Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/81
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#913
növüYazı
1   ...   38   39   40   41   42   43   44   45   ...   81

kölgəsində, hörmə yelləncək kresloda oturan yerdə tapmağa ixtiyarı çatırdı; o, öz 
yelləncək kreslosunda otura-otura, yuxularının arasından – yaxınlıqdakı məktəbdə 
oxuyan qızların, sarayın bir o qədər də möhkəm mühafizə olunmayan arxa 
darvazalarına dırmaşıb onu – yuxusuz mürgülər içində gicgahında saralmış 
məlhəm otları tərpənmədən oturub qaldığı vəziyyətini müşahidə etməyini, sapsarı 
gün şüalarının, talvarın yarpaqları arasından üstünə süzüldüyündən, ala-pələng 
bəbirə oxşamağına, manterrayanın – «dəniz iblisinin» ağzı kimi açıq qalan ağzına 
baxdıqlarını görürdü. «Qoca kaftar!» - deyə qızlar onu cinlədir, o isə onların nə 
dediyini eşitmir, onlara, havanın titrək bürküsündən baxa-baxa, mehriban-
mehriban əl eləyirdi; o, mığmığaların qulaqbatıran vızıltısını da eşitmirdi, o 
ümumiyyətlə heç nə eşitmirdi, bircə bataqlıqlar və dəniz xərçənglərinin iyini 
eşidirdi, bir də, toyuqların arada bir asta-asta dimdiklədiyi ayaqlarının barmaqlarını 
tərpərdirdi. Onun real dünyayla bircə əlaqəsi, cəmi-cümlətanı bir neçə qiymətli 
xatirələri idi, dövlət işlərindən uzaqlaşdığı gündən bəri o, bircə bu xatirələrlə 
yaşayır, heç nə fikirləşmədən, dumanlı hakimiyyət havasında gicəllənməklə 
məşğul olurdu: adamsız, tənha sarayın dəhlizləriylə sürünərək, boş kabinetlərdə 
gizləndiyi gecələr, orda məruzə vərəqlərinin kənarlarını qopararaq, boş 
haşiyələrində zərif xəttiylə sönük xatirələrini - onu ölümdən xilas edən xatirələrini 
yazdığı gecələr, qocalığın ölüm qorxusu yellərinə sinə gərib davam gətirməyə, ona 
yenə yalnız və yalnız bu xatirələr kömək olurdu. 
Belə gecələrin birində o, öz zərif xəttiylə: «Mənim adım Sakariasdır!» - sözlərini 
yazdı, sonra bu sözü mayakın işığında ötəri oxudu, sonra bir də və bir də oxudu; o 
qədər oxudu ki, öz adı ona yad göründü. Sonra: «Axı bu, sənin nəyinə lazımdı?...» 
- deyə özü-özündən soruşdu və kağızı tikə-tikə cırıb yerə tökdü. «Mən elə 
mənəm!» Sonra ayrı kağız götürüb orda yazdı ki, yüz yaşı tamam olub; bu, həmin 
o dövr idi ki, kometanın ikinci gəlişi də baş vermişdi; əslinə qalsa, o özü buna 
dəqiq əmin deyildi, çünki kometaların gəlişlərini hansı dövrlər və neçə dəfə 
gördüyünü dəqiq xatırlamırdı; o biri kağız zolağında isə: «Namuslu döyüşdə 
yaralananlara eşq olsun, qəsbkarların tapdağı altında ölən cəsur döyüşçülərə eşq 
olsun!» yazdı; bu yazılar elə bir dövrə aid idi ki, o dövr haqqında indi nə desən
yazmaq olardı. Sonra o, bir parça karton götürüb: «Ayaqyolunda biabırçı əməllərlə 
məşğul olmaq qadağan edilsin.» – yazdı və kartonu aparıb ayaqyolunun qapısına 
yapışdırdı: həmin ayaqyolunun ki, bu yaxınlarda orda o, tamamilə təsadüfən 
yüksək rütbəli bir zabitin biədəb əl şuluqluğunun şahidi olmuşdu, sonra qayıdıb 
yenə yadına düşənləri bir-bir yazmağa başlamışdı. «Letisiya Nasareno, - o 
yazmışdı – mənim yeganə qanuni arvadımdır». Letisiya Nasareno həmin qadın idi 
ki, ona lap qoca vaxtlarında yazıb-oxumağı öyrətmişdi, odu ki, indi yaddaşında 
onun xatirəsini oyatmaq istəyirdi, cəmiyyət içində milli bayrağı xatırladan ikirəngli 
çətiri ilə, boynundakı qara tülkü dərisi ilə o biri qadınlardan fərqlənən birinci 
xanımın obrazını gözünün qarşısında canlandırmaq istəyirdisə də, arvadı onun 
yadına yalnız bir vəziyyətdə – çılpaq bədəni ilə miçətkənin arasında, günorta 
bürküsünün ağappaq işığı içində uzanan yerdə düşürdü; yadına, onun, elektrik 
ventilyatorunun sərin vıjıltısı altında uyuyan yumşaq, ağ bədəninin yuxulu cizgiləri 
düşürdü; onun döşünün bərkliyini, it iyinə bənzər iyini, iş üzü görməyən sütül 
qollarının qoltuğundan gələn kəskin tər iyini hiss edirdi; həmin o tər iyi ki, qoxusu 
 
85


südü çürüdürdü, qızılı paslandırırdı, gülləri soldururdu, lakin sevgi anlarında bu 
qollar nə qədər gözəl olurdu?!.. Letisiya Nasarenoya ağlasığmaz bir məsələni həll 
etmək müyəssər olmuşdu – sevgi saatlarında onu soyunmağa məcbur etmək. «Sən 
Allah, o, uzunboğazlarını çıxart – o deyirdi – yoxsa, mənim döşəkağılarımı 
bulayacaqsan». – O da onları soyunurdu. – «Sən Allah, o dəbilqələrini də soyun
yoxsa dəmir düymələrin ürəyimin başını deşəcək.» - o da onları soyunurdu, «Sən 
Allah, o qılıncını da, qayışını da çıxar, hamısını çıxar ki, səni hiss eləyə bilim, 
həyatım mənim.» - və o, nə əvvəllər, nə də Letisiya Nasarenodan sonra dünyada 
heç bir qadınla eləmədiyi kimi, əynində nə vardısa, hamısını çıxarıb bir kənara 
atırdı. «Mənim yeganə və həqiqi məhəbbətim» - deyə ah çəkir və ahlarını həmin o 
Nuh əyyamının uzun-uzun məruzələrinin kənarlarından soyub çıxardığı saralmış 
kağız zolaqlarına yazır, sonra bu zolaqları siqaret kimi bürmələyib sarayın içini 
dörd dolaşaraq, ən gizli yerlərində, dəlmə-deşiklərdə gizlədirdi; onları elə yerlərdə 
gizlədirdi ki, sonradan tapa bilsin. Odu ki, bu yazılar heç vaxt heç kim tərəfindən 
tapılmadı. 
Letisiya Nasarenonun surəti də, bir gün onun yaddaş borularından süzülüb ha 
tərəfəsə axdı və onun yaddaşında tək bir xatirə – anası Bendisyon Alvaradonun 
xatirəsi qaldı; onun son günlərini, qayanın üstündəki malikanəsində, yamyaşıl 
artırmada, oğlu ölməyini başa düşməsin deyə, qucağındakı ləyəndə qarğıdalı 
dənələrini qarışdırıb toyuqları çağıra-çağıra, öz yelləncək kreslosunda oturan yerdə 
ölməyini, tamarinlərin kölgəsində asılmış tor yelləncəkdə yellənərkən, ağrıdan 
güclə nəfəs aldığını oğlu sezməsin deyə, öz ayaqlarıyla gedib ona meyvə şirəsi 
gətirməyini xatırladı; ona, heç kimin köməyi və iştirakı olmadan hamilə olan, onu 
təmtəkcə doğan; diri-diri çürüyüb irinlədiyi xəstə vaxtlarında dinib danışmayan, 
yalnız ağrıları dözüm kasasını daşdıranda, oğlundan, təbiətinə uyğun olmayan bir 
yazıqlıqla: «Bir kürəyimə bax, gör, orda nə var, niyə ora elə od tutub yanır, elə 
yanır ki, daha dözə bilmirəm!» - deyə xahiş edib köynəyini soyunaraq kürəyini ona 
sarı çevirərkən, dəhşətdən nəfəsi tutula-tutula, içində qurdlar qaynaşan üfunətli 
irinli yaralarını gördüyü anasını xatırladı. 
Axı o dövrlər, pis vaxtlar idi, mənim generalım, o vaxtlar elə bir dövlət sirri 
deyilən elə bir məsələ yox idi ki, camaat ondan xəbər tutmasın, elə bir əmr yox idi 
ki, ona əmmasız əməl edilməsin. Ələlxüsus da bu, bayram süfərsinə ən lətif xörək 
kimi verilən general Rodriqo de Aqiların qovurmasından sonra məlum oldu. Lakin 
onu narahat eləyən, həyəcanlandıran, bu deyildi. Dövlət işlərindəki çətinliklər, 
Bendisyon Alvaradonun, oğlunun otağı ilə bitişik otaqda, xəstəliyin aramlı 
alovunda qovrulduğu vaxtlar bütün əhəmiyyətini itirmişdi; onu bura, xəstəliyinin, 
ağır vəba, qoturluq, yaxud ayrı bir naməlum asiya zəhrimarı olmadığı, bunun 
hansısa hindu cadusu olduğu və bu cadunun yalnız onu törədənlər tərəfindən 
aradan götürülməsinin mümkün olduğu, asiya xəstəliklərindən yaxşı baş çıxaran 
həkimlər tərəfindən müəyyənləşdiriləndən sonra yerləşdirmişdilər. Onda o, bunun 
ölüm olduğunu anlamışdı və səhər-axşam özünü anasına həsr eləməyə ithaf 
etmişdi, o, otağın qapısını isəri üzdən açarlayıb, arvada əsl ana qayğısıyla qulluq 
eləyirdi; o, böyük məmnuniyyətlə, özü çürüməyə hazır idi, təki heç kim anasının, 
diri-diri soxulcanlara yem olmasını görməsin; bu məqsədlə əmr də vermişdi ki
anasının bütün toyuqlarını, tovuzquşlarını, digər quşlarını saraya gətirsinlər, təki 
 
86


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə