Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/81
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#912
növüYazı
1   ...   49   50   51   52   53   54   55   56   ...   81

Axşama yaxın biz saraydan, iylənmiş inək cəmdəklərini yığışdırdıq, bu fantastik 
xarabalıqda cüzi də olsa, nə isə sahmana oxşar bir şey yarada bildik, amma yenə 
tapdığımız meyiti müvafiq görünüşünə – əfsanəvi hökmdar görünüşünə salmağa 
qabiliyyətimiz çatmadı; biz meyitin dərisini balıqtəmizləyən bıçaqla qaşıdıq, 
dənizin dibinə batıb qalan gəmilərin üstünü örtən mamır qatına bənzər sürüşkən 
örtüyünü birtəhər soya bildik, sonra onu qətran yağıyla yağlayıb duzlu məhlulda 
yuduq ki, çürümə ləkələri yoxa çıxsın, quzğunların, meyitin üzündə oyub açdığı 
dəlmə-deşiklərə doldurulmuş mumun üstünü quru nişastayla pudraladıq, 
yanaqlarına çəhrayı boya, dodaqlarına pomada çəkib, üzünə həyat rəngi verdik, 
içiboş göz oyuqlarına şüşə gözlər taxdıqsa da, cəsəddə, ümumxalq nümayişinə 
çıxarılmaq üçün zəruri olan hökmdar siması yarada bilmədik. Bir yandan 
məhkəmələr gedir, işlər oxunur, dövlət şurasının iclas zalında, əsrlik despotizmin 
qalıqlarına qarşı mübarizəyə, ümumxalq birliyinə, mərhumun qırmağından salamat 
çıxan mülkiyyətin – dünənəcən qorxunc qocanın toxunulmaz əmlakı sayılan nə 
varsa, hamısının azad surətdə bölünməsinə səsləyən şüarlar eşidilirdi. Onun ölüm 
xəbəri, inadlı şəkildə gizlədilməsinə baxmayaraq, sehrli bir sürətlə göz qırpımında 
ölkənin dörd bir yanına yayıldı, bir vaxt vətəndən didərgin güşənlər geriyə 
döndülər; uzunmüddətli sürgün illərində qarşılıqlı iddialarını unudan liberallar və 
konservatorlar, hakimiyyət iyi hələ də burunlarından getməmiş ali rütbəli 
generallar, axırıncı üç mülki nazir, baş arxiyepiskop, bir sözlə, qoca despotun, qoz 
ağacından uzun stolunun arxasında görmək istəmədiyi camaat geriyə qayıtdı, sonra 
həmin bu adamlar min cür tədbir tökməyə başladılar ki, prezidentin ölümünü xalqa 
necə çatdırsınlar ki, hay-küy qalxmasın, xalq kütlələri kor-təbii surətdə küçələrə 
tökülüşməsin. Nəhayət, bu qərara gəldilər ki, xəbər, iki bülleten şəklində xalqa 
çatdırılsın: bir nömrəli bülletendə prezidentin səhhətinin yüngülcə pozulması və 
onun, məhz bu səbəbdən, bir sıra rəsmi ictimai tədbirlərdə və audiensiyalarda 
şəxsən iştirak edə bilməməsi açıqlanırdı; iki nömrəli bülletendə deyilirdi ki, əla 
həzrətləri, öz yataq otağından, təbii bir səbəb üzündən – qocalıq zəifliyindən çıxa 
bilmir. Həmin bu bülletenlərin ardınca, bürkülü bir avqust günü, çərşənbə gününün 
sübh şəfəqi çəhrayı rəngə bürünən vaxt, kilsə zənglərinin səsi hökmdarın ölüm 
xəbərini elan etdisə də, yenə heç kim onun ölümünə, ölənin məhz o olduğuna inana 
bilmədi. Nə idisə, onun ölüm xəbəri bizi möhkəm çaşdırmışdı, üfunətli meyiti əl-
qolumuzu keyitmişdi, bəlkə də biz ona görə bu günə düşmüşdük ki, onda bu əllamə 
qocanı əvəz edə biləcək adamın kim ola biləcəyini təsəvvürümüzə belə gətirə 
bilmirdik, axı o, xudbinliyindən, sağlığında özünə davamçı seçmək haqqında 
nəyinki heç fikirləşməmişdi, bu barədə ümumiyyətlə, eşitmək belə istəmirdi
qocalıq hikkəsiylə, ölümündən sonra olacaqları müzakirə etməkdən boyun qaçırır, 
ələlxüsus da, dövlət aparatı yeni, şüşəli beton binaya köçəndən və o, öz 
iqamətgahında tək-tənha qalandan bəri bu barədə söz düşəndə, yüz bəhanəylə 
söhbətin mövzusunu dəyişirdi. O, orda, yuxunun içi ilə gəzirmiş kimi, təzəklərin 
arasıyla dolaşır, qızılgül kollarının altında, xəstəlikdən çox, qocalıqdan ölən 
korlardan, cüzamlılardan və ifliclərdən savayı kimsəyə əmr verməyə ürək eləmirdi. 
Amma elə ki, söz yenə davamçıdan, vətənin gələcək taleyindən düşürdü, o dəqiqə 
tərsliyi tutur, bütün müəyyənliklər qeyri-müəyyənliyə çevrilir, bütün cümlələr 
müdrik bir uzaqgörənliklə müşayiət olunurdu. - «Məndən sonra dünyada nə baş 
 
107


verəcəyi haqqında fikirləşmək, ölümün özü qədər qaranlıq məsələdi! Sizin 
nəyinizə lazımdı axı? Nədən belə narahat olursunuz? Mən, başımı yerə qoyan kimi 
siyasətçilər yığışıb bu andır ölkəni, bir vaxt böldükləri kimi böləcəklər! Bax 
görərsiz, bu bölüşmə mərasiminə keşişilər də tökülüşüb gələcək, dövlətlilər də 
özlərini yetirəcək və hər şeyi çapıb talayacaqlar, kasıblarasa yenə də heç nə 
catmayacaq, onların güzəranı əvvəlkindən də pis olacaq. O bədbəxtlərin taleyi 
belədi, nəcisə beşcə qəpik verən tapılsa, bu adamlar dalsız doğulmağa 
başlayacaqlar! Elə də olacaq, görərsiz!» Sonra o, kiminsə, bir vaxt onun şan-
şöhrətli dövrlərində dediyi kəlamı misal gətirib, özü-özünü rişxəndlə ələ salıb gülə-
gülə deyirdi ki, onu, ölümündən sonra Yerusəlimdə, peyğəmbərin məqbərəsiylə 
yanaşı yerləşdirməyə zəhmət çəkməsinlər, çünki o, cəmi üçcə gün ölü qalacaq. - 
«Bir də, bütün bu söhbətlər boş cəfəngiyyatdır. Sizə bu gün ağlasığmaz görünən 
məsələlər, gün gələcək, həyata keçəcək. Mən əbədiyəm!» Həqiqətən də o vaxtlar 
onun taleyi və şəxsiyyəti ilə bağlı məsələlərə heç kim şübhəylə yanaşmırdı. Heç 
nəyi sübut eləmək olmadığı kimi, heç nəyi rədd eləmək də mümkün olmurdu. Biz 
hətta, dəqiq bilə bilmirdik ki, bu, onun bədənidi, yoxsa yox. Biz, vətənimiz 
haqqında, onun tarixini əhatə eləyən tarixdən savayı ayrı bir tarix bilmirdik, onun, 
öz istəyinə uyğun yaratdığı Kainat ölçülərinin dəyişib, zamanın özünü belə, öz 
istədiyi şəkildə axmağa məcbur etdiyi vətəndən savayı, ayrı bir vətən tanımırdıq. 
Tarixin bu səhifələri, ölkənin mənzərəsiylə bir, onun xatirələr bulağının lap 
çeşməsində, yaddaşının dumanlı, ucqar bir döngəsində parlayıb yox olurdu; o, bu 
xatirələrlə sarayın içiylə məqsədsiz-filansız, daim alçaqlığın yuva saldığı, bircə 
dəfə belə olsun, xoşbəxtlik qığılcımı çırtlamadığı dəhlizlərlə gəzib dolaşır, 
yelləncəyin ətrafına qarğıdalı dəni tökə-tökə toyuqlarını yedirdir, qulluqçusunu 
lazımsız əmrlərlə çərlədir, gah limonad dolu stəkan gözünün qabağında ola-ola, 
buzlu limonad tələb edir, sonra ona barmağının ucuyla belə toxunmur, gah hansısa 
stulu bir yerdən götürüb başqa bir yerə qoydurur, sonra əksinə, əvvəlki yerinə 
gətirtdirirdi; - bütün bu xırda şıltaqlıqlar, onun tamahkar hakimiyyət hərisliyi 
ocağına atdığı son, miskin kömürlər idi; o, ölkəni, heç nə eləmədən, mürgü içində, 
uzaq uşaqlıq xatirələrində gicəllənə-gicəllənə idarə edir, hərdən bir mürgülərinin 
içində nə isə aydınlaşır, köhnə konstruktorun, hakimiyyətə gəldiyiniə qədərki 
dövrün hansısa detalı onu mürgüdən ayıldır, bu nəhəg ölkəyə – bu sonsuz tropik 
bitkilər, keçilməz bataqlıqlar, qədim, dibsiz uçurumlar şahlığına, bir vaxt cəsur 
ovçuların, canavarları yalın əllərlə tutduqları yerlərə nəzər salır, «Bax belə!» - 
deyərək, şəhadət barmağını ağzına soxub damağına dirəyə-dirəyə fikrə gedirdi. 
Sonra danışırdı ki, bir dəfə - bir qaynar cümə gününün axşamı o, əvvəl küləyin 
uğultusunu eşidərək, sonradan onun qəribə qoxusunu – köz iyini hiss edibmiş və 
baxıb görübmüş ki, sən demə bu, külək yox, günün günorta çağı göyün üzünü 
tutub, qabağına çıxanları dağıdıb sökən, özündən sonra çımçılpaq mənzərələr, 
aara-sıra göy işığı qoya-qoya, yaxınlaşan çəyirtkə bulududu; çəyirtkələrdən sonra 
Yer üzü, yarandığı günün mənzərəsini xatırladırdı; o, bu fəlakəti yaxşı xatırlayırdı, 
xoruzların kəsik boğazlarından damcı-damcı yerə süzülən qanı xatırlayırdı; o gün 
həmin o böyük, qədim kənddə bir qadın vəfat eləmişdi; o, dəfn mərasimində 
iştirakını da yaxşı xatırlayırdı – anasının əlindən tutaraq, cırcındırla bəzədilmiş 
meyit uzadılan xərəyin ardınca ayağıyalın yeriyirdi, çəyirtkələr isə, elə hey külək 
 
108


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə