Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/81
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#913
növüYazı
1   ...   29   30   31   32   33   34   35   36   ...   81

zərbədən elə sarsılmışdı ki, nə baş verdiyini dərk eləmirdi… şırnaqları göydən yox, 
yerlə üfqi vəziyyətdə fışqıra-fışqıra gələn selin su şırımları nəriltiylə üstünə 
töküldü; balkonları, vulkan bombaları kimi partladaraq, uçurdu… fırtınanın, 
dənizin sualtı cəngəlliklərindən qaldırdığı əcaib canlılar havada qövs cızaraq 
şappıltıyla yerə dəydilər… lakin o, bu fəlakətin miqyası və nəticələri barədə 
düşünmürdü; qasırğanın xaosunda o, qəlbinin, kin və bədxahlıq ədvası dadan 
tamından həzz almağındaydı:«Haradasan, lənətə gəlmiş Manuela Sançes, şeytan 
qızı, harada gizlənmisən? Qisasımın qasırğasından harada nicat tapırsan?!» Qasırğa 
yatandan, sakit və mülayim havayla əvəz olunandan sonra isə, dövlət şurasının 
iclas salonundan, prezidentin, öz yaxın köməkçiləriylə oturduğu avarlı gəmicik 
çıxdı və şəhəri xarabalığa çevirən bulanıq, lehmə suyun üzüylə üzdü; karetlərin 
saxlandığı tikilinin yanından ötdü, palmaların ucları və de Armas meydanındakı 
fənər dirəklərinin işıqları arasından burula-burula getdi… burda, bu lal sularda, 
kilsə günbəzlərinin ətrfında bitmiş bu kiçicik göldə bizim generalın ağlına ildırım 
çaxıntısıyla ani bir fikir gəldi… qəfildən anladı ki, bu hakimiyyəti ilə o, heç vaxt 
ali qüdrətə sahib olmayacaq… çünki dünyada elə şeylər var ki, ona tabe deyil, 
onun gücündən xaricdədir, bu fikir ona möhkəm yer elədi və o, uzun müddət bu 
düşüncənin əsarətindən azad ola bilmədi… gəmicik isə öz işindəydi, kilsələrin 
künc-bucaqlarına dəyə-dəyə irəliləyirdi, gah zil qaranlıqda gözdən itir, gah əksi, 
pəncərə şüşələrinin şəbəkələrində gəzişir, gah da adda-budda görüntülərlə kilsənin 
zümrüd daşlarının, qızılı naxışlarının işartısında sezilirdi; diri-diri basdırılmış vitse-
kralların, dərddən ölmüş arxiyepiskopların qəbir daşları sönük bir ilğımlarla işarır, 
Böyük Admiralın boş sərdabəsi - üzərində üç karavella həkk edilmiş sarkofaqının 
qraniti parıldayırdı… o, bu məqbərəni bu məqsədlə tikdirmişdi ki, arzu etdiyi 
təqdirdə Böyük Admiralın sür-sümüyü bizim ölkədə uyusun; mehrabın arxasında 
əmələ gəlmiş kanalla üzüb kilsənin iç həyətinə çıxdılar; bura, işıqlı akvarimua 
oxşayırdı, hörgülü dibində balıq sürüləri o baş-bu başa şütüyür, suyun içinə 
düşmüş günəbaxan zoğlarını yeyirdilər; avarlı gəmicik daha sonra zahidlərin 
ürəksıxan məskəninə - biskay rahiblərinin monastırına sarı yönəldi və gəmidə 
oturanlar, suyun altında qalmış boş hücrələri, hovuza çevrilmiş musiqi salonunun 
ortasında klavikordların səssizcə yırğalandığını, lal su qatının altında qalmış 
monastr yeməkxanasında isə onlar qızları - monastrın bütün rahiblərini gördülər… 
onların hər biri öz yerində, uzun masanın arxasında oturduqları yerdə boğulub 
ölmüşdü; gəmi, eyvanın girəcəyindən keçib monastrı tərk eləyəndə isə hamı 
heyrətlə baxıb gördü ki, şəhərin yerində, mavi səmanın altında nəhəng bir göl 
ləpələnir. «Olsun ki, qasırğa məni, «Manuela Sançes» adlı əzablardan qurtarmaq 
üçün qopmuşdu, lənət şeytana, bu Allah-təalanın necə də vəhşi üsulları varmış… 
Onunla müqayisədə biz quzuymuşuq!..» 
O, şəhəri iəində dəfn eləmiş bulanıq gölə – üstü, ölü toyuqlarla örtülmüş ucsuz-
bucaqsız sulara, üzərində yalnız kilsə künbəzinin, bir də mayak fənərinin 
göründüyü bulanıq sulara, bölgə vitse-krallarının daş saraylarının günəşli 
eyvanlarına məmnuniyyətlə tamaşa edirdi; bir vaxtlar qul alveri gedən liman 
ərazisində, qasırğadan xilas ola bilmiş bir ovuc adamın sığındığı adda-budda 
adacıqlar gözə dəyirdi; adamlar, böyürlərindən asta-asta üzüb ötən avarlı gəmiyə, 
onun, Sarqas dənizinin qırmızımtıl sıx yosunlarının arasıyla üzürmüş kimi, gölün 
 
67


üzünü başdan-başa örtmüş toyuq ölülərini yara-yara keçib getməsinə inanılmaz bir 
təəccüblə tamaşa edirdilər; lakin budur, adamlar, milli bayraq rəngində olan bu 
Nuh gəmisində oturmuş şəxsi axır ki, tanıdılar, onun kədərli gözlərini, qanı qaçmış 
dodaqlarını gördülər, göylərin təmizlənməsi, günəşin işıq saçması naminə dörd bir 
tərəfə xaç çəkən tanış əli gördülər. «Və o, suda batıb boğulmuş toyuqlara da nəfəs 
verdi, sulara, aşağı çökməyi buyurdu və sular çökdü!» Və kimsə, kilsə zənglərinin 
şadyanalıq dolu harayına, gurultulu bayram atəşfəşanlığına başlamaq və qasırğa 
əjdahasını qaçırmış insanı öz mahnılarıyla şərəfləndirmək üçün de Armas 
meydanına toplaşmış izdihamın hay-həşirinin sədaları altında, onun qoluna girib 
eyvana sarı apardı. «Axı bu dəqiqə xalq, hər şeydən əvvəl, məhz sizin mübarək 
sözünüzü, onlara ruh verəcək nitqinizi eşitmək istəyir!» O, dartınıb, müsahibinin 
əlindən qurtulmaq istədisə də, qurtula bilmədi və bircə andan sonra sarayın 
eyvanın dayandığını və minlərlə ağızdan yekdil sədayla göylərə ucalan bağırtıları 
eşitdi: «Yaşasın əsl kişi!» - və bu yekdil səda qasırğa kimi canına işlədi… bütün 
hakimiyyəti boyu bu şəhərin önündə, kütlə qarşısında niyəsə həmişə özünü 
köməksiz duymuşdu, indi də beynindən ildırım kimi bir qəddar fikir keçdiki, heç 
vaxt onun, adi xalq kütlələrindən ibarət olan bu dibsiz uçurumun qarşısında beləcə 
- bütün vücuduyla, qorxusuz-hürküsüz dayanmağa cəsarəti çatmayıb və bundan 
sonra da çatmayacaq… 
Bizlər – aşağıda, de Armas meydanında dayananlar, həmişəki kimi, yenə nə isə 
ağlasığmayan, irreal bir mənzərənin şahidi olduq; biz, başı üzərində müqəddəslik 
oreolu hələ də işaran, ağ kətan libaslı qocanın sehrli simasını görə bildik; qoca, 
dayandığı eyvanın yüksəkliyindən bizə səssizcə xeyir-dua verib, dərhal da qeyb 
oldu; lakin bizlər üçün bu ani görüntü də kifayət idi; ən əsas o idi ki, o – orda öz 
yerindədir, gecə-gündüz yorulmadan keşiyimizi, qayğımızı çəkir, o həmişə 
bizimlədir; o isə, anası Bendisyon Alvarado, balqabaqdan düzəldilmiş nimçədə 
mais dənini arıtlayarkən, şəhərkənarı malikanəsinin patiosunda ucalan tarixi 
tamarinlərin kölgəsi altında, hörmə yelləncək-kresloda əyləşərək, əlində, limonad 
dolu stəkan, gözlərini yumub, nə haqdasa düşünə-düşünə, arıtlanıb təmizlənən 
mais toxumlarının xışıltısını dinləyirdi; qızmar ilğımın titrədiyi günortanın saat üç 
radələrində o, hələ də yelləncək-kreslosunda əyləşmişərək, istinin arasından 
anasını seyr etməyindəydi. 
Bendisyon Alvarado isə yan-yörəsində hərlənən toyuqlardan, sayıqlığını itirənini 
cəld hərəkətlərlə qamarlayıb qoltuğuna sıxa-sıxa, bir qədər nəvazişlə quşun 
boynunu geriyə qarır, eyni zamanda oğlunu dilə tuturdu ki, bu gün saraya getməyə 
tələsməsin. «Bütün günü fikir eləyirsən, dilinə heç nə dəymir, axırda vərəm 
tutacaqsan!» Anası, qoltuğunda çabalayan toyuqla onu tamaha sala-sala yalvardı 
ki, axşama qədər qalsın, yaxşıca şam eləsin; o da axırda buna razı oldu: «Di bəsdi, 
ay arvad, yaxşı, qalıram.» -o, dedi və yelləncək-kreslosunda aramla yellənə-
yellənə, qazanda qaynayan toyuğun incə ətrini ciyərlərinə çəkə-çəkə, talelərimizi 
düzüb qoşmağa başladı. Biz bilirdik ki, bu dünyada mövcudluğumuzun yeganə 
təminatçısı odur, o var, o, öz otağındadır, vəba da, qasırğa da, hətta zamanın özü də 
onun önündə acizdir, onun varlığı duyulmayan həyatı təsəvvürə gətirmək belə 
mümkün olan iş deyildi… o, bizim rifahımız, bizim saədətimiz naminə dərin 
qayğılara qərq olmuş Məsihdi; bilirdik ki, o, heç vaxt bizim ziyanımıza iş görməz, 
 
68


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə