Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə70/81
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#912
növüYazı
1   ...   66   67   68   69   70   71   72   73   ...   81

hökm sürən sarayı narahat edirdi. O, tutuquşuların boğazına nə qədər şəfqətli 
dərmanlardan damcıladırdısa da, quşların səsi çıxmırdı ki, çıxmırdı; qonşuluqdakı 
məktəbin qızları da daha yaşıl ağaca qonan çopur quşcuğazın mahnısını 
oxumurdular; bircə o qalırdı ki, bir kənara çəkilib hər şeyi unudasan; vaxtın qalan 
hissəsi isə, döşləri kal limon kimi balaca, bərk məktəbli qızların yolunu gözləməyə 
və onlarla məzələnməyə gedirdi; ya da, siestanın bürkülü saatlarında yamyaşıl 
talvarın altında təmtəkcə oturub, çoxlu, dadlı yeməklər yeyə-yeyə, ürəyinə yatan 
televizya filmində baş verən əhvalatın ipini əldən buraxmamaqdan ötrü, arada bir, 
yarımürgünün içindən oyanıb, yenidən mürgüləyə-mürgüləyə keçirirdi; bu 
filimlərdə hər şey həyatdakı kimi deyildisə də, ona elə gəlirdi ki, əsl həyat, yaxud 
ən azı, onun təsəvvürüncə həyat - elə-belə də olmalıdı; uzun müddət onun ağlına 
belə gəlmirdi ki, bu yaxşı sonluqlu yüngül filmləri – əclaflığın xeyirxahlığa təslim 
olduğu, məhəbbətin şərə qalib gəldiyi bu filimləri biz, onun zövqünü oxşamaqdan 
ötrü - Xose İqnasionun tapşırığı ilə, xüsusi radioötürücülərlə, ya da, televizya 
verlişlərini kəsib, ayrıca kanalla verirdik; biz, hər şeyi bilə-bilə, onu 
vicdansızcasına aldadırdıq ki, o, özünü xoşəbxt hiss etsin; o da özünü son 
günlərinəcən, qocalıb lap heydən düşənəcən, xoşbəxt hiss edirdi; axırı-sonu 
görünməyən, uzun-uzadı qocalıq illərində o bir də, əyinlərindəki dənizçi 
formalarında tir-tir titrəyən, balaca qızları əlləşdirəndə, özünü belə xoşəbxt hiss 
edirdi; lakin günlərin bir günü, o soruşanda ki: «Sənə məktəbdə nə öyrətdilər?», 
mən də cavab verəndə ki: «Mənə heç nə öyrətmədilər, senyor, axı mən liman 
fahişəsiyəm!» - o dəqiqə məni, qulağına dediyimi təkrar eləməyə məcbur elədi… 
olsun, elə bilmişdi ki, səhv eşidib; onda mən, dediyimi heca-heca təkrar elədim ki, 
mən məktəbli deyiləm, liman fa-hi-şə-si-yəm!; dedim ki, məni qətranlı sabunla 
yuyub, lifləyib dənizçi yaxalıqlı mavi paltar geydirib, hər axşam saat beşdə onun 
pəncərəsi önündən qaçmağı əmr ediblər; özü də mən tək qaçmırdım, böyrümlə, 
sanitar polisinin yaxalayıb ələ keçirdiyi, yuyundurulub mənim kimi, məktəbli 
forması və oğlan botinkaları geydirildiyi, başlarına, at quyrüğündan hörüklər 
taxılmış fahişələr də qaçırdı; baxın, bu saçlar, başa adi sancaqla taxılır; bizi 
xəbərdar etmişdilər ki, əlindən heç bir iş gəlməyən, bədbəxt, səfeh qocadan 
qorxmağa dəyməz, bircə onu edəcək ki, soyundurub, həkim kimi ora-buranıza 
baxacaq, ola bilsin, yüngülvari əlləşdirəcək… bir sözlə, sizin elədiklərinizi dedilər, 
mənim generalım, bizsə gözlərimizi yumub, guya ehtirasdan alovlana-alovlana: 
«Ax mənim sevgilim... sevgilim mənim...» - deməliydik, necə ki, hər axşam mən 
deyirdim, sizin də canınıza yağ kimi yayılırdı; pulu bizə verməzdən əvvəl, bu 
səhnəni oynamaq üçün bir neçə dəfə məşq elətdirirdilər, pul da nə pul – beş-on 
qara qəpik, vəssalam: sanitar vergisini və serjant üçün komisyon xərclərini 
çıxanda, bizə cəmi dörd ütük peso qalır. Bütün bunları, mənə gözünü qırpmadan 
qulaq asan qaraqabaq qocanın üzünə dedim». 
«Ah, anam mənim, Bendisyon Alvarado, bu qədər zülm çəkmək olar?..» - deyə o, 
özü-özünə fikirləşirdisə də, nə bir sözüylə, nə hərəkətiylə sarsıntısını biruzə vermir, 
vəziyyəti dolayısı yollarla aydınlaşdırmağa, xırdalıqları dəqiqləşdirməyə çalışırdı 
və çox keçmədi ki, o, Dövlət Evinin qonşuluğundakı qızlar məktəbinin artıq 
çoxdan bağlandığını dəqiqləşdirdi; balaca, məktəbli qızları həmin indi 
qabağımızdakı banket stolunun üstündə, nə iləsə, sousun içində üzüyuxarı üzən 
 
141


sabalo balığını xatırladan bədəni ilə uzanmış qaraqabaq, şorgöz qocanın 
caynağından qurtarmaq üçün, şəxsən maarif nazirin özünün, yepiskopun xeyir-
duası altında, var-dövlətli, adlı-sanlı ailə başçılarıyla əlbir olaraq, dəniz kənarında 
yeni, üçmərtəbəli məktəbin tikintisinə vəsait ayırdığını öyrənə bilmişdi; solğun 
malvların, kimsəsiz düzənliklərin, ay kraterlərinin sönük şüaları - onsuz açılan ilk 
səhərin zəif işartıları, üstünə səpilən ağappaq gül-çiçək meyitin rəngini bir qədər də 
saraldırdı… o nəhayət ki, azad idi, öz hakimiyyət əsarətindən, əsiri kim olduğu 
dəqiq bilinməyən Hakimiyyət Evinin cansıxıcı köləliyindən qurtulmuşdu! Bir 
vaxtlar bu sərdabə, həmin bu saray təmir olunanda, sahibinin razılığı alınmadan, 
içəri və çöl tərəfdən ağ rənglə boyananda o, otaqların, dəhlizlərin divarlarına 
söykənə-söykənə, kənar bir adam kimi, rəngsazların işinə tamaşa edir, orda onu 
tanımayan rəngsazlar: - «Burda sizlik bir iş yoxdu, senyor, rəngi korlayırsız!» - 
deyə üstünə qışqırırdılar. O da, təzəcə ağardılmış divarlara toxunmadan, ehtiyatla 
sivişib gedirdi. «Aşağı düşməyin, senyor, taxtabəndlər başınıza uçar!» - deyə o biri 
yandan çığırırdılar və o, dinməzcə yuxarıda dayanıb qalırdı. Burda, həmin bu 
yerdə, balta səsindən, bənnaların qəzəbli çığırtılarından qulaq batırdı. – «Çəkil, 
kaftarın biri kaftar, yoxsa gilə yapışarsan!» - o da sıravi əsgər itaəti ilə deyilənə 
tabe olur, geri çəkilir, guya rahatlığı üçün aparılan bu səfeh yenidənqurmanın 
dözülməz əməliyyatlarına səbrlə dözürdü; özü özünə məxsus olmadığına görə, 
cangüdənlərinin baxışlarından heç cür qurtara bilmirdi; cangüdənlərin kinli 
baxışları, elə bil onu qorumaqdan ötrü yox, güdməkdən ötrü ardınca zillənirdi; 
onlar, onun yeyəcəyi bütün xörəklərdən dadır, yeməklərin yarısını korlayır, bal 
ehtiyatlarının xəlvəti yerlərini dəyişir, yeriyəndə cingildəməsin deyə, qızıl 
mahmıza üz çəkir, cürbəcür ehtiyat tədbirləri görürdülər; bütün bu işlər, olsun ki, 
köhnə dostunı - Saturno Santosa yaman gülməli gələrdi; on bir başkəsənin, 
səhərdən-axşamacan sirk kəndirbazları kimi, böyür-başına hərlənmsi, əlli metrlik 
məsafədən silahın növünü hiss edən, yanıb-sönən yaşıl-qırmızı lampalı cihazları, 
doğrudan gülməliydi; avtomobil karvanı isə elə sürətlə gedirdi, yeddi eyni markalı 
maşın bir-birilə elə ötüşürdü, elə bil onları qovan vardı; bu ötüşmədə general bəzən 
tez-tez yerini dəyişən maşınların arasında, özünün hansı maşında olduğunu 
qarışdırırdı; lakin bütün bu ehtiyat tədbirləri, quzğuna güllə atmaq kimi, mənasız 
bir iş idi; maşının pərdəsini çəkib çölə boylananda gördü ki, özünü könüllü surətdə 
dustaq etdiyi bu qədər uzun-uzadı matəm illərindən sonra da, prezidentin 
limuzinlər karvanının lotusayağı manevrləri heç kəsin vecinə deyil; o, kilsə 
qüllələrindən də yüksəklərə ucalan şüşə qayaya bənzər nazirlik binalarına baxdı, 
divarda fırçayla yazılmış hansısa şüarı pozub təmizləyən hərbi patrula göz qoydu
orda nə yazıldığını soruşanda dedilər: «Yeni vətən qurucusuna eşq olsun!»; şüarın 
başdan-ayağa yalan olduğunu anladısa da, başını tərpətdi, «yoxsa silməzdilər» - 
fikirləşdi; dənizə qədər altı bulvar uzunluğunda uzanan kokos palmalı, gül-çiçəkli, 
geniş bulvarı gördü; əvvəllər bu yerlər bataqlığıydı; qədim sütunlu eyvanı, bir-
birinə bənzər yeni villalar salınmış, yeni şəhərətrafı qəsəbəni gördü; bir vaxtlar 
zibilxana olan yerdə sıx amazon yaşıllıqlarıyla dövrələnmiş otelləri gördü; əyri-
üyrü küçələrlə tısbağa gedişiylə yeriyən sonsuz avtomobil sürüsünü gördü; səkinin 
gün düşən tərəfiylə veyillənən, günortanın bürküsündən gicəllənən adamları gördü; 
səkinin kölgə hissəsində isə vergi idarəsinin, harın-harın o baş-bu başa gəzişən 
 
142


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə