Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/81
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#912
növüYazı
1   ...   15   16   17   18   19   20   21   22   ...   81

olub!» Onların hamısı beləcə, bir-birinin ardınca gedirdi, o isə kədərli üzüylə hər 
biri üçün: «Yazıq!» deyirdi və heç kimin ağlına belə gəlmirdi ki, bütün bu qəfil 
ölümlər bilavasitə onun gizli əmriylə həyata keçirilir. Hər ölən haqqında hörmətlə 
rəsmi xəbərlərdə belə məlumat verilirdi: «vəzifə borcunu yerinə yetirərkən həlak 
olub». Hər biri də xüsusi təntənə ilə milli qəhrəmanların qəbristanlığında dəfn 
edilirdi. «Qəhrəmansız vətən, qapısız ev kimi bir şeydir, senyor!»  
Onda ki, bütün ölkə üzrə, müharibə illərinin od-alovundan onunla çiyin-çiyinə 
keçən generallardan cəmi altısı qaldı, o, onların hamısını – ağac spirtini barıtla 
qarışdırıb içən ən təhlükəli və xəbis general Xasinto Alqarabia daxil olmaqla, 
hamısını bir nəfər kimi öz ad gününə - prezident sarayında qurulmuş qonaqlığa 
dəvət elədi, senyor! «Özümüz olacağıq, – onlara dedi – bizdən, silahdaşlardan 
savayı heç kim olmayacaq! Keçmişlərdəki kimi, silahsız-filansız bir yerə yığışıb 
kef edəcəyik! Hamımız birlikdə, süd qardaşları kimi baş-başa!» Onlar da gəldilər, 
senyor, sövdələşdikləri kimi, silahsız – sursatsız gəlib banket zalına girdilər, amma 
cangüdənlərini də gətirmişdilər, onlar qonşu otaqda oturmuşdular. 
Qonaqlar əliboş gəlməmişdilər, ona cürbəcür gözəl hədiyyələr gətirmişdilər: 
«Hamımızı birləşdirən yeganəmizə!» Onun bu dəvətinə hətta general Saturno 
Santos da səs vermişdi – əfsanəvi Saturno Santos, heç kimə inanmayan, xainqəlbli 
xalis hindu oğlu – qış-yay ayağı yalın gəzən, həmişə də: «əsil kişi ayağının altında 
torpağı hiss eləməlidi.» - deyən Saturno. Həmin qonaqlığa o, arandakı oyuğundan 
çıxıb gəlmişdi. Ora da eləcə ayağı yalın, üstündə əndirəbadi heyvan şəkilləri 
çəkilmiş əcayib pançoda, həmişəki kimi də təmtək, mühafizəçisiz, amma silahlı 
gəlmişdi. Silahı da təhvil verməkdən ona görə boyun qaçırmışdı ki, dediyinə görə, 
bu silah onun üçün döyüş silahı yox, onun əmək alətidi. «O mənə qızılquş 
bağışladı, ana, namuslu döyüş münasibətilə, üzbəüz, mərd döyüşə görə əsil döyüş 
quşu bağışladı. Özüylə arfa da gətirib gəlmişdi, ana… çovğunları yatırdıb bol 
məhsul bitirən müqəddəs arfanı. O arfanı o, sidq-ürəkdən, xüsusi bir incəliklə çala-
çala, yadımıza kövrək müharibə illərini, müharibənin vahiməli başlanğıcını saldı. 
Bu xatirələr, qoturluq gicişməsi kimi canımıza yeridi, burnumuza müharibənin iyi 
də gəldi. Bizi uzaq günlərə çəkib aparan döyüş atı haqqında mahnısıyla lap 
ürəyimizin başını sökdü və biz hamımız cuşa gəlib xorla, ürəkdən oxumağa 
başladıq: «...Körpüdən gözü yaşlı qayıtdım...» Onlar, içinə gavalı basılan 
hinduşkanı, qızardılmış qabanı bircə göz qırpımında gəvələdilər… yedilər, içidilər, 
oxudular. Hər biri də içikini, öz şəxsi flyaqasından içirdi. Bircə general Saturno 
Santosla o heç nə içmirdi və demək olar ki, yemirdilər, çünki onların hər ikisinin 
həyatları boyu dillərinə içki dəyməmişdi, yeməyi də, adətən aclığı öldürmək üçün 
yeyirdilər. Hərbi mahnılarından sonra generallar dostlarının şərəfinə gözləri 
yaşara-yaşara çar Davidin sübh dualarını oxudular, sonra səfir Panelin bir vaxlar 
prezidentə hədiyyə elədiyi «Ad günün mübarək!» mahnısınacan, bütün təbrik 
mahnılarını bir-bir oxudular. Qədim silahdaşlarını – qəm-kədərə batmış qanıqara 
qocanı az qala yalaya-yalaya, anqırışa-anqırışa oxuya-oxuya, elə hey içdilər-
içdilər. Məclis başa çatanda isə, sübhə yaxın o, köhnə kazarma vərdişiylə əlində 
çıraq, bütün sarayı gəzdi, bir-bir otaqlara baş çəkdi, öz döyüş dostlarına bir də, son 
dəfə baxdı: Saturno Santosdan başqa onların altısı da içkinin təsirindən keyləşib 
ağırlaşaraq, bir-birini qucaqlaşıb yatmışdılar. Özləri quru döşəmənin üstünə 
 
39


sərilmişdilər, mühafizəçiləri də yanlarında əyləşmişdi. Bircə Saturno Santosdan 
savayı. Bircə onun mühafizəçisi yox idi. O birilərin mühafizəçiləri isə bir-birindən 
gözünü çəkmirdilər, çünki döşəmədə qardaş kim qucaqlaşıb dərin yuxuya getmiş 
generalların həm də bir-birindən dəhşətli dərəcədə qorxduqlarından xəbərdar idilər. 
Onların hər biri beləcə prezidentdən də qorxurdu, prezident isə öz növbəsində 
onlardan qorxurdu, çünki, belə hesab edirdi ki, iki nəfərin birliyi – artıq qiyam 
deməkdir. O, bir müddət yatanlara baxıb öz yataq otağına yollandı, çırağı qapısının 
yanındakı qırmağa keçirib kilidi üç dəfə açarladı, üç qıfılı bağlayıb üç zənciri çəkib 
üzü üstə döşəməyə düşdü, üzünü balışa basan kimi ovuclarına basıb uzandı və elə 
həmin dəqiqə saray, gecə qarovulunun yaylım atəşlərinin gurultusundan titrəməyə 
gəldi. Bir! İki!.. «Vəssalam… və hər şey səs-küysüz, güllə-baransız, ah-naləsiz, 
birdəfəlik həll olundu!» Və gurultudan sonra qalan, barıtın havadan asıla qalan 
səssiz dumanı oldu. 
Səhəri gün isə yuxudan ayılanda o, bir daha heç kimin və heç nəyin, onun 
möhtəşəm hakimiyyətinə zərrə qədər xələl toxundura bilməyəcəyindən əminliyini 
hiss edib rahatlandı. Əsgərlər ayaqlarını qanlı gölməçələrlə şappıldada-şappıldada 
axşamkı qonaqlığın tör-töküntüsünü təmizləyirdilər, bu dəhşətli hadisədən az qala 
ağlını itirmiş Bendisyon Alvarado başını tutub, əhəngləndikcə qan sızan divarlara 
baxırdı. Divarlar qanla tərləyirdi. Xalıları sulu paltarı sıxan tək, nə qədər burub 
sıxırdılarsa, qanın ardı kəsilmirdi, dəhlizlər boyu qıpqırmızı şırımlarla axır, 
otaqlara dolurdu… Son müharibənin igid qəhrəmanlarının qətlini ört-basdır 
eləməkdən ötrü səylə yuyulub silinən, divarlardan qaşınan qan, azalmaq əvəzinə, 
əksinə, elə bil get-gedə bir az da artıb çoxalırdı. Bu qanlı qətl barıdı rəsmən elan 
olundu ki, müharibə veteranlarını, hansısa naməlum səbəbdən birdən-birə ağıllarını 
itirmiş öz mühafizəçiləri öldürüblər. Daha sonra öldürülənlərin milli bayrağa 
bürünmüş cənazələri qəhrəmanlar qəbristanlığında basdırıldı, dualarını isə 
yepiskopun özü oxudu. Generalların mühafizəçiləri də bu tələdən qaçıb canlarını 
qurtara bilmədilər. Bircə general Saturno Santos canını qurtara bildi. O da ona görə 
ki, Santos həmişə döşündə, onu güllədən zireh kimi qoruyan yeddi müqəddəs dua 
gəzdirirdi, «həm də ona görə ki, senyor, o, iblis idi, istənilən an nəyə istəsən çevrilə 
bilərdi…» Tısbağa da ola bilərdi, gölməçəyə də dönə bilərdi, istəsəydi, lap ildırıma 
çevrilərdi. Prezident buna bir daha, Saturno Santosu, yaquar ovlayan xüsusi ov 
itləri tapa bilməyəndə inandı. Falçı qarının dediyinə görə də belə çıxırdı ki, Saturno 
Santos sağdır:«Budur o, mənim generalım, bax, bu xaç padşah odur.» Onu nəyin 
bahasına olur-olsun tapmaq lazım idi, çünki bircə o hər şeyi korlaya bilərdi, çünki 
bircə o hər şeyi bilirdi. Odu ki, onu gecə-gündüz, aylarla, illərlə axtardılar və 
yalnız günlərin bir günü prezident onu öz vaqonunun pəncərəsindən - müharibənin 
şıdırğı vaxtı bütün şəhər əhalisi federal ordusunun ardınca getdiyi kimi, ev əşyaları 
və mal-qarasıyla bir, uşaqlı-arvadlı Santosun ardınca gedən camaatın arasında 
gördü. Gördü necə adamlar, bu solğun bənizli, əcayib geyimli, cırıq pançosunu 
çiyninə atıb yorğun-arğın yeriyən bu adamın ardınca, yağış başlarına döyə-döyə, 
qocalarını, xəstələrini ipdən hörülmüş həsirlərdə daşıya-daşıya gedirlər. Bu adam 
özünü övliya adlandırmışdı deyə, camaat onun ardınca gedirdi. Burda prezident 
əlini alnına vurub: «Bu ki, odur, lənət şeytana! Bu ki, Santosdur!» - dedi. Bu, 
doğurdan da Saturno Santos idi, özünü övliya elan eləyib etimadını qazanmış 
 
40


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə