Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/81
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#912
növüYazı
1   ...   55   56   57   58   59   60   61   62   ...   81

qabağa var-gəl eləyə-eləyə, nahar etmək adətini tərgitmişdi, indi onlar üçlükdə, 
çiçəkli sarmaşıqlardan hörülmüş talvarın altındakı bağ stolunun arxasında nahar 
edirdilər; nahar vaxtı o, uşaqla üzbəüz otururdu, Letisiya özü isə böyürdə oturub 
hər ikisinə seçmə ədalar, yeməyin bədənə daha çox fayda verməsi üçün xüsusi 
qəbul qaydalarını öyrədirdi; Letisiya onlara, stol arxasında düzgün vəziyyətdə - 
kürəyi stulun söykənəcəyinə söykəyib oturmağı, çəngəli sol, bıçağı sağ əldə 
tutmağı, tikəni düzgün çeynəmək qaydasını – başını dik tutaraq, ağzını açmadan on 
beş dəfə bir ovurdunda, on beş dəfə o biri ovurdunda çeynəməyəi öyrədirdi və 
ərinin, arada bir bütün bunların kazarma intizamına oxşadığını deməsinə qətiyyən 
məhəl qoymurdu. Nahardan sonra Letisiya onu, rəsmi dövlət xəbərlərini – xüsusi 
təsisçisi və fəxri redaktoru şəxsən özü olduğu qəzeti oxumağa məcbur edirdi. 
Letisiya bu qəzeti ona nahardan sonra, pationun nəhəng artırmasında, kölgədəki 
yelləncəkdə uzanıb mürgüləmək istəyən vaxt oxutdururdu. - «Dövlət başçısı, 
dünyada baş verən bütün hadisələrdən xəbərdar olmalıdı.» Letisiya qızıl çərçivəli 
eynəyini onun burnuna taxır və o, öz xəbərələr müjdəçisinin, şişirdilmiş sulu 
cümlələrlə dolu səhifələrinə yola düzəlirdi; Letisiya, oğlunun idman məşğələləri ilə 
məşğul olur, monastrda öyrəndiyi top-top oyununu uşağa öyrədir, əla həzrətləri isə 
belə məqamlar qəzetlərdə nəşr olunmuş qədim foto-şəkillərini nəzərdən keçirirdi; 
bu şəkillər o qədər qədim idi ki, çoxunda o, özü-özünə oxşamırdı, elə bil nə vaxtsa, 
lap çoxdannan onun əvəzinə ölmüş əkiz tayı idi; kometanın gəlişindən bu yana, 
bircə iclasın keçirilmədiyi, keçən çərşənbə isə nazirlər şurasının iclasında sədrlik 
etdiyi zaman çəkilən şəklinə baxır, burnunu az qala, sətirlərə dirəyə-dirəyə, yüksək 
rütbəli nazirlərin, onun adından yazdıqları aforizmlərlə, tarixi fikirləriylə tanış olur, 
sonra tutqun avqust gününün istisindən üzülə-üzülə: «Bu nə zay qəzetdi, lənət 
şeytana! Bu yazıq camaat bunu necə oxuyur?!» - deyə-deyə, siestanın boğanaq 
havasında yuxuya gedir, hər belə duzsuz qiraətdən beynində azca da olsa, nə isə 
qalırdı və həmin o cüzi olan nə isə, onun beynində yeni ideyaların yaranmasına 
təkan verirdi, onda o, qısa, dayaz yuxusundan ayılıb Letisiya Nasareno vasitəsi ilə 
öz nazirlərinə müxtəlif tapşırıqlar göndərirdi; nazirlər də öz növbələrində, onun 
fikirlərini, bu xanımın dedikləri əsasında müəyyənləşdirməyə cəhd edərək, 
cavablarını elə Letisiya vasitəsi ilə verirdilər. «Çünki mənim rəmmalım sən idin, 
bircə sən mənim fikirlərimi oxuya bilirdin, demək istədiyimi deyə bilirdin, mənim 
ən qəliz fikirlərimi yalnız sən nizamlaya bilirdin, sən, mənim səsim idin, mənim 
şüurum və qüvvəm idin, sən - mənim, dünyanın dörd bir yandan daim üstümə odlu 
axınla yeriyən sonsuz uğultu içində lazım olanları eşidən ən iti qulağım idin.» O, 
belə deyirdi, əslinə qalanda isə, bəhrələnib istiqamətləndiyi ən etibarlı xəbərlər 
mənbəyi ümumi saray tualetlərinin divarlarında yazılan anonim xəbərlər idi; bu 
informasiyalardan o, heç kimin, «Hətta Letisiya, sənin özünün belə», deməyə cürət 
eləmədiyi həqiqətləri öyrənirdi; o bu informasiyaları sübh tezdən, inəklərin səhər 
sağımından sonra, gündüz növbətçiləri onları divarlardan yuyanacan oxuyur və 
tualetlərin divarlarını hər gün ağartdırmağı əmr edirdi ki, heç kim öz qəlbinin 
çirkabını, içinin acığını bəyaz divarlara tökməyə heyfslənməsin; həmin bu imzasız 
məktublardan o, öz zabitlərinin dərdlərini öyrənir, onun köməyi ilə yüksək rütbəyə 
çatıb üzü dönənləri, ürəyində ona nifrət edənləri bircə-bircə tanımağa başlayır və 
məhz beləcə, insan qəlblərinin gizli guşələrinə baş vurduqca, özünü tam qüvvətli 
 
119


hiss edirdi; bu qəlblərə o, çox asanca, ifşa güzgülərinə – tualetlərin divarına – 
boylandıqca, baş vururdu.  
O dövrlər o, uzun-uzadı illər bundan əvvəl tərgitdiyi mahnılarını yenidən oxumağa 
başladı; yenə miçətkənin dumanı içində Letisiya Nasarenonun, ləpənin vurub 
dayaza atdığı balina cəmdəyinə bənzər bədənini nəzərdən keçirə-keçmrə: «Di 
oyan, Letisiya, mənim qəlbimdə artıq səhərdir! Həyat davam edir! Dəniz sahilini 
sığallayır!» - oxuyurdu. Həyat beləcə davam edir, Letisiya Nasarenonun – bircə 
boş bir şeydən savayı – səhərlər onunla bir yataqda oyanmaqdan savayı, istədiyi 
hər bir şeyi ondan ala bilən yeganə qadının qəribə əhvalatları davam edirdi. Hər 
axşam o, sevgi nəşələrindən doyandan sonra öz otağına gedir, öz subay yataq 
otağının qapısından, işdi, birdən qovhaqov düşərsə, ona mütləq lazım olacaq yanar 
lampasını asır, kilidi üç dəfə açarlayıb, üç zənciri, üç cəftəni bağlayır, Letisiya 
Nasarenoya qədər olduğu kimi və Letisiyadan sonra, ömrünün son gecəsinədək 
olacağı kimi, geyimli-keçimli, üzü üstə döşəməyə düşüb, suda boğulan tənha 
adamın yuxusunu görürdü. Lakin hər səhər o, inəklərin sağılmasına nəzarət 
eləyəndən sonra Letisiyanın digər, yeni arzularını həyata keçirməkdən ötrü - onun 
tamahkar gözünü, rəhmətlik anası Bendisyon Alvaradonun hüdudsuz vərəsəliyi 
müqayisəyə belə gəlməyən bahalı hədiyyələrlə doldurmaqdan ötrü yenidən 
Letisiyanın yataq otağına – hələ də vəhşi heyvan iyi qoxuyan otağa qayıdırdı. 
Lakin məsələ, tək Letisiya ilə qurtarmırdı, Letisiyanın hansısa antil adalarından 
tökülüşüb gələn qohumlarının da tamahkar gözünü doyurmaq lazım gəlirdi; bu, bir 
sürü, heç nəyi olmayan, bircə Nasareno nəslinə aidiyyatı olan yoğun səsli, ac-
yalavac şogöz dəstəsi idi. Letisiyanın qohum-əqrabası, bütün duz, tütün, içməli su 
satışını ələ keçirdilər, ordu rəhbərlərinin arasında bölüşdürülmüş ticarət sahələrinə 
də soxuldular. Demək, məsələ beləydi ki, ac-yalavac Nasareno sülaləsi onun-
bunun tikəsini əlindən qamarlaya-qamarlaya camaatın hesabına dövlətlənməyə 
başladılar və guya bütün bunlar prezidentin razılığıyla həyata keçirilirdi; əslində 
isə qərarı Letisiya verir, prezident də bu qərarla razılaşmalı olurdu. Həmin o dövr 
o, Letisiyanın təkidiylə, vəhşi edamları – adamları dörd atın arasında şaqqalamaq 
cəzasını ləğv etdi və bu dəhşətli cəza növünü, yadelli desantın ölkədə olduğu illər, 
desantın komandanının şəxsən ona bağışladığı elektrik stulu ilə əvəz etməyə cəhd 
etdi; yəni ki, bizdə də ölüm cəzasının ən müasir növündən istifadə edirlər.  
Bu məqsədlə o, liman qalasının dustaqxanalarına – ən cansız siyasi dustaqların 
təcrübə dovşanı kimi saxlanıldığı dəhşətli laboratoriyalara baş çəkdi: işə salınanda 
bütün şəhərin elektrik enerjisini udan ölüm taxtının idarə sistemi bu adamların 
bədənində sınaqdan keçirilməliydi; biz bu eksperimentlərin vaxtını dəqiq bilirdik; 
bunu təyin eləmək bir o qədər də çətin deyildi, işıqlar qəfil sönürdü və biz
dəhşətdən itən nəfəsimizlə qaranlıqda donub qala-qala, liman qəlyanaltıxanalarında 
ölənlərin ruhunu, badə qaldıraraq, bir dəqiqəlik sükutla yad edirdik və bilirdik ki, 
bu adamlar, bir dəfə yox, bir neçə dəfə ölürlər; biz bilirdik ki, dustaqların çoxu 
birinci dəfədən ölmürdü, yarımcan vəziyyətdə kabab kimi tüstülənə-tüstülənə 
qayışdan asılıb qalır, cəlladlardan hansısa əməliyyatı iki-üç dəfə təkrar edəndən 
sonra, bu yazıqları gülləylə vurub öldürməyincə, dəhşətli ağrılardan xır-xır 
xırıldayırdılar. - «Hər şey sənin istəyin naminə idi, Letisiya! Türmə kameraları 
 
120


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə