Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/81
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#913
növüYazı
1   ...   54   55   56   57   58   59   60   61   ...   81

çarpmağa başlamışdı. Lakin, bütün bunlar da cəm halda yenə bizi, prezidentin, 
həmin bu ağ divarların arasında, həmin bu hökümət evində yaşadığına inandıra 
bilmirdi. Əksinə, bizim əlimizdə dəqiq əsasımız vardı, belə güman edək ki, bütün 
bunlar, vur-tut gözdən pərdə asmaqdı; hərb maşınının, prezidentin qocalıqdan 
mistisizm aləminə qərq olması, ictimai tədbirlərdən, əyləncələrdən uzaqlaşması, 
özünün öz üzərinə epitimya* qoyması, ömrünün son günlərində bütün 
qabiliyyətlərini itirdiyini gizlətməsi, ruhunu dərviş əbasıyla sakitləşdirərək, canını 
yüz cür dəmir avadanlıqlarla rahatlaması barədə söz-söbətlərə son qoyması üçün 
normal həyat barədə tamaşa düzəltməsi idi; həm də danışırdılar ki, o, tək bir qara 
çörək və quyu suyuyla dolanır, yataq həzzlərini isə, biskay monastrlarının, dərviş 
əbası geymiş çılpaq xidmətçiləri ödəyir; deyirdilər, o, beləcə, zorla cinsi əlaqəyə 
girdiyi bir qadına görə, bircə Allahın köməkliyi ilə hələ bütün ali ordenləri ala 
bilməyən bu rahibənin ondan uşaq doğmağının günahını yuyanacan, bu vəziyyətdə 
də qalacaq. Lakin bütün bu söz-söhbətlər, söhbət olaraq da qalır, hər şey, öz 
əvvəlki qaydasında - onun hüdudsuz kədər səltənətində olduğu kimi, yenə öz 
yoluyla davam etməkdəydi, çünki hakimiyyətin açarları hələ də Letisiya 
Nasarenonun əlindəydi və o, pul hesablarının dövlət tərəfindən ödəniləcəyini 
bildirəndə, onu da bildirməyi unutmurdu ki, bu, şəxsən prezidentin öz arzusudu. 
«Hesabı hökumət ödəyəcək!» - ilk günlər bu ifadə azca da olsa, ümid işığı 
yaradırdısa, günlər ötdükcə, öz dəyərini, ciddiliyini itirirdi: «Hesabı hökumət 
ödəyəcək!» Hadisələr bu minvalla davam etməyindəydi ki, uzun-uzadı illərdən 
sonra günlərin bir günü, cəsarətli kreditorlar, əllərində çamandanları, özlərini 
prezident sarayının qəbul bölməsinə yetirdilər. Ən qəribəsi o idi ki, bizə nə «hə», 
nə də «yox» deyən olmadı. Növbətçi bizi, çox qanacaqlı və cavan bir zabit oturmuş 
yığcam qəbul otağına ötürdü, orda zabit öz növbəsində, bizə gülər üzlə qəhvə təklif 
etdi: «Prezidentin öz məhsulundadı, cənablar!» Bundan sonra o, bizə, pəncərələri 
dəmir çərçivəli, tavanları ventilyatorlu, gur işıqlı, ağ kabinetləri göstərdi; bu 
kabinetlər elə təmiz, elə işıqlı idi, hər şey o qədər saf və insanpərvər idi ki, 
bizlərdən hər birimiz özümüzü itirə-itirə biri-birimizdən: «Bəs deyilən o çürük 
hakimiyyət havası hanı? Öz işləri ilə tələsmədən, sakitcə məşğul olan bu ipək 
köynəkli məmurlar, bu mülayim adamlar necə qəddar və simic ola bilərlər axı?» - 
deyə soruşduq.  
Cavan zabit isə bizi hey saray otaqlarıyla gəzdirirdi; o bizi, Letisiya Nasarenonun, 
sübh şehi və səhərin təmiz havası, kor və iflic xəstələrin üfunətindən korlanmasın 
deyə, dibindən kəsilən qızılgül kollarıyla bəzənmiş içəri həyətə apardı və bizə, bir 
vaxt kənizlərin yaşadıqları hinəbənzər barakları göstərdi… pas atmış tikiş 
maşınlarını, hərəmxana sakinlərinin iki-iki, bəzən üç-üç yatdığı kazarma 
çarpayılarını göstərdi və izah elədi ki, bu qəfəsəbənzər biabırçı barakı söküb, 
yerində kiçik kilsə tikəcəklər; o, bizə prezident sarayının ən müqəddəs yerini – 
günorta günəşinin işığından qızılı rəngə çalan diri güllərdən hörülmüş talvarın 
altında dayanan, yaşıl taxtalardan yığılmış stolu, prezidentin, Letisiya Nasareno və 
oğluyla - bu stolun arxasında oturmağa ixtiyarları çatan yeganə adamlarla təzəcə 
nahar elədiyi yeri göstərdi; əfsanəvi seybanı – prezidentin, siestanın ən bürkülü 
saatlarını, ikirəngli parçadan tikilmiş milli bayrağın kölgəsində keçirdiyi 
yelləncəyi, süd fermasını, pendir düzəldilən dəzgahları göstərdi; biz, prezidentin, 
 
117


hər səhər süd sağımına nəzarət etmək üçün gəldiyi yolla geriyə qayıdanda isə 
cavan zabit ayaq saxlayaraq, palçığın içində qalan uzunboğaz çəkmənin izini 
göstərib: «Baxın, bu, onun izidir!» - dedi. Və biz, nəhəng çəkmənin izinə baxa-
baxa, yerimizdəcə donub qaldıq. Bu izdən möhtəşəmlik və əzəmət duyulurdu; bu, 
tənhalığa öyrəşən bəbirin, hökümranlığı izi idi; bu izə baxdıqca, bizim hər birimiz 
özümüzü, prezidentin özündən çox, ecazkar hakimiyyət havasının bizə məlum 
olmayan gizli sirlərinin yaxınlığında hiss etdik və hər şey onunla bitdi ki, yüksək 
rütbəli hərbçilər, ali komandanlığın, dövlətin, nəhayət, prezidentin özünün 
hüquqlarından daha böyük imtiyazlara malik olan özündənrazı, yekəxana qadına 
qarşı üsyana qalxdı. Şöhrətdən başı gicəllənən, özündən süni surətdə kraliça 
düzəldən Letisiya Nasareno həddini o qədər aşdı ki, axırda baş qərargah daha dözə 
bilməyib, bizlərdən birini əla həzrətlərin yaxınlığına buraxmağa məcbur oldu: 
«Yalnız bir adam, - bizə dedilər, - qoy, o, generalın kürəyi arxasında baş verənlər 
barədə, heç olmasa, ucundan-qulağından da olsa, bir arayış versin.»  
- «Məsələ də bax, belə alındı ki, mən onu gördüm. O, öz qar kimi ağappaq 
otağında tək idi. Divarlardan cins ingilis atlarının qravürləri asılmışdı. O, yumşaq 
kresloda söykənəcəyə ehmalca söykənmiş vəziyyətdə oturmuşdu, başının üstə 
ventilyator pərləri hərlənirdi. O, orden-medalsız, bürünc düyməli, ağ, əzik, kətan 
formadaydı, ipək əlcəkli əli, üstündə üç cüt eyni qızılı çərçivəli eynəkdən savayı 
heç nə olmayan yazı stolunun üzərində idi. Kürəyinin arxasında, içi insan dərisinə 
bənzər cilidli, tozlu mühasibat kitablarıyla dolu rəflər vardı; sağ tərəfində, dəmir 
tor vurulmuş açıq pəncərədən bütün şəhər, dənizə qədər bircə quş görünməyən 
buludsuz, açıq səma görünürdü. Mən özümü çox yüngül hiss edirdim, çünki onun, 
əshabələrinə nisbətdə, çox sadə görkəmi vardı; portretlərindəkindən fərqli olaraq, 
ev görkəmində idi, bəlkə də buna görə ona ürəyim ağrıdı; ona aid olan hər bir şey 
nimdaş və qoca idi; o özü isə çarəsiz xəstəlikdən üzülmüş xəstələr kimi o qədər 
zəif idi ki, «əyləşin» deməyə belə, gücü çatmadı və o, ipək əlcəkli əlinin hərəkəti 
ilə mənə oturmağı təklif etdi və harasa kənara baxa-baxa, nəfəsindən gələn 
amonyak iyi kabinetin içini doldura-doldura, ağır xışıltı ilə nəfəs ala-ala, məni 
dinləməyə başladı; sonra uzun müddət pul sənədlərini gözdən keçirdi. Abstrakt 
təfəkkür ona yad olduğu üçün mən, məktəb dərsliklərində keçdiklərimdən istifadə 
edərək, bu kağızlarda nədən yazıldığını sadə sözlərlə ona izah etdim. Mən ondan 
başladım ki, Letisiya Nasarenonun borca götürdüyü taftanın uzunluğu, burdan 
Santa Mariya-del-Altaracan gedib-qayıtmaq qədərdir, yəni yüz doxsan dəniz 
milindən çox; onda o: «Aha» - dedi; edə dedi, elə bil bu sözü özü-özünə dedi. 
Sözümü onunla bitirdim ki, Letisiyanın borcları, sizin, əla həzrətlərinin güzəştini 
nəzərə alsaq, son on ildə lotereya oyununun altı ən böyük uduşuna bərabərdir. 
Onda o, yenə: «Aha» - dedi və ancaq onda gözü gözümə sataşdı. Onun gözündə 
eynək yox idi və mən gördüm ki, onun gözləri ürkək və qəmlidi, danışanda isə səsi 
elə qəribə çıxırdı, elə bil sinəsində fisqarmon çalınırdı. «Sizin gətirdiyiniz dəlillər 
inandırıcı və ədalətlidir!» - o dedi.  
Bəli, o dövrlər o, məhz belə idi; Letisiya Nasareno onu istədiyi kimi dəyişib, Daş 
dövründən qalan vəhşi Bendisyon Alvaradonun mağara tərbiyəsini canından 
çıxartdığı dövrlər, onu yalnız bu səviyyədə görmək olardı. Letisiya ona, süfrə 
arxasında yox, ayaq üstə yeriyə-yeriyə, bir əlində kasa, o biri əlində qaşıq, dala-
 
118


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə