baxarkən, camaat onu pilləkənlərdə saxlayıb, nə vaxtsa şəhərin küçələrində
keçirilən atçapma mərasimlərini, çuvaliçi qaçış yarışlarını bərpa
etməyini xahiş
edir, o da onların xahişini yerinə yetirirdi. O, yenə əvvəlki kimi, hər işə özü qarışır,
kilsə əmlakının inventarlaşma aktıyla şəxsən tanış olmaqdan boyun qaçırmır,
müsadirənin gedişinə özü rəhbərlik edir, göz qoyurdu ki, onun göstərişləriylə
həyata keçirilənlər arasında – dövlət sənədlərinin həqiqəti ilə real həyatın dəyişkən
həqiqətləri arasında, xırdaca belə boşluq olmasın. O, kralın saysız-hesabsız
sərvətlərini gizlicə, ikidibli çamadanlarda, xüsusi məharətlə tikilmiş korsajların
altında ölkədən çıxarmaq istəyən möhtəşəm kilsə icmalarının sürgünlərinə də
şəxsən özü nəzarət edirdi. Kasıblar qəbiristanlığında basdırılan həmin bu sərvətlər,
uzun illərin axtarışlarına baxmayaraq, Federasiya uğrunda döyüşənlər tərəfindən də
tapılmamışdı. Odu ki, belə bir əmr verildi:
bircə kilsə xadimi, bir dəst alt paltarı
dəyişəyindən savayı özüylə yük apara bilməz; bundan savayı, onlara, gəmiyə
yalnız çılpaq, lüt anadangəlmə vəziyyətdə minməyə icazə verilirdi. Hamı əmrə
tabe oldu: heç nə qanmayan, yaxalarından əl çəksinlər deyə, ömürlərinin
axırınacan lümlüt gəzməyə hazır olan kobud kənd kahinləri, din dairələrinin,
titrəmədən heydən düşmüş prefektləri, mötəbər, keçəl yepiskoplar, onların ardınca
qadınlar – minilməmiş madyan təbiətli, utancaq rahibələr, səhralıqda
tərəvəz
əkməyə öyrəşən sadə missioner qadınlar, incə biləkli bakirə-selesiankalar*… -
hamı da lüt anadangəlmə, dünyaya gəldikləri dərilərində; onlara baxdıqca, bu
adamların sinfi mənşəyi, sosial vəziyyəti və məşğuliyyəti haqqında fikirləşməyə
məcbur olurdun; onlar, möhtəşəm axınla gömrüyün nəhəng binaları arasından,
kakao tayları və qarmağa keçirilmiş çay balığı qaxaclarıyla dolu çuvalların
böyründən ötüb keçdikcə, hürkmüş qoyun sürüsünü xatırladırdılar; ventilyatorların
pərləri yolçuların saçlarını dalğalandırır, qadınlar döşlərini əlləriylə örtə-örtə, bir-
birinin arxasında gizlənə-gizlənə, iquana gözlərinin ifadəsiz baxışını, nizamsız
axınla yeriyən çılpaq qadın bədənlərinə zilləyən, daş heykəl kimi donuq qocanın
qarşısından ötüb keçirdilər. Sonuncu qadın ölkənin ərazisini tərk edənəcən o,
gedənləri laqeyd üzüylə, tam ehtirassız baxışlarla müşahidə edirdi. – «Hamısı, bir
nəfər kimi,
rədd olub getdi, mənim generalım!» O isə hiss elədi ki, qadınlardan
hansı birisisə – o birilərindən heç nəyi ilə fərqlənməyən, hürkmüş qadınların
arasından, ani baxışıyla seçdiyi bir qadın onun yaddaşına ilişib qalıb; bu, dolu və
sağlam bədənli, ətli yançaqları, iri döşləri olan adi, enlikürək bir qadın idi, kələ-
kötür əlləri vardı, saçları bağban qayçısıyla kəsilmiş, dişləri, balta kimi iti və
seyrək idi, burnu dik, ayaqlarının altı yastı idi; bir sözlə, o birilər kimi adi, sıravi
rahibə idi; o, o dəqiqə anladı ki, bütün bu qadın sürüsünün içindən,
ürəyi tək bir
onu istəyir, bircə o, başını qaldırıb üzünə belə baxmadısa da, yanından ötüb
keçəndə, özündən sonra ürəktitrədən, tünd meşə heyvanı iyi qoyub getdi; onda
onun az qaldı nəfəsi kəsilə, gözlərini azca çəpləşdirdi ki, o qadını bir də görsün və
elə bu vaxt gəmiyə minənlərin siyahısını oxuyan zabit ucadan; «Nasareno
Letisiya!» - deyə qışqırdı və qadın kobud kişi səsiylə: «Burda!» - deyə cavab verdi.
Bu ad, içinə beləcə daxil oldu və həmin o «burda» - yla qəbir evinəcən, onun
ömrünün bir hissəsinə çevrildi; bu qadın da beləcə həyatına daxil oldu və son,
ümidsiz xəyalları yaddaş uçurumlarında əriyib itən dövrlərəcən xatirində yaşadı;
yaddaşı onun surətini yerli-dibli yoxa çıxdıqca, onu dönə-dönə xatirində
103
canlandırır və ençiz kağız zolağında: «Mənim ruhumun Letisiya Nasarenosu, bir
bax gör, mən sənsiz nə hala düşdüm…» - yazırdı. O, bu kağızı, beçə balını
gizlədiyi gizli
divar mücrüsündə gizlədir, arada bir, dəqiq əmin olanda ki, onu heç
kim görmür, çıxarıb bir də oxuyur, yenə bürməliyib gizlədir və yenə həmin o
unudulmaz, şəffaf yağışlı günü, bu barədə heç bir əmr verməsinə baxmayaraq,
Letisiya Nasarenonun vətənə qaytarıldığını bilən gün, keçirdiyi gözəl anları
yaşayırdı. Bomboz yük gəmisi üfüqdə itdikcə o, əvvəl özü-özünə elə-belə:
«Letisiya Nasareno…» - deyə pıçıldadı, sonra bərkdən-bərkdən: «Letisiya
Nasareno!!..» - deyə qışqırdı ki, bu adı unutmasın və elə bircə bu, prezidentin
təhlükəsizlik xidmətinin, Letisiyanı Yamayka monastrından oğurlayıb
vətənə
qaytarması üçün kifayət oldu. Ağzını dəsmalla bağlayıb, əyninə qolsuz köynək
geyindirib, küncləri qətranla möhürlənmiş, şam ağacından yığılmış və üstündə qara
hərflərlə: «Şüşə! Yuxarı! Qaytanlanmasın!» - yazılmış konteynerə – taxta yeşiyə
soxdular. Bu konteynerin, prezident zirzəmisinin şampanlarından içmək üçün
istifadə olunacaq iki min səkkiz yüz ədəd büllur badəni ölkəyə rüsumsuz
keçirilməsi barədə icazəsi vardı; konteyneri gəmi gömrükxanasının zirzəmisində
aparırdılar. Güclü yuxu dərmanlarıyla yatırılımış Letisiya ordan birbaş saraya
gətirilmiş və çılpaq vəziyyətdə cansıxıcı qonaq otağının çarpayısına uzadılmışdı; o,
onu sonralar da elə o vəziyyətdə – günorta saat üçün ağappaq işığında, miçətkənin
altında çılpaq bədəniylə uzandığı yerdə xatırlayırdı. O, burda, müxtəlif dövrlər
yatan yüzlərlə qadın kimi – bu yatağa heç
bir istəyi olamdan ötürülən, lüminal
içirildiyindən, letargiya vəziyyətində olan və həmin yuxulu vəziyyətdə yaşadığı
qadınlar kimi yatmışdı. Onda o, Letisiya Nasarenoya dəymədi, qadını uzun müddət
uşaq heyrətiylə gözdən keçirərək, bədəninin bu qədər dəyişdiyinə, bu bədənin,
gömrüyün barakında gördüyü qadın bədəninə qətiyyən bənzəmədiyinə təəccüb
elədi. Qadının saçları burulmuş, bədəninin bəzi hissələri qırxılmış, əllərinin,
ayaqlarının dırnaqları qırmızı lakla laklanmış, dodaqları, yanaqları boyanmış,
kipriklərinə sürmə çəkilmiş, dərisinə cürbəcür ətriyyat vurulmuşdu deyə, ondan
sirli, cazibədar heyvan iyinin əvəzinə, şit kosmetika iyləri gəlirdi. Bütün bu
kosmetika örtüyü elə bil onun çılpaqlığını itirmişdi… - «Heyvərələr
hər şeyi
korlayıblar, dərdə bir bax!» O elə hey Letisiyaya, onun narkotik yuxudan keyiyən
üzünə, tədricən yuxu bataqlığından çabalayıb çıxmasına, oyanmasına baxır, onu,
ətrafını tədricən görməyini müşahidə edirdi. – «Bu, məni dəli edib ağlımı başımdan
çıxaran Letisiya Nasareno idi, ana!» Letisiya isə miçətkənin yüngül dumanı
içindən ona baxan daş kimi donuq qocanı görəndə, qorxudan dik atıldı, bu
anlaşılmaz, ağır sükutun vahiməsindən dili tutuldu, heç ağlına da gəlmədi ki,
yaşının sayı, hakimiyyətinin hüdudu bilinməyən qoca, həmin an ondan daha çox
qorxuya düşüb. Qoca isə həmin an özünü, ilk dəfə qadınla təmasda olduğu
əlamətdar gündən daha tənha və köməksiz hiss eləməyə başlamışdı, bir vaxtlar
çayda - əsgərlərin əyləndiyi bir küçə qadınını çimən yerdə görəndə düşdüyü çaşqın
vəziyyətdən betər günə düşmüşdü. Onda o, o qadını heç əməlli-başlı görməmişdi
də,
bircə səsini eşitmişdi; qadının, suyun altına girib-çıxdıqca, inək kimi fınxırıb
təngiməyini eşidir, bədəninin hüdudsuz nəhəngliyini təsəvvüründə canlandırır,
qaranlıqda onun tənha, sirrli gülüşünü eşidir, çimməkdən uçunan bədəninin həzzini
duyurdusa da, üç müharibədə iştirak edib artilleriya leytenantı rütbəsi almasına
104