Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/81
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#912
növüYazı
1   ...   48   49   50   51   52   53   54   55   ...   81

baxmayaraq, qadın görmədiyindən, iflic vəziyyətdə donub yerindəcə qalmışdı. 
Lakin çox keçməmişdi ki, ömrünün axırınadək elə-belcə, bakirə qalmaq qorxusu o 
biri qorxulara üstün gəlmişdi və o, əynindəki pal-paltarı, silah-sursatı soyunmadan, 
qayışlı, corablı, yüklü, silahlı özünü çayın içinə atmış, silah-sursatıyla çayın 
ortasında bir səs-küy qoparmışdı ki, qadın, əvvəl elə zənn eləmişdi ki, bu, yolu 
çaydan keçən hansısa atlıdı, amma görəndə ki, bu, cəmi-cümlətanı çaya düşən, 
qorxaq, yazıq bir kişidi, əlini rəhmlə ona uzadaraq, onu qaranlıq sükutun içiylə öz 
ardınca apara-apara geriyə qanrılıb, qaranlığın içindən ana nəvazişi ilə ona: 
«Çiynimdən bərk yapış, - demişdi - yoxsa su aparar səni. Özü də barmaqlarının 
ucunda dayanma, dizi üstə otur, rahat nəfəs al, yoxsa boğularsan». O da onun 
dediyni eləmişdi; onda o, qadının dediklərini uşaq kimi yerinə yetirə-yetirə, 
özlüyündə: «Anam mənim Bendisyon Alvarado, bu qadınlara, özlərini hansı an 
necə aparmağı, kişi kimi olmağı kim öyrədib?» - deyə fikirləşirdi. O, bu fikirlərdə 
ikən, qadın, onun əynindəkiləri – döyüş üçün zəruri olan, bu axınla əzablı 
mübarizədə isə ona mane olan əşyaları soyundururdu; su xirtdəyinə çatsa da, onu 
qorxudan, qadının, qətranlı sabun iyi verən bədəni xilas edirdi. Sonra necə 
olmuşdusa, qadın, onun qayışının düymələrini açdıqca qəfildən əli, suyun içində 
üfürülmüş qurbağa kimi üzən nə isə yekə bir şeyə dəymiş və qadının, vahimədən 
az qala ürəyi dayanmışdı, əlini qorxu içində geriyə çəkib ondan uzaqlaşmış, 
ağzının içində: «Get ananın yanına, qoy o səni ayrısına dəyişsin, yoxsa bu cür sən 
heç nəyə yaramırsan!» - deyə-deyə ondan uzaqlaşmışdı. 
İndi yenə həmin o qorxu, bəlkə ondan bir az da betəri onu, Letisiya Nasarenonun 
bədənini görəndə bürümüşdü və anlamışdı ki, bu qadının rəhmdil köməyi 
olamadan, heç cür onun sirli sularının qoynuna baş vura bilməyəcək. Odu ki, bu 
rəhmdil köməyin intizarında, qadının üstünü döşəkağıyla örtüb, qramafonda ona, 
bədbəxt Delqadinanın, günahkar məhəbbət haqda mahınısını, val yeyilənədək 
oxutdururdu; o, Letisiya Nasarenonun yataq otağındakı gül vazlarına parçadan 
düzəldilmiş yalançı güllər qoymağı əmr etmişdi, çünki diri güllər, qadının bircə 
toxunuşundan solurdu; o, Letisiyanın hər şıltaqlığıyla oynamağa razı idi, təki o, 
həmin o qapısı bağlı otaqda çılpaq vəziyyətdə o qədər otursun ki, bu qoca, lakin 
imkanlı adamın sevgilisi olmaqdan savayı ayrı əlacı olmadığını anlasın. Letisiya 
isə bunu həmin dəqiqə başa düşdü və məsələni uzatmadan, əmrlərini verməyə 
başladı: «General, pəncərəni açın havam çatmır!» Qoca bu əmri yerinə yetirən 
kimi, o dəqiqə ardı gəlirdi: «Bağlayın! Ay düz üzümə düşür!» Qoca itaətlə onun bu 
əmrini də, o biriləri də yerinə yetirirdi və gündən-günə elə bil daha itaətkar olurdu; 
günlərin bir günü isə, şəffaf yağışlar yağan gün, qoca ürəklənib, özünü pallı-
paltarlı Letisiyanın yatağına saldı, qadına dəyib-toxunmadan, yanında uzanıb 
susdu. Beləcə, qadınla böyür-böyürə uzana-uzana, uzun-uzadı gecələr keçirdi, 
onun, get-gedə isinən nəfəsini, bədəninin sirli qorxusunu - vəhşi heyvan qoxusunu 
duydu. Arada bir, Letisiya yuxudan ayılıb onu yatağında görəndə dik atılır: «Gedin 
burdan, general!» - deyə üstünə çımxırır, o, mədəni surətdə yataqdan düşürdüsə də, 
qadın yuxuya gedən kimi, yenidən özünü onun yanına salırdı. Düz bir il o, beləcə – 
Letisiyaya dəyib-toxunmadan, yuxudan oyananda, onu öz yanında görməyə 
öyrəşdirdi; qadın, bir müddət, hakimiyyət həzzlərini, min bir həyat sevincini onun 
bədənini seyr eləməyə dəyişən qocanın qəlbinin gizli arzularını anlaya bilmirdi. 
 
105


Günlərin bir günü – növbəti şəffaf yağışlar yağan gün, ürkək qoca axır ki, yuxulu 
Letisiyayla təmasda olmaq qərarına gəldi və bir vaxtlar elədiyi kimi, nə vaxtsa bir 
küçə qadınının çimdiyi çaya palı-paltarlı girdiyi kimi, əynindəkiləri soyunmadan, 
nişansız səhra geyimində, qılıncı qınında, şalvarının cibində bir dəstə açar, sol 
tayında qızılı mahmız parıldayan əsgər uzunboğazlarında özünü Letisiyanın 
yatağına salıb, qəti hücuma keçdi; Letisiya, vahimə içində yuxudan dik atılıb 
qocanın qucağından çıxmağa çalışdısa da, onun qəti inadını hiss edib bicliklə yaxa 
qurtarmağı qərara aldı. «Yəhər-qayışınızı çıxarın, general, yoxsa toqqalarınızla 
döşümü kəsərsiz». Qoca ləvazimatlarını çıxaranda, Letisiya ardını tələb elədi: 
«Mahmızınızı açın, general, yoxsa ulduzları qoltuqlarımı cızar! Cibinizdəki 
açarları da çıxarın, onlar böyrümə dirənib». O da, qılınclı qınını soyunmaq qərarına 
gəlməyə üç ay vaxt getməsinə baxmayaraq, onun bütün tələblərini yerinə yetirdi. 
«Bunlar məni boğur, general!» - bir ay da frençi soyunmağına getdi. – «Bu 
düymələr adamın lap qəlbini cızır, general!» 
Bu, Letisiya tərəfindən qəsdlə uzadılan, qocanı qəzəbləndirmədən, qarşılıqlı 
güzəştlər üzərində qurulan uzunmüddətli, çətin, soyuq müharibə idi və 
müharibənin sonunda – Letisiyanın oğurlanmasının üçüncü ildönümündə axır ki, 
onların arasında nə isə baş verdi, lakin nə o, nə də o biri başa düşə bilmədilər ki, 
baş verən nə idi. Adi gecələrin birində onun, tale xətləri olmayan yumşaq ovucları, 
rahibənin hansısa gizli qadın simlərinə toxundu və Letisiya yuxudan, ehtirasdan 
titrədə-titrədə ayıldı, bədəninə zəli kimi sarılan vəhşi heyvanı özündən 
uzaqlaşdırmağı ağlına belə gətirmədi, bircə yazıq səslə: «Uzunboğazlarını soyun, 
yoxsa mənim holland döşəkağılarımı bulayarsan!» - dedi. Sonra qoca onları 
çıxardıqca, ardını gətirdi: «Şalvarını soyun, qurşağını çıxar, hər şeyini soyun
yoxsa səni hiss eləmirəm, həyatım mənim!» Və o, birdən-birə özünü, bir vaxt 
anasının onu o, anadan olan gün monastrın darvazası ağzında, ətirşah güllərinin 
sayrışan yarpaqları önündə doğduğu kimi - tam azad hiss elədi; sonra özündə 
döyüş öküzünün gücünü hiss edərək, bircə həmləyə hər şeyi alt-üst edib, Letisiya 
Nasarenonun dişlərinin, gəmi dorunun cırıltısına bənzər cırıltısı eşidilən sükut 
uçurumunun dibinə üzü üstə yıxılıb qaldı. – «Nasareno Letisiya!..» - «Burda!» - 
«Və o, mənim saçlarımdan ikiəlli yapışdı ki, həmin o dibsiz burulğanda mənim 
kimi, tək-tənha ölüb itməsin…» Lakin qoca, Letisiyanı həmin o burulğanda təmtək 
qoydu və unutdu, özü də tək-tənha, fırtlığının uzun-uzadı, sulu sapları arasında 
dolaşa-dolaşa, sarsıntıdan üzülə-üzülə, özü-özünü göz yaşlarının şor sularında 
axtardı: «Anam mənim Bendisyon Alvarado, bu şirin əziyyəti dadmadan, bu qədər 
uzun ömrü necə yaşamaq olardı?» Az qala bağırsaqlarınacan işləyən anlaşılmaz, 
əzablı–şirinli ağrılardan başını itirə-itirə, bütün bədənini titrədən bu qızdırmanın nə 
olduğunu, niyə özünü bu cür – başı kəsilmiş heyvan kimi hiss elədiyini, bu şəffaf 
örtüklü yorğan-döşəyin holland döşəkağılarını bulayan şəffaf cövhərin nə 
olduğunu, nəhayət, həmin bu şəffaf yağışlı gün nə baş verdiyini, büllur havanın 
niyə birdən-birə üfunətli iylə iyləndiyini anlamadan, ağlayırdı, siz anlamırdınız ki, 
sadəcə olaraq, qurtarmışdınız, mənim generalım!..  
 
 
 
106


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə