Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/81
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#913
növüYazı
1   ...   30   31   32   33   34   35   36   37   ...   81

axı bizə nə lazım olduğunu da, dəqiqdən dəqiq o bilirdi və bildiyi üçün də, məhz 
elə buna görə, indiyəcən çərxi-fələyin gərdişlərinə davam gətirə bilmişdi; onun 
ölçü meyarı biz idik, bəli, bizə nəyin gərək olub-olmadığı məhz o bilirdi; nəyin 
sərfəli, nəyin sərəfsiz olduğunu bizim hamımızdan yaxşı bilirdi; ölkənin uzaq şərq 
sərhədinə – üzərində vətənin ərazi bütövlüyü uğrunda həlak olmuş sonuncu əsgərin 
adı, doğum və ölüm tarixi həkk edilmiş tarixi daşın olduğu yerə səfərdən sonra 
onun bu biliyi bir az da möhkəmlənmişdi… - «Ana, mən axır ki, gedib oralara çıxa 
bildim!» O, həmin yerə çatanda, dincini almaq üçün həmin o tarixi daşın üstündə 
oturdu və sərhədin o biri tayında, qonşu məmləkətin ərazisində yerləşən, başı 
üzərindən soyuq yağış əskik olmayan, hisli-paslı dumana bürünmüş ürəksıxan 
şəhəri seyr eləməyə başladı; o, soyuq şəhərə baxır və küçələrdə şütüyən 
tramvayları, tramvayların salonlarında zövqlə geyinmiş adamları, kiminsə 
təmtəraqlı dəfn mərasimini görürdü: katafalkın arxasınca, başı lələkli perşeronlar* 
qoşulmuş karet düzümü hərəkət edirdi, o baxır və kilsənin sütunlu eyvanında 
qəzetlərə bürünərək yatmış uşaqları görür və təəccüblənirdi: «Lənət şeytana, burda 
nə qəribə adamlar yaşayır?! Olmaya bunların hamısı şairdi?..» Lakin kimsə 
böyürdən: «Heç də yox, mənim generalım, bunlar şair-zad deyil, kübarlardır, bu 
ölkəni onlar idarə edir». – dedi. Həmin səfərdən o, əla əhval-ruhiyyədə qayıtmışdı, 
çünki özü üçün kəşf eləmişdi ki, dünyada heç bir yer, ona hədsiz həzz verən 
xarlamış quayyavo** meyvəsinin ətriylə, doğma şəhər-kəndlərin hay-küylü 
basabası ilə müqayisə edilə bilməz, bu dünyada heç nə, günəşin qürub çağında 
qəlblərə çökən sirli qüssə və xiffət duyğusunu əvəz edə bilməz və o, bir də bu 
yoxsul ölkənin hüdudlarından kənara qədəm basmayacaq, ona görə ki… 
düşmənlərinin dediyi kimi kreslosunu itirməkdən qorxur, - «Ona görə ki, ana, 
insan - öz meşəsində bitən ağacdı, ona görə ki, insan elə bir heyvandı ki, öz 
yuvasını yalnız bir halda – özünə yem tapmaq üçün tərk edir». 
O, bu sözləri əslində, öz-özünə ölümqabağı - tövbə səmimiyyətiylə deyirdi, 
siyestanın mürgülü saatlarında isə bu barədə sadəcə düşünür, uzaq-uzaq illərin 
arxasında qalmış əski avqust gecəsini – hakimiyyətpərəstliyin də bir həddi 
olduğunu, öz ölkəsini idarə etməkdən o yana olan hansısa ayrı bir iddiası 
olmadığını etiraf eləməyə məcbur olduğu gecəni xatırlayırdı; bu, həmin o axşam - 
kabinetinin bürkülü alaqaranlığında qəbul etdiyi gənc əcnəbi ilə – coşqun azadlıq 
mübariziylə söhbəti zamanı ona məlum olmuşdu; bu, şöhrətpərəst niyyətlərlə 
yaşasa da, əbədi tənhalığa məhkum edilmiş utancaq bir oğlan idi… onun bu 
məhkumluğunu dərhal sezmək olurdu, çünki elə insanlar var ki, artıq doğulduğu 
günündən yalqızlıq damğasını daşıyır; gənc fədai qapının ağzında tərpənməz 
dayanmışdı, irəli keçməyə ürək eləmirdi, çünki gözləri hələ, günün bu qızmar 
çağında qlisiniyaların*** məxsusi, kəskin ətir saçdığı alaqaranlığa alışmamışdı, bir 
neçə dəqiqədən sonra o, nəhayət ki, kresloda əyləşmiş qocanı gördü – qocanın sol 
yumruğu masanın üstündəydi, prezident, bu sadə və solğun görkəmiylə, rəsmi 
təsvirlərindən yer-göy qədər fərqlənirdi; kabinetdə keşikçilər yox idi, qoca, silahsız 
idi, köynəyi tərdən islanmışdı, başının ağrısını ovutmaqdan ötrü gicgahlarına şalfet 
yarpağı yapışdırılmış adi bir bəndə idi… «Gəncliyimin qibləgahı, ən işıqlı 
ideallarımın canlı mücəssəməsi olan bir adamın, içinəcən pas atmış bu qoca 
olduğunu dərk etməkdə çətinlik çəkirdim!» Nəhayət, gənc mübariz masaya 
 
69


yaxınlaşdı, işgüzar adamın cingiltili və aydın səsiylə özünü təqdim etdi, qoca da öz 
növbəsində süst yepiskop əlini uzadıb onunla xoşyana görüşdü və həyəcanlı nitqlə, 
onun gözləri qarşısında bəşəriyyətin xöşbəxtliyinin sehrli mənzərələrini yaradaraq, 
bu amansız müharibədə, Alyaskadan tutmuş Pataqoniyaya qədər, bütün 
mühafizəkar rejimləri birdəfəlik devirmək üçün ondan siyasi kömək və silah 
istəyən gənc əcnəbini, getdikcə artan bir heyrətlə dinlədi: «Lənət şeytana, axı, sən 
nə üçün başını bu cəncəlli işə soxursan? Axı, nəyin naminə özünü qurban vermək 
istəyirsən?!» Bu suala gənc əcnəbi duruxmadan qətiyyətlə belə cavab verdi: 
«Vətənimin şərəfi naminə, zati-aliləri! Vətən naminə! Onun uğrunda ölmək - 
böyük səadətdi!» Onda o, gəncə, rəhm edərək, öz kədərli təbəssümüylə belə 
söylədi: «Sarsaqlama, bala, yer üzündə bir vətən var – həyat!» Və sol yumruğunu 
açıb ovcundakı şüşə kürəciyi ona göstərdi: «Bax, bunu görürsən? O ya var, ya 
yoxdu və bunun sahibi yalnız o şəxs ola bilər ki, bu əşya onda olsun, oğlan! Həyat 
və vətən məsələsi də belə bir şeydi!» 
O bunu, qonağı kabinetdən çıxara-çıxara, əliylə onun kürəyinə astaca vura-vura 
söylədi və onu beləcə, heç bir şey - çürük qoz belə vəd eləmədən, kabinetindən 
yola saldı və gənc əcnəbinin arxasınca qapını örtən yavərinə:«Bu uşağa dəyməyin
aydındır? Onu heç izləməyin də… boş yerə vaxt itirmiş olarsınız. O, təhlükəli 
deyil, əlindən də heç nə gəlmir, boş-boşuna xoruzlanır, beçə kimi, lələklərinin dibi 
gicişir». Bir çox illərdən sonra, qasırğanın ötüşməsi münasibəti ilə siyasi 
dustaqlara amnistiya, sürgün olunanlara (beyni olanlardan savayı) - vətənə 
qayıtmaq icazəsi verilən zaman da o, bunabənzər fikir söyləmişdi: «Bu adamlara, 
heç vaxt vətənə qayıtmağa icazə vermərəm, cins xoruz tüklənəndə lələklərinin dibi 
gicişdiyi kimi bunlarda belə gicişirlər. Özləri də heç nəyə yaramırlar, nəyə 
yarasalar da, inandırıram sizi ki, siyasətçilərdən, keşişlərdən də iyrəncdilər. 
Qalanları isə qoy qayıtsın… hamı - dərisinin rəngindən asılı olmayaraq, ölkə 
quruculuğu, onları bir cərgədə birləşdirə bilər!» Hakimiyyət, əvvəlki kimi, tamam-
kamal onun əlində idi - hərbi qüvvələr onu sözsüz dəstəkləyirdilər, ələlxüsus, o, 
ərzaq və dərman partiyalarını, həmçinin, sosial təminat fondundan daxil olan 
vəsaitləri – bir sözlə, təbii fəlakətdən zərərçəkənlərə yardım məqsədilə xaricdən 
göndərilən nə varsa, hamısını ali komandanlığın arasında bölüşdürdükdən sonra 
onun hər bir əmrinə müntəzir idi; nazirləri, onun bir sözünü iki eləmirdi, çünki 
ailələri ilə birlikdə, istirahət günlərini Qızıl Xaç cəmiyyətinin hərbi-səhra 
qospitallarının çimərliklərində keçirirdilər; deyək ki, xarici ticarət nazirliyi, 
xaricdən müftə alınmış qan plazması və tonlarla quru südü səhiyyə nazirliyinə 
satır, bu nazirlik də aldığını, yoxsullar üçün xəstəxanalarda xırıd eləyirdi; baş 
qərargahın zabitləri isə öz ehtiyaclarını, səfir Uorrenin, bizim ərazi sularımızda 
qeyri-məhdud balıqçılıq etmək hüququ əvəzinə, öz ixtiyarımıza verdiyi əlahiddə 
istiqraz vəsaitlərinin hesabına həyata keçirilən bərpa işləri üzrə proqram 
çərçivəsindəki ictimai tikintinin podratları hesabına təmin edirdilər. «Əşi, 
cəhənnəmə ki, qoy köpənəcən basıb yesinlər!» - deyə o, həmin gün yola saldığı və 
o gündən sonra heç kimin görmədiyi gənc xəyalpərvərlə söhbətini, ona, ovcundakı 
rəngli şüşə kürəciyi - kanikanı göstərməyini, ona, «bu kimdə varsa, o, onda var…» 
- deməsini xatırlayırdı. O, ölkədə gedən bərpa işlərindən ruhlanmışdı, bu məsələ ilə 
şəxsən özü məşğul olur, ən kiçik detalların belə mahiyyətinə varır, hakimiyyətinin 
 
70


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə