hökm sürən sarayı narahat edirdi. O, tutuquşuların boğazına
nə qədər şəfqətli
dərmanlardan damcıladırdısa da, quşların səsi çıxmırdı ki, çıxmırdı; qonşuluqdakı
məktəbin qızları da daha yaşıl ağaca qonan çopur quşcuğazın mahnısını
oxumurdular; bircə o qalırdı ki, bir kənara çəkilib hər şeyi unudasan; vaxtın qalan
hissəsi isə, döşləri kal limon kimi balaca, bərk məktəbli qızların yolunu gözləməyə
və onlarla məzələnməyə gedirdi; ya da, siestanın bürkülü saatlarında yamyaşıl
talvarın altında təmtəkcə oturub, çoxlu, dadlı yeməklər yeyə-yeyə, ürəyinə yatan
televizya filmində baş verən əhvalatın ipini əldən buraxmamaqdan ötrü, arada bir,
yarımürgünün içindən oyanıb, yenidən mürgüləyə-mürgüləyə keçirirdi; bu
filimlərdə hər şey həyatdakı kimi deyildisə də, ona elə gəlirdi ki, əsl həyat, yaxud
ən azı, onun təsəvvürüncə həyat - elə-belə də olmalıdı; uzun müddət onun ağlına
belə gəlmirdi ki, bu yaxşı sonluqlu yüngül filmləri – əclaflığın xeyirxahlığa təslim
olduğu, məhəbbətin şərə qalib
gəldiyi bu filimləri biz, onun zövqünü oxşamaqdan
ötrü - Xose İqnasionun tapşırığı ilə, xüsusi radioötürücülərlə, ya da, televizya
verlişlərini kəsib, ayrıca kanalla verirdik; biz, hər şeyi bilə-bilə, onu
vicdansızcasına aldadırdıq ki, o, özünü xoşəbxt hiss etsin; o da özünü son
günlərinəcən, qocalıb lap heydən düşənəcən, xoşbəxt hiss edirdi; axırı-sonu
görünməyən, uzun-uzadı qocalıq illərində o bir də, əyinlərindəki dənizçi
formalarında tir-tir titrəyən, balaca qızları əlləşdirəndə,
özünü belə xoşəbxt hiss
edirdi; lakin günlərin bir günü, o soruşanda ki: «Sənə məktəbdə nə öyrətdilər?»,
mən də cavab verəndə ki: «Mənə heç nə öyrətmədilər, senyor, axı mən liman
fahişəsiyəm!» - o dəqiqə məni, qulağına dediyimi təkrar eləməyə məcbur elədi…
olsun, elə bilmişdi ki, səhv eşidib; onda mən, dediyimi heca-heca təkrar elədim ki,
mən məktəbli deyiləm, liman fa-hi-şə-si-yəm!; dedim ki, məni qətranlı sabunla
yuyub, lifləyib dənizçi yaxalıqlı mavi paltar geydirib, hər axşam saat beşdə onun
pəncərəsi önündən qaçmağı əmr ediblər; özü də mən tək qaçmırdım, böyrümlə,
sanitar polisinin yaxalayıb ələ keçirdiyi, yuyundurulub mənim kimi,
məktəbli
forması və oğlan botinkaları geydirildiyi, başlarına, at quyrüğündan hörüklər
taxılmış fahişələr də qaçırdı; baxın, bu saçlar, başa adi sancaqla taxılır; bizi
xəbərdar etmişdilər ki, əlindən heç bir iş gəlməyən, bədbəxt, səfeh qocadan
qorxmağa dəyməz, bircə onu edəcək ki, soyundurub, həkim kimi ora-buranıza
baxacaq, ola bilsin, yüngülvari əlləşdirəcək… bir sözlə, sizin elədiklərinizi dedilər,
mənim generalım, bizsə gözlərimizi yumub, guya ehtirasdan alovlana-alovlana:
«Ax mənim sevgilim... sevgilim mənim...» - deməliydik, necə ki,
hər axşam mən
deyirdim, sizin də canınıza yağ kimi yayılırdı; pulu bizə verməzdən əvvəl, bu
səhnəni oynamaq üçün bir neçə dəfə məşq elətdirirdilər, pul da nə pul – beş-on
qara qəpik, vəssalam: sanitar vergisini və serjant üçün komisyon xərclərini
çıxanda, bizə cəmi dörd ütük peso qalır. Bütün bunları, mənə gözünü qırpmadan
qulaq asan qaraqabaq qocanın üzünə dedim».
«Ah, anam mənim, Bendisyon Alvarado, bu qədər zülm çəkmək olar?..» - deyə o,
özü-özünə fikirləşirdisə də, nə bir sözüylə, nə hərəkətiylə sarsıntısını biruzə vermir,
vəziyyəti dolayısı yollarla aydınlaşdırmağa, xırdalıqları dəqiqləşdirməyə çalışırdı
və çox keçmədi ki, o, Dövlət Evinin qonşuluğundakı qızlar məktəbinin artıq
çoxdan bağlandığını dəqiqləşdirdi; balaca, məktəbli qızları həmin indi
qabağımızdakı banket stolunun üstündə, nə iləsə, sousun içində üzüyuxarı üzən
141
sabalo balığını xatırladan bədəni ilə uzanmış qaraqabaq, şorgöz qocanın
caynağından qurtarmaq üçün, şəxsən
maarif nazirin özünün, yepiskopun xeyir-
duası altında, var-dövlətli, adlı-sanlı ailə başçılarıyla əlbir olaraq, dəniz kənarında
yeni, üçmərtəbəli məktəbin tikintisinə vəsait ayırdığını öyrənə bilmişdi; solğun
malvların, kimsəsiz düzənliklərin, ay kraterlərinin sönük şüaları - onsuz açılan ilk
səhərin zəif işartıları, üstünə səpilən ağappaq gül-çiçək meyitin rəngini bir qədər də
saraldırdı… o nəhayət ki, azad idi, öz hakimiyyət əsarətindən, əsiri kim olduğu
dəqiq bilinməyən Hakimiyyət Evinin cansıxıcı köləliyindən qurtulmuşdu! Bir
vaxtlar bu sərdabə, həmin bu saray təmir olunanda, sahibinin razılığı alınmadan,
içəri və çöl tərəfdən ağ rənglə boyananda o, otaqların, dəhlizlərin divarlarına
söykənə-söykənə,
kənar bir adam kimi, rəngsazların işinə tamaşa edir, orda onu
tanımayan rəngsazlar: - «Burda sizlik bir iş yoxdu, senyor, rəngi korlayırsız!» -
deyə üstünə qışqırırdılar. O da, təzəcə ağardılmış divarlara toxunmadan, ehtiyatla
sivişib gedirdi. «Aşağı düşməyin, senyor, taxtabəndlər başınıza uçar!» - deyə o biri
yandan çığırırdılar və o, dinməzcə yuxarıda dayanıb qalırdı. Burda, həmin bu
yerdə, balta səsindən, bənnaların qəzəbli çığırtılarından qulaq batırdı. – «Çəkil,
kaftarın biri kaftar, yoxsa gilə yapışarsan!» - o da sıravi əsgər itaəti ilə deyilənə
tabe olur, geri çəkilir, guya rahatlığı üçün aparılan bu səfeh yenidənqurmanın
dözülməz əməliyyatlarına səbrlə dözürdü; özü özünə məxsus olmadığına görə,
cangüdənlərinin baxışlarından
heç cür qurtara bilmirdi; cangüdənlərin kinli
baxışları, elə bil onu qorumaqdan ötrü yox, güdməkdən ötrü ardınca zillənirdi;
onlar, onun yeyəcəyi bütün xörəklərdən dadır, yeməklərin yarısını korlayır, bal
ehtiyatlarının xəlvəti yerlərini dəyişir, yeriyəndə cingildəməsin deyə, qızıl
mahmıza üz çəkir, cürbəcür ehtiyat tədbirləri görürdülər; bütün bu işlər, olsun ki,
köhnə dostunı - Saturno Santosa yaman gülməli gələrdi; on bir başkəsənin,
səhərdən-axşamacan sirk kəndirbazları kimi, böyür-başına hərlənmsi, əlli metrlik
məsafədən silahın
növünü hiss edən, yanıb-sönən yaşıl-qırmızı lampalı cihazları,
doğrudan gülməliydi; avtomobil karvanı isə elə sürətlə gedirdi, yeddi eyni markalı
maşın bir-birilə elə ötüşürdü, elə bil onları qovan vardı; bu ötüşmədə general bəzən
tez-tez yerini dəyişən maşınların arasında, özünün hansı maşında olduğunu
qarışdırırdı; lakin bütün bu ehtiyat tədbirləri, quzğuna güllə atmaq kimi, mənasız
bir iş idi; maşının pərdəsini çəkib çölə boylananda gördü ki, özünü könüllü surətdə
dustaq etdiyi bu qədər uzun-uzadı matəm illərindən sonra da, prezidentin
limuzinlər karvanının lotusayağı manevrləri heç kəsin vecinə deyil; o, kilsə
qüllələrindən də yüksəklərə ucalan şüşə qayaya bənzər nazirlik binalarına baxdı,
divarda fırçayla yazılmış hansısa şüarı pozub təmizləyən hərbi patrula göz qoydu;
orda nə yazıldığını soruşanda dedilər: «Yeni vətən qurucusuna eşq olsun!»; şüarın
başdan-ayağa yalan olduğunu anladısa da, başını tərpətdi, «yoxsa silməzdilər» -
fikirləşdi; dənizə qədər altı bulvar uzunluğunda uzanan kokos palmalı,
gül-çiçəkli,
geniş bulvarı gördü; əvvəllər bu yerlər bataqlığıydı; qədim sütunlu eyvanı, bir-
birinə bənzər yeni villalar salınmış, yeni şəhərətrafı qəsəbəni gördü; bir vaxtlar
zibilxana olan yerdə sıx amazon yaşıllıqlarıyla dövrələnmiş otelləri gördü; əyri-
üyrü küçələrlə tısbağa gedişiylə yeriyən sonsuz avtomobil sürüsünü gördü; səkinin
gün düşən tərəfiylə veyillənən, günortanın bürküsündən gicəllənən adamları gördü;
səkinin kölgə hissəsində isə vergi idarəsinin, harın-harın o baş-bu başa gəzişən
142