlaqəsi olan yerli, yaxud, gəlmə adamların 
qovulması qərara alınırdı. Bu adamların hamısına ölkənin ərazisində, yaxud hər 
hansı bir bəhanəylə ərazi sularının əlli dəniz milinədək yaxında olmaq qəti qadağan 
edilirdi. Və nəhayət, dördüncü maddə – bütün kilsə əmlakının müsadirə edilməsini 
elan edirdi. Məbədlər və monastrlar – məktəbləri, şumluq sahələri, əmək alətləri və 
mal-qarasıyla bir yerdə, kilsələrə məxsus şəkər zavodları, fabriklər, emalatxanalar, 
bir sözlə, hər şey – din xadimlərinin ayağında olan, əslində isə kilsə mülkiyyəti 
sayılan hər bir şey müsadirə edildi. Bütün bunlar, dekret ictimaiyyətə çatdırılandan, 
ucadan oxunandan və ali hökmdarın möhürüylə təsdiq ediləndən sonra, Bendisyon 
Alvaradonun və onun quşlarının ölümündən sonrakı əmlakı elan edildi. «Tabe olun 
və əməl edin!» O, dekretdə yer almış bütün bu maddələrin yerinə yetirilməsinə, 
atəşfəşanlığın rəngli fişənglərinə, kilsə zənglərinin, Bendisyon Alvaradonun 
övliyalar sırasına keçməsi şərəfinə çaldığı qələbə marşlarına məhəl qoymadan, 
şəxsən özü nəzarət edirdi ki, anasının müqəddəs ruhu bir daha növbəti yalanın 
qurbanına çevrilməsin. O, hakimiyyət cilovlarını yenidən öz əlinə aldı, öz atlas 
əlcəkli incə əlləriylə kobud cilovlardan möhkəm yapışdı; bir vaxtlar elədiyi kimi, 
kasıb komalara girib toyuqların qırt oturuşuna, yaxud kəlçənin axtalanmağına 
 
102


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə