Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/81
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#912
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   81

qocalığın üzüqara xasiyyətini - özünü saxlaya bilməyib batırdığı şalvarlarını o 
birilərdən gizləməkdən ötrü, otağının qapısını kilidləyib təklikdə nahar eləməli 
olurdular. Axırı da bununla qurtarırdı ki, qocalardan qartıyıb lap əldən düşənlərinin 
sonuncu babat köynəyini əyinlərinə geyindirib, orden-medallarını döşünə 
yapışdırıb, bir vaxtlar qoyub qaçdığı ölkəsinin bayrağına büküb, üstündə milli 
himnini oxuyur və bədbəxtləri bir-bir əbədilik dünyasına – qayaların altındakı 
sualtı saraya yola salırıq və yer üzündə bu zavallıdan, artırmada tək-tənha yellənən 
boş çimərlik stulundan savayı heç nə qalmır. «Biz də o stula əyləşib rəhmətliyin 
olan-qalan pal-paltarıyla əylənirik, mənim generalım, siz bu dünyanın işinə baxın, 
o boyda şan-şöhrət, axırda da bu cür ucuz ölüm.»  
Ötən dekabrda, bu sığınacaq hələ təzə-təzə açılanda o, həmin bu artırmaya çıxıb 
birdən-birə Qəraib sahillərinin şəhərlərini - boyunbağı kimi sırayla düzülən Antil 
adalarını gördü. Bu mənzərə həqiqətdən çox yuxuya oxşayırdı. Amma bu, yuxu 
deyildi, çünki yanında dayanan kimsə barmağını dənizə uzada-uzada, inadkar bir 
həvəslə bu mənzərəni ona göstərməkdən yorulmurdu. «Ora baxın, mənim 
generalım, Martinika oradır.» Və o, Martinikanı - bu əsrarəngiz, sönmüş vulkanı, 
ordakı vərəm sanatoriyasını, kilsə sütunları arasında qubernator arvadlarına iri 
qardeniya kolları satan gipür köynəkli nəhəng zənciləri gördü. «Paramaribo isə, 
mənim generalım, ordadır». Onda o, Paramaribonun, cəhənnəmə oxşar bazarını - 
dənizin dibindən borularla sürünüb sahil kafesinin stollarına dırmaşan xərçəngləri, 
horra kimi məd yağışın altında dayana-dayana hind maskaları və imbir kökləri 
satan gombul zənci qarıların ağızlarında bərq vuran brilyant dişləri, Tanaquarene 
çimərliklərində günün altına yayxanan, qızılı inəklərə bənzər qadınları gördü. 
«Xalis qızıldı, mənim generalım!» İkicə reala skripkanın olan-qalan simində çala-
çala ölümün özünü qovan quayyolu kor sehrbazı, Trinikdadenin qızmar 
günortasını, dal-dalı gedən avtomobilləri, fil sümüyündən yonulmuş tumgöz 
mandarin1 fiqurları və təbii ipəkdən köynəklər satılan piştaxtaların qarşısında 
səkiyə çöməlib bayıra çıxan yaşıl paltarlı hinduları gördü. O, eləcə də Haiti 
dəhşətlərini – bu şəhərin küçələrində sümsünən göyərmiş, qotur itləri, səhər tezdən 
səkilərdən yığılıb öküz arabalarında harasa daşıınan me 
 
1 Mandarin – Çin imperatorları sülalələrindən birinin adı. 
 
yitləri, zanbaq işarəsiylə Hollandiyanın yenə buralara qayıtdığından xəbər verən 
benzin anbarlarını, qarlı qışa hesablanmış dəyirmansayağı evlərin şiş qüllələrini, 
şəhərin mərkəzi küçələriylə bir mehmanxanadan o birinə üzən əcayib okean 
gəmisini, Kartaxenanın daşdan hörülmüş tövlələrini, dəmir buxovla əhatəyə 
alınmış limanını, eyvanları, vitse-kral yeməyindən ötrü burnunun ucu göynəyə-
göynəyə qəm-qüssə içində əsnəyən yorğun parad atlarını gördü… «Təzək iyi gəlir
mənim generalım! Möcüzədir! Dünya sərhədsizdir!» Dünya doğrudan sərhədsiz 
idi, həm də məkrli idi. Çünki bu dekabr, general, dağın başındakı sığınacağa, 
oranın bədbəxt sakinləri ilə - ona dünyanın pis üzünü, bədbəxt tərəfini xatırladan 
bu mənfur qocalarla söhbət eləməkdən ötrü yox, həmin o sehrli anı - dekabrın 
soyuq günəşi şəffaflaşan məqam, dənizin mavi sinəsinə salınmış əlvan 
boyunbağını xatırladan Antil tacını, Barbadosdan Verakrusacan uzanan Qəraib 
 
29


şəhərlərinin mənzərəsini görmək üçün gəlirdi. O mənzərə yerində idi, indi bu 
adalar, ay işığının altında sahildə uyuyan timsahlara bənzəyirdi və hər şey yenə 
həmin o oktyabr cüməsinin ala-toranını xatırladırdı. Onda, yadına gəlir, səhər 
tezdən yataq otağından çıxanda bir də baxıb gördü ki, prezident sarayının bütün 
əhlinin başında qırmızı papaqlar var. Sonra gördü ki, otaqları süpürən, quş 
qəfəslərinin suyunu dəyişən arvadların da, ferma sağıcılarının da başında həmin bu 
qırmızı papaqdan var. Qarovulçular da, həmişə pilləkənlər boyu oturan ifliclər də, 
cüzamlılar da bu papaqlardaydılar. Bazar günü şənliyində də, hamı başında bu 
qırmızı papaq, qızılgül kolları arasında gəzişirdi. O gecə general, dünyanın bu düz 
vaxtında nə baş verdiyini heç cür anlaya bilmirdi, bütün şəhər camaatının qırmızı 
papaqlarda, hərənin əlində də bir dəstə şaq-şaqlı oyuncaqla gəzməyinin mənasını 
başa düşə bilmirdi. Uzun üzüntülərdən sonra axır ki, o gün nə baş verdiyini ona 
izah eləyən bir adam tapıldı. «Bura hardansa xaricilər gəlib, mənim generalım, 
onlar ispan dilində danışır*, amma bu, bizim danışdığımız ispan dili deyil, çünki 
onlar dənizə «nə?» yox, «kim?» deyirlər, bizim tutuquşulara «papaqayo», qayığa 
«almadiya», dustaqxanaya isə «asaqay» deyirlər. Biz qayıqlarda dənizə çıxıb 
onların gəmiləri ətrafında fırlananda, onlar dor ağacına qalxıb bir-biriylə qışqıra-
qışqıra, bizim biçimli bədənimizdən, gözəl üzümüzdən danışıb, saçlarımızı 
tərifləyirdilər, saçımızı at saçına bənzədirdilər. Görəndə ki, dərimiz gündən yanıb 
soyulmasın deyə, bədənimizi rəngləmişik, tutuquşu kimi quqquldaşdılar ki, biz nə 
onlar kimi ağıq, nə də generallar kimi qarayıq, bir Allah bilir nə rəngdəyik
dərimizi də tünd qəhvəyi rənglə rəngləmişik, sonra da gülüşdülər, biz də başa 
düşmədik bunlar nəyə gülür, axı, biz tamam lüt idik, mənim generalım, 
anadangəlmə. Əslinə qalsa, gülməli olan, onların özləri idi, o cəhənnəm istisində 
şahzadə kimi altdan geyinib, üstdən qıfıllanmışdılar, «bürkü» sözünü də holland 
qaçaqmalçıları kimi deyirdilər, saçları da arvad saçına oxşayırdı. Aralarında bircə 
qadın belə yox idi, hamısı kişi idi, onlar bizə qışqırırdılar ki, niyə biz adam dilində, 
xristian dilində heç nə başa düşmürük, hərçənd özləri də adam dilində heç nə 
qanmırdılar. Sonra onlar «almadiya» dedikləri qayıqlarda yanımıza üzdülər və 
bizim, ucu sabala balığının sümüyündən düzəldilən avarlarımıza baxıb 
təəccübləndilər. Onlar sabalaya «dişli balıq» deyirlər. Sonra da nəyimiz vardısa, 
hamısını qırmızı papaqlara və şıq-şıq şıqqıldayan oyuncaqlara dəyişdilər. Biz bu 
oyuncaqları boyun-boğazımıza taxıb xarici qonaqları bir xeyli güldürdük. Qalan 
şeylərimizi isə dəmir çax-çaxlara, nimçələrə, güzgülərə, cürbəcür xarici cıncıq-
mıcığa dəyişdilər, mənim generalım və görəndə ki, bunlardan bizə heç bir ziyan 
gəlməz, yavaş-yavaş, onlar da hiss eləmədən, sahilə yan aldıq. Burda da aləm 
qarışdı, nə qarışdı. Bir hay-həşir qopdu, bir bazar açıldı ki, gəl görəsən! Kimin 
əlinə nə keçdisə, eləmə tənbəllik, budu ha, sürütləyib gətirdi. Tutuquşu gətirən 
kim, şokalad, quş yumurtası daşıyan kim… Daşıhadaşı… Onlar da hər şeyi 
məmnuniyyətlə götürüb, əvəzində camaata öz zir-zibillərini soxuşdururdular, hələ 
arada biri, öz məxmər cübbəsini bizim birimizlə dəyişmək istədi ki, aparıb 
Avropada nümayiş elətdirsin. Təsəvvür eyləyirsiniz, mənim generalım?»  
General, çaşqınlıq və həyəcan içində duruxub qalmışdı, nə edəcəyini bilmirdi, bu 
qəribə işə onun qarışmağı lazım idimi?.. Bu işlərin ondan bir asılacağı var idimi? 
Beləcə, çaşqınlıq və həyəcan içində o, prezident sarayına - öz yataq otağına 
 
30


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə