Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə60/81
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#912
növüYazı
1   ...   56   57   58   59   60   61   62   63   ...   81

sənin istəyin naminə boşaldılmışdı, sənin naminə mən düşmənlərimi əfv edib 
vətənə qayıtmalarına icazə verdim!»  
Pasxa qabağı o, vicdan azadlığını bərqərar edən, zidd fikirliliyə görə cəzaları 
qadağan edən qərarı rəsmiləşdirdi, çünki ömrünün payızının yetkin çağı o, səmimi 
qəlbdən anladı ki, ən qatı düşmənlərinin belə, əfsanəvi yanvar gecələri Letisiya 
Nasareno ilə onu göyərtədə, bircə alt tumanında oturan vəziyyətdə, ayın işıldatdığı 
nəhəng qarnını görmək şərəfinə nail olan yeganə qadınla keçirdiyi xoşbəxtliyin ən 
xırdaca payına da olsa hüquqları çatır; onda o, Letisiya ilə birlikdə Vavilon 
hökmdarlarının göndərdiyi, Yağışlar Bağında əkilən gümüşü söyüdləri, leysan 
yağışın, günəşin büllur şüalarıyla kəsilməsini, yaşıl cəngəlliklər içində itib-batan 
Qütb ulduzunu seyr edir, radioların, dünyanın bütün pataxtylarının adı və 
meqagerts rəqəmləriylə dolu olan şkalasını gözdən keçirir, Letisiya ilə birlikdə 
dünyanın qarmaqarışıq səsləri və öz orbitləri ətrafında ətürpədən uğultu yaradan 
planetlərin səsi içində hər axşam Santyaqo de Kubadan verilən, hər fəsli ürək 
kövrəldən – «Təki sabaha sağ çıxaydıq» sözləri ilə bitən radioromanın növbəti 
fəslinə qulaq asırdı. Gecələr, yatmamışdan əvvəl isə o, uşaqla məşğul olur, ona 
silahlar barədə, hansı silahın harda işlədilməsi barədə danışırdı; axı bu, onun 
xırdalıqlarına qədər bələd olduğu yeganə sahə idi?!.. Siyasi müdriklik dərslərinə 
gəldikdə isə o, hər dəfə uşağa eyni şeyi təkrar deyirdi: «Əgər sözünün yerə 
düşəcəyindən şübhələnirsənsə, heç vaxt əmr vermə!» hər dəfə də uşağı, bu kəlamı 
onunla birlikdə təkrar eləməyə məcbur edirdi ki, o birdəfəlik başa düşsün ki
yüksək vəzifəyə malik olan şəxsin yeganə səhvi – yerinə yetiriləcəyinə dəqiq əmin 
olmadığı vəziyyətdə əmr verməyidi; məlum məsələydi ki, bu, yetkin dövlət 
xadimindən, həyat təcrübəsi görmüş müdrik atadan çox, nəfəsindən artıq süd iyi 
gələn heysiz qocanın məsləhətiydi və işdi, əgər Allah-tala uşağa da bu qədər ömür 
bəxş etməli olsaydı, o, bu məsləhəti qəbir evinəcən yadından çıxarmayacaqdı, 
çünki bu düsturu ilk dəfə altı yaşında - atasının rəhbərliyi altında ağır qurğudan 
atəş açdığı gün eşitmişdi, odu ki, yaddaşına, həmin bu dəhşətli gurultuyla bir həkk 
olunmuşdu; biz isə o dəqiqə başa düşdük ki, həmin bu ağır qurğudan açılan atəş, 
yaxın tezlikdə baş verəcək təhlükəli təbii fəlakətin xəbərdarlıq əlamətidi, çünki 
atəşdən sonra dəhşətli bir qasırğa – yağışsız, lakin şimşəkli, gurultulu bir qasırğa 
başladı; bir gurultu qopdu, elə bil yeraltı vulkanların hamısı birdən oyandı, 
Komodoro Rivadavia tərəfindən isə vahiməli qütb küləyi əsməyə başladı; külək 
dənizi alt-üst edib, bütün sularını çalxaladı, köhnə ticarət limanı meydanında 
məskən salan köçəri sirki, saman çöpü kimi hərləyib özüylə apardı və biz, bir qədər 
sonra su boyu trapessiyalarda üzən filləri, suda boğulmuş klounları və zürafələri 
torla tutmağa başladıq; onlar buralara, qasırğanın ilk həmləsindən düşmüşdülər, 
külək onları ordan, trapessiyaqarışıq, dənizə salmışdı; həmin bu dəlisov qasırğa az 
qala, lövbərində, sonradan Ruben Dario adı ilə məşhurlaşan gənc şair Feliks Ruben 
Qarsia Sarmento gələn banandaşıyan gəmini də batıracaqdı; gəmi yalnız qasırğa 
qutarandan, düz bir saat sonra bizim limana daxil ola bildi.  
Günorta saat dörd olardı, qasırğanın təzələdiyi hava, cücülərin şən vızıltısıyla 
dolmuşdu, dəniz sakitləşmişdi; əla həzrətləri, öz yataq otağının pəncərəsindən 
boylanaraq, qasırğanın çalxalayıb sağ böyrü üstə yıxdığı və indi heysiz-heysiz 
limanın, qızılı, hamar sularıyla üzən ağ gəmiciyi gördü; sükanın arxasında kapitan 
 
121


dayanmışdı və gəminin geriyə yan almasına, şəxsən özü rəhbərlik edirdi, kapitanın 
yanında isə, əynində tünd mahud gödəkcə və ikibortlu jilet olan sərnişin 
dayanmışdı; general bu adam haqqında, növbəti bazar gününədək heç nə 
eşitməmişdi, bazar günü isə Letisiya Nasareno, ərindən ağlasığmaz bir şey xahiş 
elədi: «İstəyirəm, biz bu axşam Milli teatra, poeziya gecəsinə gedək!» O, Letisiya 
ilə bu poeziya gecəsinə getməyə razılıq verdi. Həmin axşam biz prezidenti, düz üç 
saat ayaqüstə dayana-dayana, havasız zalın istisindən tər tökə-tökə, gecədən bir 
neçə dəqiqə əvvəl məcburən əynimizə geydirilən parad kostyumlarında boğula-
boğula gözlədik. Və nəhayət, budur, milli himn səsləndi və biz əl çala-çala, tafta 
paltarın üstündən boynuna qara tülkü dərisi taxmış, buruq lələkli şlyapalı, 
dolubədənli rahibənin göründüyü dövlət lojasına sarı çöndük; qadın, alqışlara 
məhəl qoymadan, general mundiri geymiş oğlan uşağını yanında oturtdu, oğlan isə
zanbaq rənginə çalan əlcəyini çıxarıb camaata əl elədi; anasına görə, qədim 
vaxtların şahzadələri camaatı bu cür salamlayırmış; hökumət lojasında daha heç 
kim gözə dəymirdi, lakin, o, ordadı, biz onun gözəgörünməz iştirakını – dinc 
qəlbimizin sakitliyini poeziyanın üsyankar havasından qoruyan insanın iştirakını 
hiss edirdik… axı bizim sevgi hissimizin ölçüsünü, ümumiyyətlə, hisslərimizin 
ölçüsünü, az qala ölüm vaxtımızı belə o müəyyənləşdirirdi. Bəli, o, ordaydı, 
lojanın, bizlərə görünməyən, qaranlıq küncündə, şairin görə bilmədiyi yerdə 
oturmuşdu, şair, əzəmətli səsiylə onun gözünə möhtəşəm minotavr kimi 
görünürdü; bu səsin ahəngi, sanki darısqal zaldan yox, açıq dənizdən gəlirdi; bu 
səs, qeyri-ixtiyari əla həzrətlərini, oturduğu lojadan da, bu zaldan da bütün bu yer 
ölçülərindən yuxarıya – qızıl şeypurların çalındığı yerlərə qaldırdı, şeypurların bu 
gümüşü sədaları altında Marsın və Minervanın triumfal girişləri – şöhrət 
səltənətinin triumfal girişi göründü. - «Sizin şöhrətinizin yox, mənim generalım!» 
O, pəhləvan-cəngavərləri, adamı ölümcül qapan qara itləri, dəmir nallı döyüş 
altarını, kobud lələkli şlyapalı, əlinizəli, cüssəli bayraqdarları, bu cəngavərlərin 
qəribə, yad bayrağı zəbt etdiyini gördü. - «Sizin silahınızın hesabına zəbt 
etmədilər, mənim generalım!» O, vətəndaş müharibəsində ayaqyalın əsgər kimi 
döyüşdüyü vaxtlar, qızdırmalı sayıqlamalarda duyub hiss etdiklərinə - vətənin 
şərəfi və əbədiliyi naminə qızmar yay günəşinə, soyuq qışın qarına və küləyinə, 
gecəyə, şaxtaya, ölümə meydan oxuyan bütöv bir qəzəbli gənclər ordusunu gördü
gurultulu alqış partlayışı içində özünü xırda və miskin hiss etdisə də, öz qaranlıq 
küncündən camaata qoşulub əl çala-çala, öz - özünə: «Anam mənim, Bendisyon 
Alvarado, zəfər, buna deyərlər! Buna baxanda, camaatın mənim üçün elədikləri 
heç nədi!»  
O, özünü tənha və atılmış, bürkünün və uzunayaqlı ağcaqanadların dumanı altında 
əzilmiş hiss edir, fəxri lojasının qızıl naxışlı sütunlarına, rəngi itmiş məxmərinə 
görə xəcalət çəkirdi. - «Lənət şeytana, axı bu, necə ola bilər ki, bu hindu dalını 
yuyan əl belə bir gözəl əsər yazsın?» Qoca, ona tam aydın olmayan bu poetik 
dildən, qəlbinin dərinliklərinəcən riqqətə gələrək, özünə yer tapa bilmir, yekə 
ayaqlarını möhtəşəm sətirlərin təntənəli ritminə uyğunlaşdırmağa çalışaraq, qəzəbli 
fil kimi o baş-bu başa var-gəl edir, arada bir Letisiya Nesarenonun, pationun 
nəhəng ağaclarının budaqlarından yığılmış triumfal girişində təşkil etdiyi ehtiraslı, 
zil səsli xorun ritmi altında yuxuya gedirdi; o, qəlbini riqqətə gətirən bu şeirləri 
 
122


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə