olmadı, üstəlik, belə bir
sərəncam da verildi ki, ona heç kim mane olmasın, qoy o,
öz gözləriylə görsün ki, bu sonsuz qəm dəryasına qərq olan vilayətdə insan
gözündən kənarda qala biləcək bir şey yoxdu, Bendisyon Alvaradonun, yuxarı
qüvvələr tərəfindən bəxş edilmiş müqəddəsliyini şübhə altında saxlaya biləcək bir
şey yoxdur. – «Bütün ölkə sizin ixtiyarınızdadır, müqəddəs ata – buyurun, baxın!»
Əsgərlər qarşısında, öz cavan, təmiz dərilərini nümayiş etdirməyə gələn
cüzamlılıarla dolu Apostolik nunsiaturada səliqə-səhman işləri aparırdılar;
müqəddəs Vitta rəqsindən şəfa tapanlar, bu möcüzəyə inanmayanlara,
iynələri göz
qırpımında saplamaqlarını nümayiş etdirirdilər; ruletka oyunundan dövlətlənənlər
öz uduşlarının səbəbini, yuxularına girib onlara uduş nömrələrini qabaqcadan
söyləyən Bendisyon Alvaradonun köməyi ilə izah edirdilər; nunsiaturanın
həyətinə, xəbərsiz itənlərini axtaranlar, suda boğulanların meyitlərini tapanlar,
əvvəllər acından günorta duran, indi var-dövləti başından aşanlar gəlirdi və bu
adam axını ardı-arası kəsilmədən, bir vaxtlar kannibalları qoşalülə tüfənglə məhv
edən Uolter Reylicin qədim tısbağa çanaqlarıyla bəzədilmiş kabinetindən keçib
gedir, həmin bu kabinetdə oturan yorulmaz eritreyalı, heç kimdən heç nə
soruşmadan,
heç bir mükaliməyə girişmədən, laqeyd üzüylə hamıya qulaq asır, tər
içində üzə-üzə, yüzlərlə adam bədəninin iyinə, kabinetin havasızlığına məhəl
qoymadan, ucsuz siqaretlərdən birini o birinə calaya-calaya, Bendisyon
Alvaradonun müqəddəsliyinin şahidlərinin dediklərini diqqətlə vərəqə köçürür,
sonra onların hər birini ya adını yazmağa, ya hansısa işarəylə, yaxud, barmağının
iziylə imza atmağa məcbur edirdi. – «Eynilə sizin kimi, mənim generalım!» Hərə
öz imzasını bacardığı kimi atıb həmin dəqiqə otaqdan çıxır, içəri, bayaqkından heç
nəyi ilə fərqlənməyən başqa birisi daxil olur və budu ha, başlanırdı: «Məni vərəm
tutmuşdu, müqəddəs ata.» – «Məni vərəm tutmuşdu…» – o biri sözünün dalını
gətirənəcən eritreyalı yazırdı – «İndi isə qulaq asın, görün, mən necə oxuyuram!»
Bir başqası daxil olur: «Mən kişilikdən düşmüşdüm, müqəddəs ata. – deyirdi. –
İndi isə budur, baxın. İndi səhər-axşam elə bu kökdə də gəzirəm». – «Mən
kişilikdən düşmüşdüm.» – eritreyalı silinməyən mürəkkəblə yazırdı ki, bu yazıları
insanlıq tarixinin sonunacan heç kim poza bilməsin. «Mənim qarnımda diri heyvan
böyüyürdü, müqəddəs ata.» – «Mənim qarnımda diri heyvan böyüyürdü.» –
o biri
tünd qəhvədən içib gözünün acısını ovuda-ovuda, növbəti siqarın odlu kötüyünün
tüstüsünü ciyərlərinə çəkə-çəkə, yenilməz, tərli sinəsini qabağa verib yazırdı. –
«Bu kahin əsl kişidi, mənim generalım!» – «Bəli, senyor, o, əsl kişi idi. Belə kişilər
indi çətin ələ düşər». Auditor, bircə dəqiqə başını yuxarı qaldırmadan, axşamacan
fasiləsiz-filansız çalışır, gecə düşəndə belə istirahət eləmir, çimib, yamağı-yamağa
calanan kətan cübbəsində, acından üzülən vücuduyla liman hamballarına
qoşularaq, uzun taxta stolun arxasında oturub it yalına bənzər şorbadan içir,
qızardılmış balığın pulunu əliylə təmizləyir, qaranlığa işıq saçan tıxlarını dişiylə
qoparır, şorbanı hindular kimi qaşıqsız-filansız, eləcə kasadan başına çəkirdi. «Siz
bir
onu görəydiniz, mənim generalım, o qarmaqarışığın, o boyda millətin içində,
marimonda* və yaşıl qvineo yükünü, dənizi olmayan Santyaqo-de-los
Kabalyerosun, Kurasao və Quantanamonun** güzgülü otelləri üçün, dünyanın ən
gözəl və ən qəmli adaları üçün sütül fahişələr daşıyan, həmin o kirli yelkənçi-
dənizçilərin arasında…» «Bir yadınıza salın, gəmilər ləngər vurub dənizə çıxanda
95
biz nə günlərə düşürdük. Matilda Arenelsin evindəki tutuquşunun tale söyləməyi
necə, yadınızdadı?.. Şorba dolu kasalarının içindən sürünüb çıxan dəniz
xərçənglərini xatırlayın. Siz, müqəddəs ata, özünüz də dediniz ki, elə bil biz elə
buralarda – İt Döyüşü kvartalının göbəyində anadan olmuşuq!»
Müqəddəs ata
çimərlikdə futbol oynayır, akkardeonda, yerli virtuozlardan heç də pis çalmır,
həvəskar müğənnilərdən geri qalmır, bizim söyüş söyənlərin qabağına beş qoyaraq,
qəliz dənizçi söyüşləriylə latınca söyür, əxlaqsız bazar adamlarının komalarında
dənizçilərlə içib keflənirdi; deyilənə görə, hətta bir dəfə kimisə kafirliyinə görə
təpiyinin altına salmışdı. «Onlar bir-birini o ki, var yumruqladılar! İndi nə əmr
edirsiz, nə edək, mənim generalım?» Əmr gəldi ki, dalaşanları ayırmayaq, əksinə,
onların döyüş dairəsini bir az da genişləndirək ki, rahatca vuruşsunlar. Və bilirsiz
nə oldu?! «Kahin
qalib gəldi, mənim generalım!» «Kahin? Mən elə də bilirdim. O,
əsl kişidi!» O, hamının zənn elədiyi kimi elə-belə, adi adam deyildi, Apostolik
nunsiaturada keçirdiyi bütün keşməkeşli illər öyrənə bilmədiklərini o, həmin o
qızğın gecələr öyrənmişdi. Həmin gecələrin birində isə yağışlı bir axşam o,
prezidentin sayıq təhlükəsizlik xidmətini aldatdığını zənn edərək, gizlicə gedib
çıxdığı kəndin kənarındakı qəramətli malikanədə bildiklərindən daha çox şey başa
düşmüşdü. Həmin o gecə o, tavandan şırhaşırla süzülüb tökülən yağışın altında
islana-islana, qorxudan əsə-əsə bütün malikanəni ələk-vələk eləmiş, künc-bucaqları
gözdən
keçirmişdi və bədəni ən çox, Bendisyon Alvaradonun, öz qulluqçuları üçün
ayırdığı, dörd bir yanı zəhərli çiçəklər basmış yataq otağında əsim-əsim əsmişdi. –
«Axı o, çox xeyirxah qadın idi, çox təvazökar idi! Qulluqçularının yatağına çit
döşəkağılar sərirdi, özü isə sınıq-sökük əsgər çarpayısında, qupquru həsirin
üstündə yatırdı; o, onlara öz gəzinti paltarlarını – ölkənin bir nömrəli xanımının
paltarlarını geyməyə icazə verirdi; qulluqçular vannada yuyunanda, onun ətirli
duzlarından istifadə edir, arvadın başı işə qarışanda - quşlarının lələklərini
rəngləyəndə, odunlu sobanın üstə öz tərəvəz şorabalarını bişirəndə, qonşularına
lazım olacaq şəfqətli otlar əkəndə, çılpaq bədənləriylə, bürünc şir ayaqları üstə
dayanan nəhəng vannanın rəngli köpüyün içində uzana-uzana əsgərlərlə
mazaqlaşırdılar. Qulluqçular daim gecələr onu yuxudan oyadırdılar. «Mədəmi
sancılar doğrayır, senyora!» O da ayağa qalxıb, xəstəyə, çeynəmək üçün kress*
toxumları verirdi; «Oğlumun gözləri çəpləşir!» - və o, anaya epasot bişməsi
verirdi: «Mən ölürəm, senyora!» - deyə onu yuxudan oyadırdılarsa da, ölən
olmurdu, çünki bütün qonşuların canı onun əlində idi. O, elə sağlığından
müqəddəs
idi, ata, özünü bütün çirkabdan öz bakirəliyi ilə qoruyurdu, bu yad təmtərağın
içində, həmin bu günah dolu malikanədə öz bakirə dünyasına qapılıb yaşayırdı;
onu ordan prezident sarayına – damından, vedrədən axırmış kimi yağış tökən,
yağış damlaları royalın dillərini, dəbdəbəli qonaq otağının, Bendisyon
Alvaradonun: «Bu stolun arxasında oturmaq – mehrabı təhqir eləməkdi.» -
deyərək, heç vaxt arxasında oturmadığı ağappaq stolunu təbil kimi çalan xarabaya
zorla gətirib gəldik. Siz bir fikir verin, müqəddəsliyin fövqünə bir baxın, ata!»
Lakin Bendisyon Alvaradonun qonşularının bu cənfəşanlığı, auditorun iblisanə
fəhmini çaşdıra bilmədi və o qayanın üstündəki malikanənin sahibəsinin bütün bu
hərəkətlərinin səbəbinin, onun, xeyirxahlığından çox, yad mühitin qorxusu,
kasıbçılıq
vərdiş olduğunu, sadəcə, bütün o qaralmış palıddan yonulmuş
96