Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/81
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#913
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   81

General canlı həyatdan o qədər uzaqlaşmışdı ki, real həyat haqqında təsəvvürlərini 
elə itirmişdi ki, min bir əziyyətlə özünə tay düzəldib, eyni məqamda gah orda, gah 
burda görünə-görünə, ümumiyyətlə, mövcud olub-olmadığına camaatda şübhə 
oyanacağı ağlına belə gəlmirdi. Bəziləri hətta onun letargiya yuxusuna getdiyindən 
şübhələnməyə başlamışdılar. Qarovulun iki dəfə çoxaldılmasına, prezident 
sarayına heç kimin girib-çıxa bilməməsinə baxmayaraq, deyirdilər ki, guya kimsə 
sarayın içinə düşə bilib və guya kimsə orda içi ölü quşla dolu qəfəsləri, müqəddəs 
çəndən su içən inəkləri, ətirli qızılgül kolları arasında yatan cüzamlı, iflic xəstələri 
görüb... Onda bütün məmləkət dərin sükut içində donmuşdu, günortadan sonra 
sübhün açılacağını gözləməyə başlamışdı. Çünki falçının suyla dolu ləyənə baxıb 
dediyi kimi, onun öz əcəli ilə, öz yorğan-döşəyində, yuxuda öldüyü barədə şayiələr 
gəzməyə başlamışdı və deyirdilər, yüksək rütbəli məmurlar bu ölüm xəbərini ona 
görə gizlədirlər ki, aralarında bəzi qan iyli məsələləri hələ ayırd edə bilməmişdilər. 
O, yaxın günlərdə taleyində nə isə baş verəcyini hiss etsə də, bütün bu söhbətlərə 
əhəmiyyət vermirdi. Hərdən bir, əvvəli-axırı bilinməyən domino oyununu yarımçıq 
kəsib general Rodriqo de Aqilardan soruşdu ki, «dostum, vəziyyət ümumiyyətlə 
necədir?», onda o biri: «Hər şey öz əlimizdədir, mənim generalım, ölkədə 
sakitlikdir», - deyirdisə də, o, canına yeriyən qorxudan azad ola bilmir, sarayın, 
mal təzəyindən qalanan qəramət ocaqlarında, bu ocaqların əfi dillərində nə isə daha 
qəramətli əlamətlər axtarır, öz taleyini görmək üçün suyu çəkilmiş köhnə quyuların 
dibində gəzir, oralarda da heç nə tapmayanda, həyəcandan titrəyə-titrəyə anası 
Bendisyon Alvaradonun yanına – bir vaxtlar, həyətində bitən tamarin ağaclarının 
sərin kölgəsində yellənə-yellənə təmiz hava udduğu evlərinə yollanırdı. Qoca olsa 
da, həyat eşqiylə alışıb-yanan anası da köhnə yelləncəkdə onunla yanaşı oturub, 
təmiz havadan uda-uda yellənir, yan-yörəsində hərlənən toyuq-cücəni, 
tovuzquşuları qarğıdalı toxumu ilə yedirdir, o isə ağ, hörmə kreslosuna yayxanıb 
şlyapasıyla üzünü yelləyir, ona əlvan rəngli soyuq meyvə şirələri gətirib: «İçin, 
sərinləyin, zat-aliləri…» - deyən ucaboy, qarabuğdayı qızlara kədərlə baxır, 
anasına demək istədiyi, lakin deyə bilmədiyini ürəyində fikirləşirdi: «Ey mənim 
əziz anam Bendisyon Alvarado, sən bilsəydin ki, mən daha bu dünyayla bacara 
bilmirəm, artıq tükənmişəm, canımı götürüb bu məşəqqətdən heç özüm də 
bilmirəm hara qaçmaq istəyirəm!..» Bu ah-tuxun əsl səbəbindən xəbərsiz anası da 
elə bilirdi ki, oğlunu inildədib içini çəkdirən, bu qaraşın qızlardı. Odu ki, axşam 
düşən kimi, şəhərin işıqları yanar-yanmaz, o, gizli yolla öz yerinə - saraya qayıdır, 
qaranlıq dəhlizlərdən oğrun-oğrun sivişə-sivişə, qarovulun addımlarına diqqət 
kəsilirdi. Qəfildən onunla üzbəüz çıxan qarovul isə gümrah səslə: «Hər şey öz 
qaydasındadır, zat-aliləri! Tam sakitlikdir!» - deyə hesabat verirdi. O isə gözəl 
bilirdi ki, onlar bunu vəzifə borcları kimi, qeyri-iradi deyir, onu da, özlərini də o 
səbəbdən aldadırlar ki, onlar da onun kimi qorxurdular. Bu elə bir gərgin dövr idi 
ki, heç kim özündə inam hiss eləmirdi, amma hamı da yalandan deyirdi ki, hər şey 
öz qaydasındadır. Onu rahat yaşamağa qoymayan, şan-şöhrətinin ləzzətinə zəhər 
qatıb hakimiyyətin özündən belə iyrəndirən də məhz elə bu inamsızlıq, bu 
anlaşılmaz xof idi. Hər şey də həmin o tarixi hadisədən sonra, o əlamətdar xoruz 
döyüşündən sonra başladı! Gecələr o, quru döşəmənin üstündə uzanıb, 
yuxusuzluqdan gözü acışa-acışa, hardansa uzaqdan - kasıbların toyundan eşidilən 
 
17


musiqinin – nə vaxtsa onun yasında da beləcə həvəslə çalınacaq barabanların, gecə 
saat ikidə mədənlərə oğurluq mal daşıyan becid gəminin sahildən uzaqlaşdıqca 
verdiyi asta, ayrılıq fitinin səsinə, səhərə yaxın kağız kimi sökülüb açılan 
qızılgüllərin xışıltısına qulaq asır, bədəni soyuq tər basa-basa içini çəkir, bircə 
dəqiqə belə olsun, fikrini yayındıra bilmirdi. Hansısa gizli duyğusu, gecənin 
havası, anasıgildən qayıdarkən, küçədə rastına çıxanlar ona çox şey deyirdi. 
Həmin gecə isə evə qayıdarkən o, küçə boyu axışan kütləni, taybatay açılan 
pəncərələri, şəhərin qeyri-adi canlanmasından həyəcanlanıb dekabr səmasının mavi 
ənginliklərində uçan qaranquş qatarını gördü və hər şeyi bir az da aydın görmək 
üçün karetin pərdəsini aralayıb özü-özünə: «Mənə əziyyət verən, bax bu idi, ana! 
Üzüb əldən salan bu idi! Axır ki baş verdi!» - deyə fikirləşdi və elə həmin an da, 
dekabr göyünün baharsayağı büllur işığı içində üzən rəngbərəng şarlara – qırmızı, 
yaşıl, sarı, mavi rəngli saysız-hesabsız nəhəng portağallara baxdıqca özündə əcayib 
bir yüngüllük hiss elədi. 
Sonra qəfildən nə oldusa, hürkmüş qaranquşların arasından göyə qalxan şarların 
hamısı birdən-birə səssizcə partladılar… minlərlə rəngbərəng vərəqələr şəhərin 
üstünə səpildi və çovğunun süpürüb havaya dağıtdığı xəzəl kimi havada hərləndi. 
Prezident karetinin sürücüsü, qarmaqarışıqlıq idi deyə, atların başını geriyə 
döndərib izdihamın içindən kənara sıçradı. Heç kim də bu karetə fikir vermədi, 
tanıyan olmadı, çünki hamının başı vərəqələrə qarışmışdı. Camaat vərəqələri göydə 
tutur, ayaq altından yığırdılar, hamı bir adam kimi yığırdı, mənim generalım! 
Vərəqələrin mətnini bərkdən-bərkdən eyvanlardan oxuyurdular, döngələrdən: - 
«Rədd olsun zülm! Cəllada ölüm!» - səsləri eşidilirdi. Hətta saray qarovulunun 
əsgərləri belə, dəhlizlərə yığılıb bu qiyamçı vərəqələri bərkdən oxuyurdu: «Bir 
əsrlik despotizmə qarşı mübarizə aparan milli və sinfi birliyə eşq olsun! Satqın 
arvada qarşı mübarizə aparan vətənpərvərlərin birliyinə eşq olsun! Rədd olsun
korrupsiya! Bəsdir qan töküldüyü! Rədd olsun quldurluq!» Bütün ölkə minillik 
yuxudan ayıldığı həmin bu dəqiqələrdə ən dəhşətli xəbəri o, karet tövləsində aldı: 
«Mənim generalım, Patrisio Araqones zəhərli oxla yaralanıb!» 
Bir neçə il əvvəl, axşamüstü, ovqatının təlx vaxtı, bekarçılıqdan darıxıb 
üzüldüyündən, Patrisio Araqonesə, dəmir şahı atıb talelərini öyrənməyi təklif 
eləmişdi. «Pulu ataq, - demişdi – əgər qartal üzü düşsə, demək birinci sən 
öləcəksən, yox, əgər o biri üzü düşsə, mən.» Patrisio Araqones isə pulu atmaqdan 
imtina edib demişdi ki, işdi, ölməli olsaq, bir yerdə öləcəyik, pul atmağın da heç 
bir xeyri yoxdu, udan, uduzan olmayacaq. «Bəyəm unutmusunuz, pulun hər iki 
tərəfinə prezidentin profili döyülüb?» Onda general ona, talelərini dominoda 
sınamağı təklif etdi: iyirmi oyundan çox udan sağ qalacaq. «Mən razı, - Patrisio 
Araqones dedi – böyük məmnuniyyətlə, lakin bir şərtlə, mənim generalım! Mənə, 
sizi udmaq hüququ verilməlidir.» Bu hüquq ona verildi və onlar oynamağa 
başladılar. Əvvəllər udmaq qadağan edildiyinə görə generala uduzan Patrisio 
Araqones, iyirmi oyunun iyirmisini də dalbadal uddu, bu iyirmi gərgin tutuşmanın 
üzüntüsündən tərləyib soyuyan üzünü silərək, içini çəkdi: «Nə etməli, mənim 
generalım, təəssüf ki, mən də ölmək istəmirəm?!..» - dedi. Onda general 
dominoları taxta qutunun içinə səliqəylə sıra-sıra yığa-yığa, uşağa dərsi başa salan 
müəllim təbiriylə, özünün də, ələlxüsus da domino oynuna görə zorla ölməyə 
 
18


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə