Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə61/81
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#912
növüYazı
1   ...   57   58   59   60   61   62   63   64   ...   81

tualetlərin divarlarında yazır, poemanın yadında qalan parçalarını süd fermasında, 
isti təzək dağının üstünə çıxıb birnəfəsə əzbərdən oxumağa hazırlaşırdı ki, bu 
məqam, karet sarayında dayanan prezident limuzininin arxasında qoyulmuş 
dinamit, nəzərdə tutulan vaxtdan əvvəl partladı… - «Bu, dəhşət idi, mənim 
generalım, elə möhkəm partlayış olmuşdu ki, biz maşının dəmir-dümürünü hələ bir 
neçə aydan sonra şəhərin müxtəlif kvartallarından tapırdıq. Məhz bu maşında, 
Letisiya Nasareno hər çərşənbə elədiyi kimi, bazarı çapıb-talamağa yollanacaqdı. 
«Odu ki, sui-qəsd onun üçün hazırlanmışdı, mənim generalım, ayrı bir kəs üçün 
yox!» Burda o, alnına vurub: «Lənət şeytana, necə olub ki, mən bunu hiss 
eləməmişəm?» Həqiqətən də, onun əfsanəvi duyumu hara yoxa çıxmışdı?! Axı, 
son bir neçə ayı tualet divarlarındakı yazılar da, həmişə olduğu kimi ona qarşı, 
yaxud nazirlərdən hansınasa qarşı yox, məhz, dişlərini, generalitetin mənafeyinə, 
kilsə knyazlarına qıcıyan həyasızlaşmış Nasarenolara qarşı yönəlmişdi. Düzdü, o, 
belə hesab eləyirdi ki, bir vaxtlar bu divarlarda anasının müqəddəsliyi əleyhinə 
yazılan təhqiramiz yazılar kimi, bu yazıların da elə bir təhlükəsi yoxdu, bütün 
bunlar, tədricən adi söyüşə çevrilən tutuquşu kəkələməsindən savayı, bir şey deyil, 
tualetin isti havasından yaranan acığın nəticəsidir; o, bu acığın böyüyüb şişərək, bir 
gün belə bir hay-küyə səbəb olmasına əslində o özü şərait yaradırdı ki, camaat, 
içindəki acığı beləcə çıxarıb soyusun, amma daha belə yox ki. bir dinamitin 
əvəzinə ikisini bir qoysun?!.. İşə bir bax ki, dinamit gör bir gəlib hara çıxmışdı?!.. 
Hakimiyyətin göbəyinə! Bu, necə ola bilərdi axı, necə ola bilərdi?!.. Poeziyanın 
qanadlı sətirlərinə bu dərəcədə uyaraq, öz incə pələng duyumunu necə itirə bilərdi? 
Necə olmuşdu ki, o, bu köhnə tanış qoxunu – təhlükə hissinin qoxusunu vaxtında 
duymamışdı? Bu nə biabırçılıq idi?.. O, təcili surətdə bütün generaliteti – təşviş 
içində ağaran on dörd zabiti yanına çağırdı; uzun illərin məcburi xidmətindən sonra 
onlar yenidən iki addım yaxınlıqlarında, adi insan bədəninə malik olması daim 
heyrət doğuran qocanı gördülər. - «O, bizi iclas zalında sıravi əsgər formasında öz 
taxtında, prezident kreslosunda oturduğu yerdə qəbul elədi; ondan skunsdan gələn 
sidik iyi gəlirdi; gözündə nazik, qızıl çərçivəli eynək vardı; son günələrin 
portretlərində onün üzündə bu eynək təsvir edilməmişdi; o hədsiz dərəcədə qoca və 
bizdən ağlasığmaz dərəcədə uzaqdaydı; ipək əlcəklərini soyunanda, biz gördük ki, 
onun əlləri heç də qoca hərbçi əllərinə oxşamır, bu əllər qadın əlləri kimi incə idi 
və bu adamdan qat-qat cavan, incəqəlbli adamın əllərinə oxşayırdı; qalan hər bir 
şey isə perqament kağızı kimi süni və bədheybət idi; biz diqqətlə baxdıqca gördük 
ki, həyatının son nəfəsi onun etibarsız müvəqqəti bədənində dolaşmaqdadır, bu 
nəfəs – inadkar hakimiyyətpərəstlik, bölünməz, mütləq hökmranlıq həvəsi idi; 
içində qara tüstü kimi dolaşan bu xəbis iblisi saxlamaq, vəhşi atın cilovunu çəkib 
saxlamaq qədər çətin idi; bizim hər birimiz onunla, baş komandanla rəsmi görüş 
qaydasıyla görüşürdük; o isə bircə kəlmə belə olsun, danışmır, başını belə 
tərpətmirdi; sonra hamılıqla onun əhatəsinə yarımdairəvi şəkildə düzülən kresloda 
əyləşdikdə isə o, eynəyini çıxarıb sınayıcı nəzərlərlə bir-bir bizim hər birimizi 
gözdən keçirməyə başladı; o, bizim gizli fikirlərimizin xəlvət döngələrini, bu gizli 
fikirlərin aramla öz xəlvət yuvalarına sürünmələrini görür, onları dinməz-
söyləməz, bir-birinin ardınca qəddarcasına ifşa edirdi; bu prosesə onun, bir 
dumanlı axşam barmağının işarəsiylə bizlərə hərbi rütbələr təyin etdiyi gündən bu 
 
123


yana, kimin nə qədər dəyişildiyini müəyyənləşdirməsinə sərf etdiyi vaxt qədər vaxt 
lazım oldu.  
O öz baxışlarıyla nə qədər bu zabitlərin beyinlərini oyurdusa, sui-qəsdin məhz bu 
on dörd gizli düşmənin arasında təşkil olunduğuna bir o qədər əmin olurdu; sonra 
nə oldusa o, birdən-birə özünü bu adamların arasında o qədər tənha və köməksiz 
hiss elədi ki, kirpiklərini iquana kimi qırpıb başını qaldırdı və onları birliyə səslədi. 
- «Bu gün birlik qədər bizə lazım olan ayrı bir şey yoxdu, çünki söhbət, vətənin 
taleyindən və hərbi qüvvələrin qeyrətindən gedir!» O, onlara təmkinli olmağı, 
üzərlərinə düşən fəxri vəzifələri layiqincə yerinə yetirməyi tövsiyyə etdi; sui-
qəsdin təşkilatçıları təcili surətdə tapılıb, hərbi ədliyyəyə təhvil verilməliydi. «Bu 
qədər, cənablar.» - deyə o, sui-qəsdin təşkilatçılarının bu adamlardan biri, yaxud 
hamısının birlikdə olduğuna qəti əmin olaraq, sözünü yekunlaşdırdı.  
Letisiya Nasarenonun həyatının, Allahın yox, məhz onun əlində olduğunu, onu, 
əvvəl-axır, lənət şeytana, mütləq baş verəcək təhlükədən yalnız müdrikliyi qoruya 
biləcəyini anladıqca, qəlbinin qanla dolub tikə-tikə söküldyünü hiss edirdi. O, 
Letisiyanı, ictimai tədbirlərdə iştirak etməkdən imtina etməyə, ən tamahkar 
qohumlarını, hərbi generallığın mənafe dairəsindən rədd olmağa məcbur edirdi; az-
çox qananları konsul təyin edir, ən lütləri isə, bazarın yabanı kolları arasından axıb 
gedən çirkab suların içində görünürdülər; bir gün o, uzun illər iştirak etmədiyi 
nazirlər kabinetinin iclasında yenidən peyda oldu, öz kreslosuna əyləşərək, ruhani 
idarələrin dövlət işlərinə qarışmasını qəti qadağan etdi. - «Səni düşmənlərdən 
qorumaq üçün, Letisiya!» Sonra öz generalitetini bir daha dişinə vurub bu qənaətə 
gəldi ki, o görüşdən sonra yeddi hərbi rəis ona ortabab münasibətdədi; o ki, qaldı 
müdafiə nazirinə, o, onun köhnə tanışı idi; beləliklə, onun bel bağlamadığı altı 
nəfər hərbi rəis qalırdı, onun gecələrini uzun-uzadı uzadan, Letisiya Nasarenonun 
ölüm məhkumluğuna möhür vuraraq, yuxularına zəhər qatan altı tapmaca qalırdı; 
bəzən ona elə gəlirdi ki, onun tələb etdiyi bütün təhlükəsizlik tədbirlərinə 
baxmayaraq, ələlxüsus çörəyin içindən balıq tıxı çıxandan sonra bütün yeməklərin 
dadına baxdırmağı məcbur etməsinə baxmayaraq, Letisiya Nasarenonu onun 
gözləri qarşısında öldürürlər; Letisiyanın yaşadığı otaqların havası hər gün 
yoxlanırdı, çünki o qorxurdu ki, zəhər, cücüləri qırmaq üçün işlədilən aerozol 
şüşəsinə də doldurula bilər; nahar vaxtı Letisiyanın rənginin saralmasından 
diksinirdi, yataqda sevişdiyikləri yerdə səsinin xırıldamasından titrəyib əsirdi, ona 
elə gəlirdi ki, Letisiyanın içdiyi suya, sarı titrəmə mikrobları, gözünə tökdüyü 
damcılara isə kuporos qata bilərlər; müxtəlif növ qəsd üsulları barədə qəramətli 
fikirləri, o günlər onun həyatının hər dəqiqəsinə zəhər qatır, gecənin bir aləmi, ona 
həqiqət kimi görünən vahiməli yuxularından – Letisiyanın, hindu cadugərlərinin 
cadusundan qan-qəltan içində üzdüyünü gördüyü yuxularından dik atılırdı. O, 
Letisiyanın başına gələ biləcək yüzlərlə təsadüfi, real təhlükələrdən az qala 
havalanırdı, odu ki, Letisiyaya, hər şübhəli şəxsə güllə açmağa hüququ olan ən 
amansız qvardiyaçıların müşayiəti olmadan, küçəyə çıxmağı qəti qadağan etdi.  
Bütün bunlara baxmayaraq, Letisiya yenə hər çərşənbə saraydan çıxır, o, 
pəncərənin qarşısında dayanaraq, Letisiyanın, balaca oğluyla, yenicə zirehlənmiş 
avtomobilə minməyinə tamaşa edir, təhlükələrdən qorunma duasını əliylə havada 
 
124


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə