Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə69/81
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#912
növüYazı
1   ...   65   66   67   68   69   70   71   72   ...   81

pələng hərəkətləriylə havaya qaldırdı, heç bir ağrı vermədən, pəncərədən içəri elə 
saldı ki, formamın bircə qırçını belə əzilmədi; sonra məni, qatı sidik iyi verən 
samanlığa uzadıb, mənə nə isə demək üçün ağzını açdısa da danışa bilmədi; onun 
dili, elə bil damağına yapışmışdı, mənə elə gəldi ki, o, məndən çox qorxuya düşüb; 
ürəyi elə vururdu ki, hər döyüntüsü, sinəsinə yapışmış köynəyindən hiss olunurdu; 
rəngi ağappaq ağarmışdı, gözləri yaşarmışdı; bu göz yaşlarını, sonralar mənimlə 
yatan heç bir kişinin gözündə görmədim; o, qırmaq kimi iti barmaqlarıyla mənim 
titrək bədənimi dinməz-söyləməz, elə qüvvətlə, elə ehtiras və incəliklə əlləşdirirdi 
ki, bu həzzi mən bir daha heç kimdən duymadım; barmaqları qarnım boyu 
üzüyuxarı sürüşür, arada bir, qıcolmuş kimi gərilirdi və mən, bu əllərin altında 
döşlərimin gilələrinin böyüyüb qönçə kimi açıldığını hiss edir, samanlığın içində 
ağnaya-ağnaya, yad kişi təri qoxuyan nəm köynəyə bir az da bərk sıxılırdım; daha 
ona səfir Beyldriçin nabatları lazım olmadı – indi daha mən özüm, samanlıqda 
məni əlində, içi yeməklə dolu zənbillə gözləyən qəmli, lakin, sağlam ürəkli bu 
adamın qucağına yetişmək dəqiqələrini bir daha yaşamaq xoşbəxtliyi ilə tövlənin 
pəncərəsindən içəri soxulurdum; o, mənim bədənimin iylərini çox sevirdi, mənə də 
bu iyləri sevməyi öyrətmişdi; o, bizim yediyimiz yeməklərə də, iyimin hopmasını 
istəyirdi: «Ləzzətlisən, - o pıçıldayırdı – əcəb dizin var… sənin öz şirəndə bişmiş 
böyrəklərini, tərinin duzuna batırıb elə yeyərdim ki...» O, sabahı olmayan hər eşq 
axşamı, bədənimi başdan-ayağa ehtirasının acı istiotuyla, dəfnə yarpaqlarıyla 
ədvalayır, yalvarışlarının aram odunda bişirirdi; məni səxavətlə yedirdib 
doyuzdurur, özü də yeyirdi; sonralar daha mən, nə bu şəhvəti, nə bu səxəvəti heç 
bir kişidə görmədim; yeyib doyandan sonra, sulu tikanlı dilləriylə bizi yalamaq 
istəyən inəkləri qovub, özü haqqında, arada bir ürəyinin sıxıldığından, hər şeyə 
tüpürüb, baş götürüb, buralardan getmək istədiyindən danışardı; özü də bu barədə 
sakitcə, taleyindən şikayətlənmədən, heç nədən umub-küsmədən, yalnız ümidsiz 
bir çığırtının poza biləcəyi təmkinlə, elə bil öz-özüylə danışırdı; səsi aram idi, 
dırnaqlı barmaqları yenə bədənimə toxunurdu; bir sözlə, o, mərd və yenilməz idi – 
mənim həyatımın yeganə mənası idi. On dörd yaşım yenicə tamam olmuşdu ki, 
evimizə, paqonlarında çoxlu ulduz parlayan iki hərbçi gəldi; onlar, içi qızıl 
dublonlardan* şişib ağırlaşmış çamadanlarla gəldilər; məni valideynlərimlə birgə, 
gecənin bir yarısı hansısa əcnəbi gəmiyə oturtdular və mən beləcə, qürbətdə 
yaşamalı oldum. Onun ölüm xəbərini eşidənəcən - onun ağuşunu öz darıxdırıcı, 
miskin həyatım boyu xatırladıqca, gündə yüz dəfə ölüb-dirilməyimdən, hər 
qarşıma çıxanla yata-yata, bu dünyada ondan yaxşı kişinin olub-olmadığını 
yoxlayaraq, bir adam kimi hamıdan üz çevirdiyimdən xəbərsiz öldüyünü eşidən 
günəcən, uzun-uzadı illər elə orda da qaldım; vətənə - qocalıb qartımış vəziyyətdə, 
müxtəlif kişilərdən doğduğum bir düjün uşaqla, onun, ölüm ayağında, dumanlı 
xatirələrlə də olsa, məni xatırlayacağı ümdlə qayıtdım...» Lakin general onu, 
fermanın pəncərəsində görmədiyi günün səhərisi unudub, ayrı birisini, sonra daha 
bir ayrısını ələ keçirdi... beləliklə, hər axşam, bir-birindən seçilməyən, eyni formalı 
məktəbli qızlarla məşğul oldu; bu qızların hamısı, elə bil bir-birinə bənzəyirdi, 
böyründən mavi sürüylə ötdükcə, ona iti dillərini göstərir, «Qoca kaftar!» - deyə 
çqışqırışıb, şən-şən gülüşür, səfir Rimpelmeyerin hədiyə verdiyi nabat şüşəsinə 
əyri-əyri baxırdılar; o isə işindən qalmırdı, qızları bir-bir pəncərəyə çağırır, əlinə 
 
139


keçənin, dünənki, yaxud təzəsi olduğuyla heç maraqlanmır, onların hamısını, 
dənizçi yaxalıqlı, mavi paltarlı, vahid canlı şəklində təsəvvür edirdi; bu təsəvvür - 
gün-gündən artıb çoxalan borcunun əvəzinə, ərazi sularının verilməsi tələbini 
eşitməmək üçün, ona elektron gücləndiricili qrammofon ruporu bağışlayan səfir 
Ştreymberqin zəhlətökən, yeqnəsəq mülahizələrini, mürgüləyə-mürgüləyə 
qulaqardına vurduğu dəqiqələr ruhunu şirin-şirin oxşayırdı. O, bu tələbi və bu 
tələbin böyür-başındakıları əzbər bilirdisə də, yenə melanxolik bir yeqnəsəqliklə: 
«Qətiyyən, əzizim Stivenson! Dənizdən başqa nə istəyirsən, götür.» - deyir və 
metal səsli gücləndiricini söndürürdü ki, onun, iqtisadiyyatdan az-çox başı çıxan 
iqtisadçılarının, çoxdannan bəri: «Biz lütük, mənim generalım, qəpiyimiz belə 
yoxdu.» - deyə-deyə ona başa salmağa çalışdıqlarını bir də, dönə-dönə təkrar 
eləməsin. Amma o, onsuz da, bilirdi ki, xəzinə bomboşdu, bilirdi ki, ehtiyatlar 
çoxdannan dağıdılıb, ölkə borc hesabına yaşayır; yaxşı yadındaydı ki, müstəqillik 
uğrunda müharibələr dövründən bu yana yığılan borcları ödəməkdən ötrü ilk əvvəl 
istiqraz almışdı, sonra gecikdirilmiş ödənişin faizlərini ödəmək üçün ayrı 
istiqrazlar gəldi, sonra faizlərin ödənişi xirtdəyə dirəndi, sonra pul 
çatışmazlığından qəzəblənmiş kreditorları sakitləşdirmək üçün, pulun əvəzinə, 
nələrisə vermək məcburiyyəti ortaya çıxdı, kinə ağacı və tütünü ingilislərə, kauçuk 
və kakaonu hollandlara, dəmir yolu tikintisi konsepsiyasını və su yollarını 
almanlara, bir sözlə, hər şeyi, gizli, ya açıq şəkildə – əsasən əlbəttə ki, gizlicə – bu 
yadelli qrinqolara verməli olduq; bəzən bu işlər o qədər gizli gedirdi ki, bunlar 
barədə o, özü sonradan - Xose İqnasio de la Barranın biabırçı ifşasından və ictimai 
şəkildə qətlindən sonra xəbər tuturdu. – Allah onu, əbədi olaraq, cəhənnəm odunda 
yandırsın! Buna baxmayaraq, həmin o çətin ildən başlayaraq, Hamburq 
bankirlərinə – xirtdəyinə keçən bu xəsislərə ödəniləcək haqqın təxirə salınması 
barədə əmr verdiyi həmin o çətin ildən başlayaraq o, yenə hər maliyyə nazirindən: 
«Bizim ayrı yolumuz yoxdu, mənim generalım!» - sözünü eşidirdi; bu, alaman 
eksadrilyasının limanı mühasirəyə aldığı dövrlər idi; qəfildən reydə çıxan ingilis 
zirehli gəmisi xəbərdarlıq atəşi açmışdı və mərmiylə kilsənin qülləsini dağıtmışdı; 
lakin bu top atəşləri də onu qorxutmadı. O: «İngilis kralının lap belə... Rədd olsun 
kayzer! Ölərəm, təslim olmaram!» - deyə bağırdı və onun kimi ehtiraslı domino 
həvəskarı olan səfir Çarlz U.Treykolerin köməyi ilə, lap axır məqam - hər şeyin 
bitdiyi güman edilən son anda xilas edildi; səfirin təmsil etdiyi bu dövlət özünü
generalın Avropa üzrə məsuliyyətlərinin təminatçısı elan edərək, əvəzində, bizim 
təbii sərvətləri istismar etmək hüququ qazandı. Həmin bu məsələdən sonra ölkə 
müflis vəziyyətə düşdü, bizsə ömürlük dilənçiyə çevrildik. «Biz, mənim generalım, 
əynimizdəki alt paltarına görə də borcluyuq.» 
Onu heç nə çaşdırmadı, əvvəlki vaxtlarda olduğu kimi, səfiri əzəmətlə, pilləkənlərə 
qədər ötürür, onunla, bütün səfirlərlə xudahafizləşdiyi qaydada, bir xeyli 
çərənləyəndən sonra çiynini şappıldadaraq: «Xeyr a-a-a, əzizim Beykster! Ölərəm, 
amma dənizi vermərəm!» 
Ödənilməyən bütün borclardan çox onu, etimadını heç cür doğrultmayan, 
lənətəgəlmiş Xose İqnasio Saens de la Barranın - Letisiya Nasareno və onun 
körpəsini məhv edən bədxahların başlarından savayı, hamının başını bədənindən 
ayırtdıran bu qatilin günahı üzündən, içində qəbiristanlıq sükutu və kimsəsizlik 
 
140


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə