Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/81
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#913
növüYazı
1   ...   50   51   52   53   54   55   56   57   ...   81

kimi uğuldaya-uğuldaya bir ucdan uçub gəlir, meyitin üstünə, saysız-hesabsız 
güllər kimi səpilirdilər; - Bizim ölkə o vaxt bu vəziyyətdə idi! Adamlar, ölülərini 
tabutsuz basdırırdılar, çünki heç nələri yox idi. O, bir dəfə kiminsə artıq istifadə 
edib özünü asdığı iplə, başqa birisinin özünün asdığının da şahidi olmuşdu. Bu ip, 
kənd meydanının tən ortasında bitən ağacın budağından asılı vəziyyətdə qalmışdı, 
ancaq o biri adam özünü asandan sonra qırılıb ona görə yerə düşmüşdü ki, ip artıq 
çürümüşdü, özünü asan bədbəxt isə yerə yıxılıb kilsəyə yollanan qadınların gözü 
qarşısında çənə ata-ata çırpınmağa, qadınları qorxutmağa başlamışdı. O, 
ölməmişdi. Onu, özünü nə üçün asması ilə maraqlanmadan, döyənəklə döyə-döyə 
ayağa qalxmağa məcbur eləmişdilər. Bu, kim idisə, qərib bir adam idi; qərib də o 
adam sayılırdı ki, onu yerli kilsəyə gələnlər tanımasınlar. Hə, demək, onu 
döyənəklə döyə-döyə ayağa qaldırmışdılar, ayaqlarına çin qandalları vurub, qızmar 
günəşin altına - yeddi küləyin qovşağına, özü kimi bədbəxtlərin arasına atmışdılar. 
– «Həmin o illər vəziyyət belə idi, Allahın qüdrəti dövlətdən üstün olan o dövrlər 
hal-qəzyə bu cür idi!» Hakimiyyətə gələn kimi, o, bütün kənd meydanlarındakı 
ağacları kökündən kəsmək əmrini verdi ki, dar ağacları bazar günləri camaatı 
qorxutmasın, çin qandallarıyla aparılan ictimai işgəncələri ləğv elədi, tabutsuz 
dəfnləri qadağan elədi, onun bərqərar olacağından xəbər verən o dövrləri xatırladan 
hər bir şeyi qadağan elədi. Dağlara dəmir yolu çəkdirdi ki, heyvərə qatırların 
ucbatından baş verən qəzaların qabağı birdəfəlik alınsın, qəhvə plantasiyalarında 
bal-maskaradlar keçirmək üçün sahələrə, otuz qatırın belində otuz royal 
göndəriləndə baş verən bədbəxt hadisə bir də təkrarlanmasın. Bu qəza haqqında 
hətta xaricdə də çox yazırdılar və danışırdılar, amma hadisənin əsl mahiyyətini 
ondan savayı heç kim bilmirdi; o da ona görə ki, hadisə baş verən zaman bircə o, 
təsadüfən pəncərədən boylanmış və qarlı zirvənin kənarında büdrəyib bir-birinin 
ardınca uçurumun dibinə yuvarlanan qatır karvanını görmüşdü. Bunu bircə o 
görmüşdü, uçurumun dibinə uçan qatırların dəhşətli kişnərtisini, royalın, karvanın 
süqutunu müşaiyət edən, göy gurultusuna bənzər akkordlarını bircə o eşitmişdi; 
ölkənin yerdə qalan hay-küy həvəskarları isə gecə-gündüz, hələ də daş-kəsəyin 
üstə ağ toz dumanı dayanan uçurumun ətrafında vurnuxur, Avstriyadan gətirilən bu 
royalların, hansı möcüzəylə tikə-parça olub uçurumun dibinə dağılmasının 
səbəblərini araşdırırdılar. Bu qəzanın acı mənzərəsi, dillə deyə bilmədiyi ayrı 
vaqiyələr də dönə-dönə onun gözələri qarşısında canlanırdı - kövrək xatirələri, bəzi 
həyat lövhələri, yaxud qızdırmalı vaxtlarında eşitdiyi hadisələr…. Bəlkə də, ola 
bilsin, bütün bunları o nə vaxtsa, siyasi və ictimai durğunluq dövrlərində həzz ala-
ala, səyahət haqqında oxuduğu kitabların səhifələrində oxumuş, bu kitablarda 
təsvir olunan qravürləri saatlarla beyninə həkk eləmişdi?! «Bir də ki, indi daha 
bunun nə əhəmiyyəti vardı ki? Bütün bunlar həqiqət idi, ya uydurma idi – fərqi nə 
idi ki? Onsuz da zaman keçdikcə, hər şey həqiqətə çevriləcək, hər əhəmiyyətsiz 
şey çönüb ciddi həqiqət olacaq!» - deyirdi və həqiqətən də, elə bilirdi ki, onun əsl 
uşaqlığı, uşaqlıq çağları heç də göründüyü qədər uzaqda - kövrək xatirələr 
bataqlığında, inək təzəklərinin tüstüsündən yaranan və həmin dəqiqə də orda yoxa 
çıxan hansısa adda-budda, qırıq-qırıq assosiasiyalarda yox, elə burdaca - onu hər 
gün saat ikidən dördəcən gül-çiçəkli talvarın altındakı məktəbli partasının 
arxasında oturdub oxumağı öyrədən yeganə qanuni arvadı Letisiya Nasarenonun 
 
109


yanında keçirmişdi. Bu, qadının böyük şücaəti idi; o, bu dərslərə bütün rahibəlik 
qabiliyyətini, son gücünü sərf edirdi, qoca da onun bu səylərinə, öz nəhəng 
iradəsinin gücüylə, bütün qəldini və qabiliyyətini tədrisə həsr etməklə, tükənməz 
qocalıq hövsələsiylə cavab verirdi.  
Dünyada hər şeyi unudub: «Pəncərənin önündəki şam ağacı yu-xu-lu şehin için-də-
dir» - deyə, höccələyə-höccələyə özü öz səsini eşitmədən, oxuyurdu; anasının 
narahat quşlarının səs-küyündən, onu ümumiyyətlə, heç kim eşitmirdi, o da elə hey 
ucadan oxuyurdu: «Hin-du ma-zı ban-ka-ya qoyur… A-ta qəl-ya-nı tən-bə-ki i-lə 
dol-du-rur… Se-si-li-ya pen-dir, ka-hı, çu-ğun-dur, xa-ma, do-nuz pi-yi, si-yənək, 
şə-kər sa-tır… Sesiliya hər şey satır.» - deyirdi və gülürdü, rahibənin ona
ibrətamiz səslə, uşaqlara dərs verən müəllimə ədasıyla söylədiyi mətnin sözlərini, 
mığmığaların vızıltısına uyğun ritmlə oxuyur, sonra bütün dünya, bütün Yer üzü 
bu səsə bürünürdü və bu hüdudsuz, kədərli ölkədə məlum həqiqətlərdən savayı, 
heç bir şey qalmırdı; gözə dəyən, ələ gələn cəmi bir neçə şey – göydəki ay, qoyun 
və banan, don Viktorun öküzü, bir də Otiliyanın gözəl paltarı qalırdı… Onun bu 
qiraət dərsləri, səhər-axşam hər yerdə, hər adamın qulağının dibində səslənməyə 
başlayırdı, portretləri kimi, hamını qarabaqara izləyirdi. Hollandiyanın maliyyə 
naziri, prezidentin rəsmi qəbulunda baş tutan söhbətin işgüzar havasından, özü də 
bilmədən, ona görə azıb çıxdı ki, qaraqabaq qoca, ipək əlcəkli əlinin hərəkətiylə 
nazirin sözünü kəsərək, onu da özüylə bərabər: «Mən ana-mı se-virəm… İs-ma-yıl 
a-da-nı ax-ta-rır-dı… Xanım po-mi-dor ye-yir-di…» - deyə oxumağa məcbur elədi. 
Beləcə oxuya-oxuya, o, barmağını metronom kimi tərpədə-tərpədə, pauzaların 
müddətini ölçür, bu çərşənbə axşamına verilən ev tapşırıqlarını səylə təkrarlaya-
təkrarlaya, istəyinə nail olur - Hollandiyanın təqdim elədiyi sənədlərin ödəniş vaxtı 
uzadılırdı. - «Bu barədə bir gün vaxt tapıb söhbət edərik, cənab nazir!» Sübh 
tezdən qızılgül kollarının altında oyanan korlar, cüzamlı, iflic xəstələr, ibadət 
mərasimlərindəki kimi oxuya-oxuya, onları xaçın altından keçirən acıqlı qocanı 
görəndə, mat-məəttəl qalırdılar: - «Göylər sultanıyam mən – qanunu sevirəm mən, 
bəsirətli adamlar tənha səhrada ulayar! Mayak – hündür qaladır, işığıyla gəmiləri 
gecəyə yollayan qaladır!» O, Letisiya Nasarenonun ona bəxş etdiyi bu gecikmiş 
xoşbəxtlikdən nəşələnə-nəşələnə, cümlələrin hər birini üç dəfə oxudu. Zamanın 
özü Letisiya Nasareno idi, - «Mənim həyatım Letisiya Nasareno!» Siestanın 
bürkülü xərçəng iyi hopmuş ağır havasında Letisiya Nasareno ilə böyür-böyürə, 
tərdən nəmlənmiş döşəkağının üstündə, elektrik ventilyatorlarının, yarasa qanadına 
oxşar pərləri altında uzanmaqdan savayı ayrı ləzzətli bir şey yox idi; «Sənin 
yançaqlarının işığından savayı ayrı işıq yox idi, Letisiya, sənin, totemik idolların 
döşünə bənzər döşlərinndən, yastıdaban ayaqlarından, şəfqətli sədəfotu budağı 
qoxuyan iyindən, bir də, bir vaxtlar, tənha bir sübh çağı dünyaya gəlib, bataqlıq 
çürüntüsünün iyini ciyərlərinə çəkdiyin uzaq Antiqua adasının canüzən yanvar 
istisindən savayı heç nə yox idi!» Onlar, xüsusi fəxri qonaqlar üçün ayrılmış yataq 
otağına çəkilir, belə vaxtlar heç kim onlara mane olmağa, otağın qapısına beşcə 
metr yaxına getməyə belə ürək eləmirdi. – «Çünki mən çox məşğulam – mən 
oxumağı və yazmağı öyrənirəm!» Onu hətta, kənd camaatının, Sarı titrətmədən 
qırılıb tökülməsi xəbəriylə də, narahat eləməyə ürək eləmirdilər; – o öyrənirdi, 
ürəyinin döyüntüləri Letisiyanın vəhşi heyvan iyindən həssaslaşıb metronomun 
 
110


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə