Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə71/81
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#912
növüYazı
1   ...   67   68   69   70   71   72   73   74   ...   81

məmurları, səkinin kölgə yerində dayanmağa görə haqq alırdılar; odu ki, yazıq 
camaata, günün altında qovrulmaqdan savayı bir şey qalmırdı! 
Amma onu ən çox, getdikcə ətrafına cod hakimiyyət dalğası yayan, nəhəng dəmir 
tabuta bənzər prezident limuzininin, heç kəsin tükünü belə tərpətməməyi heyrətə 
gətirdi. Onun donuq gözlərini, həyəcan və təəcübdən səyriyən dodaqlarını da heç 
kəs tanımadı; onun əlinə – ona əhəmiyyət verməyən camaata tərəf yellətdiyi 
məşhur əlinə də diqqət yetirən olmadı; maşın irəlilədikcə, qəzet və boyunbağı 
satanların haray-həşiri, dondurma arabalarının cırıltısı, lotereyaları bayraq kimi 
yellədən lotereyasatanların ətürpədən çığırtıları – küçə dünyasının bütün uğultuları 
arxada qaldı; «Anam Bendisyon Alvarado, gör bir, mənim şəhərim nə günə qalıb?» 
- deyən qocanın qəlbində nələr baş verdiyinin, bu küçə dünyasına heç bir dəxli yox 
idi. Buralar elə dəyişmişdi ki, heç haranı tanımaq mümkün deyildi: bir vaxtlar 
paltarları eyvanların məhəccərində qurudan, şam yeməyinə bir-iki balıq əldə 
eləmək üçün, qürub çağı xırda dükanlara girərək, alverçilərlə söyüşən ərsiz 
qadınlar döngəsi hardaydı? Öz dükanlarının qapısı ağzında çöməlib bayıra çıxan 
hindlilər hanı? Darıxdırıcı mahnılarla ölümü ovsunlayan arvadlar hanı? 
Valideynlərinə qulaq asmadıqlarına görə əqrəbə çevrilən qorxunc qız şəkli hanı? 
Hanı, üfunətli bataqlığa çevrilən quldur yuvaları?.. Maşın, küçəni buruldu və onun 
gözünün qabağına, boynubükük qutanalar gəldi, birdən-birə ürəyi sıxıldı: liman! 
Bəs liman hanı? Hanı o qaçaqmalçı qayıqları? Bir vaxt desantçıların atıb getdiyi 
zirehli gəmi hanı? Bəs o zibil iyi hara yoxa çıxıb? Yoox, bu dünyaya nə isə olub, 
əgər limuzindən düşüb vaqona mindikdən sonra da, onun pəncərədə görünən zərif 
əlinə məhəl qoyan yoxdusa, bu hakimi-mütləq qocanın əlini heç kim tanımırsa, bu 
dünyada nə isə baş verib. İndi bu əl – aran yerlərinə yeni dəmir yolu xəttini açan 
ilk qatarın yarımçıq pəncərəsindən kiməsə hədər yerə yellədilən mənasız bir əl idi. 
Qatar, bir vaxtlar malyariya bataqlığı olan ətirli çöllərdən keçib, qara-qışqırıqçı 
bataqlıq quşlarının dolaşdığı düyü zəmilərinin yanından ötərək, prezident möhürü 
vurulmuş inək sürülərini hürküdərək, ağlasığmaz mavi çalarlı düzənliklərlə sarı 
şütüyürdü; o isə vaqonun, səyahətdən çox matəm mərasimlərinə daha çox yarayan, 
qara, məxmər üzlü kupesində oturaraq, özü-özünə: «Lənət şeytana, bəs mənim 
köhnə, dördayaqlı qatarım hanı? Hey çığırışan meymunlar hanı? Hanı cənnət 
quşlarının nəğməsi? Hanı yenilməz əjdahalı ölkəm, hanı vətənim? Bütün bunlar 
hara yox oldu, anam mənimcan?» 
Keçmiş vaxtları, bircə stansiyalar və ingilis şlyapaları taxmış, qaradinməz hindu 
qadınları oturan yarımstansiyalar yada salırdı: bu qadınlar, müxtəlif heyvanlar 
şəklində bişirilmiş şəkərli meyvələr, kartof və qızardılmış toyuq satırdılar; gül-
çiçəkdən yığılmış «Vətənin böyük atasına əbədi eşq olsun!» - şüarı görünən 
arakəsmələr boyu qızğın alver gedirdi; o, yenə əvvəlki möhtəşəmliyində, əvvəlki 
qüdrətində idi və yenə heç kəs onun harda olduğunu bilə bilmirdi; onun adı yenə 
əvvəlki qaydada hamını diksindirirdi; axı, ölkədə baş verən hər şey yenə onun 
adıyla bağlıydı; o özü də son vaxtlar qorxu içindəydi, çox vaxt özünü, təqib olunan 
qaçqın kimi hiss edirdi, səbr kasası daşanda isə: «Belə yaşamaq ölümdən də 
betərdi!» - deyə Xose İqnasio Saens de la Barranın üstünə çımxırır, cavabında isə: 
«Elə deyil, general, bu, qanun çərçivəsində gedən Tərəqqidir!» - kəlamını eşidirdi, 
bu cümlənin ardınca, məlahətli təbəssümlə müşayət olunan, min cür ən ağlasığmaz, 
 
143


sirli və inandırıcı sözlər gəlirdi. Və o, onsuz, özünü tamamilə tənha hiss etdiyi bu 
lənətəgəlmiş Saens de la Barrayla bir dəfə təslim olub razılaşdığı kimi, bu yırtıcıyla 
- yuxusuz gecələrdə ürəyində söydüyü, səhərlər isə yenə hakim-mütləq və gərəkli 
olan bu qəddar adamla razılaşmalı olurdu; bu adamın, az qala ayaqyoluna gedəndə 
belə, ondan ayrılmadığı insan gözlü, insan adlı, gözəl köpəyi Lord Köxellə birgə
günün günorta çağı üzündəki mülayim təbəssümlə peyda olmağıyla, bizim 
generalın gecəki qəzəbinin sovuşmağı bir olurdu; general, həmin dəqiqə bütün 
acığını, kin-kidurətini unudur, onun təklif elədiyi hər bir şeyi ürəkdən bəyənir və 
deyilənlərə elə dinməzcə, elə tələskənliklə əməl eləyirdi ki, sonradan buna görə, 
ürəyinin dərinliyində özü özəlindən əsəbiləşirdi. Di gəl ki, bu əsəbiliyin özü də çox 
çəkmirdi, Saens de la Barra onun daxilində yaranmaq istəyən hər hansı cüzi bir 
dəyişikliyi tutan kimi, general o dəqiqə Saensi sakitləşdirməyə başlayır, hər şeyi, 
öz əvvəlki yerinə qoyurdu: «Narahat olmayın, Naço, öz vəzifə borcunuzu yerinə 
yetirin!» - deyirdi. 
Və Xose İqnasio Saens de la Barra yenidən öz yenilməzliyi və dəolunmazlığıyla öz 
zindanına - prezident sarayından cəmi beş yüz metr aralıda quraşdırılmış cəza 
kombinatına, bir vaxtlar holland dəlixanası olmuş, kolonial memarlıq binasına 
qayıdırdı. «Sizin saray kimi, möhtəşəm bir saraya, mənim generalım.» Bu, badam 
pöhrələrinin arasında itib-batan, qabağı, çöl bənövşələriylə dolu yaşıl çəmənlik 
olan bir bina idi; birinci mərtəbəsində, axtarış xidməti və vətəndaşlıq aktları 
qeydiyyatı bürosu yerləşirdi, qalan mərtəbələrdə isə vəhşi işgəncə maşınları 
quraşdırılmışdı; bu maşınlar elə incə və ətürpədən fantaziyayla hazırlanmışdı ki, o, 
bunlara baxmaq belə, istəmədi və Saens de la Barraya: «Naço, vətən qarşısındakı 
borcunuzu daha yüksək səviyyədə yerinə yetirməyinizdə olun və unutmayın: mən 
heç nə bilmirəm, heç bir şey görməmişəm, idarənizdə də heç vaxt olmamışam!» - 
dedi. Xose İqnasio Saens de la Barra, onun qarşısında dərin ehtiramla təzim edib, 
kişi kimi söz verdi ki, prezidentin dediklərini qəbul edir, valideynlərinin dilini 
açmaqdan ötrü, beş yaşlı uşaqların cinsi orqanlarına elektrik cərəyanı buraxmaq 
kimi cəza növünə son qoymaq əmrini dinməzcə yerinə yetirdiyi kimi, bu sözünün 
də üstündə dayanacaq; əmrin yerinə yetirilməsinə xüsusi nəzarət lazım idi; əla 
həzrət qorxurdu ki, lotereya əhvalatı vaxtı onu heydən salan zalım yuxusuzluq, 
bütün bu iyrəncliklərdən sonra yenə üstünə hücum çəksin. Əmr yerinə yetirildisə 
də, o yenə, hardasa, yaxında işləyən dəhşətlər emalatxanasını unuda bilmədi; bir də 
axı necə unudaydı ki, səssiz, aylı gecələr, yaxından ötüb keçən qatarların 
taqqıltısına, şimşək gurultusuna ayılırdı; bu qatar və şimşək səsləri isə əslində
Bruknerin vallarına yazılmışdı, bu səsləri o, gecə yarısı işgəncə verilənlərin 
iniltilərini batırmaqdan ötrü işə salırdı; bu cəhənnəm qasırğası sübh çağının sel 
kimi tüğyan edir, özündən sonra, bir vaxtlar holland lunatiklərinin yaşadığı bu 
vahiməli dəlixananın binasına – cəza evinə düşən cavan gəlinlərin fatalarından 
badam ağaclarının budaqlarına ilişib qalan cır-cındırı vahiməli-vahiməli 
ağardırdı… Bəli, zat-aliləri, həyatlarını işgəncələr içində itirən insan iniltilərinin və 
lənətlərinin yuxusuzluğunun içinə dolmağından qorxur, öz işini yorulmadan görən 
bir adam haqda - Xose İqnasio Saens de la Barra haqqında israrla düşünürdü. 
Saens de la Barranın bircə nöqsanı vardı: o, zahiri parıltını sevirdi, sinəsi qəribə, 
monoqramlı ipək köynəklər, gözəl tikilişli, bahalı ayaqqabılar, xüsusi qutulara 
 
144


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə