Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə6/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   2   3   4   5   6   7   8   9   ...   114

 
15
– Xeyr. Bu… 
Ravik daha qulaq asmadı, gedib pəncərəni açdı: 
– Bu dəqiqə keçib kedəcək. Hələlik bir siqaret çəkin.  
O, vanna otağına keçib, kranları burdu. Güzgüdə özünə baxdı. Bir-iki saat bundan 
qabaq da beləcə dayanmışdı. Bu arada insan ölmüşdü. Əlbəttə, görünməmiş şey 
deyildi. Hər an minlərlə adam ölür. Bu haqda dəqiq hesablamalar da var. 
Görünməmiş iş deyildi. Ancaq ölən adam üçün çox şey deməkdir, hətta öz 
gedişində olan dünyada da qiymətli.  
Vannanın kənarında oturub ayaqqabılarını çıxardı. Eyni şeylər idi, təkrar olunurdu. 
Hər gün gördüyü əşyalar və onların lal hökmü! Bayağılıq, abırsız adətlər… Adam 
lap çaşbaş qalır! Məhəbbət dənizinin ürək adlı çiçəklənən sahili… Kim olursan ol, 
istəyir şair ol, istəyir yarımallah, istəyir də lap axmağın biri, fərqi yoxdur, hər iki-
üç saatdan bir öz dünyandan qopub ayaqyoluna getməlisən. Heç kim ondan yaxa 
qurtara bilməz! Təbiət adamı beləcə dolayır! Bir yanda romantik xəyal dünyası, bir 
yanda da şirə ifraz eləyən vəzilər, acından quruldayan qarın… İnsana nədənsə 
ləzzət almaq üçün verilən üzvlər həm də nəyisə içəridə seçib ayırır… Ravik 
ayaqqabıları küncə itələdi. Bir də bu zəhlətökən soyunmaq adəti! Ondan yaxa 
qurtarmaq olmur. Yalnız tək yaşayanlar bunu duya bilər. Bu adətdə nəsə iyrənc bir 
mütilik, üzüntü vardı. Ondan canını qurtarmaq üçün çox vaxt geyimli yatmışdı. 
Ancaq nə xeyri, bunu da bir dəfə, iki dəfə eləyirsən… Yox, ondan yaxa qurtarmaq 
olmaz. 
Şırnağı açdı. Sərin su bədənini qıdıqladı. Sinə dolusu nəfəs alıb qurulandı. Bu da 
xırda adətlərin təsəllisi! Su, nəfəs və bir də axşam yağışı. Yalnız tənha qalmış 
adamlar onu yaxşı bilər. Suya «sağ ol» deyən dəri, napnazik, gömgöy damarlardan 
axan qan… Yaşıl çəmənlik… Uzanıb dincəlmək… Cökə ağacları… Dümağ yay 
buludları… Cavanlığın xəyal dünyası… Görəsən, qəlbinin köksünə sığmadığı anlar 
harada qaldı? Həyatın dəhşətli macəraları onların hamısını boğdu… 
Otağa qayıtdı. Qadın divanın bir küncünə qısılıb oturmuş, adyalı boğazına qədər 
çəkmişdi. 
– Soyuqdur? – Ravik soruşdu. 
Qadın başını buladı. 
– Qorxursunuz? 
Bu dəfə başını tərpətdi 
– Məndən? 
– Xeyr. 
– Küçədən? – Ravik pəncərəni bağladı. 
– Təşəkkür edirəm. – Qadın dilləndi. 
Ravik onun boyun-boğazına, çiyinlərinə baxdı. Onlar canlı idi. Doğma olmasa da, 
hər halda, həyat əlaməti, hənirti idi, daha adamı buza döndərən tənhalıq deyildi. 
Adam adama hənirtidən başqa nə verə bilərdi? Bundan yaxşı dünyada nə vardı?! 
Qadın yerində qurcuxdu. Titrəyə-titrəyə Ravikə baxırdı. Ravik hiss etdi ki, bayaq 
şahə qalxan həyəcan dalğaları səngidi, canına qəribə bir sərinlik yayıldı, o, özünə 
gəldi, gözləri önündə sonsuz bir aləm yarandı. Elə bil, ona yad olan bir planetdə 
keçirdiyi qaranlıq gecədən işıqlı gündüzünə qayıtdı. Hər şey birdən-birə sadələşdi: 
səhər çağı, qadın… Daha fikirləşməyə dəyməzdi... 


 
16
– Yaxın gəl, – dedi. 
Qadın döyükə-döyükə onun üzünə baxırdı. 
– Yaxın gəlsənə! – Ravikin səbri tükənirdi… 
 
                                                                                            III 
 
Ravik oyandı. Ona elə gəldi ki, kiminsə baxışları üstündə gəzir. Qadın geyinib 
divanda oturmuşdu. Ancaq Ravikə baxmırdı. Gözlərini pəncərəyə zilləmişdi. Elə 
bilirdi, çoxdan getmiş olar. Hələ də otaqda olması onu heç açmadı. Səhər çağı 
yanında başqa adam olanda, özünü birtəhər hiss eləyirdi. 
Bilmədi təzədən yatsın, yoxsa dursun. Ancaq qadın burada ola-ola yata 
bilməyəcəkdi. Gərək, onu tez başından eləsin. Əgər pula qalmışdısa, asan idi. Fərqi 
yoxdur, nəyə görə qalır qalsın… Ravik dilləndi: 
– Çoxdan durmusunuz? 
Qadın diksinərək geri döndü. 
– Yata bilmədim. Heç yaxşı olmadı, sizi də oyatdım. 
– Xeyr, özüm oyandım. 
Qadın ayağa durdu: 
– Getmək istəyirdim. Özüm də bilmirəm niyə qaldım… 
– Dayanın, mən bu dəqiqə geyinirəm. Çörək yeyin, bu mehmanxananın məşhur 
kofesindən için. Vaxtımız var, ikisinə də çatar. 
O durub zəngi basdı. Sonra vanna otağına keçdi. Bildi ki, qadın da burada olub. 
Ancaq hər şeyi səliqə ilə yerinə qoyub, hətta işlənmiş dəsmalları da asıb. Dişlərini 
yuyanda qulluqçu qız səhər yeməyini gətirdi. Tələsdi, qayıdan kimi dedi: 
– Heç yaxşı olmadı. 
– Nə? 
– Qız sizi gördü. Heç ağlıma gəlməmişdi… 
– Eybi yoxdur, özünü o yerə qoymadı. – Qadın məcməyiyə baxdı. Ravik deməsə 
də, qız yeməyi iki adamlıq gətirmişdi. 
– Heç qoymaz da. Axı bura Parisdir! Qəhvə götürün. Başınız ağrıyır? 
– Xeyr. 
– Lap yaxşı. Mənimsə başım bir az ağrıyır. İndi keçib gedər. Bulka da götürün. 
– Yeyə bilmərəm. 
– Yeyərsiniz. Sizə elə gəlir. Bir dadına baxın. 
– Doğrudan, yeyə bilmirəm. 
Qadın bulka götürdü, ancaq tez də qaytarıb yerinə qoydu. 
– Onda qəhvə için, üstündən də siqaret çəkin. Bu, əsgərlərin səhər yeməyidir. 
– Elədir. 
Ravik yeməyə başladı. 
– Hələ də acmadınız? – deyə o, bir azdan yenə soruşdu. 
– Xeyr. – Qadın siqareti söndürdü. – Deyəsən, mən… – deyib susdu. 
– Deyəsən nə? 
– Getmək lazımdır. 
– Yolu tanıyırsınız? Çıxan kimi Vaqram prospektidir. 
– Xeyr, tanımıram. 


 
17
– Harada qalırsınız? 
– «Verdön» mehmanxanasında. 
– Beşcə dəqiqəlik yoldur. İstəyirsiniz, göstərim. Onsuz da sizi qapıdan 
ötürməliyəm. 
– Bəli… ancaq… iş onda deyil… – Qadın yenə susdu. 
«Pul istəyir, – Ravik ürəyindən keçirdi. – Məlum şeydir, pula görə qalıb!» 
– Utanmayın, özüm bilirəm, sizə… – Ravik pulqabını çıxardı. 
– Bu nə deməkdir? Eyib deyil?! – Qadın bozardı. 
– Heç… heç… – Ravik pulqabını cibinə qoydu. 
– Bağışlayın… – Qadın ayağa durdu. – Siz… çox sağ olun… yoxsa… Gecə vaxtı 
neyləyərdim… 
Ravik hər şeyi təzədən xatırladı. Qadının buna belə böyük məna verməsi ona 
gülünc göründü. Açığı, təşəkkür gözləmirdi və ona görə də bir az tutuldu. 
– Doğru sözümdür, bilmirdim… – Qadın hələ də dayanıb tərəddüd eləyirdi. 
«Görəsən, niyə getmir?» – fikirləşən Ravik nəsə demək xatirinə dilləndi.  
– İndi ki, bilirsiniz… 
– Xeyr! – Qadın səmimiyyətlə onun üzünə baxdı. – Hələ də bilmirəm. Bircə onu 
bilirəm ki, nəsə eləməliyəm. Bilirəm ki, ora getmək olmaz.  
– Bu, başqa məsələ! – Ravik paltosunu götürdü. – Mən sizi aşağıdan ötürərəm. 
– Lazım deyil, bircə onu deyin ki… – O yenə tərəddüd etdi, elə bil, söz tapmırdı. – 
Bəlkə, siz biləsiniz… Neyləmək lazımdır…Əgər… 
– Əgər nə? 
– Adam öləndə… – Qadın daha özünü saxlaya bilmədi, ağladı. Hıçqırmırdı, eləcə 
səssiz-səmirsiz, için-için ağlayırdı. Ravik onun sakitləşməsini gözlədi. Sonra: 
– Ölən var? – soruşdu. Qadın başını tərpətdi. 
– Dünən axşam? 
– Siz öldürmüsünüz? 
– Nə? Nə dediniz? 
– Siz eləmisiniz? Nə edəcəyinizi məndən soruşursunuzsa, onda, gərək, düzünü 
deyəsiniz. 
– Ölüb! – Qadın qışqırdı. – Qəfildən… – O, əlləri ilə üzünü örtdü. 
– Xəstə idi? 
– Bəli. 
– Həkim çağırmışdınız? 
– Bəli. Ancaq xəstəxanaya getmədi. 
– Həkim dünən gəlmişdi? 
– Xeyr, üç gün qabaq olub. Onu… həkimi söyüb biabır elədi, dedi, bir də gəlmə. 
– Ayrı həkim çağırmadınız? 
– Heç kəsi tanımırdıq. Gəldiyimiz üçcə həftədir. Bunu da xidmətçi tapmışdı. 
Qoymadı, dedi ki… Elə bildi ki, özü sağalacaq. 
– Xəstəliyi nə idi? 
– Bilmirəm. Həkim dedi, sətəlcəmdir. Ancaq özü inanmırdı, deyirdi ki, həkimlərin 
hamısı fırıldaqdır. Dünən yaxşı idi. Birdən… 
– Niyə xəstəxanaya aparmadınız? 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə