Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/81
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#913
növüYazı
1   ...   16   17   18   19   20   21   22   23   ...   81

adamların hesabına - öz sehrli arfasında çala-çala yaşayırdı. Bu, o idi – adamların 
arasıyla, dilənçi kökündə, cırıq pançoda və nimdaş fetr şlayapasında, qaşqabaqlı 
üzüylə addımlayırdı. Bu miskin görünüşü ilə belə o yenə qorxunc görünürdü. 
Onu ələ keçirmək - elə belə asan başa gələn məsələ deyildi. Həmin o gecə 
qonaqlıqdan qaçanda, onu tutmaq istəyən qarovulun ən cəsur və çevik əsgərlərinin 
üçünü də bircə həmləyə başsız qoyan o olmuşdu. Odu ki, prezident qatarı, 
qəbristanlığı xatırladan bu hüznlü çölün düzündə, övliyanın başına yığışmış 
camaatın yanında saxlamağı əmr elədi. Milli bayraq rəngində rənglənmiş qatardan, 
prezidentin əlisilahlı mühafizəçiləri sıçrayanda, camaat göz qırpımında hərə bir 
yana dağıldı, öz əfsanəvi arfasının böyründə oturan Saturno Santosdan savayı 
ortada bircə adam belə qalmadı. Saturnonun əli qılıncının dəstəyini sıxır, bərəlmiş 
gözləri prezident vaqonunun girəcəyinə zilləmişdi. General Saturno Santos, 
vaqonun qapısında peyda olan orden-medalsız, hərbi səhra forması geymiş silahlı 
adamı – öz qan düşmənini görəndə, heyrətə gəldi. Bu adam o qədər qoca, o qədər 
yad idi ki, «elə bil biz yüz il idi görüşmürdük, mənim generalım!» Prezident 
Santosun gözünə yorğun və tənha, qara ciyərinin şıltaqlığından saralmış dərisi və 
sulu gözləriylə xəstəhal göründüsə də, həm də onun qoca vücudundan axan qəribə 
hökmranlıq dalğasını da hiss elədi. Həmin bu dalğanın havasını prezident, bu sayaq 
havaların digər sahiblərinin hesabına - onları bircə-bircə məhv eləyə-eləyə yığıb 
toplamışdı. Odu ki, general Saturno Santos da artıq ölməyə hazır idi, hakimiyyət və 
yenə hakimiyyət ehtirasıyla yanan bu qocanı, heç nəyin və heç kimin saxlaya 
bilməyəcəyini anlayıb, müqavimət göstərmək fikrindən birdəfəlik vaz keçmişdi, 
lakin prezident Santosa öz əlini - manterayya* balığının bədəni kimi yumru və 
yastı ovuclu əlini uzadıb: «Allah köməyin olsun, vətənin şanlı oğlu!..» - dedi. O, 
yaxşı bilirdi ki, qəddi əyilməyən qürurlu düşmənə qalib gəlmək üçün yeganə silah
ona dostyana uzatdığın əldir. Və general Saturno Santos onun qarşısında dizi üstə 
düşüb ayağının altındakı torpağı öpərək: «İcazə verin, əlim silah tutanacan sizə 
sidq-ürəklə və inamla xidmət edim, mənim generalım!» - dedi. Bundan sonra o, 
Saturno Santosu öz yanına xidmətə götürdü, onu öz şəxsi mühafizəçisi təyin edib, 
belə bir şərt qoydu ki, Santos heç vaxt arxcasında dayanmamalıdı. O, stolüstü 
oyunlarını da Saturno ilə birgə, dördəlli oynaya-oynaya, dövlət xəzinəsiylə qaçıb 
gələn diktatorları udmaqla məşğul olmağa başladı. O, bədəni heyvan iyi verən 
ayağıyalın Santosu öz karetində gəzdirir, özü ilə hər yerə - diplomatik qəbullara 
belə aparırdı. Santosun, bəbir iyini andıran qorxunc qoxusundan itlər də hürküb 
kənara çəkilir, səfirlərin xanımlarının halı xarab olurdu. O, yuxusunu qorumağı 
belə Santosun ixtiyarına verib, onu öz yataq otağının qapısı ağzında yatırdırdı. Özü 
isə tənhalıq dolu gecələrlə, kiminsə lap yaxınlıqda yatdığından rahatlanır, onu 
hədsiz qorxudub gecələrlə əziyyət verən, yuxularına daxil olub onunla təkbətək, 
üzbəüz dayanan adamlardan beləcə qorunurdu…  
O, Saturno Santosu uzun-uzadı illər – o biri padaqradan əziyyət çəkdiyindən 
yatağa düşənə qədər, əlindəki arfa susana qədər, Saturno Santos özünü onun 
ayaqlarına yıxıb: «Öldürün məni, general! Bircə sizin buna haqqınız var!..» - 
deyənə qədər, bir az aralıda da olsa, öz yanında saxladı. Sonra da babat təqaüd 
kəsdirib, sədaqətli xidmətinə görə döş nişanı ilə təltif edərək, onu son mənzilinə 
qovuşmaqdan ötrü, anadan olduğu düzənliyə göndərdi. Və hətta Santos, olan-qalan 
 
41


qürurunu tapdayıb, zəifliyini gizləməkdən utanmadan: «Görürsüz, mənim 
generalım, ən qüvvətli kişilər belə, vaxt gəlir, arvad kimi heydən düşüllər, onların 
atabaatasının...» - deyəndə, generalın gözü yaşardı. Bəli, oğlunun prezident 
kreslosuna nəyin bahasına gəlib çıxdığı Bendisyon Alvaradonun yaxşı yadındaydı 
və heç kim, generalın əyər-əskikliyini, dövlət xəzinəsini balaca uşaq şadyanalığıyla 
bərbad hala salmasını, xəzinənin pullarını necə gəldi, uşaqlıq və gənclik çağı 
xərcələmək imkanı olmadığı üçün, necə gəldi, sağa-sola biməsrəf səpələməsini 
onun qədər yaxşı bilə bilməzdi. Odu ki, adamların generalı asanlıqla aldatmaları, 
qiymətlərdən başı çıxmadığından, əllərinə gələni – cürbəcür xarici cıncıq-mıncığı 
ona yüz qatına sırımaqları onu əsəbiləşdirməyə bilməzdi. Axı, bütün bunların əsil 
qiymətini, kim də bilməsə, Allaha şükür, o ki bilirdi... Hər halda, bütün bunlar ən 
azı onun, akvarelləriylə boyanıb bazara çıxardığı quşlardan ucuz idi. Bu ütük 
quşların bu sayaq rənglənib ayrı bir qiyafəyə düşməsi, əməlli-başlı əl qabiliyyəti və 
ustalıq tələb edirdi, ona isə, bu boyda əziyyətinə görə heç kim dörd yüz pesodan 
artıq pul vermirdi. «Sənin bu oyuncaqlarına mənim sözüm yoxdur, amma hər halda 
gələcəyi də fikirləşmək lazımdı. Mən səni, prezidentlikdən gedəndən sonra, 
şlyapanı uzadıb dilənən görmək istəməzdim. Allah eləməsin, əlbəttə, amma bu, bu 
gün də olmasa, bir gün baş verə bilər, onda neyləyəcəksən? Yenə babat müğənni, 
ya arxiyepiskop, ya da heç olmasa, dənizçi olsaydın... Sən generalsan, bircə onu 
bilirsən ki, əmr verəsən: Bir-iki! Bununla dolanmaq olar?..» 
O, oğluna, dövlət işlərinə ayrılmış xərclərdən qalan pulu, gözdəniraq, arxayın bir 
yeri qazdırıb orda gizlətməyi öyrətdi və başa saldı ki, bu gizli yer haqqında heç 
kim heç nə bilməməlidir. Bu pullar isə mütləq – öz ölkələrində taxtdan salınmış 
diktatorlara, unudulub yaddan çıxmış, nə vatsa, bir gün onları vətənlərinə 
qaytarmaq üçün ardlarıyca gələcək doğma gəmilərinin fitinə tamarzı qalmış 
prezidentlərə lazım olan kimi, bir gün ona da, canını götürüb qaçacağı gün lazım 
olacaq: «Qayanın üstündəki o evdə yaşayanları tez-tez yadına sal və unutma ki, 
onlara baxdıqca, bil ki, öz əksini görürsən.» Lakin, general ya qadının sözlərini 
qulaqardına vurur, ya da həmişə dediyini deyirdi: «Heç nə olmaz, ay arvad, 
qorxma, xalq məni sevir!» Bendisyon Alvarado beləcə – kasıbçılıqdan şikayətlənə-
şikayətlənə, bazarda bədxərclik eləyən qulluqçuları söyə-söyə, arada bir, xərcləri 
azaltmaq məqsədi ilə öz naharından kəsə-kəsə yaşayırdı, heç kim də onun, artıq 
çoxdan dünyanın ən dövlətli qadınlarından biri olduğunu üzünə deməyə cəsarət 
eləmirdi. Dövlət səviyyəsində gedən bütün fırıldaq əməliyyatlardan gələn gəlir 
Bendisyon Alvaradonun adına köçürülürdü. O, ucsuz-bucaqsız əkin sahələrinin
saysız-hesabsız mal-qara sürülərinin, tramvay xətlərinin, poçtun və teleqrafın, milli 
suların sahibi olduğundan xəbərsiz idi, bizim ərazinin sularına düşüb çaylarımızla 
üzən hər gəmidən alınan gömrüyün belə, onun adına köçürülməsini bilmirdi. 
Bendisyon, bütün bu işlərlə yanaşı, oğlunun da, artıq onun təsəvvür elədiyi kimi, 
cürbəcür oyuncaqlardan heyrətə gələn böyük uşaq olmadığından xəbərsiz idi. O, 
oğlunun hələ o lap çoxdannan, mal-qaranın kəsilməyinə belə vergi qoymasından və 
bu vergilərin qəpiyinəcən, onun şəxsi büdcəsinə axmasından, vəzifələrəə rüşvətlə 
adam təyin eləməyindən, kiminsə vəzifəsini artırmaq səbəbiylə aldığı külli 
miqdarda puldan, əlaltılarının vaxtaşırı ona əlaltdan ötürdükləri bahalı 
hədiyyələrdən, lotereya oyunlarını belə onun mənafeyinə işləyən xüsusi 
 
42


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə