Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/81
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#913
növüYazı
1   ...   18   19   20   21   22   23   24   25   ...   81

bütün sarayı bir də başdan-başa dolaşdı, sarayın on dörd güzgüsündə, on dörd 
əksini – əlində yanar çıraq aparan on dörd əkiz generalı gördü. Saat onu vurdu. Hər 
şey qaydasındadı. O, qvardiyaçıların yatdığı yataq otağına da baş çəkdi və oranın 
işığını da keçirdi: «Gecəniz xeyrə qalsın, senyorlar!» Sonra birinci mərtəbənin 
bütün otaqlarına – bütün qəbul otaqlarına və tualetlərə baş çəkdi, bütün pərdələrin 
arxasını, stolların altını yoxladı… heç yerdə heç kim yox idi. Onda o, cibindən bir 
dəstə açar çıxarıb əliylə yoxlaya-yoxlaya, hər açarın öz qapısını təyin elədi, sonra 
bütün kabinetləri bir-bir açarladı, bundan sonra əsas mərtəbəyə qalxıb orda da 
bütün otaqları bir-bir gözdən keçirdi və hamısını açarladı, nəhayət, öz yataq 
otağına çatıb, orda gizli mücrüsündən bal bankasını çıxarıb, yuxusu şirin olsun 
deyə, iki qaşıq uddu və anası Bendisyon Alvarado haqqında fikirləşməyə də vaxt 
tapdı. 
O, Bendisyon Alvaradonu orda – öz malikanəsində, ətirli oreqano otları və melissa 
kollarının qoxusu içində yatdığını təsəvvürünə gətirdi… anasının, adi boz quşu, qu 
quşuna çevirən, indi isə yuxunun ağırlığından keyləşib hərəkətsiz qalan çevik əlini 
gördü. Anasının yuxulu əli elə cansız idi, elə bil o, yatmamışdı, ölmüşdü… «Gecən 
xeyrə qalsın, ana…» - deyə pıçıldadı və elə həmin dəqiqə də orda - öz tənha 
malikanəsində yatan anasının, gözlərini açmadan: «Xeyrə qarşı, oğul!» - dediyini 
eşitdi. Sonra çırağı yataq otağının girəcəyindəki asılqandan asdı – çıraq bütün 
gecəni yanmalıydı, onu söndürməyə heç kimin ixtiyarı çatmırdı, çünki bu çıraq 
ona, günlərin bir günü, gecənin bir vaxtı, qaçhaqaç düşəndə lazım olacaqdı. Saat 
on biri vurdu və o yenə bütün sarayı, bu dəfə heç bir işığı yandırmadan, qaranlıqda 
dolaşa-dolaşa, elə-belə, hər ehtimala qarşı gəzdi ki, işdi, ola bilər, kimsə onun 
yatdığını zənn edib buralara girib?!.. O, dənizdə yırğalanan mayakdan içəri süzülən 
yaşıl işığın içiylə, mahmızının parıltısı qaranlığa iz sala-sala sakitcə yeriyir
qaranlıq dəhlizlərdə azıb ayaq üstə yuxulayan cüzamlı xəstələri, onlara dəyib-
toxunmadan bağa - qızılgül kollarından birinin altına ötürür, qayıdıb qarovulu 
yenidən sayır, sonra yenə öz otağına qayıdırdı. Uzun-uzadı dəhlizlərlə, 
pəncərələrin önündən yeriyə-yeriyə o, hər pəncərədən, aprel ayının Qəraib dənizinə 
tamaşa eləyirdi. 
O, bu dənizə, beləcə, ayaq saxlamadan, düz iyirmi üç dəfə tamaşa elədi və bu 
qərara gəldi ki, dəniz, hər apreldə olduğu vəziyyətindədi, üstü qızılı hov atan 
bataqlığa bənzəyir.  
Saat on ikini vurdu və saatın son zərbəsi ilə bir o, hardansa içindən - qarnından 
üzüyuxarı yeriyən qorxunu hiss elədi. Bu qorxu, bədəniylə üzüyuxarı yeriyib 
qulaqlarına doldu, orda elə bir cüyültü ilə cüyüldədi ki, az qala qulaqları batdı və 
general vahimələnib qapısının üç kilidini, üç qıfılını, üç zəncirini çəkib bağladı, 
ayaqyoluna keçib, orda özünü sıxıb əzə-əzə, əvvəl iki, sonra dörd, daha sonra 
yeddi müsibətli damcını birtəhər süzüb, üzü üstə döşəməyə sərildi və elə həmin 
dəqiqə də, yenə heç bir yuxu görmədən, dərin yuxuya getdi. Və çox keçmədi ki, 
gecənin bir aləmi - üçə on beş dəqiqə qalmış, tər-qan içində yuxudan ayıldı... Elə 
bil kimsə otağa daxil olmuşdu, indi qıfıl-kilidə toxunmadan, başı üstündə dayanıb 
düz onun üzünə baxırdı… bu baxışları üzündə hiss eləyib vahimə içində dik atıldı 
və qapı-pəncərəsi üst-üstə kilidlənmiş otağı boyu var-gəl eləyən Manuela 
Sançesi… divarları asanca yarıb keçən Manuela Sançesi, qorxulu gecənin Manuela 
 
45


Sançesini, nəfəsi səhləb çiçəyi ətri qoxuyan, ipək paltarlı Manuel Sançesi gördü... 
«De ki, bu, həqiqət deyil, de ki, bu, xəyaldı… – o, ağzının içində kəkələdi – De ki, 
bu sən deyilsən, de ki, bu, başgicəlləndirən qoxu sənin nəfəsin deyil, səhləb 
çiçəyinin ətridir!» Lakin, bu, Manuela Sançes idi… ovcunda saxladığı qızılgül 
rəng alıb – rəng verirdi, ilıq nəfəsi otağı ağzına almışdı... Hər şey Manuela Sançes 
idi… bütün dünya Manuela Sançes idi... İnadkar qaya, dənizin möhtəşəmliyini 
özünə beləcə tabe eləyir... Axırımın Manuel Sançesi, sən ki, ovucuma döyülən tale 
yollarında yoxsan?!. Axı nə qəhvə çöküntüsündəki falda, nə də suyun üzünə çıxan 
taleyimdə, falçılar sənin barəndə heç nə deməyib. Odu ki, məni yuxumdan 
eləmə… məni, qadın ayağı dəyməyən, heç bir vaxt da dəyməyəcək otağımın 
havasından eləmə, söndür o qızılgülünü!» – deyə o, əlini divarlar boyu sürütləyə-
sürütləyə, işıq düyməsini axtara-axtara yalvardısa da, hər küncdə əlinin altına, 
ağlını başdan çıxaran Manuela Sançes keçdi… «Lənət sənə şeytan, əgər mən səni 
heç vaxt itirməmişəmsə, niyə hər yerdə əlimin altına sən keçirsən?!. Məndən nə 
istəyirsən?.. İstəyirsən, sarayımı verim sənə, hər şey sənin olsun, bütün ölkəni sənə 
verirəm, amma imkan ver, bu işığı yandırım… ey gecəmin əqrəbi, iliyimə yeriyən 
Manuela Sançes, sənin ananın...» 
O, elə bilirdi ki, işığı yandırsa, Manuela Sançesin sehrli xəyalından canını 
qurtaracaq, odu ki, var gücüylə çığırdı: «Rədd eləyin bunu burdan, canımı bundan 
qurtarın, boğazına daş bağlayıb dənizin dibinə salın, boğub öldürün ki, onun 
gülünün işığı bir də heç kimə əziyyət verməsin!» O, beləcə, qaranlıq dəhlizlər 
boyu, arada bir ayağı təzəkdə sürüşə-sürüşə çığırır, hərdən də vahimə içində öz-
özünə: «Bu nə işdi? – deyirdi. – Bir azdan saat səkkiz olacaq, səhər açılacaq, bu 
əclaf evdə isə hamı köpür. Durun ayağa, ay biqeyrətlər!..» - deyə o, qəfildən elə 
çığırdı ki, o dəqiqə saray otaqlarının işıqları bir-bir yanmağa başladı, kazarmalarda 
şeypurlar çalındı və onların səsinə, liman qalasından səs verildi… bu səsə San-
Xeronimodakı şeypurlar da qoşuldu... Sübh şeypurları bütün ölkə boyu çalındı… 
şəhər oyanmağa başladı… dağ kimi üst-üstə yığılan silahlar qorxu içində paylandı, 
qızılgüllər, sübh şehi hələ düşməmiş, iki saat əvvəl açıldı, saray qulluqçuları 
döşəmə əskilərinin tozunu ulduzlu göyün altında çırpdılar, qəfəsdə mürgüləyən 
quşlara yem verildi, solmağa macal tapmayan güllər atılıb yerinə elə onlar kimi 
təzələri qoyuldu, daşyonanlar dəstəsi tələm-tələsik divar hörə-hörə, hər pəncərəyə 
qızılı kağızdan kəsilmiş günəşlər yapışdırdılar. Bu yalançı günəşləri pəncərələrə, 
adətən, günün günorta çağı vururdular, lakin göy hələ də qaranlıq idi, təqvim hələ 
də istirahət gününü göstərirdi, bazar ertəsinin sübh şəfəqi hələ aprel dənizinə 
toxunmamışdı. Gecə hələ bitməmişdi, lakin camaşırxana müdirləri – qaraqışqırıqçı 
çinlilər artıq paltardaşıyanları yuxudan oyadıb küçələrə itələyir, çirkli 
döşəküzlərini yığmağa göndərdilər, kor falçılar fal açır, məmurlar, bazar ertəsinin 
səhəri açılıbmış kimi, stollarının gözlərində toyuqların qoyduğu yumurtaları tapır, 
küçələr, başlarını itirib o yan-bu yana qaçan adamlarla dolur, dövlət şurası 
üzvlərinin fövqəladə müşavirələri keçirilən otaqda - stolların altında saray itlərinin 
hər günkü boğuşması başlayırdı. Onu isə heç nə təəccübləndirmədi, gözləri, 
gözlənilmədən açılan səhərin sübh şəfəqindən qamaşa-qamaşa, bir-birinə macal 
vermədən onu «sübhü yaradan», «zamanın hökmdarı», «günəş şəfəqlərinin 
mühafizəkarı» - deyə vəsf edən yaltaqların müşayiəti ilə iclas zalına yollandı, 
 
46


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə