sənin istəyin naminə boşaldılmışdı, sənin naminə mən
düşmənlərimi əfv edib
vətənə qayıtmalarına icazə verdim!»
Pasxa qabağı o, vicdan azadlığını bərqərar edən, zidd fikirliliyə görə cəzaları
qadağan edən qərarı rəsmiləşdirdi, çünki ömrünün payızının yetkin çağı o, səmimi
qəlbdən anladı ki, ən qatı düşmənlərinin belə, əfsanəvi yanvar gecələri Letisiya
Nasareno ilə onu göyərtədə, bircə alt tumanında oturan vəziyyətdə, ayın işıldatdığı
nəhəng qarnını görmək şərəfinə nail olan yeganə qadınla keçirdiyi xoşbəxtliyin ən
xırdaca payına da olsa hüquqları çatır; onda o, Letisiya ilə birlikdə Vavilon
hökmdarlarının göndərdiyi, Yağışlar Bağında əkilən gümüşü söyüdləri, leysan
yağışın, günəşin büllur şüalarıyla kəsilməsini, yaşıl cəngəlliklər
içində itib-batan
Qütb ulduzunu seyr edir, radioların, dünyanın bütün pataxtylarının adı və
meqagerts rəqəmləriylə dolu olan şkalasını gözdən keçirir, Letisiya ilə birlikdə
dünyanın qarmaqarışıq səsləri və öz orbitləri ətrafında ətürpədən uğultu yaradan
planetlərin səsi içində hər axşam Santyaqo de Kubadan verilən, hər fəsli ürək
kövrəldən – «Təki sabaha sağ çıxaydıq» sözləri ilə bitən radioromanın növbəti
fəslinə qulaq asırdı. Gecələr, yatmamışdan əvvəl isə o, uşaqla məşğul olur, ona
silahlar barədə, hansı silahın harda işlədilməsi barədə danışırdı; axı bu, onun
xırdalıqlarına qədər bələd olduğu yeganə sahə idi?!.. Siyasi müdriklik dərslərinə
gəldikdə isə o, hər dəfə uşağa eyni şeyi təkrar deyirdi: «Əgər sözünün yerə
düşəcəyindən şübhələnirsənsə, heç vaxt əmr vermə!» hər dəfə də uşağı, bu kəlamı
onunla birlikdə təkrar eləməyə məcbur edirdi ki,
o birdəfəlik başa düşsün ki,
yüksək vəzifəyə malik olan şəxsin yeganə səhvi – yerinə yetiriləcəyinə dəqiq əmin
olmadığı vəziyyətdə əmr verməyidi; məlum məsələydi ki, bu, yetkin dövlət
xadimindən, həyat təcrübəsi görmüş müdrik atadan çox, nəfəsindən artıq süd iyi
gələn heysiz qocanın məsləhətiydi və işdi, əgər Allah-tala uşağa da bu qədər ömür
bəxş etməli olsaydı, o, bu məsləhəti qəbir evinəcən yadından çıxarmayacaqdı,
çünki bu düsturu ilk dəfə altı yaşında - atasının rəhbərliyi altında ağır qurğudan
atəş açdığı gün eşitmişdi, odu ki, yaddaşına, həmin bu dəhşətli gurultuyla bir həkk
olunmuşdu; biz isə o dəqiqə başa düşdük ki, həmin bu ağır qurğudan açılan atəş,
yaxın tezlikdə baş verəcək təhlükəli təbii fəlakətin xəbərdarlıq əlamətidi, çünki
atəşdən sonra dəhşətli bir qasırğa – yağışsız,
lakin şimşəkli, gurultulu bir qasırğa
başladı; bir gurultu qopdu, elə bil yeraltı vulkanların hamısı birdən oyandı,
Komodoro Rivadavia tərəfindən isə vahiməli qütb küləyi əsməyə başladı; külək
dənizi alt-üst edib, bütün sularını çalxaladı, köhnə ticarət limanı meydanında
məskən salan köçəri sirki, saman çöpü kimi hərləyib özüylə apardı və biz, bir qədər
sonra su boyu trapessiyalarda üzən filləri, suda boğulmuş klounları və zürafələri
torla tutmağa başladıq; onlar buralara, qasırğanın ilk həmləsindən düşmüşdülər,
külək onları ordan, trapessiyaqarışıq, dənizə salmışdı; həmin bu dəlisov qasırğa az
qala, lövbərində, sonradan Ruben Dario adı ilə məşhurlaşan gənc şair Feliks Ruben
Qarsia Sarmento gələn banandaşıyan gəmini də batıracaqdı; gəmi yalnız qasırğa
qutarandan, düz bir saat sonra bizim limana daxil ola bildi.
Günorta saat dörd olardı, qasırğanın təzələdiyi hava, cücülərin şən vızıltısıyla
dolmuşdu,
dəniz sakitləşmişdi; əla həzrətləri, öz yataq otağının pəncərəsindən
boylanaraq, qasırğanın çalxalayıb sağ böyrü üstə yıxdığı və indi heysiz-heysiz
limanın, qızılı, hamar sularıyla üzən ağ gəmiciyi gördü; sükanın arxasında kapitan
121
dayanmışdı və gəminin geriyə yan almasına, şəxsən özü rəhbərlik edirdi, kapitanın
yanında isə, əynində tünd mahud gödəkcə və ikibortlu jilet olan sərnişin
dayanmışdı; general bu adam haqqında, növbəti bazar gününədək heç nə
eşitməmişdi, bazar günü isə Letisiya Nasareno, ərindən ağlasığmaz bir şey xahiş
elədi: «İstəyirəm, biz
bu axşam Milli teatra, poeziya gecəsinə gedək!» O, Letisiya
ilə bu poeziya gecəsinə getməyə razılıq verdi. Həmin axşam biz prezidenti, düz üç
saat ayaqüstə dayana-dayana, havasız zalın istisindən tər tökə-tökə, gecədən bir
neçə dəqiqə əvvəl məcburən əynimizə geydirilən parad kostyumlarında boğula-
boğula gözlədik. Və nəhayət, budur, milli himn səsləndi və biz əl çala-çala, tafta
paltarın üstündən boynuna qara tülkü dərisi taxmış, buruq lələkli şlyapalı,
dolubədənli rahibənin göründüyü dövlət lojasına sarı çöndük; qadın, alqışlara
məhəl qoymadan, general mundiri geymiş oğlan uşağını yanında oturtdu,
oğlan isə,
zanbaq rənginə çalan əlcəyini çıxarıb camaata əl elədi; anasına görə, qədim
vaxtların şahzadələri camaatı bu cür salamlayırmış; hökumət lojasında daha heç
kim gözə dəymirdi, lakin, o, ordadı, biz onun gözəgörünməz iştirakını – dinc
qəlbimizin sakitliyini poeziyanın üsyankar havasından qoruyan insanın iştirakını
hiss edirdik… axı bizim sevgi hissimizin ölçüsünü, ümumiyyətlə, hisslərimizin
ölçüsünü, az qala ölüm vaxtımızı belə o müəyyənləşdirirdi. Bəli, o, ordaydı,
lojanın, bizlərə görünməyən, qaranlıq küncündə, şairin görə bilmədiyi yerdə
oturmuşdu, şair, əzəmətli səsiylə onun gözünə möhtəşəm minotavr kimi
görünürdü; bu səsin ahəngi, sanki darısqal
zaldan yox, açıq dənizdən gəlirdi; bu
səs, qeyri-ixtiyari əla həzrətlərini, oturduğu lojadan da, bu zaldan da bütün bu yer
ölçülərindən yuxarıya – qızıl şeypurların çalındığı yerlərə qaldırdı, şeypurların bu
gümüşü sədaları altında Marsın və Minervanın triumfal girişləri – şöhrət
səltənətinin triumfal girişi göründü. - «Sizin şöhrətinizin yox, mənim generalım!»
O, pəhləvan-cəngavərləri, adamı ölümcül qapan qara itləri, dəmir nallı döyüş
altarını, kobud lələkli şlyapalı, əlinizəli, cüssəli bayraqdarları, bu cəngavərlərin
qəribə, yad bayrağı zəbt etdiyini gördü. - «Sizin silahınızın hesabına zəbt
etmədilər, mənim generalım!» O, vətəndaş müharibəsində ayaqyalın əsgər kimi
döyüşdüyü vaxtlar, qızdırmalı sayıqlamalarda duyub hiss etdiklərinə - vətənin
şərəfi və əbədiliyi naminə qızmar yay günəşinə, soyuq qışın qarına və küləyinə,
gecəyə, şaxtaya, ölümə meydan oxuyan bütöv bir
qəzəbli gənclər ordusunu gördü,
gurultulu alqış partlayışı içində özünü xırda və miskin hiss etdisə də, öz qaranlıq
küncündən camaata qoşulub əl çala-çala, öz - özünə: «Anam mənim, Bendisyon
Alvarado, zəfər, buna deyərlər! Buna baxanda, camaatın mənim üçün elədikləri
heç nədi!»
O, özünü tənha və atılmış, bürkünün və uzunayaqlı ağcaqanadların dumanı altında
əzilmiş hiss edir, fəxri lojasının qızıl naxışlı sütunlarına, rəngi itmiş məxmərinə
görə xəcalət çəkirdi. - «Lənət şeytana, axı bu, necə ola bilər ki, bu hindu dalını
yuyan əl belə bir gözəl əsər yazsın?» Qoca, ona tam aydın olmayan bu poetik
dildən, qəlbinin dərinliklərinəcən riqqətə gələrək, özünə yer tapa bilmir, yekə
ayaqlarını möhtəşəm sətirlərin təntənəli ritminə uyğunlaşdırmağa çalışaraq, qəzəbli
fil kimi
o baş-bu başa var-gəl edir, arada bir Letisiya Nesarenonun, pationun
nəhəng ağaclarının budaqlarından yığılmış triumfal girişində təşkil etdiyi ehtiraslı,
zil səsli xorun ritmi altında yuxuya gedirdi; o, qəlbini riqqətə gətirən bu şeirləri
122