Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı



Yüklə 5,01 Kb.

səhifə66/81
tarix20.09.2017
ölçüsü5,01 Kb.
növüYazı
1   ...   62   63   64   65   66   67   68   69   ...   81

Nepomuseno Estralın, onun oğlu, atasıyla eyni gündə, həmin ürək xəstəliyindən 
əlli yeddi yaşında vəfat edən qomeopat - həkim Nepomuseno Estrad de la 
Fuentenin, şəhadətnaməsində göstərildiyi kimi, sərxoşluq əlbəyaxasında itiuclu 
alətlə ağır bədən xəsarəti almış iyirmi bir yaşlı Eliser Kastorun, gizli abort 
nəticəsində otuz iki yaşında həlak olmuş Lidise Santyaqonun, o birilərin öldüyü 
gün alkoqol zəhərlənməsindən ölən otuz səkkiz yaşlı, rəngli şar istehsalçısı Roke 
Pinsonun – yəni gözəgörünməz Xasintanın, «On yeddi oktyabr» gizli hərəkatının 
lideri, ölüm şəhadətnaməsində göstərildiyi kimi, nakam məhəbbəti uğrunda özünü, 
ağzına dirədiyi tapançadan atıb öldürən otuz iki yaşlı Natalisio Ruisin başları vardı. 
– Beləlikl, altı baş, əla həzrətləri! Bu qəbzi qəbul etməniz barədə imza atın!» O, 
ciyəri dəhşətdən və üfunətdən az qala ağzına gələ-gələ qəbzi imzalamışdı: «Anam 
mənim, Bendisyon Alvarado, bu adam vəhşiymiş! Onun, o seçmə incə ədaları hara, 
ilgəyindəki gül hara, bu qaniçənlik hara?» ona isə ucadan: «Mənə bir də tasaxo* 
göndərməyin, naço**; şifahi izahlarınız kifayətdi.» - demişdi. Lakin Xose İqnasio 
Saens de la Barra bu sözə etiraz edərək: «Bizim sizinlə bağladığımız müqavilə kişi 
sözüdü, əla həzrətləri! Yox, əgər əsl həqiqətin gözünün içinə dik baxmağa sizin bir 
yeriniz çatmırsa, onda götürün, bu da sizin qızılınız, gəlin xudahafizləşək! Bu nə 
hərəkətdi?!.. Şəxsən mən özüm, işdi, əgər tələb olunarsa, doğma anamı belə 
güllələyərəm!» - demişdi. «Di yaxşı, Naço, - deyə general sülhpərvər səslə demişdi 
- bu qədər dərinə getmək lazım deyil, öz vəzifə borcunuzu yerinə yetirin!» Odu ki, 
yenə bir ucdan saraya, içinə guya kokos doldurulmuş, içi başla dolu həmin bu 
kobud parçalı çuvallar daxil olmağa başladı. Generalın da içalatı az qala ağzına 
gəlirdi və o: «Bunları burdan rədd edin!» - deyə əmr edirdisə də, başlara əlavə 
olunan şəhadətnamələrdə yazılanlara qulaq asıb növbəti qəbzi imzalayırdı; bu 
minvalla o, ümumi sayı doqquz yüz on səkkiz ədəd ən barışmaz siyasi 
düşmənlərinin başının alınması barədə qəbzlərə imza atdı və həmin gecə, başların 
sayı bu rəqəmə çatanda, yuxuda özünü, səhralıqda yeridikcə, arxasınca baş 
barmağının uzun-uzadı uzanan izini qoyub gedən hansısa eybəcər bir heyvanın 
simasında gördü və yuxudan, ağzı öd dada-dada ayılıb, sübh çağı fermada baş verə 
biləcək hansısa təlatümdən xoflanaraq, sönük xatirələr dəryasına qərq olaraq, kəsik 
başları hesablayır, hesabladıqca da elə bil qocalır, qulağının dibində cırıldayan 
zəhlətökən cırcıramanın səsini, çürük otların arasından eşidilən cücülərin 
cızıltıslarıyla qarışıq salırdı; - «Anam mənim, Bendisiyon Alvarado, - o fikirləşirdi 
– axı, nəyə görə mənim bu qədər düşmənim olmalıdı? Əsl günahkarlarsa bir yanda 
qalıb!»  
Düşmənlərin sayına gəldikdə, Xose İqnasio Saens de la Barra ona izah etmişdi ki: 
«Altmışına görə altı yüzünü, altı yüzünə görə altı minini, altı mininə görə altmış 
milyonunu qazanacağıq!» «Bu ki, bütün ölkədi, lənət şeytana, - deyə o, çığırmışdı 
– belə getsə, biz bu işi heç vaxt başa çatdıra bilməyəcəyik!» - Lakin Xose İqnasio 
Saens de la Barra sakitcə: «Rahat yatın, general! Bizim işimiz, onlar bitib 
tükənəndə sona bitəcək!!!» - dedi. «Vəhşinin dediyi sözə bir bax!»  
Bu adamın heç nəyə, zərrə qədər olsun, şübhəsi yox idi, öz niyyətlərindən bircə 
addım belə geri çəkilmək, beyninə girmiş fikirlərini ayrıları ilə əvəz eləməyə, işıq 
ucu boyda belə yeri yox idi; o, iti doberman kimi, daimi iştirakıyla sahibində 
özünəinam və arxayınlıq yaradırdı; Xose İqnasio ilk dəfə onun kabinetinə, dünyada 
 
133


yeganə qorxmaz və ən qəddar adama – tək bir sahibinə tabe olan, civə kimi parlaq 
əzələli, sürüşkən dərili nəhəng iti ilə, həmin bu yekəpər dobermanla daxil olanda 
general: «İti qapının o üzündə qoyun.» - demişdi. Lakin Xose İqnasio Saens de la 
Barranın generalın sözünə əməl eləmək fikri yox idi: «Bu mümkün deyil, general! 
Dünyada hələ elə bir yer yoxdur ki, ora mən Lord Köxelsiz ayaq basım!» Odu ki, it 
daim öz yiyəsi ilə bir kabinetə daxil olur, sahibi generalla kəsilmiş başların 
gündəlik hesabatını çürüdənəcən, sakitcə onun ayaqları altında mürgüləyir, general 
səsini ucaldanda, dikəlib bütün vücuduyla amansız sıçrayışa hazır vəziyyət alırdı; - 
«Onun, dəhşətli dərəcədə qadın gözünə bənzər, insan gözləri mənə fikirləşməyə 
mane olurdu, mən onun insan nəfəsindən diksinirdim; növbəti çuvalda öz köhnə 
adyutantlarımdan birinin başını taparkən, qəzəb içində yumruğumu stola çırpanda, 
onun üzü göz qırpımında buğlandı, bədəni, qaynar qazan kimi pıqqıldadı, dişlərini 
qıcıdı və o mənim üstümə atıldı.» Bu adyutant, onun sınaqdan çıxmış, çoxdankı 
domino müqabili, həm də demək olar, tanışı, dostu idi, odu ki, qəzəbini heç cür 
gizlədə bilmədi: «Daha bəsdi, lənət şeytana! Yığışdırın bu hərc-mərcliyi!» Lakin 
Xose İqnasio Saens de la Barra, həmişəki kimi onun hirsini, hansısa dəlil-sübutla 
yox, vəhşi itlərin qəddar təlimçisi üsullarıyla yatırtdı. Gecələr general, onunla, 
vassalı kimi rəftar edən bu yeganə adama - Saens de la Barraya tabe olduğuna görə 
özünə min bir lənət yağdırır, bu tipin, onun daxilində qurduğu imperiyaya qarşı öz-
özlüyündə, təkbaşına üsyan edir, tədricən bütün dövlət strukturlarıno sirayət 
etməyə başlamış kölə tabeçiliyini canından çıxartmağa çalşırdı. - «Günü sabah bu 
biabırçılığa son qoyulacaq – o, ağzının içində deyirdi – daha bəsdir, lənət şeytana! 
Hər şey bir yana, Bendisyon Alvarado məni, əmr yerinə yetirmək üçün yox, əmr 
vermək üçün yaradıb!» Lakin bütün gecəni fikirləşib qurduqları, Xose İqnasio 
Saens de la Barra öz itiylə onun hüzurunda peyda olduğu an bircə dəqiqənin içində 
darmadağın olurdu və general yenidən, ilgəyinə diri qardeniya taxılmış gur səsli, 
losyon ətri qoxuyan, nişastalı qolçaqlarında zümrüd sancaqlar bərq vuran, zəhmli 
çəlikli, incə ədalarından göz qamaşan, bu ən lazımlı və ən dözülməz adamın 
şikarına çevrilirdi; - «Gözümə dəyən adamlar içindən!» - deyə fikirləşirdisə də
onu görən kimi: «Şişirtmək lazım deyil, naço, öz vəzifə borcunuzu yerinə yetirin!» 
- deyirdi və yenə bir ucdan, içi kəsik başlarla dolu çuvalları qəbul edir, növbəti 
qəbzlərə imza atır, ayağının altını hiss eləmədən, sonsuzluğa çökən tək, etibarsız 
hakimiyyət qumluğunun içiylə harasa aşağı enir, dibə çökürdü; səhərlər isə hər 
addımda, hər birindən yalnız dəniz görünən pəncərələrin qarşısında ayaq saxlayıb 
özü-özünə: «Bu dünyada nələr baş verir? – deyirdi. – Saat artıq on birdir, bu evdə 
isə bircə adam belə gözə dəymir! Burda kimsə var?..» - deyə ucadan çağırırdısa da, 
səsinə səs verən olmurdu. – Sarayda tamam tək idi deyə, çox vaxt ona elə gəlirdi 
ki, öz sarayında yox, hardasa yad bir yerdədi. - «Eşşəklərin belindən ağır yükləri 
boşaldıb yalın ayaqlarıyla dəhlizlər boyu, içi tərəvəz və toyuqla dolu zənbilləri 
daşıyan bir düjün əsgərim hara yoxa çıxşdı?, gecələrlə solan güllərin əvəzinə, 
təzələrini qoymaq üçün güldanların iyli sularını çölə töküb, üfunətli gölməçələr 
yaradan çərənçi arvadlarım hanı?; «Susanna, yanım gəl, Susanna sevginin 
həsrətindəyəm…» mahnısını oxuya-oxuya, quş qəfəslərinin havasını dəyişib içini 
təmizləyən, eyvanlarda süpürgələriylə xəlçələr çırpan qadınlarım hanı?; hər 
qapının arxasında ayaq üstündə işəyən və sidiyiylə müşavirələr zalının divarlarında 
 
134




Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   81


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə