İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı
262
Yaxşılığı əmr edib
yamanlıqdan çəkindirmək
Allah Təala buyurur:
“Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (ha-
yandırlar). Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis
işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəm-
bərinə itaət edərlər. Allah, əlbətt ə ki, onlara rəhm edəcəkdir.
Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir!”
(ət-Tövbə, 71).
Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
zamanında mö-
min kişi və mömin qadınlar bu cür idilər. Elə olurdu ki, kişilər
qadınlara yaxşılığı əmr edir, onları yamanlıqdan çəkindirirdilər.
Peyğəmbər yaxşılığı əmr edib
yamanlıqdan çəkindirmişdir
Rəvayət olunur ki, Ənəs ibn Malik deyib:
“(Bir dəfə) Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
bir
qəbrin başında ağlayan qadının yanından keçirdi. (Görəndə ki,
vay-şivənlə ağlayır) dedi: “Allahdan qorx və səbir göstər...”
1
.
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...
263
Peyğəmbərin ilk dostu Əbubəkr əs-Siddiq
yaxşılığı əmr edib yamanlıqdan
çəkindirmişdir
Rəvayət olunur ki, Qeys ibn əbu Hazim deyib:
“(Bir dəfə) Əbubəkr Əhməs qəbiləsindən Zeynəb bint əl-
Mühacir adlı qadının yanına gəldi. Gördü ki, dinib-danışmır.
“Ona nə olub, nə üçün danışmır?” – deyə sual etdi. (Oradakı-
lar) dedilər: “Susmaqla həcc edir.” Əbubəkr ona dedi: “Danış.
Bu, halal (hərəkət) olmayıb, Cahiliyyət əməllərindəndir.” Qadın
danışmağa başlayıb dedi: “Sən kimsən?” Dedi: “Mühacirlərdən
birisiyəm.” Soruşdu: “Hansı mühacirlərdən?” Dedi: “Qüreyşdən.”
Soruşdu: “Hansı Qüreyşdən?” Əbubəkr dedi: “Sən nə çox sual
verirsən. Mən Əbubəkrəm.” Qadın soruşdu: “Cahiliyyətdən son-
ra Allahın göndərdiyi bu düzgün yolda necə qala bilərik?” Əbu-
bəkr dedi: “İmamlarınız doğru yolda olarsa, siz də olarsınız.”
Qadın soruşdu: “Hansı imamlar?” Əbubəkr dedi: “Qəbiləndə
insanlara əmr edən, insanların da itaət göstərdiyi başbilən və
əmirlər yoxdurmu?” Qadın dedi: “Bəli, var.” Əbubəkr dedi:
“İmamlar onlardır”
1
.
Bu iki fakt göstərir ki, kişilər qadınlara yaxşılıq edib, pis
işlərdən çəkinmələrini əmr etmişlər. Bəs qadınlar necə, on-
lar da yaxşılığı əmr edib yamanlıqdan çəkindirmişlərmi? Bəli!
Məsələn, ərəb məhəllələrinin birində bir qadın görəndə ki,
imamın paltarı qüsurludur, camaata həmin qüsuru aradan qal-
dırmağı əmr etmişdi.
1
Hədisi İmam Buxari rəvayət etmişdir.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı
264
Əmr ibn Sələmə rəvayət edir ki, atası demişdir:
“(Bir dəfə) Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dedi:
“Sizə namazı aranızda Quranı ən yaxşı bilən kimdirsə o qıl-
dırsın.” Adamlar (bir-birinə) baxdılar. (Əmrin atası deyir:)
“Aralarında Quranı məndən yaxşı bilən yox idi. Quranı gəlib-
gedənlərdən öyrənmişdim. Məni qabağa keçirdilər. Həmin
vaxt altı-yeddi yaşım olardı. Əynimdəki paltar (əba) səcdəyə
getdiyimdə dartılır, (aşağılarım görünürdü). Həmin məhəllədən
bir qadın (camaata) dedi: “Quran oxuyanınızın arxasını bizdən
gizlətməyəcəksinizmi?!”
1
(Əmrin atası deyir:) “(Adamlar par-
ça) alıb (ondan) mənə uzun köynək biçdilər. Həmin köynəyə
sevindiyim qədər heç nəyə sevinməmişdim”
2
.
Böyük səhabə Əbu Dərdanın xanımı Ümmi-Dərda xəlifə Əb-
dülməlik ibn Mərvanı pis hərəkətlərdən çəkindirmişdir.
Zeyd ibn Əsləm rəvayət edir ki, Əbdülməlik ibn Mərvan
Ümmi-Dərdaya bəzi ev əşyaları göndəribmiş. Bir gecə Əbdül-
məlik yuxudan ayılıb, xidmətçisini çağırır. Xidmətçi bir az gec
gəldiyindən Əbdülməlik ona lənət yağdırır. Səhəri günü Ümmi-
Dərda (gələrək) ona deyir: “Eşitmişəm ki, dünən xidmətçinə
lənət oxumuşsan. Hələ də yadımdadır, Əbu Dərda mənə de-
mişdi ki, Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
buyurub:
“Lənətbazlara qiyamət günü heç kəs şahidlik və havadarlıq
etməyəcəkdir...”
3
.
1
Yəni, paltarı qısa olduğundan səcdədə onun ayıb yerləri arxadan görünür.
Uzun paltar alın ki, biz onun ayıb yerlərini görməyək – tərcüməçinin
qeydi.
2
Hədisi İmam Buxari rəvayət etmişdir.
3
Hədisi İmam Müslim rəvayət etmişdir.
Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...
265
Allahın dininə çağırış – dəvət
Sünnədən bəzi nümunələr gətirək:
Rəvayət olunur ki, İmran ibn əl-Hüseyn deyib:
“Peyğəmbərlə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
səfərə çıxmış-
dıq... İnsanlar susuzluqdan gileyləndilər. Peyğəmbər (münasib
yerdə) mənzil saldı. Sonra adamlardan birini və Əlini çağırıb
dedi: “Gedin su axtarın.” Onlar da getdilər. (Yolda) bir qadına
rast gəldilər. Qadın dəvəsinin belində, iki su tuluğunun arasın-
da oturmuşdu... Ona dedilər: “Gəl gedək.”... Qadını tuluqlar-
la birlikdə Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yanına
gətirdilər... Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
tuluqların
ağzını açdı... Oradakılara: “Gəlin, (miniklərinizə) su verin, özü-
nüz də için!” – deyə çar çəkildi... Bu əsnada qadın kənardan
(onların) sudan necə istifadə etdiklərinə baxırdı. (Tuluqlardan)
su götürməyi dayandırmışdıq. Allaha and olsun, bizə elə gəlirdi
ki, tuluqlar heç boşalmayıb. Peyğəmbər
(Ona Allahın xeyir-duası və sa-
lamı olsun!)
dedi: “Onun (qadın) üçün bir şey toplayın!” Qadın
üçün “əcvə” (əzilmiş xurma), un və “süveyq” yığdılar. Beləliklə,
çoxlu yeyəcək toplandı. Sonra yığılmışları bir paltara büküb,
qadının dəvəsinə və qucağına yüklədilər. Peyğəmbər
(Ona Alla-
hın xeyir-duası və salamı olsun!)
qadına dedi: “Görürsən ki, suyundan
nə isə əskiltmədik. Bizi içirdən – Allahdır!” Qadın ailəsinin
yanına qayıtdı. Gec gəldiyi üçün soruşdular: “Səni nə yubandı-
rıb?” Dedi: “Məətt əl qalası şeydir: iki nəfər yamına gəlib məni
“sabii”
1
deyilən bu adamın yanına apardılar. O da bunları və
1
Məkkəlilər tək Allaha ibadətə çağıran Peyğəmbəri və səhabələrini Suriyada
Dostları ilə paylaş: |