Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/81
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#913
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   81

həvəsi olmadığından, vaxtı çatanda, öz ölümü ilə, öz yorğan-döşəyində, 
prezidentliyinin lap ilk günündən onun taleyini, su ləyəninə baxıb oxuyan görücü – 
falçı qadının dediyi kimi, yuxuda öləcəyindən bənd-bənd danışdı. «Amma, bir 
yana baxanda, - dedi - bir az da yaxşı fikirləşsək, yenə heç nə dəqiq deyil, çünki 
mənim anam Bendisyon Alvarado məni ona görə doğmayıb ki, gecə-gündüz suda 
çəngəllə yazılanları oxuyum. Mən - hökm vermək üçün doğulmuşam. Bir də, mən 
sən deyiləm, elə özüməm və Allahına şükür elə ki, bütün bunların hamısı 
zarafatdı.» Onda bu zarafatın heç də adi zarafat olmadığı onun ağlına belə 
gəlməmişdi, yatsa, yuxusuna da girməzdi ki, yaxın bir vaxtda ölüm püşkü 
həqiqətən də onlardan birinin payına düşəcək. Elə də oldu. 
O, Patrisio Araqonesi otağında, ölümqabağı işgəncələr içində qovrula-qovrula 
tapdı. Xilasa ümid yox idi, oxun zəhəri həddən artıq qatı idi. İçəri girəndə, Patrisio 
Araqonesi elə kandardan, romalılar kimi, əli başının üstə salamladı: «Eşq olsun, 
igid!» Sonra canverənin yatağına əyləşib, yüngülləşdirici dava-dərmandan xəstəyə 
qaşıqla içirtməyə başladı. Patrisio Araqones isə generalın bu xidmətlərindən imtina 
eləmədisə də, ona zərrə qədər minnətdarlığını da bildirmədi və dərmanın növbəti 
qaşığını udandan sonra ürəyindən keçənlərin hamısını birnəfəsə döşədi: «Mən sizi 
bu murdar dünyada müvəqqəti tək qoyub gedirəm, mənim generalım... ürəyimə 
damıb ki, sizinlə cəhənnəmin yeddinci qatında görüşəcəyik... Mən - ağrıdan ip 
kimi gərilib düyünlənmiş, zəhərli ox üç qatından keçib öldürülmüşün birisi, siz isə, 
əlləriniz başınızın üstündə, özünüzü soxmağa yer tapmırsız, açıq danışdığıma görə 
üzr istəyirəm, mənim generalım, hər şeyi olduğu kimi deyirəm... İndi daha deyə 
bilərəm ki, sizi heç vaxt sevməmişəm, sizsə, nəyə görəsə beyninizə yeritmisiz ki, 
guya mən sizi sevirəm... Yox, mən həmişə sizə nifrət eləmişəm... Azadlığımı sizin 
ucbatınızdan itirdim... kefim istəyən kimi veyillənməyə da imkan vermədiniz... o 
vaxtdan hər gün Allaha yalvarırdım ki, sizə ölüm versin, əziyyətli, ya yüngül bir 
ölüm, fərqi yoxdu... təki sizdən canım qurtarsın, təki siz mənim acı taleyimin 
cəzasını çəkəsiz... axı başıma daha nə oyun açmadınız?.. Taxta çəkiclə döyə-döyə 
dabanlarımı xurd-xəşil eləyib ayaqlarımın altını öz ayağınızın gününə saldınız ki, 
sizin kimi ayağımı sürüyə-sürüyə gəzim... qarnımda şiş əmələ gəlsin deyə, 
böyrümü çəkmə qıyığı ilə deşdiniz, yazıb-oxumağı yadırğatmaq, bildiklərimi 
unutdurmaq üçün məni skipidar içməyə məcbur edirdiniz, çünki özünüz yazıb-
oxumağı bacarmırdınız... yazıq anam isə mənə savad verməkdən ötrü nə qədər 
əziyyətlər çəkmişdi!.. Çox-çox rəsmi yerlərə, paradlara öz əvənizə məni 
göndərməklə guya özünüzü, dönə-dönə dediyiniz kimi, daha vacib, vətən üçün 
daha zəruri işlərdən ötrü qoruyurdunuz… amma yox, siz mənim ona görə oralara 
göndərirdiniz ki, hər yerdə, lap o dılğır gözəllik müsabiqələrində də hansısa 
fahişənin başına tac qoya-qoya, qəfil əcəlin səni hardan, hansı tərfəfdən 
haqlayacağını fikirləşəndə, ən qoçaq adamın da canına vicvicə düşür... açıq 
danışdığıma görə məni bağışlayın, mənim generalım... Lakin generalı, Patrisio 
Araqonesin həyasızlığından çox naşükürlüyü əsəbiləşdirdi: «Və bütün bunları sən 
deyirsən? Ömrü boyu burda şah kimi yaşayan, ömrüm boyu heç kəsə qıymadığımı 
ona verdiyim adam deyir?!.. Mən ki, öz arvadlarımı da sənin ixtiyarına 
vermişdim!?» Burda Patrisio Araqones, onun sözünü ağzında qoydu: «Bu barədə 
lazım deyil, mənim generalım. Bu bədbəxt qadınları, bu əzabkeş anaları, inəyi 
 
19


boğazlayan kimi, yerə yıxıb işini görməkdənsə, axtalanmaq yaxşıdı. Kələ gələn 
inəkdən bunların bircə fərqi odu ki, inəklər o məqam fınxırıb mouldayırlar, 
bunlarsa, ələ gəlməyən, qupquru dallarını səninçün dikəldib, özləri vecsiz üzlərlə 
kartof soyur, ya da yaxındakıları haylayıb, haqq-hesab bitənəcən, ocaq üstündə 
qaynayan düyü sıyığı yanmasın deyə ona göz qoymağı tapşırıllar... Bu heyvərəliyi 
təkcə siz məhəbbət adlandıra bilərsiz, mənim generalım, çünki bundan savayı ayrı 
bir şey görməmisiniz… açıq danışdığım üçün üzr istəyirəm!» Burda general 
dözməyib bağırdı: «Sus! Mumla, zırrama! Yum ağzını, yoxsa gec olar!» Lakin 
Patrisio Araqones təmkinlə, sakit-sakit sözünə davam edirdi: «Yox, mən 
susmayacağam, mənim generalım... daha bundan sonra siz mənə neyləyə bilərsiz?.. 
Öldürəcəksiz məni? Mən onsuz da, demək olar ki, artıq ölmüşəm... ondansa 
həqiqətin üzünə dik baxmağı öyrənəydiniz… məqamdı, mənim generalım... heç 
vaxt, heç kimin demədiyini, amma hamının fikirləşdiklərini dinləyəydiniz... axı, 
sizə, yalnız eşitmək istədiklərinizi deyirlər, baş əyib ayaqlarınızı yalayılar, 
ciblərində isə top-tüfəng gəzdirillər... əslində, bu səmimiyyətimə görə siz mənə 
təşəkkür etməlisiz, mənim generalım... sizin ki, yazığınız gələn yeganə adam 
mənəm... elə mənim də sizə yazığım gəldiyi kimi, bu dünyada heç kimin sizə 
yazığı gələ bilməz... çünki taleyin hökmü ilə, demək olar, elə mən də sizin 
özünüzəm – axı, mən sizin əkiz tayınızam?!.. Odu ki, mən, o birilərin ürək eləyib 
sizə deyə bilmədiklərini, içərilərində saxlayıb gizlədiklərini bütün səmimiliyimlə 
deyirəm... məsələ burasındadı ki, mənim generalım, sizdən prezident çıxmaz... 
əslində də, heç kim sizi qanuni prezident hesab eləmir... siz, prezident kreslosunda 
ona görə oturmusunuz ki, sizi ora ingilislər oturdub... onlardan sonra da 
amerikalılar, öz zirehli gəmilərindən atdıqları bir cüt dağıdıcı yumurtayla 
dəstəkləyiblər sizi... axı, bütün bunları mən gözümlə görmüşəm, axı, hər şey 
mənim yadımdadı... Qrinqo üstünüzə çımxırıb: «Qurtardı! İndi bu murdar 
fahişəxanada təm-təkcə qal! Görək, bizsiz neyləyəcəksən?!» - deyəndə siz 
qorxudan başınızı itirib, böcək kimi ora-bura qaçıdınız... Və o vaxtdan siz 
kreslodan ona görə düşmədiniz və düşmək fikriniz də ona görə yox idi ki, sizin 
üçün bu, sadəcə olaraq, qeyri-mümkün idi... Qorxu! Məsələ burasındadı... 
Boynunuza alın, mənim generalım, siz gözəl bilirsiniz ki, küçəyə adi adam kimi 
çıxsanız, camaat üstünüzə quduz it kimi atılıb, Santa-Mariya-del-Altardakı kütləvi 
qırğının, qala zindanındakı canavarlarla çiy ət əvəzi, diri-diri atılan dustaqların, 
yerdə qalanların gözünün odunu almaq məqsədilə diri-diri dərisi soyulub ailələrinə 
göndərilənlərin əvəzini çıxacaqlar... » Patrisio Araqones beləcə uzun-uzadı danışa-
danışa, ötüb keçmiş incikliklər kisəsindən bir-birinin ardınca saysız-hesabsız 
dəhşətli xatirələr çıxardıqca, elə bil bu murdar rejimin qurbanlarının ruhuna dua 
oxuyurdu… qəfildən o susdu… elə bil qızmar yaba ilə içalatını oydular, ürəyi az 
qaldı dayana... sonra özünə gəlib asta-asta, təhqirsiz-filansız, yalvarış dolu səslə 
davam elədi: «Mənim generalım ... bu gözəl məqamı əldən buraxmayın, mənimlə 
birgə ölün... sizin üçün ən yaxşısı ölməkdi ... axı, kim bilməsə də, mən bilirəm... 
axı, mən elə sizəm... amma bir Allah şahiddi ki, mən bunu heç vaxt istəməmişəm 
... heç vaxt əzəmət, şöhrət diləməmişəm, vətən qəhrəmanı olmaq arzusuna 
düşməmişəm... belə alındı... siz necə yaşayırsız, bunu mən bilirəm... sizin bütün 
həyatınızı təhlil eləməyə gücüm də çatar... çünki ürəyimin ən dərin guşəsində mən 
 
20


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə