Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə63/81
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#912
növüYazı
1   ...   59   60   61   62   63   64   65   66   ...   81

elədiyi kimi, fırıldaq məqsədi ilə, yaxud federalizm ideyaları uğrunda da yox, təkcə 
bu dənizi görmək üçün saldım! Qalan hər şey boş məsələdi, mənim əzizim, Uilson, 
odu ki, siz ayrı bir şey fikirləşin.» - deyə o, əlini yüngülcə səfirin çiyninə 
toxunduraraq, onunla xudahafizləşirdi. Səfiri yola salandan sonra isə geri – öz 
iqamətgahına qayıdır, bir vaxt rəsmi idarələrə mənsub olan boş kabinetlərin 
işıqlarını yandırırdı; günlərin bir günü isə axşamçağı o, sarayın dəhlizlərində, hansı 
təsadüf üzündənsə buralarda azıb qalan inəyə rast gəldi, onu pilləkənlərə sarı 
qovdu, heyvan, ayağı xalçanın dəlmə-deşiyinə ilişdiyindən kəllə-mayallaq aşıb, baş 
gözünü partlatdı və bununla da acından üzülən cüzamlı xəstələri ağlasığmaz 
dərəcədə sevindirdi; xəstələr cumub cəmdəyi bölüşdürdülər; Letisiya Nasarenonun 
ölümündən sonra bütün cüzamlılar və ifliclər, korlar geri qayıdaraq, əvvəlki kimi, 
bağda, qızılgül kollarının altında yaşayırdılar, yenə əvvəlki kimi, ondan bir çimdik 
şəfqət duzu dilənir, ulduzlu gecələrdə mahnılar oxuyurdular; o da onlara qoşulub: 
«Susanna, yanıma gəl, Susanna!» -nı oxuyurdu; axşamüstü saat beşdə isə tövlənin 
pəncərəsindən yola boylanıb mavi döşlükdə, qısa corablarda məktəbdən qayıdan 
hörüklü qızlara baxır, tamahdan nəfəsi darala-darala, əlcəkli barmaqlarını 
pəncərənin dəmir qəfəsində oynada-oynada onları yanına çağırırdı: «Ay qız - ay 
qız, bir bura gəl, gəl, səni əlləyim!» - deyirdi. «Vay dədə, vay! Biz ondan ilan 
gözlü iblisdən qaçan kimi qaçırdıq! O isə qızların qaçdığını görüb: «Anam mənim 
Bendisyon Alvarado, indiki qızlar necə də cavandı?!» - deyə fikirləşirdi; ona, 
özünə gülməkdən savayı, heç nəyə yaramadığını boynuna almaqdan savayı heç nə 
qalmırdı; daim nahara dəvət elədiyi səhiyyə naziri gözünün içinə baxıb nəbzini 
yoxlamaqla qane olmayıb, qocalıq sklerozunun qarşısını almaq, yaddaşının durğun 
kanallarını bağlamaq üçün ona sulu dərman yazanda isə o, onun ağzından vurub: 
«İşim-gücüm yoxdu, dərman içəcəyəm! – deyirdi. – Mən, bircə müharibə illəri 
tutulduğum titrətmə xəstəliyindən savayı heç bir xəstəliyə tutula bilmərəm!»  
Axır vaxtlar isə o, bütün dünyaya arxa çevirib, dünydan küsmüş adamlar kimi, 
təm-təkcə nahar eləməyə başlamışdı; böyük zəka sahibi, səfir Meyrilendin 
dediyinə görə, qədim Mərakeş kralları məhz bu cür nahar edirdilər; o, nahar vaxtı, 
dümdüz, başı dik oturmağa çalışır, çəngəli sol, bıçağı sağ əlində tutaraq keçmiş 
müəlliminin qoyduğu qayda-qanunla, tikəni yaxşı-yaxşı çeynəyə-çeynəyə yeyirdi; 
sonra bütün sarayı başdan-başa gəzib dolaşaraq, bal gizlətdiyi gizli divar 
hücrələrini axtarır, tapdığı yeri ikicə saatdan sonra yenidən itirir və axtarışa 
təzədən başlayırdı; ordan bal əvəzinə, bir vaxt siqaret kimi büküb dəlmə-deşiyə 
soxduğu kağız bükmələrini tapırdı… çox-çox qədimlərdə, keçmiş dövrlərdə o, bu 
kağız zolaqlarını, artıq çox illər keçdiyindən və nə yazdığını unutduğu cümlələri 
yenidən yazmaq üçün kağızların haşiyələrindən qoparırdı: «Sabah çərşənbə 
axşamıdı…» - zolağın birində yazılmışdı, o birində isə: «Sənin ağ yaylığında 
qırmızı saplarla kiminsə adının baş hərfləri yazılıb, amma bu, sənin adın deyil, 
mənim hökmdarım…» - yazılmışdı; o, bundan heç nə anlamadı və o biri zolağı 
açıb oxudu: «Canım Letisiya Nasareno, gör bir sənsiz nə günlərə qalmışam…» - 
«Letisiya Nasareno» - bu ada o, demək olar, hər kağız zolağında təsadüf edirdi və 
heç cür başa düşə bilmirdi ki, özündən sonra bu qədər yazılı ah-uf, bu qədər dərd-
qəm qoyub getmiş bu bədbəxt kimdi. - «Özü də mənim xəttimin bura nə dəxli var, 
lənət şeytana?» Bu onun xətti idi, özünü sakitləşdirmək üçün tualetlərin divarlarını: 
 
127


«Yaşasın general!» - yaza-yaza bəzəyən solaxayın təkrarolunmaz kalliqrafiyası idi. 
O, artıq öz zıqqılığına görə, səviyyəsinin, quru qoşun qüvvələrinin, yaxud dəniz 
donanmasının sıravi əsgərdən də aşağı düşməsinə görə, kağız zolaqlarında 
karandaşla yazılmış adından savayı heç nəyi qalmayan adi monastr rahibəsindən 
ötrü üzülməyinə görə əsəbiləşmirdi; sadəcə, bütün bunların, həmin o taleyüklü 
çərşənbə günündən sonra, adyutantların onun yazı stolunun üstünə qoyduğu 
əşyaları – Letisiyanın və uşağın şeylərinə əl vurmaqdan imtina etdiyindən sonra nə 
olduğunu xatırlamırdı; onda o, üzünü yana çevirib: «Bu çəkmələri aparın burdan, 
bu medalları da, ölənləri yadıma sala bilən nə varsa, yığışdırın burdan.» - demişdi. 
Odu ki, onlara aid bütün əşyaları Letisiyanın yataq otağına – onun bir vaxtlar 
ehtiraslı siesta saatlarını keçirdiyi otağa yığmışdılar. - «O otaqların bütün qapı-
pəncərələrini mıxlayın ki, lənət şeytana, mən əmr eləsəm belə, heç kim ora girə 
bilməsin. Bu əmri verdikdən sonra o, uzun illər dəhşətli qıcolmalar içində qovrula-
qovrula, Letisiyanı uşağıyla bir gəmirən itlərin ulaşmasına qulaq asır, hər hansı 
itlərin, dəri soyulan məntəqələrə göndərilməsinə ürək eləmir və yenə fikirləşirdi ki
onlara əzab vermək – əziz mərhumlarına əzab vermək deməkdi; günlərlə tor 
yelləncəyinə pərçim olub, doğmalarının qatillərini unutmağa çalışaraq, qəzəbini 
içində boğur, qatilləri evinin içində gördükcə, alçalıb təhqir olunurdusa da, bu 
miskin vəziyyətə o səbəbdən dözməyə məcbur olurdu ki, o günlər, hələ qatillərin 
boynunu sındırmaq gücü yox idi; o, əzizləri üçün təntənəli dəfn mərasimi təşkil 
etmədi, yanına başsağlığı verməyə gəlməyi də qadağan etmişdi; matəm elan 
etməmişdi – nəhəng seybanın kölgəsində, öz yelləncəyində, acığından dil-dodağını 
gəmirə-gəmirə, öz saatını – öz vaxt - vədəsini gözləmişdi; bir dəfə isə yaxın 
tanışlardan biri həmin seybanın altında, generalitetin rəyini ifadə edərək, ona, guya 
generalitetin, xalqın, bu dəhşətli faciəni sakit dözümlə keçirdiyinə görə fəxr 
etdiyini demişdi. «Hər yerdə sakitlik və səliqə-sahman hökm sürür. Onda o, azca 
seziləcək tərzdə gülümsünüb: «Axmaq-axmaq danışmayın, dostum! – dedi. – Elə 
ən pisi də odu ki, sakitlik və əminamanlıqdı! Demək, bu bədbəxt faciənin adamlara 
zərrə qədər də təsiri olmayıb!» O günlər o, bütün qəzetləri sətirbəsətir, soldan-sağa, 
sağdan-sola oxuyur, orda rəsmi xəbərlərdən savayı daha nə isə tapmağa çalışır, 
rədioqəbuledicini yanına qoydururdu ki, bircə vacib xəbəri belə ötürməsin və 
nəhayət, günlərin bir günü arzusuna çatdı – Verakurs radiostansiyasından 
Riobambaya qədər bütün radiostansiyalar xəbər verdi ki, milli təhlükəsizlik 
xidməti sui-qəsd təşkilatçılarının izinə düşüb. «Bəs necə, kərtənkələ uşağı!» - o öz-
özünə, dodaqaltı dedi, radio isə ardını xəbər verirdi ki, sui-qəsdin təşkilatçıları, 
şəhərkənarı fahişəxanaların birində, minomyotdan atəş açılan binada aşkar edilib. 
«Bax belə, - deyə o dərindən nəfəsini dərdi - yazıq insanlar!» Lakin bütün 
bunlardan sonra, o yenə donuq üzüylə, fikrindən keçənləri, azacıq da olsa, üzünə 
buraxmadan, öz tor yelləncəyində uzanıb qaldı və öz-özünə: «Anam mənim, 
Bendisyon Alvarado, sən məni intiqam üçün qoru, əlimdən tut, mənə ilham ver!» - 
deyə-deyə yalvardı.  
O, anasının, onun yalvarışlarını eşidib xahişini yerinə yetirəcəyinə o qədər arxayın 
idi ki, tez bir zamanda özünü ələ alıb, dərd-qəm yükünü axır ki, bir kənara ata 
bildi. Bunu, baş qərargahdan onun yanına hesabata gələn ictimai asayişə məsul 
milli təhlükəsizlik zabitləri o dəqiqə hiss etdilər. «Mənim generalım, sui-qəsdin üç 
 
128


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə