Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə72/81
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#912
növüYazı
1   ...   68   69   70   71   72   73   74   75   ...   81

yığılmış diri qardeniyalar, etiketlərində şəcərə gerblər döydürülmüş fransız 
losyonları alır, qalan məsələlərdə isə özünə sərt qadağalar qoyurdu; məşuqəsi yox 
idi, lütfkar, arvadsifət oğlanlarla da maraqlanmırdı, dostu-filanı, hətta öz evi belə 
yox idi, möminlər kimi, dörd divarın arasında yaşayır, gecə-gündüz o qədər 
işləyirdi ki, axşamlar yorğunluqdan, iş otağındakı divana pallı-paltarlı sərilir, üç 
saatdan çox yatmırdı; qapısının ağzında onu qorumalı olan mühafizsiz, tapançasız, 
deyilənə görə, yediyi yeganə qida – başı bədənindən təzəcə ayrılan adamların isti 
bağırsaqlarını almayanda, az qala öz dərisini yırtıb çıxmağa hazır olan, ayıq-sayıq, 
yuxubilməz Lord Köxel qoruyurdu. Kiminsə kabinetə yaxınlaşdığını hiss edən 
köpək, həmin dəqiqə qaynar qazan kimi qaynayıb, dərhal sahibini oyadırdı; 
kabinetə sarı yaxınlaşanın kim olmağının heç bir fərqi yox idi: Saens, onsuz da heç 
kəsə inanmırdı, güzgüdə öz əksinə də şübhəylə baxırdı; bütün qərarları, heç kimlə 
məsləhətləşmədən, yalnız çoxsaylı casuslarının təqdimatlarını dinlədikdən sonra 
özü qəbul edirdi; ölkədə baş verən ən mənasız hadisə belə -, dünyanın hər hansı 
guşəsində ən adi qaçqının nəfəs alması da, Xose İqnasio Saens de la Barraya, 
gözəgörünməz hörümçək toru telləriylə bəlli olurdu; o, qorxu, şantaj və səxavətli 
rüşvətlər hesabına, az qala, bütün Yer kürəsini bu torun içinə salmışdı; düzdü, o 
səxavətliydi, amma dövlətin hesabına yox; öz işinə o qədər sədaqətliydi ki, xəbər 
gətirənləri, çox zaman öz puluyla mükafatlandırırdı; bu cür təmannasız xidmətlə 
tək bircə o məşğul deyildi; boşboğaz çərənçilər orda-burda pıçıldaşırdılar ki, guya 
onun muzdla tutduğu cəlladlar, xəfiyyələr və casuslar, camaatdan fantastik 
məbləğdə haqq aldıqlarına görə, hər cür cinayətə getməyə hazırdılar; bu adamların 
bir çoxu, öz xidmətinə görə haqq istəmirdi; bu adamlar, öz analarını belə 
şaqqalayıb, qanlı tikələrini donuzlara yedirdməyə hazır idilər, təki, bu könüllü 
halda yarındıqları xəfiyyənin diqqətini cəlb etsinlər; onlar, vəhşiliklərinə və kiçicik 
mərhəmət hissindən belə məhrum olduqlarına görə ad çıxarmış, fransız cəllad-
rasionalistlərinin əlinin altında işləmək üçün, nümunəvi davranış barədə zəmanət 
məktubu və arayış əvəzinə, törətdikləri əclaflıqlar haqda sənədlər gətirirdilər; bu 
könüllü xəfiyyələr, cəlladlar, Sanesin dediyi kimi, həmin o «qanun çərçivəsində 
tərəqqi» söhbətini adi bir məsələyə çevirmişdilər; dondurma kafelərinin 
taxtapuşları altına uzanıb sərinləyənlər, çin restoranında qəzetləri gözdən 
keçirənlər, ucuz kinolarda mürgü vuranlar, avtobuslarda öz yerlərini hamilə 
qadınlara verənlər də onlar idi; elektrik və santexnik işləyənlər, həyatlarının 
yarısını paytaxt qanqsterləri və əyalət quldurlarıyla yanaşı yaşayanlar, okean 
laynerlərində, beynəlxalq barlarda işləyən qulluqçuların və fahişələrin təsadüfi 
ərləri də onlar idi; Qəraib cənnətinə ekskursiya təşkil edən Amerika turist 
agentlərinin əməkdaşları, Belçika xarici işlər nazirinin şəxsi katibi, bir sözlə, heç 
kəsin ağlına belə gətirə bilmədiyi, bir çox işlərlə yenə onlar məşğul idi; qiyamı 
yatırmağa kömək edənlər, təhlükəli adamları aradan götürənlər, həddən artıq çılğın 
və qətiyyətli beyinlərdə, hələ tam yetişməmiş sui-qəsdlərin üstünü açanlar da onlar 
idi. Onlar, öz işləriylə inamla, həyasız bir arxayınlıqla məşğul olurdular, sözün əsl 
mənasında, vətənpərvərlər isə əmin idilər ki, bütün bu əməllərdən prezidentin 
xəbəri yoxdu: «Əgər bilsəydiniz… ah, bircə bilsəydiniz, mənim generalım…» - 
deyə ürəklərində ona üz tutur, bütün bu dəhşətlər barədə söhbətləri dönə-dönə 
xatırlayır və uşaq sadəlövhlüyü ilə elə güman eləyirdilər ki, onların sözləri 
 
145


generalın qulağına çatsaydı, Saens de la Barra, çoxdan bu satqınları liman qalasının 
yanındakı qəbirstanlığa sürütləyərdi; odu ki, əsl vətənpərvərlərdən biri, nəhayət ki, 
özünü generalın yanına çatdırdı, bütün bunlar barədə cəsarətlə danışdı və sarsıldı… 
general ona diqqətlə qulaq asıb demişdi ki, qoy o sırğa eləyib qulağından assın ki, 
bu barədə heç vaxt heç nə bilməyib, bilmir və bilməyəcək, o, heç kəslə heç bir şey 
haqda danışmayıb; - bunları deyəndən sonra qoca, sınayıcı baxışlarla bir müddət 
həmin bu vətənpərvəri seyr edibmiş; bu məsələdən sonra qoca bir azca 
sakitləşmişdi, amma bu sakitlik çox az çəkdi; kəsilmiş başlarla dolu kisələr, bir 
ucdan saraya daxil olmaqda idi; - kisələr o qədər çoxalmışdı ki, daha Xose İqnasio 
Saens de la Barranın, bu qədər insan qanını, heç bir şəxsi məqsəd güdmədən, 
tökdüyünə inanmaq mümkün deyildi; qoşun komandirlərinin, öz miskin 
gücsüzlükləriylə belə asanlıqla barışmaları, məvaciblərinin qadırılmasını belə 
istəməmələri, ona lap məntiqsiz gəlirdə; hərbçilərin müəmmalı itaətkarlığının, 
üsyan etməmələrinin, bu cür azğın hərəkətlər edən bu adamın aradan götürülməsini 
tələb etməmələrinin əsl səbəbini öyrənmək üçün, hərbçilərin vəziyyətiylə daha 
yaxından tanış olamq qərarına gəldi; bir dəfə ən uzaqgörən, cəsur hərbçidən 
soruşdu ki, silahlı qüvvələrin ləyaqətini tapdalayan bu qaniçən lotunun başını 
bədənindən ayırmaq vaxtı hələ çatmayıbmı? Cavab onu təəccübləndirdi: «Ah, yox, 
mənim generalım, bir az şişirdirsiniz.» O vaxtdan bəri o, hər dəfə ona, lotereyalarla 
bağlı bədbəxt uşaqların taleyini xatırladan, bu ölüm qoxulu «qanun çərçivəsində 
Tərəqqi» adlı bic qurğuda, kimin kim tərəfində olduğunu, kimin kimə zidd 
olmasını heç cür ayırd edə bilmirdi; Xose İqnasio Saens de la Barra da ayıq-sayıq 
idi: hökmdarının qızğın həyəcanlarını təlimçi bacarığıyla yatırdırdı: «Rahat yatın, 
mənim generalım, dünya sizindi!» - deyə Saens tez-tez təkrarlaya-təkrarlaya 
generalı yenə inandırırdı ki, ona və yalnız ona məxsus olan bu dünyada hər şey çox 
sadə və aydındı və bu aydınlığı dəyişməyə dəyməz; odu ki, həyat öz axarıyla 
gedirdi; o, həmin qəbiristanlıq zülmətli kimsəsiz evində – möhtəşəm prezident 
sərdabəsinin qaranlıq dəhlizlərində vurnuxur, tez-tez bu vurnuxmadan bezir və 
ümidsizliklə özü-özünə: «Lənət şeytana, axı mən kiməm – insanam, yoxsa insanın 
güzgüdəki əksi? Əgər səhərin bu vədəsi, saat on birdə ətrafda ins-cins yoxdusa, 
onda mən kiməm? Bu kimsəsiz saray səhrasında Allahın dilsiz-ağızsız toyuğu belə 
yoxdu…» - deyə fikirləşir, sonra öz-özüylə danışa-danışa, şirin xatirələri – sübhün 
ala-toranlığından, yemək artıqları üstə itlərlə əlbəyaxa savaşan cüzamlı və iflic 
xəstələrin hay-küyü eşidilən dövrləri, camaatın, pilləkənlərə tökülüb-qalmış inək 
təzəklərinin üstüylə sürüşdüyü, uzaq-uzaq yerlərdən tökülüşüb gələn, kişili-qadınlı, 
saysız-hesabsız adamın, qarşısında diz çöküb, yaralarını sağaltmağı, uşaqlarını 
xaçlamağı, yaxud qarın ağrısından qurtarmağı xahiş edib, yalvaran günləri yadına 
saldı: «Əlinizi verin, mənim generalım, ürəyimə sakitlik gətirin – köksümə dolmuh 
bu qorxunc zəlzələni yalnız siz yatıra bilərsiz!» «Bir dənizə baxın, mənim 
generalım, qasırğalar təkcə sizin qarşınızda ram olur! Səmaya fikir verin, 
buludların pərdəsini yalnız siz yırta bilərsiz! Yerə diqqət edin, vəba, yalnız sizdən 
qorxur!» – deyirdilər. Hüzuruna can atan minlərlə adam, onun hər şeyə qadir 
olduğuna, küləyi belə, öz iradəsinə tabe etmək qabiliyyətinə, bütün Yer üzündə 
qayda-qanun yaradmaq qabiliyyətinə, lazım gələrsə, lap Allahın özüylə də baş-başa 
gələ bilmək qabiliyyətinə malik olduğuna qəti əmin idilər; o özü də yavaş-yavaş bu 
 
146


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə