Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə55/81
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#913
növüYazı
1   ...   51   52   53   54   55   56   57   58   ...   81

zərbələrinin ritmini ötüb keçirdi, o öyrənir və təkrar edirdi: «Cırtdan bir aya-ğı üstə 
rəqs e-dir! Eş-şək də-yir-ma-na ge-dir! O-ti-li-ya yay-lı-ğı-nı ya-xa-la-yır! Yay-lıq 
«a» hərfi ilə yazılır!»  
Letisiya isə bir qulağı onda, sevgi məşğələləri zamanı bulanmış döşəkağıları 
yığışdırır, onu ilıq vannaya salır, ətirli sabunla sabunlayıb lifləyir, sonra şəfqətli 
otlardan dəmlənmiş suya çəkir və onunla bir təkrarlayırdı: «x» hərfi «xor», «xaç», 
«xırman» və sair bu kimi sözlərdə əvvəldə yazılır!» Sonra o, onun ayaqlarının 
quruyub qaxaclaşmış qatlarını, qaşınmadan qızaran dərisini kakao dənələrinin 
yağıyla yağlayır, balaca körpələri pudralayan kimi, sısqa yançaqlarını ağ tozla 
pudralaya-pudralaya, nəvazişlə şillələyir və: «Bax, bu, Hollandiya maliyyə nazirinə 
görə! Al! Al!» - deyirdi. Sonra Letisiya onu, günahlarını yudurtmaq üçün, bir vaxt 
ölkədən qovdurduğu kilsə əyanlarını geri qaytarmağa məcbur elədi; – axı 
xəstəxanalarla, yetimxanalarla, digər Allaha yaxın yerlərlə kimsə məşğul 
olmalıydı?!.. İş bu yerə çatanda, bir müddət heç bir şey alınmadı, qoca ona kinli 
üzünü göstərib: «Heç vaxt!» -dedi. İctimaiyyətin gözü qarşısında bir dəfə qəbul 
olunmuş qərarı dəyişməyə heç kimin gücü çatmaz; lakin Letisiya, inadından 
dönmədi, onu sevgi anlarının ən təngnəfəs döngələrində yaxaladı, dilə tutub: 
«Bircə bunu xahiş eləyirəm sənnən, həyatım mənim, bircə bunu! Qoy bu zavallı 
dindarlar öz yerlərinə qayıtsınlar, axı, onlar heç vaxt sənin bir işinə qarışmayıblar, 
heç vaxt heç bir işinə burun soxmayıblar!» - dedi. O isə həmişəki hövsələsiz 
ehtirasında boğula-boğula: «Heç vaxt, əzizim, - deyirdi - eşşək əvəzinə hinduları 
minib gəzən, ucuzlu şüşə muncuqları qızıl nariqerilərə* və arrekadalara** dəyişən 
bu arvadağızların geri qayıtmasına icazə verməkdənsə, ölərəm!» Buna cavab 
olaraq, Letisiya onun şəhvətli istəklərini rədd edir, bədəninə toxunmağa icazə 
vermir, inadla, dövlətin musadirə etdiyi kilsə məktəblərinin ruhani idarələrinə 
qaytarılmasını, kilsə mülkiyyətindən sekvestrin götürülməsini, şəkər zavodlarının, 
kazarmaya çevrilmiş məbədlərin monastrlara qaytarılmasını xahiş eləməyinə 
davam edirdi. Onda o, qətiyyətlə üzünü divara çeviririb: «Bu Allah quldurlarına, 
neçə yüzilliklər boyu ölkənin ciyərlərini yeyib sökən bu quzğunlara imkan 
verməkdənsə, sənin bu sonsuz məhəbbətinin ləzzətli əzablarından imtina eləsəm 
yaxşıdı. Heç vaxt! Onların ayağı buralara dəyməyəcək!»  
«Lakin onlar geri qayıtdılar, mənim generalım!»  
Onlar ölkəyə sizin gizli əmrinizə əsasən, ən darısqal, gözəgörünməz cığırlarla, 
gözdən-könüldən uzaq limanlarda sakitcə, gizlicə dayana-dayana qayıdırdılar. 
Letisiyanın xahiş elədiyi adamların, demək olar, hamısı geri qayıdırdı, onlara 
dəyən zərər artıqlamasıyla ödənilirdi, müsadirə olunmuş əmlakı – bütün mülkiyyəti 
kilsəyə qaytaranda, vətəndaş kəbinləri və boşanmaları haqqında qanunlar ləğv 
edildi, məktəbin kilsədən ayrılması haqqında qanun ləğv edildi. – Bendisyon 
Alvaradonun müqəddəslər sırasına daxil edilməsinə etiraza qarşı cavab olaraq, 
qəbul edilmiş bütün qərarlar ləğv edildi, Allah ona rəhmət eləsin! «Sənə daha nə 
lazımdı?» Letisiya Nasarenoya isə hələ çox şey lazım idi, odu ki, günlərin bir günü 
qocaya: «Qulağını qarnıma qoy, – dedi – onda görərsən ki, qarnımda böyüyən 
uşaq, səsinə necə səs verir.» Letisiya özü də içindən, bətnindən, dölətrafı bol 
suların qoynunda yırğalanan canın səsindən qorxub diksindi. «Sənin qanındı…» - 
Letisiya dedi; onda qoca, eşidən qulağını onun qarnına dirəyib dinlədi və körpənin 
 
111


ürək döyüntülərini eşitdi. «Bizim günahın övladıdı, - Letisiya dedi - günah dolu 
sevgimizin övladı, bizim oğlumuz – Emmanuel adlanacaq oğlumuz… bu, 
müqəddəs addı, onun alnında, mənsub olduğu əsil-nəcabətin işarəsi parlayacaq
anasından o, fədakarlığı, atasından – böyüklüyü mənimsəyəcək, o da atası kimi, 
taleyin hökmüylə, bütün canlı aləmin rəhbəri, aparıcı qüvvəsi olacaq, lakin əgər 
atası müqəddəs altarın önündə, bu vaxtacan qadağalı eyş-işrət, kafirlik sayılan bu 
əlaqəni qanuniləşdirməsə, o, göylər tərəfindən lənətlənib, bic doğulan uşaqlar 
sırasında, öz vətəni tərəfindən gözdən salınacaq!» Onda o, yatağın üstündəki 
naxışlı örtüyü kənara atıb ayağa qalxdı, nəfəsi, gəmi sobasının gurultusu kimi 
uğuldaya-uğuldaya, qəzəblə: «Heç vaxt! – deyə çığırdı – Ölərəm, evlənmərəm!» - 
deyib nəhəng ayaqlarını döşəmə boyu sürütləyib xışıldada-xışıldada, gün-gündən 
yadlaşan sarayın, Bendisyon Alvaradonun rəsmi dəfn matəminin son gecəsindən 
sonra xüsusi ecazkarlıqla şövqlənən zallarından keçərək, gözdən itdi. Pəncərədən 
matəm pərdələri açılmışdı deyə, otaqları günəşin gur işığı bürümüşdü, dənizin 
nəfəsi içəri dolmuş, eyvanlarda güllər açmışdı, çöldən, hərbi marşların səsi 
eşidilirdi; bütün bunlar, onun vermədiyi əmrin şərəfinə idi, bu əmri o verməmişdisə 
də, şübhəsiz ki, bu, onun üslubunda olan əmr idi; əmrdə, onun təmkinli qətiyyəti, 
üslubu hiss olunurdu. Odu ki, o, əmri qəbul elədi. - «Razıyam!» Sonra yenə onun 
vermədiyi, lakin mətniylə razılaşdığı ayrı bir əmrlə bağlı məbədlərin qapıları 
açıldı, monastrlar və qəbristanlıqlar müqəddəs ataların ixtiyarına verildi, kilsə 
bayramları və müqəddəs orucluq bərpa edildi; açıq pəncərələrdən, ona dua edib diz 
çökən camaatın xoş səsi eşidilirdi, onlar Allahın yerdəki nümayəndəsinin ölkəyə 
qədəm qoyması münasibətiylə şadyanalıq edirdilər. Bu nümayəndə, Letisiyanın 
göstərişiylə, gəmilərdən birində gətirilirdi; bu, Letisiyanın yataq otağında birdən-
birə ağlına gəlib, özbaşına qəbul elədiyi və camaatın gözü qarşısında hörmətini 
itirməmək üçün, rəsmi surətdə təsdiq etməyə məcbur olduğu qərarlardan biri idi.  
Letisiya, onun, pəncərədən gizli təəcüblə müşahidə etdiyi ucsuz-bucaqsız dindarlar 
izdihamının təkanverici qüvvəsi idi; bu izdiham, say etibarıyla Bendisyon 
Alvaradonun külünə sitayiş etmək üçün, bir vaxt küçələrə çıxan fanatiklər 
ordusundan qat-qat çox idi. Bendisyon Alvarado xatirəsi hər cür üsullarla məhv 
edilirdi; həmin bu möminlər kütləsi Bendisyon Alvaradonun külünü, quruyub 
çürümüş gəlinlik fatasının ovuntularını küləyə verirdilər, adı yazılmış qəbirüstü 
lövhə tərs üzünə çevrilib sərdabənin üz tərəfinə – divara həkk edildi ki, bu yerlərdə 
ömrü boyu boz quşları qu quşuna çevirməkdən ötrü fırçası əlindən düşməyən 
mərhum quş alverçisini yada sala bilən bir iz qalmasın. - «Və bütün bunlar sənin 
əmrinlə, sənin istəyinlə baş verdi ki, ayrı bir qadının xatirəsi, sənin mənə olan 
sevginə kölgə sala bilməsin, mənim dərdim, Letisiya Nasareno, it qızı!» Letisiya 
onu elə bir yaş həddində dəyişdirmişidi ki, bu yaşda insanı dəyişmək mümkün 
deyildi, belə yaşda insanı yalnız ölüm dəyişdirə bilərdi; evlənməkdən yüz bəhanə 
ilə boyun qaçırıb, uşaq şıltaqlığıyla dediyi: «Ölərəm - evlənmərəm» söhbətini isə 
Letisiya yataqdaca, şirin sevgi dəqiqələri ərzində usta fəndlərlə kökündən 
kəsmişdi, üstəlik, onu, təzə qurşaq taxmağa məcbur eləmişdi, «yoxsa, qoca, qara 
quzunun dərisində azmış zınqırovu kimi yellənə-yellənə qalmışdı…»; O, onu, bir 
vaxt gözəllik kraliçalarıyla vals oynadığı laklı uzunboğazları geyməyə, ölənəcən 
ali hakimiyyət simvolu kimi taxmağa məhkum olduğu qızıl mahmızı, uzunboğazın 
 
112


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə