Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/81
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#913
növüYazı
1   ...   31   32   33   34   35   36   37   38   ...   81

ilk illərində olduğu kimi, hər şeyi təkbaşına özü həll edirdi: seldən sonra lehmə 
palçıqla örtülmüş şəhər küçələrində qəfildən bataqlıq çəkmələrində və şlyapada 
peyda olur, şəhərin, onun niyyətlərinə uyğun şəkildə bərpa edilməsini göz 
qoyurdu; istədiyi o idi ki, şəhər – suyun altında qalıb boğumuş bir yalqızın yuxuda 
görə biləcəyi şəkildə dirçəldilsin, o, zavallı yalqızın yuxusun gördüyü həmin şəhəri 
– millət atasının şöhrətini göylərə ucaldacaq əzəmətli, qənirsiz şəhəri, ovcunun içi 
kimi, apaydın təsəvvür edir, inşaatçılara öz göstərişlərini verirdi: «Bu qülləni iki 
metr də ucaldın ki, oradan okean gəmilərini görmək mümkün olsun…» - və dərhal 
qülləni iki metr ucaldırdılar; əmr edirdi: «Bu çayın axarını əks səmtə çevirin…» - 
bu buyruq da dərhal yerinə yetirildi; o artıq melanxoliya ilə qəm-qüssənin nə 
olduğunu unutmuşdu, başı tikintiyə elə qarışmışdı ki, bir an belə dincəlmək 
bilmirdi; dövlət işlərindən o qədər uzaqlaşmışdı ki, uşaqlarla bağlı problem barədə 
eşidəndə, elə bil başına qaynar su əndərdilər. «Bəs bu uşaqları neynəyək?» - 
huşsuzluğu üzündən ondan soruşan yavəri bu sualı verməyəydi kaş. Lakin sual 
verilmişdi və bu sualı eşidən generalın elə bil başına qaynar su əndərmişdilər, o, 
sanki indicə göydən düşübmüş kimi: «Lənət şeytana, nə uşaq, hansı uşaq?!» ¬- 
deyə soruşmuşdu Bu yerdə o, uzun müddət ondan gizlədilən bir şeyi eşidib 
öyrəndi. Demə, növbəti lotereya tirajı keçirilərkən, torbadan lotereya biletləri 
çıxaran uşaqlar ordu kazarmalarında həbsdə saxlanılırlar, çünki ehtimal olunur ki
uşaqlar dillərini dinc qoymaya və lotereya oyunlarının daimi qalibi olan 
prezidentin qələbəsinini sirrini açıb söyləyə bilərrlər. - «Valideynlər, uşaqlarının 
harda olmasını öyrənməyə çalışır, bizi günahlandırırlar ki, balalarını bağlıda 
saxlayarıq. Biz hər dəfə cavab veririk ki, bu böhtandır, müxalifətin murdar 
uydurmasıdır, ancaq valideynlər heç cür sakitləşmirlər. Hətta bir dəfə, qiyam 
qaldırıb kazarmaların birinə soxulmaq istədilər, iş o yerə gəlib çatdı ki, onları 
minomyot atəşiylə geri oturtmalı olduq. Qan su yerinə axırdı, mənim generalım, 
əsl gülləbaran idi, lakin biz belə xırda işlərə görə sizi narahat eləmək istəmirdik. 
Uşaqlar həqiqətən də qala zirzəmisində bağlıda saxlanılır. Əlbəttə ki, onlar üçün 
hər cür şərait yaradılıb, özlərini gümrah hiss edirlər, lakin məsələ burasındadır ki, 
artıq orda iki minə qədər uşaq yığılıb, indi bilmirik, bu məsələni nə cür həll eləyək 
ki, nə şiş yansın, nə kabab, mənim generalım!» 
Uduzma olmayan lotereya oyunu üsulu qeyri-iradi bir fəhmlə - üzərində rəqəmlər 
qeyd edilmiş bilyard şarları şəklində tapılmışdı. İdeya, dahiyanə dərəcədə sadə idi, 
elə sadə idi ki, onun həyata keçirilməsini yubandırmaq olmazdı – odu ki, 
ümummilli lotereya günü elan edildi. Hələ gün günortaya çatmamış, qızmar istiyə 
baxmayaraq, bəxtini sınamağa can atan, lotereyanın nəcib təşkilatçısına alqış 
söyləyən çoxminlik izdiham, de Armas meydanına toplaşmışdı; musiqiçilər və 
kəndirbazlar axışıb gəlmişdilər, ticarət köşkləri təşkil edilmişdi, fritanqi – istiot və 
balqabaqla birgə qızardılmış pomidor satan alverçilər camaatın arasıyla o baş-bu 
başa vurnuxur, Nuh əyyamından qalma ruletka və bileti, oyunçunun əvəzinə 
hansısa qoturun biri çıxardığı lotereya kimi bəsit oyunları oynayırdılar – bütün bu 
anoxronik fırıldaqlar, yoxa çıxmış dünyadan qalan qəlpələri, nəhəng çərxi-fələyin 
tör-töküntüsü hesabına ondan növbəti ilğım payı qoparmaq cəhdi idi. Budur, 
günorta saat üçdə lotereyanın oynanıldığı taxta meydançaya, hələ yeddi yaşına 
çatmamış, oyunun ədalətli keçirilməsinə şübhə qalmasın deyə, tamaşaçıların özləri 
 
71


tərəfindən seçilmiş üç uşaq qalxdı, hər uşağın əlində, içində bilyard kürəcikləri 
olan torba və bu müxtəlif rəngli torbaların hər birində, xüsusi nəzarətçilərin təsdiq 
etdiyi, sıfırdan nömrələnmiş on bilyard kürəciyi vardı. Diqqət, xanımlar və 
cənablar! Hər uşaq, gözüyumulu vəziyyətdə torbadan bir ədəd kürəcik çıxaracaq. 
Uşaqlar ilk əvvəl əllərində tutduqları göy torbadan, sonra qırmızı torbadan, daha 
sonra sarı torbadan kürə çıxardılar. Üç uşaq bir-birinin ardınca əlini torbaya salıb, 
kürəcikləri bir-bir əlləşdirir və əlhavasına, nisbətən soyuq olanı çıxarırdılar… bu 
barədə onlara qabaqcadan göstəriş verilmişdi. Hər torbada bir kürəcik, qalanlarına 
nisbətən ona görə soyuq olurdu ki, onu bir neçə gün buzlu suda saxlayırdılar. 
Beləliklə, uşaqlardan hər biri öz torbasından bir kürəcik çıxarıb camaata göstərir, 
kürəciyin üstündəki rəqəmi elan edir və elan edilmiş üç nömrə xoş təsadüf üzündən 
prezidentin biletində göstərilmiş rəqəmlərə tam uyğun gəlirdi. «Bizim də heç 
ağlımıza gəlmirdi ki, axı, uşaqlar bunu başqalarına danışa bilərlər?!.» Belə bir 
təhlükənin olduğunu anlayandan sonra onları qapalı yerdə saxlamaqdan savayı 
əlacımız qalmadı. Əvvəlcə üçünü, sonra dördünü, sonra beşini; sonra uşaqların sayı 
artıb iyirmi oldu və beləcə, çoxala-çoxala getdi, mənim generalım!» O, kələfin 
ucundan tutmuşdu, odu ki, yavərini, hər şeyi olduğu kimi açıb söyləməyə məcbur 
elədi və belə məlum oldu ki, lotereya fırıldağında ordu və donanma zabitlərinin 
hamısının əli var, öyrəndi ki, uşaqların ilk beş-on nəfəri ata-analarının razılığıyla 
meydançaya qalxırmışmışlar və uşaqlara, məhz hansı kürəciyin çıxarılması lazım 
olduğunu həmin bu valideynlər, lotereya oyununun gedişatına «züy tuta-tuta» 
öyrədibmişlər. Lakin sonrakı oyunlarda, kyrəcikləri çıxaran uşaqları bu fırıldağa, 
zor və hədə gücünə məcbur edibmişlər. Burada artıq valideynlərin razılığı tələb 
olunmurdu, çünki belə şaiyə gəzirdi ki, meydançaya bircə dəfə çıxan uşaqlar bir 
daha öz ailələrinə qayıtmır, izsiz-soraqsız yoxa çıxırlar. Növbəti lotereya oyununun 
keçirilməsi üçün tələb olunan uşaqları tapmaq məqsədilə xüsusi hücum dəstələri 
təşkil edilərək, gecələrlə evlərə soxulmağa, valideynlər isə uşaqlarını, bildikləri, 
bacardıqları kimi gizləməyə çalışırdılar. Xüsusi təyinatlı qoşunlar, de Armas 
meydanını, ona təqdim edildiyi kimi, heç də ictimai emosiyaları tənzimləməkdən 
ötrü yox, heyvan sürüsü kimi qabağa təpilən insan kütlələrinin qabağını saxlamaq 
üçün mühasirəyə almışdı. Dövlət məmurları, yaranmış bu münaqişədə vasitəçilik 
etmək məqsədilə prezidentin qəbuluna düşmək istəyən diplomatları, ən müxtəlif, 
özü də sarsaq bəhanələrlə tovlayırlar. Onun, qəribədən də qəribə xəstəlikləri barədə 
köhnə nağıllar isə, yenidən işə salınır. Məmurların bir hissəsi deyir ki, bəs 
prezidenti yuxusuzluq əldən salıb, çünki biçarə, yalnız ayaq üstə yata bilir, çünki 
onun fəqərə sütununda, iquana kərtənkələsinin bel sümüyü kimi diş-diş sümük 
daraq əmələ gəlib, o biri hissəsi bundan da sarsaq bəhanə gətirirdi: prezident sizi 
ona görə qəbul edə bilməz ki, qarnından əziyyət çəkir, çünki zati-ailələrinin içində 
qurbağalar əmələ gəlib. Onlar, ona, uşaqları azad etmək barədə vurulan etiraz 
teleqramlarının, xahişlərin bircəciyini belə göstərmirdilər, halbuki belə teleqram və 
xahişlər dünyanın hər yerindən axıb gəlirdi. Hətta Roma papasından gələn 
teleqramı da ondan gizlətmişdilər, bu teleqramda Roma papası günahsız körpələrin 
acı taleyi ilə bağlı öz apostol kədərini bildirirdi. Həbsxanalar, qiyama qalxmış 
valideynlərlə ağzınacan dolu idi, növbəti lotereya oyununu keçirmək üçün bircə 
uşaq da tapmaq mümkün deyildi. – «Lənət şeytana, biz çox pis ilişmişik, mənim 
 
72


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə