Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman



Yüklə 5,01 Kb.

səhifə21/81
tarix20.09.2017
ölçüsü5,01 Kb.
növüYazı
1   ...   17   18   19   20   21   22   23   24   ...   81

mexanizmlə - xırda incəliklərinəcən qurularaq, ordan ağlasığmaz məbləğdə pullar 
udmasından da xəbərsiz idi. 
Bu lotereya əməliyyatını o, özü üçün düzəltdiyi yalançı ölüm tamaşasından sonra - 
Böyük Qalmaqal dövründə işə salmışdı, senyor. Həmin o dövr isə bu adı, 
çoxlarının zənn eləiyi kimi, Müqəddəs Eraklio gecəsi yerin altıyla yeriyib, bütün 
ölkəni lərzəyə gətirən cəhənnəm zəlzələsinə görə yox, o illər hər yerdə hay-həşirlə 
bünövrələri qoyulan müxtəlif tikintilərə görə qazanmışdı. Bünövrələri yenicə 
qoyulan bu binalar «dünyaəhəmiyyətli möhtəşəm tikintilər» elan olundularsa da, 
heç birinin tikintisi axıracan başa çatdırılmadı, amma hay-küyü çox olurdu, senyor. 
O vaxt onun belə bir adəti vardı ki, dövlət şurasının üzvlərini sarayda yox, siesta 
saatlarında, anasının tamarin budaqları arasında itib-batan malikanəsində yığırdı. 
Yelləncəyin ətrafına yığışıb, öz mahud cübbələrində istidən buğlanan seyrək bığlı 
boşboğazları, selluloid yaxalıqlarında boğulan zəhləsigetmiş çərənçi nazirləri orda 
yelləncəkdə gözüyumulu uzanıb yellənə-yellənə, üzünü şlyapasıyla yelləyə-yelləyə 
dinləyirdi. Onlar hey zəvzəyir, o isə onların səsini, həyətdə toyuqların ardınca 
cuman xoruzların qanadlarının şappıltıları içində əridə-əridə, qonşuluqda nəfəs 
dərmədən: «Susanna, yanıma gəl, Susanna!» oxuyan qramafonun səsinə, 
cırcıramaların cırzıltısına qulaq asa-asa mürgüləyir, bunu görən nazirlər hörmətlə 
səslərini kəsir: «Sakit, general yuxuya getdi!..» - deyib aradan çıxmaq istəyəndə o, 
xorultusunu kəsmədən, gözünü açmadan: «Davam eləyin, eşidirəm!» - deyirdi və 
onlar, general siesta saatının canüzən mürgüsündən ayılıb: «Boş söhbətlərdi. 
İçinizdən bircə nəfər ortaya iş qoydu: o da səhiyyə naziri, mənim yerlim. Hə, ayrı 
sözünüz yoxdu ki? Di dağılışın, boşboğazlıq bununla da sona yetdi». – deyərək, 
iclası yekunlaşdıranacan sözlərinə davam edirdilər. Ən zəruri dövlət məsələlərini 
isə o, öz şəxsi köməkçiləri ilə - nahar vaxtı, bir əlində nimçə, o biri əlində qaşıq, 
otağın içində var-gəl eləyə-eləyə müzakirə edirdi. Bir çox məsələləri isə o, yolüstü, 
məsələn, pilləkəni çıxa-çıxa həll eləyirdi, bəzən də heç həll eləmirdi, elə ağzının 
içində öz-özünə: «Nə istəyirsiniz eləyin, onsuz da buranın yiyəsi mənəm.» - deyə-
deyə ötüb gedirdi. Onu sevirdilər, ya sevmirdilər, onu ən az maraqlandıran bu idi. 
Bu barədə söz düşəndə o, üzünü turşudaraq:«Boş şeydi» - deyirdi. O tez-tez 
müxtəlif ictimai tədbirlərdə görünür, qırmızı lentləri hər yerdə şəxsən özü kəsir, ən 
təhlükəsiz vaxtlarda belə çəkinib getmədiyi yerlərə gedir, canını təhlükəyə məruz 
qoya-qoya, özünü camaata göstərirdi: «Heç nə olmaz!» - deyirdi. Qalan boş 
vaxtlarını isə o, öz yerlisi - səhiyyə naziri ilə və general Rodriqo de Aqilarla 
saysız-hesabsız domino oyunlarına sərf eləyirdi. Təkcə bu iki nəfər ona kiminsə 
həbsdən buraxılması və ya kiminsə ölüm hökmünün ləğv edilməsi barədə ürək 
eləyib ağız aça bilərdi. Gözəllik ilahəsi Manuela Sançesi qəbul eləməyi barədə də 
təkcə bu iki nəfər ona ağız açmağı qərara almışdı... 
Manuela Sançes, sadə xalq içindən çıxmış gözəl bir qız idi. Onu, İt döyüşü 
məhəlləsinin üfunət bataqlığı içində bitmiş ecazkar gülə bənzətmək olardı. Bu 
məhəllənin itləri bir dəqiqə dincəlmək bilmədən, bir gün bir-biriylə yola getmədən, 
gecə-gündüz elə boğuşurdular ki, milli qvardiyanın əsgərləri belə bu tərəflərə ayaq 
basmağa ürək eləmirdi... Qvardiyaçılar bir də ona görə bura ayaq basmağa ürək 
eləmirdilər ki, buralara ayaq basanların göz qırpımında soyulmağından, 
maşınlarının sökülüb hissə-hissə daşınmağından xəbərləri vardı. Bu elə bir 
 
43


məhəlləydi ki, içində ətli-canlı bir eşşək azsaydı, ordan o eşşəyin əvəzinə bir çuval 
sümük çıxardı. İt döyüşü məhəlləsinin yolları o qədər dolama-dolaşıq idi ki, baş 
çıxarmaq olmurdu və həmin bu dolama-dolaşıqlığın içində neçə-neçə dövlətli 
ailənin uşaqları yoxa çıxmışdı. «Orda onları öldürüb qızardırlar, mənim generalım, 
sonra da aparıb bazarda, qızardılmış kolbasa yerinə satırlar, təsəvvür eləyirsiz?!...» 
Manuela Sançes isə – gözəllik ilahəsi Manuela Sançes məhz bu məhəllədə doğulub 
böyümüşdü. Zibillik bənövşəsi! – «Bu qızın gözəlliyi bütün ölkəni sarsıdıb, mənim 
generalım!» Bu söhbət generalı elə maraqlandırdı ki, o: «Əgər o, doğurdan elə 
qeyri-adi gözəldirsə, onda mən nəinki onu qəbul edərəm, onunla bir tur vals da 
oynayaram. - dedi. – Cəhənnəmə, qoy qəzetlər nə istəyirlər yazsınlar, belə şeylər 
qara camaatın xoşuna gəlir». Lakin həmin axşam - Manuela Sançesi qəbul 
eləyəndən sonra o, general Rodriqo de Aqilara açıq təəssüf hissi ilə dedi ki
kasıbların bu tərifli kraliçası Allahın bir tur valsına də dəyməz. Dedi ki, bu, vur-tut 
İt döyüşü məhəlləsində yaşayan yüzlərlə Manuela Sançeslərdən biri – adi, ortabab 
bir qızdı: «Büzməli ipək paltarıyla, saxta daşlı qızılı tacıyla, əlindəki qızılgülüylə 
bir yerdə!.. İtaparan olsun, dediklərini də elədim. İki şey xahiş elədi məndən: İt 
döyüşü məhəlləsinə su və işıq çəkdirdim. Ona onu da dedim ki, yanıma bir də 
xahişlə-filanla gəlməsin. Sümsük adamlardan zəhləm gedir. Bu cür ütüklərlə heç 
danışmaq düzgün deyil!» O bunu deyib, domino partiyası başa çatmamış ayağa 
qalxdı, qapını çırpıb çıxdı, saat səkkizi vuranda isə fermada peyda oldu, inəklərə 
yem verib, quru təzəkləri saraya daşımağı əmr etdi, sonra şam yeməyinə yollandı 
və adəti üzrə əlində nimçə o yan-bu yana var-gəl eləyə-eləyə, qızardılmış ətlə 
lobya, düyü və platan yarpaqlarından düzəldilmiş salatını yeyə-yeyə, sarayda hər 
şeyin yerli-yerində olduğunu yoxlamağa, saray darvazalarının keşiyindən tutmuş
yataq otağının qapısında duran qarovulacan, hamını bir-bir saymağa başladı və 
öyrənib biləndə ki, onların sayı lazım olan qədər – on dörd nəfərdir, onda şəxsi 
qarovulun yerində olub-olmadığını da yoxladı və ondan da arxayın olanda, görəndə 
ki, qarovul sarayın birinci girişində domino vurur, onda qızılgül kollarının altında 
yatan cüzamlı xəstələrə, pilləkənlərdə yuxuya gedən ifliclərə də baş çəkdi və şam 
yeməyini açıq pəncərələrdən birinin məhəccərinə qoyub, özünü yarıqaranlıq, 
üfunətli qadın yataqxanasına saldı, üç qadının öz bicləriylə yatdığı çarpayının 
yanında peyda oldu, özünü bu üfunətli bədən yığnağının arasına salıb, ona 
maneəçilik törədən iki başı və üç cüt ayağı qırağa çəkib arvadların birini 
qamarladı. Nə generalın cənginə keçən qadın, nə də onun yanında yatan o biri 
qadınlar yuxudan ayılmadılar. Arada o biri çarpayılarda yatan yuxulu qadınların 
səsi eşidilirdi: «Bir az yavaş, mənim generalım, elə fısıldamayın, uşaqlar qorxar».  
Bundan sonra o, saraya qayıtdı, iyirmi üç pəncərənin iyirmi üçünün də cəftələrini 
bir-bir yoxladı, cücüləri qovmaq üçün dəhlizdə təzə təzəkdən ocaq qaladı. 
O, bu təzəkləri, vestibüldən tutmuş otaqlaracan, bir-birindən beş metr ara qoya-
qoya yandırır, tüstünü ciyərlərinə çəkə-çəkə, uzaq, tumançaq uşaqlıq illərini 
xatırlayırdı... Belə də uşaqlıq illəri olardı?.. Əgər bu illər, onun ciyərlərinə tüstü ilə 
bir dolub, bir dəqiqədən sonra tüstü ilə də bir canından çıxırdısa, bu necə illər 
idi?!.. Sonra o, otaqların işıqlarını bir-bir söndürə-söndürə vestibülə qayıtdı, quş 
qəfəslərinin üstünə örtüklər sala-sala saydı: «Qırx səkkiz ədəd olmalıdır.» Onlar 
düz qırx səkkiz ədəd idi, lakin bununla da generalın ürəyi soyumadı, əlində çıraq, 
 
44




Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   81


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə