Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə76/81
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#912
növüYazı
1   ...   73   74   75   76   77   78   79   80   81

Yuxarıdan əmr almışıq ki, var. Əmr almışıq ki, olmalıdır!» - deyirdilər. Onlar, nə 
isə yaşıl rəngli, balaoxşar, müalicəvi məhlul hazırlayıb bu zəhrimardan, bir ucdan
sarayın bütün sakinlərinin – üzlərinə belə baxmadan, hamının – ən arıqların və ən 
adlı-sanlıların bədənlərinə yaxırdılar; prezidentin qəbuluna gələnlər, hamılıqla 
müəyyən məsafəyə riayət etməliydilər; o, salonun elə bir küncündə otururdu ki, 
qəbula gələnlərin bura nəfəsi yox, ancaq səsləri çatırdı; o, burda, yüksək rütbəli 
çılpaq adamlarla işgüzar məsələləri ucadan qışqıra-qışqıra müzakirə edirdi; 
kandarda dayanan adamlarsa bir əllərini ona uzadıb: «Zat aliləri» - deyir, o biri 
əlləriylə iyrənc maz yaxılmış sallaq üzvlərini örtməyə çalışırdılar; bütün bunlar – 
yuxusuzluqdan əziyyət çəkdiyindən uydurduğu yoluxucu xəstəlik fəlakətinin 
gedişini, bütün xırdalıqlarına qədər işləyib quran, camaatın canına vəlvələ salan 
şayiələr buraxdıra-buraxdıra, «camaat az anladıqca, çox qorxacaq» əqidəsinə 
əsaslanaraq, onları, öz axır-zaman peyğəmbərliyinə inanmağa məcbur edən bu 
adamı xəstəlikdən qorumaqçun idi. Odu ki, qorxudan rəngi, meyit rəngi alan 
yavərlərindən biri ona: «Mənim generalım, əhali arasında taundan ölənlərin sayı 
yaman çoxdu.» - deyə məlumat verəndə, onun qaşının ucu belə tərpənmədi. 
Prezident karetinin tutqun şüşələrindən, bomboş, adamsız küçələri, onun əmriylə 
dayanıb-dondurulmuş zaman deyilən mənzərəni, ölü kimi sallanan bayraqları 
gördü; qırmızı dairəylə nişanlanmış evlərin qapıları möhkəm mıxlanmışdı; evlərin 
pəncərələrinə qonmuş tox quzğunları, bir də həlak olanları, həlak olanları və yenə 
həlak olanları gördü... Dörd bir tərəf, adam cəsədləri ilə dolu idi, o qədər cəsəd 
vardı ki, saymaqla qurtarmazdı; meyitlər, üfunətli bataqlıqlarda da gözə dəyirdi
günəşin şüası düşən səkilərdə bir-birinin üstünə qalanmış meyitlər, bazarın tən 
ortasında, tərəvəzin arasındaca çürüyürdü; meyitlərin sayı heç kimə məlum deyildi, 
hər halda, onun, güman olunan düşmənlərinin sayından çox idi, onun görmək 
istədiyindən xeyli çox idi; bir çoxunu, gəbərmiş köpək kimi zibil yeşiklərinə 
tullamışdılar; o, qoturluq qoxusunu – əsl taun qoxusunu, çürüyən meyitlərin 
üfunətindən, küçələrin həmişəki, başgicəlləndirən üfunəti içindən yaxşı duyurdusa 
da, yenə özünü, hadisələrin mütləq sahibi, sahibi-mütləq hiss edənəcən, bu dəhşətli 
fəlakəti dayandırmağı, bütün bunlara son qoymağı tələb edən yalvarışları eşitmirdi, 
geriyə çəkilmirdi və yalnız bu qanlı qırğını dayandırmağa, nə bəndənin, nə də 
Allahın qüdrəti çatmadığı bilinəndə, küçələrdə naməlum karet göründü: bunun, buz 
kimi qorxunc hakimiyyət kareti olmasına əvvəlcə heç kəs fikir vermədi; içərisi, 
qara, matəm məxmərli karetin pəncərəsindən donuq gözlər, nazik, əsəbi dodaqlar, 
bir də evlərin qapılarına bir çimdik duz atan ağ əlcəkli əl görünürdü; biz, qardeniya 
cəngəlliklərinin arasıyla, bəbirləri hzürküdə-hürküdə şütüyən, sanki dırnağı üstə 
ucqar dağ kəndlərinə dırmanan, milli bayraq rəngli qatarı gördük; vaqonun pərdəsi 
arxasından görünən tutqun gözləri, yaslı çöhrəni, artıq heç bir həyat əlaməti 
olmayan əli gördük; qramafonun şux mazurkalar yağdıra-yağdıra qumsal 
dayazlıqların, meşəni böyrü üstə yıxan bahar selinin qırıb tökdüyü ağac yığnaqları 
arasıyla güc-bəlayla irəliləyən, Nuh əyyamından qalma, təkərli paraxodu gördük; 
prezident kayutunun pəncərəsindən biz, qürub günəşi kimi sönmüş gözləri, solğun 
dodaqları, susuzluqdan inildəyən kəndlərə bir çimdik şəfa duzu səpən bu əlin, 
ancaq bir barmağanı gördük; bu düzü dadanlar, yaxud, duzlu yeri yalayanlar, 
 
153


dərhal sağalır, min bir xəstəlikdən, gözdəymədən, bir sözlə, bütün dərd-bəladan 
uzaq olurdular. 
İndi - axır günlərinin yaxınlaşdığı bir vaxtda o, yenə, həmin işlənmiş, köhnə, saxta 
bəhanələrlə ölkənin yenidən işğalına razılıq vermək təkliflərinə təəccüblənmədi, 
amma: «Qoyun, dəniz piyadaları qayıtsın, general, qoy onlar, insan ömrünü yüz 
iləcən uzadan, ağ binalı xəstəxanaların önündəki yaşıl çəmənliklərə pestisid səpən 
fəvvarəli maşınlarla gəlsinlər. Qoyun, gəlib, nə istəyirlər götürsünlər!» - deyən 
sarsaq nazirlərin gətirdiyi dəlil-sübutları rədd etdi; səfir Mak-Kuin onun düz 
gözünün içinə: «Bundan sonrakı mübahisələrin xeyri yoxdu, zat aliləri, sizin rejim 
- vədlər, nifrət, hətta terror üzərində də yox, köhnəlmiş ətalət üzərində dayanıb və 
gündən-günə, qarşısıalınmaz bir şəkildə dağılır, zat-aliləri, yaxşısı budu, küçələrə 
çıxıb, həqiqətin gözünə baxasız, bu, sizin sonuncu döngədəsiniz – ya dəniz 
piyadaları gəlməlidi, ya da biz, dənizi götürəcəyik, başqa çıxış yolu yoxdu.» – 
deyənəcən, o, yumruğunu masaya çırpır, heç cür buna razı olmurdu. – «Ayrı yol 
yoxuydu, ana, onlar Qəraib dənizini özlərinə götürdülər!» 
Səfir Euinqin mühəndisləri dənizi hissə-hissə böldülər, sonra hissələri, bizim 
fırtınalardan uzaqlarda - Arizona səması altında yığmaq üçün nömrələdilər və 
dənizi, mənim generalım, bütün nemətləriylə bir, şəhərlərimizin əksi düşən 
sularıyla, dəlisov sellərimiz və suda boğulanlarımızqarışıq apardılar. O, bu 
soyğunçuluğa qarşı milli etiraz partlayışı yaratmaq üçün, öz zəngin biclik 
kolleksiyasının hansı incə klavişinə toxundusa da, küçələrə, bağışlayın, mənim 
generalım, heç kəs çıxmadı, nə hədə-qorxunun, nə zor işlətməyin xeyri olmadı; - 
bunun, yenə hakim dairənin arzusuyla həyata keçirildiyi, növbəti, sıravi manevr 
olduğu ağlımıza belə gəlməzdi; qoy nə olur-olsun, lap dənizi aparsınlar, 
cəhənnəmə ki, qoy əjdaha gerbli milli bayrağı olan bu ölkəni zəbt eləsinlər! - biz 
fikirləşirdik, mülki geyimlərdə evlərimizə gəlib, bu soyğunçuluğun qabağını almaq 
üçün bizdən, vətən naminə küçələrə çıxmağı, «Rədd olsun, qrinqolar!» - deyə 
ucadan qışqırmağı yalvaran hərbiçilərə, onların öyüd-nəsihətlərinə, yaltaq sözlərinə 
qarşı kar olmuşduq; həmin bu adamlar da bizi, yadellilərin dükanlarını, villalarını 
qarət etməyə, yandırmağa çağırır, pul verirdilər ki, orduyla əlbir olub, onun 
mühafizəsi altında hərbi təcavüzə qarşı nümayişə çıxaq; küçələrə isə bir adam da 
çıxmadı, mənim generalım, çünki camaat, hərbçilərin, bir vaxtlar kişi kimi söz 
verib sonra, guya xalq arasına soxulmuş təxribatçıların hərbi bölmələrə atəş açması 
bəhanəsiylə adamları güllələməsini unutmamışdı: «Bəli, mənim generalım, bu dəfə 
xalq sizinlə deyil». 
«Və mən, bu ağır qərarı qəbul etmək yükünü öz üzərimə götürməli oldum: ölkəyə 
desant yeridilməsindənsə, anam mənim, Bendisyon Alvarado, dənizsiz qalmağın 
daha məqsədəuyğun olduğunu hamıdan gözəl anlayan adam kimi, bu aktı 
imzaladım. Axı, özlərindən gündə bir əmr toqquşduran, həmin bu dəniz 
piyadalarıydı, ölkəyə bibliyanı və sifilisi gətirən də onlar idi, artistləri pederasda 
çevirən də, həyatın asan olduğunu, anacan, hər şeyin satılıb-alındığını, zəncirlərin 
iy verdiyini də camaatın beyninə yeridən onlar idi. Əsgərlərimi, harada çox pul 
varsa, oranın vətən olmasına, hökümətin, qoşunların pulsuz döyüşməsi üçün, 
«Hərbi şərəf» adlı boş bir mükafat uydurduğunu başa salan da onlar idi. Və bütün 
bunlar təkrar olunmasın deyə, onlara, ərazi sularımızdan, bəşəriyyətin maraqları və 
 
154


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə