Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/81
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#912
növüYazı
1   ...   47   48   49   50   51   52   53   54   ...   81

baxarkən, camaat onu pilləkənlərdə saxlayıb, nə vaxtsa şəhərin küçələrində 
keçirilən atçapma mərasimlərini, çuvaliçi qaçış yarışlarını bərpa etməyini xahiş 
edir, o da onların xahişini yerinə yetirirdi. O, yenə əvvəlki kimi, hər işə özü qarışır, 
kilsə əmlakının inventarlaşma aktıyla şəxsən tanış olmaqdan boyun qaçırmır, 
müsadirənin gedişinə özü rəhbərlik edir, göz qoyurdu ki, onun göstərişləriylə 
həyata keçirilənlər arasında – dövlət sənədlərinin həqiqəti ilə real həyatın dəyişkən 
həqiqətləri arasında, xırdaca belə boşluq olmasın. O, kralın saysız-hesabsız 
sərvətlərini gizlicə, ikidibli çamadanlarda, xüsusi məharətlə tikilmiş korsajların 
altında ölkədən çıxarmaq istəyən möhtəşəm kilsə icmalarının sürgünlərinə də 
şəxsən özü nəzarət edirdi. Kasıblar qəbiristanlığında basdırılan həmin bu sərvətlər, 
uzun illərin axtarışlarına baxmayaraq, Federasiya uğrunda döyüşənlər tərəfindən də 
tapılmamışdı. Odu ki, belə bir əmr verildi: bircə kilsə xadimi, bir dəst alt paltarı 
dəyişəyindən savayı özüylə yük apara bilməz; bundan savayı, onlara, gəmiyə 
yalnız çılpaq, lüt anadangəlmə vəziyyətdə minməyə icazə verilirdi. Hamı əmrə 
tabe oldu: heç nə qanmayan, yaxalarından əl çəksinlər deyə, ömürlərinin 
axırınacan lümlüt gəzməyə hazır olan kobud kənd kahinləri, din dairələrinin, 
titrəmədən heydən düşmüş prefektləri, mötəbər, keçəl yepiskoplar, onların ardınca 
qadınlar – minilməmiş madyan təbiətli, utancaq rahibələr, səhralıqda tərəvəz 
əkməyə öyrəşən sadə missioner qadınlar, incə biləkli bakirə-selesiankalar*… - 
hamı da lüt anadangəlmə, dünyaya gəldikləri dərilərində; onlara baxdıqca, bu 
adamların sinfi mənşəyi, sosial vəziyyəti və məşğuliyyəti haqqında fikirləşməyə 
məcbur olurdun; onlar, möhtəşəm axınla gömrüyün nəhəng binaları arasından, 
kakao tayları və qarmağa keçirilmiş çay balığı qaxaclarıyla dolu çuvalların 
böyründən ötüb keçdikcə, hürkmüş qoyun sürüsünü xatırladırdılar; ventilyatorların 
pərləri yolçuların saçlarını dalğalandırır, qadınlar döşlərini əlləriylə örtə-örtə, bir-
birinin arxasında gizlənə-gizlənə, iquana gözlərinin ifadəsiz baxışını, nizamsız 
axınla yeriyən çılpaq qadın bədənlərinə zilləyən, daş heykəl kimi donuq qocanın 
qarşısından ötüb keçirdilər. Sonuncu qadın ölkənin ərazisini tərk edənəcən o, 
gedənləri laqeyd üzüylə, tam ehtirassız baxışlarla müşahidə edirdi. – «Hamısı, bir 
nəfər kimi, rədd olub getdi, mənim generalım!» O isə hiss elədi ki, qadınlardan 
hansı birisisə – o birilərindən heç nəyi ilə fərqlənməyən, hürkmüş qadınların 
arasından, ani baxışıyla seçdiyi bir qadın onun yaddaşına ilişib qalıb; bu, dolu və 
sağlam bədənli, ətli yançaqları, iri döşləri olan adi, enlikürək bir qadın idi, kələ-
kötür əlləri vardı, saçları bağban qayçısıyla kəsilmiş, dişləri, balta kimi iti və 
seyrək idi, burnu dik, ayaqlarının altı yastı idi; bir sözlə, o birilər kimi adi, sıravi 
rahibə idi; o, o dəqiqə anladı ki, bütün bu qadın sürüsünün içindən, ürəyi tək bir 
onu istəyir, bircə o, başını qaldırıb üzünə belə baxmadısa da, yanından ötüb 
keçəndə, özündən sonra ürəktitrədən, tünd meşə heyvanı iyi qoyub getdi; onda 
onun az qaldı nəfəsi kəsilə, gözlərini azca çəpləşdirdi ki, o qadını bir də görsün və 
elə bu vaxt gəmiyə minənlərin siyahısını oxuyan zabit ucadan; «Nasareno 
Letisiya!» - deyə qışqırdı və qadın kobud kişi səsiylə: «Burda!» - deyə cavab verdi. 
Bu ad, içinə beləcə daxil oldu və həmin o «burda» - yla qəbir evinəcən, onun 
ömrünün bir hissəsinə çevrildi; bu qadın da beləcə həyatına daxil oldu və son, 
ümidsiz xəyalları yaddaş uçurumlarında əriyib itən dövrlərəcən xatirində yaşadı; 
yaddaşı onun surətini yerli-dibli yoxa çıxdıqca, onu dönə-dönə xatirində 
 
103


canlandırır və ençiz kağız zolağında: «Mənim ruhumun Letisiya Nasarenosu, bir 
bax gör, mən sənsiz nə hala düşdüm…» - yazırdı. O, bu kağızı, beçə balını 
gizlədiyi gizli divar mücrüsündə gizlədir, arada bir, dəqiq əmin olanda ki, onu heç 
kim görmür, çıxarıb bir də oxuyur, yenə bürməliyib gizlədir və yenə həmin o 
unudulmaz, şəffaf yağışlı günü, bu barədə heç bir əmr verməsinə baxmayaraq, 
Letisiya Nasarenonun vətənə qaytarıldığını bilən gün, keçirdiyi gözəl anları 
yaşayırdı. Bomboz yük gəmisi üfüqdə itdikcə o, əvvəl özü-özünə elə-belə: 
«Letisiya Nasareno…» - deyə pıçıldadı, sonra bərkdən-bərkdən: «Letisiya 
Nasareno!!..» - deyə qışqırdı ki, bu adı unutmasın və elə bircə bu, prezidentin 
təhlükəsizlik xidmətinin, Letisiyanı Yamayka monastrından oğurlayıb vətənə 
qaytarması üçün kifayət oldu. Ağzını dəsmalla bağlayıb, əyninə qolsuz köynək 
geyindirib, küncləri qətranla möhürlənmiş, şam ağacından yığılmış və üstündə qara 
hərflərlə: «Şüşə! Yuxarı! Qaytanlanmasın!» - yazılmış konteynerə – taxta yeşiyə 
soxdular. Bu konteynerin, prezident zirzəmisinin şampanlarından içmək üçün 
istifadə olunacaq iki min səkkiz yüz ədəd büllur badəni ölkəyə rüsumsuz 
keçirilməsi barədə icazəsi vardı; konteyneri gəmi gömrükxanasının zirzəmisində 
aparırdılar. Güclü yuxu dərmanlarıyla yatırılımış Letisiya ordan birbaş saraya 
gətirilmiş və çılpaq vəziyyətdə cansıxıcı qonaq otağının çarpayısına uzadılmışdı; o, 
onu sonralar da elə o vəziyyətdə – günorta saat üçün ağappaq işığında, miçətkənin 
altında çılpaq bədəniylə uzandığı yerdə xatırlayırdı. O, burda, müxtəlif dövrlər 
yatan yüzlərlə qadın kimi – bu yatağa heç bir istəyi olamdan ötürülən, lüminal 
içirildiyindən, letargiya vəziyyətində olan və həmin yuxulu vəziyyətdə yaşadığı 
qadınlar kimi yatmışdı. Onda o, Letisiya Nasarenoya dəymədi, qadını uzun müddət 
uşaq heyrətiylə gözdən keçirərək, bədəninin bu qədər dəyişdiyinə, bu bədənin, 
gömrüyün barakında gördüyü qadın bədəninə qətiyyən bənzəmədiyinə təəccüb 
elədi. Qadının saçları burulmuş, bədəninin bəzi hissələri qırxılmış, əllərinin, 
ayaqlarının dırnaqları qırmızı lakla laklanmış, dodaqları, yanaqları boyanmış, 
kipriklərinə sürmə çəkilmiş, dərisinə cürbəcür ətriyyat vurulmuşdu deyə, ondan 
sirli, cazibədar heyvan iyinin əvəzinə, şit kosmetika iyləri gəlirdi. Bütün bu 
kosmetika örtüyü elə bil onun çılpaqlığını itirmişdi… - «Heyvərələr hər şeyi 
korlayıblar, dərdə bir bax!» O elə hey Letisiyaya, onun narkotik yuxudan keyiyən 
üzünə, tədricən yuxu bataqlığından çabalayıb çıxmasına, oyanmasına baxır, onu, 
ətrafını tədricən görməyini müşahidə edirdi. – «Bu, məni dəli edib ağlımı başımdan 
çıxaran Letisiya Nasareno idi, ana!» Letisiya isə miçətkənin yüngül dumanı 
içindən ona baxan daş kimi donuq qocanı görəndə, qorxudan dik atıldı, bu 
anlaşılmaz, ağır sükutun vahiməsindən dili tutuldu, heç ağlına da gəlmədi ki, 
yaşının sayı, hakimiyyətinin hüdudu bilinməyən qoca, həmin an ondan daha çox 
qorxuya düşüb. Qoca isə həmin an özünü, ilk dəfə qadınla təmasda olduğu 
əlamətdar gündən daha tənha və köməksiz hiss eləməyə başlamışdı, bir vaxtlar 
çayda - əsgərlərin əyləndiyi bir küçə qadınını çimən yerdə görəndə düşdüyü çaşqın 
vəziyyətdən betər günə düşmüşdü. Onda o, o qadını heç əməlli-başlı görməmişdi 
də, bircə səsini eşitmişdi; qadının, suyun altına girib-çıxdıqca, inək kimi fınxırıb 
təngiməyini eşidir, bədəninin hüdudsuz nəhəngliyini təsəvvüründə canlandırır, 
qaranlıqda onun tənha, sirrli gülüşünü eşidir, çimməkdən uçunan bədəninin həzzini 
duyurdusa da, üç müharibədə iştirak edib artilleriya leytenantı rütbəsi almasına 
 
104


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə