Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə79/81
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#912
növüYazı
1   ...   73   74   75   76   77   78   79   80   81

xatırlayırdı. Elə bu sözlərlə də dövlət şurasının, onun sorğu-sualsız imza atacağına 
arxayın olduğu bütün nəhəng strategiyasını puça çevirdi. «O heç zaman mənə bu 
qədər fərasətli görünməmişdi. Rəsmi qəbullarda, guya özündən asılı olmadan, 
şalvarına işəməyi ilə bağlı şayiələrin get-gedə inandırıcı olduğu vaxtlarda da.» – 
«Məncə, o qocaldıqca, daha sərt olurdu, yalın ayaqlarını şappıldada-şappıldada, 
qulaqcığının biri sapdan olan eynəklə gəzirdi.» – «Get-gedə daha dözümlü, daha 
duyğulu olurdu, odu ki, bir qucaq kağız-kuğuzun içindən lazımlısını seçib, baxıb-
oxumadan, imza atır, «Nə istəyirsiz? Onsuz da qulaq asan yoxdu.» – deyib 
gülümsəyirdi. «Təsəvvür edin ki, o, inəklərin sarayda veyillənməmələri üçün 
fermada iri taxtadan rəzə düzəltməyi əmr eləmişdi. Sonra gördü ki, onlardan biri, 
yəni – «inək?... inək?...» - başını kabinetinin pəncərəsindən içəri soxub yazı 
masasının, bu vətən mehrabının üstündəki kağız çiçəkləri çeynəyir, gülümsədi: 
«Görürsüz, litsensiat, sizə demişdim axı. Bu ölkənin başına nə bədbəxtlik gəlirsə, 
hamısı, mənə qulaq asmamağın nəticəsidi.» - deyirdi. «Bu yaşda zəkanın qeyri-adi 
aydınlığına bir bax.» 
Səfir Kipplinq isə, qadağan olunmuş memuarlarında yazırdı ki, onu, uşaqlığına 
qapılıb-qalmış və əlindən heç bir iş gəlməyən bir adam kimi tanıyır, yazırdı ki, 
onun bədəninin bütün məsamələri, aramsız halda özündən maye buraxır, bədəni, 
suda batmış adamın bədəni kimi şişkindi, hərəkətləri isə, dalğaların atıb-tutduğu 
ölünün hərəkətləri kimi süst və ləngdi. – «O, köynəyinin yaxasını açıb, dəniz 
həşəratlarının, sallaq dəri qatlarının arasına yığılan sulu sinəsini də mənə 
göstərmişdi.»; o özü də deyirdi ki, kürəyində remoralar*, qoltuqlarının altında 
polip və xırda əqrəblər var və o, bütün bunları, əzizim Conson, aldığınız dənizin 
təbii surətdə geri qayıtması əlamətləri kimi qəbul edirdi, çünki dəniz də, pişiklər 
kimi həmişə geri qayıdır; o əmin idi ki, qasığındakı xərçəngəbənzər həşərat 
yığnağı, yataq otağının pəncərəsini açıb, bəşəriyyət tarixində bütün dahi adamlarda 
olduğu kimi, onun da ovcunun hamar, qırışsız olmasının səbəbini öyrənmək üçün 
dünyanı axtarmaqdan yorulduğu, dəniz və okeanlar admiralının üç karavellasını 
gördüyü xoşbəxt səhərin müjdəsidi. Hə, o, onu axtarırdı, hətta dənizçilərdən, onun, 
qonşu dənizlərin saysız-hesabsız adalarını xəritələşdirməkdən, bunlara 
konkistadorların əvəzinə, kralların və müqəddəslərin adlarını verməkdən savayı, 
həm də yerli qəbilələrin elmiylə maraqlanaraq, dazlaşma əleyhinə dərman 
axtardığını eşidəndə, əmr eləmişdi də ki, zorla da olsa, onu tapıb gətirsinlər. 
Fransiskan monaxının qəhvəyi əbasına bürünən, əlindəki şıx-şıxla istirahət 
gününün günorta çağı bazar camaatının arasında gəzən bu tövbəli müqəssiri heç 
prezidentin özü də tanımamışdı. 
Biz onu yenidən görmək ümidini itirmişdik və heç cür inana bilmirdik ki, bir vaxt 
sahil boyu qaliblər kimi hərbi addımlarla addımlayan, qəbul salonunda qırmızı 
kamzolda, qızıl mahmızda gördüyümüz o adam odu; amma onu limuzinə 
otuzdurmaq əmri veriləndə, mənim generalım, göz qırpımında onun izi-tozu da 
qalmadı – elə bil bu adam yerin içinə girdi – gah deyirdilər, guya o, 
müsəlmançılığı qəbul eləyib, guya Seneqalda peleqra xəstəliyndən vəfat edib və 
dünyanın üç müxtəlif şəhərində, eyni vaxtda, üç qəbirdə dəfn olunub; əslində isə, 
deyirdilər, o, heç basdırılmamışdı da, çünki torpaq, onu heç bir qəbrə 
buraxmamışdı, demək, o, Qiyamət gününə qədər bir qəbirdən o birinə səyahət 
 
159


eləməliydi; Allah ona min cür əyri işlərinə görə bu cür cəza verirdi, çünki bu adam 
fırıldaqçı idi, mənim generalım, pulun özündən də murdar idi; lakin general, bu 
deyilənlərə heç vaxt inanmır, elə hey, pərəstiş elədiyi bu adamın gəlişini 
gözləyirdi; qocalığın lap axır günlərində belə - səhiyyə nazirinin, onun bədənindən 
gənələri maqqaşla qopardığı vaxtlarda da bu həsrətlə yaşayır və naziri inandırmağa 
çalışırdı ki, bədəninə yapışan bu həşərat, gənə deyil, dənizin geriyə qayıtması 
əlamətidi; özü də o qədər məntiqlə, inamla danışırdı ki, nazir öz-özünə fikirləşirdi 
ki: «O, heç də özünü camaata göstərdiyi kimi sadəlövh deyil.» Amma yaman 
qocalmışdı, hərtərəfli tədqiqatlar göstərirdi ki, damarları tamam ölgünləşib, 
böyrəklərində də o qədər qum var, elə bil çimərliyin bütün qumunu udub, ürəyi isə 
sevgisizlikdən çatlayıb, odu ki, qocaman həkimi, dost münasibətlərindən istifadə 
edib onun üzünə elə belə də demişdi: «Daha vaxtınız çatıb, general! Hakimiyyəti 
kimə verəcəyinizin düşünmək vaxtıdı. Bizi, taleyin ixtiyarına başlı-başına 
buraxmaq olmaz axı?!..» 
O isə təəccüb içində: «Axı, niyə sizə elə gəlir ki, mən ölməyə hazırlaşıram, əzizim 
doktor? Bu nə cəfəngiyyatdı? Qoy başqaları ölsün, mən hələ tələsmirəm.» - 
demişdi, sonra zarafatla: srağagün axşam özümü televizorda gördüm. Görkəmim 
həmişəkindən yaxşıdı. Lap korrida öküzü kimi!» - Bunu deyib, qəh-qəhə çəkdi, 
yadına, bir axşam başında yaş dəsmal, burnunu çəkə-çəkə, səssiz televizorun 
qabağında oturub, qətiyyətli ədalarına - Fransadan, Türkiyədən, yaxud İsveçdən 
gələn qəşəng xanımlarla cavansayağı davranmağına baxa-baxa, özü-özünə 
təəccüblənməyi düşdü; bu xanımlardan, heç şeytanın özü də baş açmazdı; onların 
hamısı, indi onun üçün eyni sifətdə idi, bir də ki, o vaxtlardan, bu kadrların 
çəkildiyi günlərdən o qədər vaxt keçmişdi ki, bu qəşəng xanımların arasında 
həqiqətən olub-olmamasını yadına sala bilmirdi, xatırlaya bilmirdi ki, axşam 
qəbulunda göründüyü bu gözəl mundirdə, əlində içilməmiş şampan qədəhi tutan, 
hakimiyyətə gəlməyinin növbəti ildönümünü - on iki avqust, ya on dörd yanvar 
qələbə günü, ya da on üç mart doğum günü şərəfinə – bu tarixlərdən şeytan da baş 
açmaz! – keçirilən ziyafətlərdə görünən bu adam özüdü, ya yox. Onun hakimiyyəti 
illərində belə tarixi günlər o qədər idi ki, indi – çaş-baş qalıb, hansının nə üçün 
olduğunu heç cür yadına sala bilmirdi; bu tarixi günləri xatırlamaq üçün, bir vaxt 
səliqəylə büküb cürbəcür dəlmədeşiyə dürtdüyü, zaman keçdikcə, ona hər şeyi 
xatırlamatğa kömək edəcək kağızlar da kara gəlmədi; o, bu kağızlara arxayın olub 
hər şeyi unutmuşdu deyə, təsadüfən əlinə keçəni oxuyurdusa da, heç nə anlamırdı; 
məsələn, bal gizlətdiyi divar mücrülərinin birindən tapdığı vərəqi höccələyə-
höccələyə belə oxuyurdu: «Ap-re-lin yed-di-si dok-tor Mar-kos de Le-on-un do-
ğum gü-nü o-na hə-diy-yə ki-mi bir ne-çə ya-qu-ar gön-dər-mək la-zım-dır». Xətt, 
sözsüz ki, onunku idi, amma söhbətin kimdən getdiyini, bu doktor Markosun kim 
olduğunu qətiyyən başa düşmürdü və fikirləşirdi ki, insana, öz varlığının 
vəfasızlığından, bədəninin və yaddaşının zəifləməsindən alçaq və eyni zamanda 
ədalətli cəza yoxdu; əslində bunu, Xose İqnasio Saens de la Barranın unudulmaz 
dövründən xeyli əvvəl - hüdudsuz məmləkətinin müxtəlif rayonlarından, kənd və 
qəsəbələrindən gələn kənd sakinlərinin adlarını, familiyalarını, nə vaxtsa bircə-
bircə yadında saxladığı, hamısını üzdən tanıdığı halda, qəfildən, heç kəsi 
tanımadığı, kimin kim olduğunu xatırlamadığını hiss etdiyi dövrlər anlamşıdı; iş o 
 
160


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə