Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/81
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#912
növüYazı
1   ...   53   54   55   56   57   58   59   60   ...   81

bazarına gəlirdi. Bu adamlar, sübhün kal şəfəqləri altında canlı adamlardan çox, 
ölü ruhlara oxşayır, günəşin, Qəraib dənizinin sonsuz səthi üzərində yaratdığı ani, 
sehrli mənzərə qədər gözlənilməz təsir bağışlayırdılar; onlar, bellərinəcən limanın 
üfunətli sularına girir, ordan birbaş bu ticarət limanına, Martinikidən gül-çiçək, 
Paramaribodan zəncəfil gətirib gələn çəkili yelkənli gəmilərə soxulub, onları tar-
mar edirdilər; qabaqlarına çıxan hər kəsi talayıb soyur, gözlərinə dəyən hər bir şeyi 
hücumla ələ keçirirdilər; balıqçıların ovunu əllərindən alırdılar; hətta satdıq 
donuzlara yem əvəzi verilən tullantı balıqları belə qamarlayırdılar; donuzları 
tüfəngin qundağıyla döyür, bir vaxt qulların çəkisi ölçüldüyü Nuh əyyamından 
qalan, lakin hələ də işləyən tərəzilərin içinlə yığılmış tullantı balıqları da 
yığışdırırdılar; həmin bu tərəzidə, onun hakimiyyətinə qədərki qədim dövrlərdə, 
Seneqaldan gətirilən ilahi gözəlliyə malik qul qadınlar və onların ağırlığında qızıl 
ölçülürdü.  
«Onlar hər şeyi söküb talan elədilər, mənim generalım! Bunlar çəyirtkədən də 
qorxulu həşəratdı!» Qoca, günbəgün yetişib sulana-sulana, növbəsini gözləyən bu 
söhbəti, həmin o çərşənbədən sonra açmadı; bu söhbət, o biri çərşənbədən sonra da 
açılmadı; Letisiya, şəxsən onun eləməyə cəsarət eləmədiklərini eləyəndən sonra da. 
Letisiya boynundakı tülkünün parıldayan gözlərinə hürən bir sürü küçə itlərinin 
müşayiəti ilə özünü quş və tərəvəz satılan piştaxtaların arasına salır, hürüşməyə 
məhəl qoymadan, ədalı yerişiylə ticarət zalının nəhəng arakəsmələri ilə, bədii 
təsvirlərlə işlənmiş dəmir sütunların arasıyla, sarı şüşədən düzəldilmiş nəhəng 
yarpaqların və dəmir budaqların, çəhrayı şüşədən tökülmüş nəhəng almaların, mavi 
şüşədən tökülmüş, içi əfsanəvi bitki səltənətiylə dolu bolluq buynuzlarının altıyla 
gəzməyinə davam edirdi. O, ən şirəli, yeməli meyvələri, ən təzə, təravətli 
tərəvəzləri seçib götürürdüsə də, əli dəyən meyvə o dəqiqə öz təzəliyini, təravətini, 
gözəlliyini itirib solurdu; bu, onun əlinin qəribə, naməlum xüsusiyyəti idi – 
toxunduğu hər bir şeyi məhv edib korlamaq. Onun ani toxunmasından, təzə, isti 
çörək quruyub kiflənirdi, barmağındakı nişan üzüyünün qızılı isə qaralırdı. Lakin, 
o, bu xüsusiyyətini heç cür boynuna almaq istəmir, bazar alverçiləriylə mübahisə 
edib hay-küy salırdı ki, guya onlar təzə mallarını gizlədib, qəsdən pislərini, 
çürüklərini ona sırıyırlar. «Bu eybəcər manqoları ancaq donuzlara yedirtmək olar! 
Fırıldaqçılar! Auyamalarını* mənə elə soxuşdururlar, elə bil mən kar-zadam, 
bunun, düşük musiqiçi kimi özü-özünə cingildəməyini eşitmirəm!» Bir qədər sonra 
bazarın o biri başından onun ayrı çığırtısı gəlirdi: «Guya indi, bu mal ətidi? 
Qancıqlar! Bu, içi qurd basmış təzəkdi, təzək!» «Baxan kimi, görünür ki, bu qaban 
qabırğaları yox, xoleradan gəbərmiş eşşəyin sümükləridi, it qızları!» O, beləcə, 
qoltuğu zənbilli aşbazlarıyla, əli vedrəli əsgərləriylə dörd bir yanı çapıb-taladıqca, 
dil boğaza qoymur, səsi batanacan uluyurdu. Letisiyanın bu quldursayağı 
çığırtıları, Şahzadə Edvard adasının qar basmış tülkü yuvasının iyini hələ də 
özündə saxlayan boynundakı tülkü dərilərinə qısqıran itlərin hürüşündən daha 
ətürpədən, söyüşləri, danışan tutuquşuların, sahiblərinin böyük məmnuniyyətlə 
Letisiyanın üzünə demək istədikləri, lakin heç cür deyə bilmədikləri söyüşləri 
mənimsəyən qırmızı quakamayaların söyüşlərindən daha qəliz və kobud idi. Onlar 
ləzzətlə Letisiyanın üzünə: «Oğru Letisiya, fahişə-rahibə!» - deyib çığırırdılar. 
Həmin bu sözləri, bazarın qülləsi alıtndakı dəmir sütunlarda, tozlu şüşə yarpaqların 
 
115


üstündə oturan tutuquşular çığırırdı; burda onlar, bazarın içinə düşən quldursayağı 
çaxnaşmadan, hər çərşənbənin sübh çağı təkrar olunan bukanyer 
sambapalosundan** çox-çox yuxarıda - əlçatmaz bir yerdə otururdular; bütün bu 
mənzərə, səsi gün-gündən mülayimləşib mehribanlaşan, hərəkətləri bişdikcə, 
oyuncaq qılıncını zorla da olsa, arxasınca sürüyə-sürüyə, özünü kişiyə oxşatmağa 
çalışan, əl boyda oyuncaq generalın uşaqlıq dövrünün ən yaddaqalan əlaməti idi.  
Uşaq, bütün bu soyğunçuluğun baş verdiyi bazar qalmaqalına tam sakit və laqeyd 
idi, özünü, anasının öyrətdiyi kimi, alicənab kökdən hesab olunması üçün qürur və 
ləyaqətlə aparırdı; Letisiya isə, başlarına al-əlvan parçadan çalma sarımış, dinməz, 
qarabuğdayı qarıların gözü qarşısında həyasız ləçər kimi ən pis küçə söyüşlərini işə 
salıb, hamını bazarın çirkabına salıb-çıxarırdı; qarılar, onun yeddimərtəbəli 
söyüşlərinə dinməzcə qulaq asır, bu biabırçı talanı laqeyd üzlərlə, müqəddəs 
simaların portretlərindəki tək, gözlərini belə qırpmadan, üzlərini yelpicləriylə 
yelləyə-yelləyə müşahidə edirdilər; adama elə gəlirdi, onlar nəfəs belə almırlar; 
sonu, Letisiya Nasarenonun, balaca generalın əlindən tutaraq, əsabələrinin 
müşayiəti ilə, quduz itləri yara-yara: «Hesabı dövlətə göndərərsiz, hamısı 
ödəniləcək!» - deyə-deyə, çıxışa sarı addımlamasıyla bitən bütün bu biabırçılığı, bu 
abırsız soyğunçuluğu sakitcə qəbul etmək üçün bütün bu baş verənlərə, tənbəki 
yarpağına bükülmüş koka yarpağının məstedici kürələrini ağızlarının içində 
çeynəyə-çeynəyə baxır, içlərini gözə dəymədən, yüngülcə çəkib: «İlahi! Əgər 
bütün bunları general bilsəydi!?.. Kaş heç olmasa, ucundan-qulağından ona 
çatdıraydılar!» - deyirdilər. Zavallı qarılar elə bilirdilər ki, general, az qala bütün 
dünyanın bildiyi bu biabırçılıqdan xəbərsizdi, arvadı Letisiya Nasarenonun hindu 
piştaxtalarından, eybəcər şüşə qu-quşularından tutmuş, balıqqulağından yığılmış 
çərçivəli güzgülərəcən, mərcan külqabılaracan, ərəblərin dükanından, matəm 
lentləri üçün nəzərdə tutulmuş taftanı, ticarət küçəsində, küçə zərgərlərinin 
piştaxtalarından qızıl balıq, yumulu yumruq quruluşlu amuletli, qızıl boyunbağıları 
çırpışdırdığını bilmir; yazıq zərgərlərin əlindən isə, Letisiyanın üzünə: «Sən, 
boynundakı o tülkülərdən də betərsən.» - deməkdən savayı ayrı bir şey gəlmirdi. O, 
ac gözlərinə dəyən hər şeyi qamarlayır, rahibəlik həyatından mənimsədiyi yeganə 
xasiyyətini - pis, səviyyəsiz zövqünü və lazım oldu-olmadı, dilənmək ehtiyacını 
beləcə təmin edirdi.  
Fərq bircə burasındaydı ki, əgər bir vaxtlar o, vitse-kralın, jasmin qoxuyan 
kvartalının girişlərində dilənərək, xırda-xuruş yığırdısa, indi nəhəng hərbi 
furqonları, xoşuna gələn qiymətli əşyalarla doldurub, haqq-hesabın hökümətə 
göndərilməsi bəhanəsiylə aradan çıxırdı. Bu, «pul hesabının», Allahın özünə 
təqdim olunmasına oxşar bir şey idi, çünki artıq çoxdannan bəri idi, ölkədə bir 
kimsə dəqiq bilə bilmirdi ki, bu tərəflərdə ümumiyyətlə, dövlət adında bir şey var, 
yoxsa görünənlər, onun kölgəsidi. Biz, de Armas meydanının qarşısındakı 
təpəlikdən qala divarlarını görürdük; bir vaxt tarixi nitqlərin səsləndiyi, naxışlı 
pərdəli pəncərələri və gül vazlarıyla məhşur eyvanları olan hakimiyyət evini 
görürdük. Gecələr bu bina, göy üzündə üzən gəmiyə bənzəyirdi və nəinki, şəhərin 
istənilən küncündən – dənizin yeddi minlik məsafəsindən görünürdü; bu bina, 
əsasən, məşhur şair Ruben Darionun ölkəyə gəlişi münasibəti ilə ağ rənglə 
rənglənib, dörd bir yanından şar kimi dəyirmi fonarlarla işıqlandırılandan bəri gözə 
 
116


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə